Урок SEO на азербайджанском языке часть 3 (2020)

Урок SEO на азербайджанском языке часть 3 (2020)

SEO nədir?

SEO axtarış sisteminin optimallaşdırılması və orqanik şəkildə  axtarış nəticələrində saytın üst sıralara çıxma prosesidir. Veb sayt nə qədər ön sıralardadırsa, bir o qədər çox insan onu görür. SEO-nun tarixi 90-cı illərə təsadüf edir, baxmayaraq ki, o zamanlarda bir o qədər əhəmiyyət verilən strategiya deyildi. Bu gün isə SEO daim inkişaf edən və ən vacib marketinq strategiyalarından biridir. SEO öyrənmək istəyirsinizsə, bir çox yaradıcı, texniki və analitik axtarışa hazır olmalısınız. Burada fərqli hədəfləri olan çox texnika var, lakin əsas məqam eyni qalacaq - orqanik axtarışlarda ön sıralarda olmaqdır. Sadə dillə desək, SEO doğru insanlar üçün doğru məzmunlar olan saytı optimizasiya etməkdən ibarətdir. Bu, yalnız veb saytının mükəmməl bir quruluşu və ya texniki bazası ilə əlaqəli deyil. Veb saytınız insanların ehtiyaclarına uyğun keyfiyyətli və yaxşı optimallaşdırılmış məzmunla doldurulmalıdır.

seo dərsi

SEO çətindir?

Google, Bing, Yahoo kimi axtarış sistemləri müxtəlif sıralama alqoritmlərinə əsaslanaraq veb saytları indeksləşdirirlər. Bəs biz bu alqoritmləri müəyyən edə bilərikmi? Cavab isə ikitərəflidir:

Bəli və xeyr.

Google 200-dən çox reytinq faktorundan istifadə edir. Onların bir çoxunu - keyfiyyətli məzmun, geri bağlantılar və ya sayt sürəti kimi texniki faktorları bilsək də bunların çoxu sirr olaraq saxlanılır. Əlbəttə ki, veb saytınızın üst sıralarda olması üçün bütün amilləri bilməyinizə ehtiyac yoxdur. SEO-nun nə olduğunu başa düşmək üçün onu bir qab şorba olaraq düşünün.

1. Boşqab veb saytın texniki tərəfini təmsil edir. Düzgün qab olmadan şorba süfrənin hər tərəfinə töküləcək.

2. Şorba veb saytınızın məzmununu təmsil edir və ən vacib hissəsidir. Pis məzmun isə reytinqin olmaması deməkdir 

3. Ədviyyatlar isə veb saytınızın nüfuzunu artıran keyfiyyətli bağlantıları təmsil edir və SEO şorbasını mükəmməl hala gətirən son tərkib hissəsidir.

SEO-nu necə öyrənmək olar?

Hətta ən kiçik dəyişikliklər belə axtarış sistemlərində veb saytınızı necə görməsində böyük bir fərq yarada bilər. Yeni başlayanlar üçün bu SEO təlimatında bütün kritik mövzuları və SEO əsaslarını əhatə edəcəyik. SEO-nu təkbaşına davam etdirmək üçün kifayət qədər bilik əldə edəcəksiniz. 2020-ci ildə SEO-nu necə öyrənəcəyinizi düşünürsünüzsə, sizin üçün sadə bir cavabımız var: Sizə praktiki iş və təcrübə lazımdır.

Əsas anlayışlar

On-page / off-page SEO

White hat / black hat / grey hat SEO

seo dərsi

Saytda SEO etmək veb saytınızı orqanik axtarış nəticələrinə uyğun optimallaşdırmaq deməkdir. Saytda edə biləcəyiniz hər şey - məzmun optimallaşdırılmasından tutmuş texniki işlərə qədər: meta etiketləri başlıqları, URL quruluşu, şəkil optimizasiyası, saytın sürəti On-page SEO-ya daxildir.

Off-page SEO veb saytın SEO nüfuzunu digər saytlardan geri bağlantılar əldə etmək üçün edə biləcəyiniz bütün işləri əhatə edir. Onları əldə etməyin bir çox yolu var:

  1. E-mail marketinq
  2. Qonaq bloqu
  3. Təqdimatlar
  4. Sosial media işləri

 

White hat / black hat / grey hat SEO

“White hat” və “Black hat” SEO saytınızı asan və çətin yollarla optimizasiya etmə üsullarına nisbi olaraq verilən addır.

