Анализ социальных сетей компании Maxi.az
Maxi.az Şirkətinin Sosial Media Analizi
Hörmətli istifadəçilər, bu dəfə sizə Maxi.az şirkətinin sosial media analizini təqdim edirik. Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.
1-Facebook sosial şəbəkəsində şirkətin yanvar-fevral aylarındakı fəaliyyətini əhatə edən ilk təsvirimizdə postlara gələn reaksiya saylarını görə bilərsiniz. Belə ki, 23 fevral tarixində edilmiş paylaşım digərlərindən aşkar şəkildə çox reaksiya alaraq, ümumi ayın ortalamasını 22.18-ə çatdırmışdır.
2. Adıçəkilən sosial şəbəkədə eyni dövrdə paylaşımlara gələn reaksiyaların bölünməsi isə növbəti təsvirdə verilib. Təsvirdə müxtəlif rənglərin ifadə etdiyi mənalara əsasən görmək olar ki, bəyənmələr bu reaksiyaların çoxluğunu təşkil edir.
3. Reaksiyaların daha dəqiq bölgüsünü isə növbəti qrafikdən müşahidə etmək mümkündür. Qeyd etdiyimiz kimi, bəyənmələr rəyləri və paylaşımların birgə cəmindən 4 dəfə çoxdur.
4. Facebook-da paylaşımların hansı nisbətdə reaksiya gördüyünə növbəti təsvirdən baxa bilərsiniz. Belə ki, bu cəhətdən videoların aldığı reaksiyalar şəkillərdən hiss olunacaq dərəcədə çoxdur. (təxminən 8-9 dəfə)
5. Facebook-da Maxi.az şikətinin səhifəsinin son 1 ayda istifadəçi aktivliyinin həftənin günlərinə və saatlarına görə bölünməsi növbəti təsvirdə verilib. Burada səhifə istifadəçilərinin çərşənbə və cümə günlərində daha çox postlara reaksiyalar verdiyi nəticəsinə gəlmək olar.
6. Adıçəkilən platformada hər 1000 istifadəçiyə düşən reaksiya sayına aşağıdakı qrafik təsvirdən baxmaq mümkündür. Belə ki, 12 fevralda bu göstərici 0-a bərabər olmuşdur və bu şirkət adına qeyd edilən periodda ən aşağı göstəricidir.
7. Şirkətin Facebook səhifəsi nə dərəcədə aktivdir? Bu suala cavab tapmaq üçün aktivliklə bağlı qrafikə baxmaq kifayət edir. Şirkətin hər gün təxminən 3 paylaşım etdiyini gördükdə, səhifənin kifayət qədər aktiv olduğu nəticəsinə gəlmək olar.
8. Facebook sosial şəbəkəsində şirkətin etdiyi paylaşımların şəkil və videolardan ibarət olduğunu bir qədər öncə qeyd etmişdik. Belə ki, reaksiyaların çoxunun videoların payına düşməsinə baxmayaraq, say etibarilə şəkillər videolardan təxminən 8 dəfə çoxdur.
9. Facebook sosial şəbəkəsində şirkətin istifadəçi sayı ilə bağlı statistikada isə mənfi tendensiya mövcuddur. Belə ki, göstərilən periodda Maxi.az şirkəti davamlı şəkildə (280) istifadəçi itirmişdir.
10. Şirkətin Facebook paylaşımlarının və onlara gələn reaksiyaların orqaniklik faizləri maraqlı rəqəmləri ortaya çıxarır. Belə ki, paylaşımların sadəcə 5 %-i reklam edilən olsa da, reaksiayarın çoxunu məhz bu paylaşımlara gələn reaksiyalar təşkil edir.
11. Aşağıdakı təsvirdə şirkətin ümumi Instagram statistikaları göstərilmişdir.
12. Aşağıdakı təsvirdə Maxi.az şirkətinin Instagram platformasında yanvar-fevral aylarında etdiyi paylaşım sayı və bu paylaşımlara gələn ortalama rəylərin miqdarı göstərilib. Ümumilikdə paylaşım sayında yüksələn, bu paylaşımlara gələn ortalama rəy sayında isə azalan tendensiya müşayiət olunur.
13. Instagram analizində növbəti qrafik 2 hissədən ibarətdir. Paylaşımların çox hissəsini (63 %) şəkillər təşkil etsə də, Facebook-da olduğu kimi, burada da reaksiyaların çoxu ortalama olaraq videoların payına düşür (236).
14. Instagram sosial şəbəkəsində istifadəçilərin saatlara görə aktivliyini aşağıdakı təsvirdən görə bilərsiniz. Daha tünd rənglər aktivliyin daha yüksək olduğu saatları ifadə edir.
15. Adıçəkilən sosial şəbəkədə paylaşım üçün əlverişli zamanlar və paylaşım uzunluğunu aşağıdakı 2 hissəli təsvirdən müşahidə etmək mümkündür. Çərşənbə günü və 280-560 simvol uyğun olaraq 2 kateqoriyada ən yüksək göstəricilərə sahibdir.
16. Instagram analizimizə ən çox reaksiya alan həştaqlarla davam edirik. Ən çox reaksiya alan həştaqlar ortalama olaraq 110-160 arası reaksiya almışdır.
17. Həştaq analizimizə əlverişli həştaq sayı ilə davam edirik. Təsvirdən aydın olur ki, Maxi.az daha çox həştaqdan istifadə etdikcə, paylaşımlara gələn orta reaksiya sayı da azalır.
18. Səhifənin həftənin günlərinə görə aldığı orta reaksiyalara baxdıqda, çərşənbə axşamı gününün açıq üstünlüyünü görə bilərik (293). Şənbə günü isə bu cəhətdən minimal göstəricilərə sahibdir (67).