 “Black hat” SEO axtarış sistemlərində veb saytın reytinqini yaxşılaşdırmaq üçün qeyri-leqal təcrübələr toplusudur. Onlar insan amilini nəzərə almadan axtarış sistemlərinə təsir göstərmək üçün hazırlanmışdır.

“Black hat” SEO sizi qısa müddətdə “SERP”in zirvəsinə qaldıra bilər, lakin axtarış sistemləri  çox güman ki, gec-tez veb saytınızı cəzalandıracaq. Etməməli olduğunuz təlimatları “Google”un Vebmaster Təlimatlarında və ya “Bing Vebmaster” Təlimatlarında tapa bilərsiniz.

“White hat” SEO qaydalara uyğun yollarla veb saytınızı optimizasiya etmə yoludur. Əsas hissələri bunlardır:

  1. Keyfiyyətli və dolğun məzmun
  2. Link əldə etmək
  3. Veb saytın SEO-ya uyğun optimizasiya edilməsi

“White hat” SEO istifadəçi təcrübəsini inkişaf etdirməyə yönəlmiş uzun müddətli strategiyadır. Ümumiyyətlə, SEO-da uzun müddətli uğurlu nəticə əldə etmək üçün davamlı və aktiv olmalısınız. 

 “Grey hat” SEO isə “Black hat” SEO ilə müqayisədə qismən daha yaxşı üsul hesab edilir. “Grey hat” üsuları Google tərəfindən  dəqiq müəyyənləşdirilməyib. Buna görə də Google sizi cəzalandırmadan bir gün ərzində yüzlərlə istifadəçi qazana bilərsiniz.

 

Axtarış motorları necə işləyir?

Axtarış sistemləri üç əsas hissədən ibarətdir:

  1. Crawling
  2. Indexing
  3. Picking the results

Proses belə irəliləyir:

Crawling

Crawling veb sayt və onun bölmələrinin - məzmunu, açar sözləri, başlıqları, link və şəkilləri minlərlə bot vasitəsilə incələnməsidir. Botlar digər veb saytlara işarə edən bir veb saytdakı bütün “hiper” mətn əlaqələrini aşkar edirlər. Sonra təkrar-təkrar həmin səhifələri indeksləyirlər.

 

Indexing

Crawled prosesindən sonra indeksləmə başlayır. İndeksi nəhəng bir kataloq və ya dünyanın hər yerindən veb saytlarla dolu bir kitabxana kimi düşünün. Bir veb saytın indekslənməsi üçün zaman lazımdır. Təcrübəmə əsasən deyə bilərəm ki, bu proses 1 günə olduğu kimi bəzən 10 gün belə davam edə bilər.  

seo dərsi

 

Picking the results

Nəticələr həm istifadəçilər, həm də developerlər üçün kritikdir. İnternet istifadəçisi bir axtarış sorğusu göndərdikdən sonra axtarış sistemi indeksə daxil olur və uyğun nəticələr çıxarır. Müxtəlif alqoritmlərə əsaslanan milyardlarla veb saytı incələyib ən yaxşısını seçmək heç də asan proses deyil. Google, Microsoft, Yahoo kimi şirkətlər alqoritmlərinin dəqiq hesablamalarını gizli saxlayır. Buna baxmayaraq, bir çox sıralama amilləri məlumdur.

Sıralama faktorları

Bu amillərin əksəriyyəti sübut edilmişdir, lakin bəziləri sadəcə fərziyyələr və ya miflərdir. Təbii ki, bəziləri digərlərindən daha vacibdir. Cyrus Sheppard bildirib ki, ən vacib Google sıralama amilləri bunlardır.

  1. Well targeted content
  2. Crawlable website
  3. Quality and quantity of links
  4. Satisfies user intent
  5. Unique content
  6. Authority trust
  7. Fresh content
  8. Click through rate (CTR)
  9. Website speed
  10. Works on any devices

İnsanlar axtarış motorlarından necə istifadə edirlər?

SEO-nun əsas hədəfi həm istifadəçilər, həm də axtarış sistemləri ilə dost olmaqdır. Bütün pulunuzu və vaxtınızı mükəmməl texniki SEO-ya xərcləsəniz, çox yaxşı nəticələr əldə edəcəyinizə heç bir şübhəniz olmasın.

Axtarış sistemləri illər ərzində inkişaf edir, lakin prinsip eyni olaraq qalır:

  • Hər hansı axtarış üçün uyğun veb saytları incələmək
  • Ən dolğun informasiya olan məlumatı ilk sırada göstərmək
  • Daha çox informasiya üçün digər nəticələri göstərmək və sair.

 

Axtarışlar necə təsnifləşdirilir?

Üç növ axtarış sorğusu mövcuddur:

  1. Naviqasiya xarakterli axtarış sorğuları
  2. Məlumat xarakterli axtarış sorğuları
  3. Əməliyyat xarakterli axtarış sorğuları

 

Naviqasiya xarakterli axtarış sorğuları

Birinci tip sorğular əsasən müəyyən bir marka və ya veb sayt axtarmaq niyyəti ilə edilir. İnsanlar brauzer tarixi və əlfəcinlərdən (bookmark) istifadə etmək əvəzinə Youtube və ya "Google"a yazmağa daha çox meyllidirlər. 1,6 milyarddan çox açar sözün təhlillinə əsasən YouTube, Facebook və Google kimi axtarış sistemləri digər naviqasiya axtarış sorğuları ilə birlikdə ən yüksək axtarış həcminə sahibdirlər.

 

Məlumat xarakterli axtarış sorğuları

Bu tip sorğular istifadəçilər məlumat axtararkən təqdim olunur. Müəyyən bir veb sayt axtarmırlar, sadəcə müəyyən bir işin necə həyata keçirələcəyi barədə təlimat axtarırlar. Məsələn, “videolara düzəliş necə edilir?”

Əməliyyat xarakterli axtarış sorğuları

Bu bir  növ əməliyyat etmək niyyətidir. Adətən bir məhsul adı (Nike Airmax) və ya kateqoriya (İdman) adı ilə axtarılır. Əlavə olaraq "haradan almaq olar?", " qiyməti nə qədərdir?" kimi oxşar şəkildə axtarış edilir.  Müəyyən bir axtarış sorğusunu necə hədəfə alacağınıza dair bir çox bloq yazıları var. Ancaq gələcəkdə “Siri”, “Google Now” və ya “Alexa” kimi səs köməkçilərinin istifadəsinin artması səbəbindən bu tip soğular öz populyarlığını itirəcək.

SERP updates

Orqanik axtarış nəticələrinin ilk səhifəsində olmaq yaxşıdır. İlk üçlükdə olmaq isə daha yaxşıdır, elə deyilmi? Ancaq yalnız bir qalib var, yoxsa bu, perspektiv məsələsidir?

Dünyadakı veb  saytlar gündəlik, həftəlik və ya aylıq olaraq yenilənir. Yəni bu gün veb saytınızın ilk üçlükdə olmaması heç vaxt olmayacağı mənasına gəlmir. Əgər saytınızda davamlı SEO işləri etsəniz, bu zaman botlar mütləq bu yenilikləri indeksləyəcək və saytınızın “ranking”i yüksələcək. Yəni birinci sırada olsanız da, mövqeləriniz digər gün rəqiblər tərəfindən dəyişdirilə bilər.

 

SERP features

Bir çox SERP xüsusiyyətləri var. Bunları həmçinin “Future Snippet” də adlandırmaq olar. Niyə bunlara əhəmiyyət verməlisiz?

Future Snippet istifadəçilərin SERP-dəki məlumatları gördükdən sonrakı davranışlarına təsir göstərir. Bunun səbəbi SERP xüsusiyyətlərinin daha böyük cəlbedi olmasıdır və çox vaxt kifayət qədər məlumat verirlər. Buna görə də istifadəçilər digər nəticələrə klikləmək məcburiyyətində qalmırlar, yalnız göstərilən nəticələrlə kifayətlənirlər.

On-page və technical SEO

Əgər SEO öyrənmək istəyirsinizsə, keçmiş təcrübələrə əsaslanaraq yaxşı təcrübə əldə etməyi gözləməyin. Axtarış sistemlərinin ən böyük inkişaflarından biri insan amilinə daha aydın ifadə etsək, istifadəçi istəyinə böyük önəm verməsidir.

Meta tags

Meta etiketləri HTML kodunun bir hissəsidir və veb saytın məzmununu təsvir edirlər. Başlıq etiketləri və meta təsvirləri heç də vacib olmadığını söyləyənlərə inanmayın. Meta teqlər əvvəlki qədər vacib olmasa da, öz təsir gücünü saxlayıb. Həmçinin unutmaq lazım deyil ki, Google alqoritmləri məzmun axtarış sorğusuna bir o qədər də uyğun gəlməyəndə “title” və “description”larda dəyişiklik edir.

seo dərsi

On-page SEO checklist

Yazmağa başlamazdan əvvəl insanların nə axtardığını öyrənin

İnsanların axtardığı bir mövzu haqqında yazmağı planlaşdırırsınız?

  • Fikirlərinizin fərqli, bənzərsiz olduğuna əminsinizmi?
  • Mövzuya yeni bir əlavə dəyər təklif edə bilərsinizmi?

Yazmağa başlamazdan əvvəl bu 3 sualın cavabını araşdırın və bunun bir blogun və ya məhsulun açılış səhifəsinin olub olmamasının fərqi yoxdur. Bunu tapmaq üçün bir çox yol var. Açar söz araşdırması bu yollardan ən effektli olanıdır.  

 

  1. Title tags and headlines

Fərqli başlıq etiketi və meta təsvirlər yaradın. Daha əvvəl qeyd etdiklərimizi unutmayın. Əsas diqqət açar sözünüz olmalıdır, istifadəçilər veb saytınızın nə haqqında olduğunu bilməlidirlər. Meta təsvirlər “Call to Action” üçün əla bir fürsətdir. 

 

  1. Use SEO-friendly URLs

Avtomatik yaradılan  URL-ləri istifadə etməkdən çəkinin:

https://bedigital.az/reqemsal-marketinq/seo-dersi-praktiki

Məzmununuza və başlığına uyğun URL-lərdən istifadə edin:

https://bedigital.az/smm/smm-menecer-kimdir

SEO mütəxəssisləri qısa URL-lərin “Google”da daha yaxşı yerlərdə olduğunu söyləyirlər. Düşünürəm ki, bu, bir az da istifadəçi təcrübəsindən irəli gəlir. Əlbəttə ki, bu, 20 sözdən ibarət URL-nin düzgün olduğunu bildirmir.

 

  1. Multimedia

Ziyarətçilərinizi cəlb etmək istəyirsinizsə, şəkillər, infoqrafika və videolardan istifadə edin. Onlar aşağı “bounce rate”ə və yüksək “engagement”ə səbəb olurlar. Bəzi yeniliklərdən istifadə etməyə də bilərsiniz, ancaq multimedia mütləqdir. Video kontent son bir neçə ildə ən çox sevilən marketinq meyllərindən biridir. Bundan əlavə insanları məzmununuzu bəyənməyə, bölüşməyə və ya şərh etməyə həvəsləndirirlər.

 

  1. Outbound and internal links

Outbond linklərdən istifadə “Google”a məznunuzun axtarışa uyğunluğu barədə siqnal göndərir. Ona görə də linklərin düzgün qaynaqlarla əlaqələndiyinə əmin olun. Daxili linklər məqalələrinizi və ya veb saytınızı tanıtmaq üçün mükəmməl bir yoldur. Onları ziyarət etməyi asanlaşdırır və daha yüksək “engagement”ə səbəb olur.

 

    6.    İnsanları təşviq edin

Yaxşı kontent həmişə paylaşılır. İnsanlar bu günlərdə tənbəldirlər. Ona görə də “share” butonu həmişə veb saytınızda olmalıdır. “BuzzSumo”ya görə sosial paylaşma 2015-ci ildən bu günə kimi iki dəfə artıb. “Facebook”, “Twitter” və ya “LinkedIn”dən əlavə, “Reddit”, “Pinterest” kimi sosial şəbəkələri də veb saytınıza əlavə etməyi unutmayın.

 

Technical on-page SEO checklist

Diqqət etməli olduğunuz ən vacib texniki SEO amilləri:

  1. Search Console

Saytınızı “Google Search Console”a bağlamaq SEO əsaslarından biridir. Google axtarışdakı saytın varlığını və fəaliyyətini izləməyə və daim nəzarət altında saxlamağa kömək edir. “Search Console” açar söz sıralarını, “CTR”ləri, “Google” cəzalarını və texniki SEO üçün bir çox digər faydalı məlumatları təhlil etməyə kömək edir.

 

  1. Website speed

Website speed sıralama amillərindən biridir və bu səbəbdən də daima onu yaxşılaşdırmağı hədəfləməlisiniz. Məlumdur ki, veb istifadəçilərin 50%-i bir saytın 2 saniyə və ya daha az müddətdə yükləməsini gözləyir. 3 saniyədə yüklənmirsə, dərhal saytı tərk edirlər.

seo dərsi

  1. Mobile optimization

Google mobil  üzərindən ilk indekslənməni 2018-ci ilin mart ayında həyata keçirib.  Bu, saytınızın ilk olaraq mobil versiyasının indekslənəcəyi və axtarış zamanı istifadəçiyə ilk mobil versiyanın göstərilməsi deməkdir. Artıq mobil optimallaşdırma zəruridir. İnsanların böyük bir qismi masaüstü kompyuterlərdən daha çox mobil cihazlardan istifadə edir. Buna görə də, mobil optimallaşdırılmamış bir veb saytın işlədilməsi axtarış sıralamanıza mənfi təsir göstərəcəkdir.

 

  1. Sitemap

Sayt xəritəsi axtarış sistemlərinə məzmununuzu incələməyə kömək edir. Bu, bütün veb sayt bölmələrinin sadalandığı bir fayldır. Mürəkkəb quruluşa sahib böyük bir veb sayt işlətdiyinizdə və ya zəngin media məzmunundan istifadə etdiyiniz zaman “sitemap”in olmağı mütləqdir.

Sitemap - sayt xəritəsi ilə bağlı bilməli olduqlarımız əsasən bunlardır:

  • Bütün saytlarda sayt xəritəsinə ehtiyac yoxdur.
  • Sayt xəritəsi təkcə XML formatda olmur.
  • Sayt xəritəsində 50.000-dən çox URL olmamalıdır.
  • Sayt xəritəsini veb saytın əsas qovluğunda yerləşdirmək lazımdır.

 

  1. Robots.txt

“Robots.txt” axtarış motorlarına veb saytınızın hansı bölməsinə daxil olmamalarını bildirən bir fayldır. Bəzi skriptlərin, görünməyini istəmədiyiniz sənədlərin və ya şəkillərin indekslənməməsi üçün olduqca əlverişlidir.

NOT: Məzmunlarınızı axtarış sistemlərindən gizlətmək üçün “robots.txt” istifadə etməyin.

 

Content və SEO

Bəzi marketoloqlar arasında mükəmməl məzmunun SEO-ya ehtiyac duymadığı kimi fikirlər var. Əslində isə bu tamamilə yanlış fikirdir. Təbii ki, kontent SEO üçün ən önəmli faktorlardandı, ancaq bu, o demək deyil ki, SEO-ya ehtiyacınız yoxdur. Bir backlink belə olmayan, optimizasiya edilməmiş saytda yüksək keyfiyyətli məzmun təsəvvür edə bilərsinizmi? Həmçinin mükəmməl şəkildə optimallaşdırılmış, lakin  heç kimin oxumadığı məzmunlar olan veb sayt düşünə bilirsiniz?  Məzmunun yaradılması strategiyanız SEO strategiyanızın bir hissəsi olmalıdır. Bəzi insanlar hələ də inanırlar ki, SEO axtarış sistemləri üçün, məzmunlar isə insanlar üçündür.

Bu, yanlışdır! Məzmun və SEO üst-üstə düşür. Sadəcə unikal məzmun yaratmaq və eyni zamanda axtarış sistemləri və insanlar üçün optimallaşdırmaq lazımdır.

 

Hansı məzmu yaratmaq lazımdır?

Bu, ilk və ən vacib sualdır. Cavab isə bir o qədər də çətin deyil: orijinal, düşündürücü və maraqlı məzmun yaratmaq əla başlanğıcdır.

Məzmun və SEO əvvəldən bir inkişaf etdirilməlidir. Müxtəlif məzmun növlərindən birini seçə bilərsiniz:

 

1.      Bloq

Bloq yazıları xüsusən son illərdə çox populyardır. Yaxşı bir bloq yalnız bloqqerlər üçün deyil, həm də e-ticarət veb saytların insanlarla ələqəsi üçün əla fürsətdir. Bloq vasitəsilə həm də sevdiyiniz işi (səyahət bloqqerləri, marketinq bloqqerləri və s.) edərək pul qazana bilərsiniz.

  1. Məhsul səhifələri

Keyfiyyətli məhsul bloqları olan saytlar satış üçün idealdır. Həmin səhifələr tez-tez “AdWords”də və müxtəlif reklam kampaniyalarında istifadə olunur.

NOT: Bu növ saytlarda məhsul ölçüsü, rəngi, qiyməti kimi məlumatlar dəqiq şəkildə əks etdirilməlidir. Həmçinin UX dizayn da çox vacibdir.

3.      “Case studies” və “original research”

İnsanlarla işlərinizi necə izah etdiyinizi, topladığınız maraqlı məlumatları paylaşın. Müştəri məmnuniyyətiniz strategiyası nədir və ya yeni bir məhsul təqdim edərkən yaşadığınız uğursuzluqları göstərin ki, insanlara daha faydalı ola biləsiniz.

  1. İnfoqrafiya

Həmin yazıları paylaşmaq və yükləmək asan olduğuna görə bir çox insan tərəfindən sevilir. Hətta müəlliflər çox vaxt onlardan mətn əvəzedicisi kimi də istifadə edirlər. Ancaq son zamanlarda infoqrafik yazılarda qarışıq şəkil və duplikat məzmunlar artığından bu tip bloq yazıları elə də üstünlük təşkil etmir.  

  1. Müsahibələr

Hər hansı bir sahə ilə bağlı müəyyən bir qrup insanla sorğu keçirmək sizə orijinal və etibarlı kontentlə yanaşı, həmçinin backlink və yaxşı bağlantılar da qazandıracaq. Ona görə də xüsusən məlumatlandırıcı bloq yazıları olan saytlar bu üsuldan istifadə etməsi məsləhət görülür.

  1. Videolar

Şübhəsiz ki, video kontent son zamanlarda ən çox izlənən bloq növüdür, çünki insanlar artıq uzun yazılar əvəzinə, qısa videolar vasitəsilə informasiya əldə etmək istəyirlər. Bundan əlavə video kontent sizə 80% daha yüksək baxış sayı və yaxşı “backlink” qazandıracaq.

 

İdeal bloq yazısı hansı uzunluqda olmalıdır?

Bir neçə il əvvəl açar sözlər ilə doldurulmuş uzun kontentlər asanlıqla üst sıralarda yer alırdı. Eyni açar sözlərlə demək olar ki, yüzlərlə eyni məqalə heç bir problem olmadan “Google”da ön sıralarda yer alırdı. Məzmun naminə məzmun yaratmaq artıq işə yaramır. Bir kontent yazırsınızsa, oxucunun diqqətini çəkməlisiniz. Vaxta gəldikdə isə 7 dəqiqəlik oxu vaxtı olan yazılar orta səviyyəyə görə idealdır. SEO-ya gəldikdə isə bir çox fərqli düşüncə var. Onların əksəriyyəti sübut edir ki, daha uzun məzmunlar biraz daha yaxşıdır, çünki elə kontentlər daha dolğun və ətraflı olur.

 

Açar söz araşdırması

Açar söz araşdırması olmadan məzmun yaratmaq heç bir nəticə vermir. Düzgün açar sözlərdən istifadə etmirsinizsə, məzmununuz üst sıralarda görünməyəcək. Bunun üçün də hansı açar sözlərdən istifadə edəcəyinizi dəqiqləşdirin.

Açar sözləri haradan tapmaq olar?

Açar sözləri tapmaq üçün müxtəlif yollar var. İlk vəzifəniz əsas açar sözlər üçün daha çox söz fikirlərini tapmaq və addım-addım irəliləməkdir. Bir dijital xidmət saytınız varsa, dijital marketinq kimi sözlərdən əlavə daha spesifik açar sözlərdən istifadə etməyiniz sizə daha çox kömək edəcək. Açar sözlər axtarmağın klassik yolları:

1.       Google suggestions

 “Google Autocomplete”, “People Also Ask” kimi axtarış sistemləri bu işdə sizə yardımçı ola bilər. Daha çox nümunələr tapmaq üçün həmin açar sözləri müxtəlif hərflərlə birləşdirərək axtarış edə bilərsiniz. Fikirləri tapmaq üçün əsas  açar sözü əlifbadan fərqli hərflərlə birləşdirsəniz fərqli nəticələr əldə edəckəsiniz. Məsələn, e-poçt marketinqi a, e-poçt marketinqi b və sair.

 

2.      Keyword tools

Bir açar sözə əsaslanaraq yüzlərlə açar söz fikri verə biləcək bir çox pulsuz  “keyword tool” var. Ən populyarlarından biri “Google Keyword Planner”dir. Digər populyar və pulsuz vasitə isə  “AnswerThePublic”dir.

 

Long tail keywords və axtarış həcmləri

Axtarışa “Long tail keyword”ləri axtararaq başlayın. “Long tail” açar sözlər daha az axtarış həcminə malikdir, lakin bu o demək deyil ki, həmin açar sözlər işinizə yaramayacaq. “Long tail” açar sözlər vasitəsilə səhifənizi tapan ziyarətçilər məzmununuzla daha çox maraqlanırlar və onların geri dönüş nisbəti daha yüksəkdir. Çünki sorğu müvafiq nəticələr tapmaq üçün kifayət qədər konkretdir. “Long tail” açar sözlər bəzən ayda cəmi 100 dəfə axtarıla bilər. Buna görə də düzgün balansı tapmalı və açar söz çətinliyini nəzərə almalısınız.

 

Keyword difficulty

 

İlk sıralarda olmaq istədiyiniz sözləri tapdıqdan sonra bunun nə qədər çətin olacağını bilməlisiniz. Çünki “long tail” açar sözlər sizə kömək edə biləcək çox önəmli bir metrikadır. Açar söz çətinliyi haqqında məlumat əldə edə biləcəyiniz hesablamalar bir az fərqli ölçü və alqoritmlərə əsaslandığına görə əhəmiyyətli olan nəticəni bir “tool” daxilində müqayisə etməkdir. “SERP” axtarışına baxaraq sorğusunun əsas məqsədinin nə olduğunu müəyyənləşdirə bilərsiniz. Biri "ev üsulu pizza resepti" axtarışı edirsə, bu o deməkdir ki, pizza satın almaq fikri yoxdur.  Beləliklə yanlış açar sözləri optimizasiya etmək əvəzinə əsas açar sözlərə fokuslanacaqsınız.

Açar sözlərin tədqiqatını necə etmək olmaz?

Yeni başlayan, səbirsiz məzmun yazarları bütün kriteriyalar haqqında ətraflı düşünmədən “Google Keyword Planner”də və ya hər hansı digər açar söz araşdırma alətində yüksək axtarış həcmi olan bir söz tapırlar. Yuxarıda izah etdiyimiz kimi, ideal bir açar söz tapmaq yalnız axtarış həcmi ilə əlaqəli deyil. Digər bir yanlış düşüncə isə “Google Keyword Planner”də olan  “competition”dur. Burada olan “keyword difficulty” və “metric” insanları çaşdırır. GKP-dəki göstəricilər “Google AdWords”də həmin sözlər üçün rəqabət səviyyəsini təmsil edir. Bu söz üçün sıralanmağın nə qədər çətin olduğunu ifadə etmir.  Başqa bir vaxt itkisi isə uzun müddət ideal açar söz axtarışı etməkdir. Bunun əvəzinə isə:

  1. Başlıqlara;
  2. Title tag və “meta description”a;
  3. Kontentin ilk paraqrafına fokuslanın.

Google zamanla daha da təkmilləşdiyi üçün artıq məzmunun nə olduğunu anlayır. Əhatəli və istifadəçiyə yararlı olan məzmunları daha ön sıralara çıxarır. Eyni açar sözü təkrar-təkrar istifadə etmək əvəzinə “Latent Semantic Indexing”, yəni məzmunla semantik cəhətdən əlaqəli olan sözləri tapmağınız sizə daha faydalı olacaq.  “LSI”dəki açar sözlər hər zaman mövcud trendə əsasən dəyişir. Məzmununuza semantik açar sözlər əlavə etmək yaxşı fikirdir. Faydalı açar söz nümunələri yaratmaq üçün “LSIGraph”dan istifadə edə bilərsiniz.

Link building

Link building başqa veb saytlardan bağlantılar əldə etmək prosesidir. Texniki baxımdan “backlink”lər  veb saytlar arasında naviqasiya rolunu oynayan hiper mətn bağlantılarıdır. Bağlantılar veb məzmunu indeksləşdirməyə imkan verən axtarış sistemləri tərəfindən idarə edilir.

 

Bağlantı qurmaq niyə bu qədər vacibdir?

Axtarış sistemləri yeni veb saytları araşdırmaq və “SERP”də bir veb saytın ümumi reytinqini təyin etmək üçün əlaqələrdən istifadə edir. Başqa sözlə, yeni məzmunu araşdırır və xarici mənbələrdən verilən linklərə əsaslanaraq veb saytın nüfuzunu təyin edirlər. Bu, veb saytın link profilinin ən vacib sıralama amillərindən biri olduğunu bildirir.  Ancaq təəssüf ki, bir çox insan süni yolla backlink əldə edir. Bu səbədən də bir neçə Google alqoritmi vasitəsilə saytınız incələnir və belə hallar aşkar olunduqda cəzalandırılır.  

 

Backlink növləri

Ümumiyyətlə iki növ backlink var :

1. “Do-follow

2. “No-follow"

“Do-follow backlink”ləri qazanmaq daha çətin, amma etibarlılıq baxımından daha yaxşıdır. “No-follow backlink”lər  aldıqda isə bu hal baş vermir. Yəni “nofollow” link verən hər hansısa sayt sizin veb saytınızın etibarlılığı haqqında heç bir səlahiyyət daşımır.

Anchor text

“Anchor text”lər kliklənə bilən “hyperlink” mətnləridir. Botlara səhifənizin nə haqqında olduğunu başa salmağa kömək edir. Nə qədər çox səhifə öz mətnlərində sizin “anchor text”lərə link versə, bu, sizə bir o qədər ön sıralarda olmağa imkan verir. Bu halda hər bir veb sayta ilk növbədə “backlinks” əldə edə biləcəyi mənbələr lazımdır. Lakin unutmayın ki, həddən çox optimizasiya edilmiş “anchor text” profilinin Google tərəfindən cəzalandrılıma ehtimalı daha böyükdür. Buna görə də “anchor text”ləri orqanik şəkildə əldə etməlisiniz.

Geri bağlantıların keyfiyyət aspektləri

Google istinad olunan veb saytların keyfiyyət aspektlərini bəzi faktorlara əsasən nəzərdən keçirir:

  1. Domain Authority
  2. Page Authority
  3. Other link profile quality metrics

Moz və Majestics kimi bəzi “tool”lar vasitəsilə backlink almaq istədiyiniz səhifələrdəki bu faktorları nəzərə ala bilərsiniz.   

Link placement

Linkləri məqalənin əsas hissələrində yerləşdirməyiniz “footers” və “sidebars” hissələrində yerləşdirməyinizdən daha yaxşıdır.  “Sitewide link”lər bir məqalədə “footer”, “header”, “sidebar”, “blogrolls”da göründüyü üçün “internal” və “external” bağlantılar üçün əla vasitədir. Çox trafik yarada bilərlər, yalnız orqanik bağlantılardan istifadə etdiyinizə əmin olun və SEO potensialının “single link”lərlə müqayisədə aşağı ola biləcəyini unutmayın.

Muzaffar Garakhanli

Другие статьи

The SEO Handbook: 120 Questions Answered by Experts

The SEO Handbook: 120 Questions Answered by Experts

"Related Search Activity": SEO Strategiyalarında Rolu

"Related Search Activity": SEO Strategiyalarında Rolu

"Search Entities" Əlaqələrin Analizi. Üstünlükləri Nələrdir?

"Search Entities" Əlaqələrin Analizi. Üstünlükləri Nələrdir?