“Macro Context Attributes” Xüsusiyyətləri Və Tətbiqi

“Macro Context Attributes” Xüsusiyyətləri Və Tətbiqi

“Macro context attributes” veb resursun tematik xəritəsinin əsas hissəsindən yaranan və həmin resursun əsas detallarını əks etdirən əsas elementlərdir. 

 

Nəzərə alsaq ki, günümüzdə rəqəmsal məzmuna tələbat hədsiz dərəcədə çoxdur və bu hal getdikdə artacaq, onda “macro context attributes”in artan tələbatda SEO-ya verdiyi imkanlardan istifadə etməliyik.

 

Bu texnika vebsaytın və ya məzmunun mərkəzi mövzusunu və onun bu mövzu ətrafında necə inteqrasiya olunduğunu, yəni “thematic consolidation”u göstərir. Tematik xəritə veb saytın və ya məzmunun əsas mövzularını və bu mövzular arasındakı əlaqələri vizual və ya struktur formada təşkil edən bir vasitədir. 

 

“Macro context attributes” bu xəritənin ən vacib hissəsini təşkil edir və saytla onun məzmunun nə haqqında olduğunu, hansı mövzuların vurğulandığını, eyni zamanda istifadəçilərin və axtarış motorlarının bu məzmunu necə qəbul etməli olduğunu müəyyən edir.

 

Axtarış motorları, vebsaytın mövzularını və alt mövzularını anlamağa çalışarkən makro kontekstdən istifadə etdiklərinə görə “thematic consolidation” SEO-yə böyük təsir edir.

 

Onun sayəsində veb saytın əsas diqqətini və bu diqqətin bütövlükdə necə təqdim edildiyini müəyyən edərək, axtarış motorları məzmunu daha dəqiq indeksləşdirmək və sıralamaq üçün lazımi məlumatları əldə edib, daha sonra saytın axtarış nəticələrində daha çox görünməsinə və hədəf auditoriyasına çatmasına səbəb olmaq olar.

 

“Macro context attributes”in başqa hansı xüsusiyyətləri var?

 

Mövzu bütövlüyü. Bu, tematik konsolidasiyanı təmin etməklə məzmunun bir-biri ilə əlaqəli və ardıcıl şəkildə təqdim edilməsini nəzərdə tutan sistem, istifadəçiləri daha zəngin və əhatəli məlumatlarla təmin etmək üçün vacibdir.

 

İstifadəçi ehtiyaclarına cavab. Makro kontekst atributları hədəf auditoriyanın ehtiyaclarını və axtarışlarını prioritetləşdirir. O, məzmunun istifadəçilərin suallarına, maraqlarına və axtarış niyyətlərinə uyğun olmasını təmin edir.

 

Axtarış motoru siqnalları. Bu atributlar axtarış motorlarına məzmunu düzgün başa düşməyə və indeksləşdirməyə kömək edən siqnalları ehtiva edir. 

 

Bu siqnallara daxildir:

  • Sayta uyğun açar sözlər
  • Başlıq etiketləri
  • Meta təsvirlərinin istifadəsi 

 

Məzmun ierarxiyası və strukturlaşdırılması. Veb saytın və ya məzmunun necə təşkil olunduğuna istinad etməklə, əsas mövzuların və alt mövzuların aydın şəkildə ayrılması, eyni zamanda onların düzgün formada istifadəçiyə təqdim edilməsi saytda naviqasiyanı asanlaşdırır.

 

Əhatə dairəsi və dərinlik. “Macro context attributes” həm də təqdim olunan məlumatın əhatə dairəsini və dərinliyini müəyyən edir. 

Bu xüsusiyyət nəinki müxtəlif mövzuları, həm də hər bir mövzunun ətraflı və əhatəli şəkildə əhatə olunmasını təmin edir.

 

Uyğunluq. Sistem məzmunun cari və ardıcıl olaraq hədəf auditoriyaya uyğun olmasını təmin edir. Bura trendin müntəzəm yeniləmələri və tendensiyalar, məzmunun inkişafa uyğunlaşması daxildir.

 

Çox yönlülük və əlçatanlıq. Müxtəlif istifadəçi kütləsinin ehtiyaclarını ödəmək üçün məzmunun müxtəlif formatlarda (mətn, video, infoqrafika və s.) təqdim edilməsi. Hətta kontekst sayəsində məzmunu hər kəs, o cümlədən xüsusi tibbi vəziyyəti olan istifadəçilər üçün əlçatan olmasını təmin etmək mümkündür.

 

SEO-da “macro context attributes” xüsusiyyətlərindən istifadə

 

SEO-da “macro context attributes” istifadə sizdən saytınızın mövzularını və alt mövzularını strateji şəkildə təşkil etməyi tələb edir. 

Belə ki, sağlamlıqla bağlı veb-saytınız varsa, əsas mövzunuz "sağlamlıq" ola bilər. Bu əsas mövzu altında "qidalanma", "müalicə" və "psixoloji sağlamlıq" kimi alt mövzular var. 

 

“Macro context attributes” həmin alt mövzuların bir birilə əlaqəsini göstərməklə onların əsas mövzuya inteqrasiya olunduğunu göstərir.

 

Bəs o bu əlaqələndirmələri təyin etdikdən sonra SEO üçün necə istifadə edə bilərik? Gəlin bunu aydınlaşdıraq.

 

  • “Thematic consolidation”. Veb saytınızın əsas və alt mövzularını müəyyən edərək tematik xəritə yaradın.
  • Açar söz analizi. Hər bir mövzu və alt mövzu üçün hədəf açar sözləri müəyyənləşdirin. 
  • Məzmun taradılması. Yaratdığınız tematik xəritə və açar sözlərdən istifadə edərək, hədəf auditoriyanızın diqqətini çəkəcək və axtarış motorları tərəfindən asanlıqla tapılacaq keyfiyyətli məzmun hazırlayın.
  • “Backlinks”. Kontentlər arasında məntiqi və strateji “backlink”lər yaratmaq saytınızın tematik xüsusiyyətini və axtarış motorlarına saytınızın strukturunu daha yaxşı başa düşməsinə səbəb olun.

 

Yəni, tutaq ki, “Sağlam olmaq üçün nə etmək lazımdır” haqqında bloq yazırsınız. Bloqda sağlam qalmaq üçün lazım olan qidalar, edilən fiziki fəaliyyətlər və daimi hansı tibbi yoxlanışlardan keçmək lazımdırsa, onlar haqqında altbaşlıqlar qeyd edirsiniz. Hər bir altbaşlıq üçün xüsusi açar sözlərdən istifadə edərək məzmununuzu optimallaşdırırsınız. Daha sonra, "Sağlam olmaq üçün nə etmək lazımdır" bloqunuzu saytda “sağlamlıq” sözünün əsas mövzu olduğu kateqoriyaya əlavə edirsiniz. 

 

Bu strukturu etmək saytınızı həm istifadəçilər, həm də axtarış motorları üçün daha başa düşülən və əlçatan edəcək.

 

Muzaffar Garakhanli

Другие статьи

“Macro Context Attributes” Xüsusiyyətləri Və Tətbiqi

“Macro Context Attributes” Xüsusiyyətləri Və Tətbiqi

Кто такой специалист по социальным сетям и как он называется? Что вы должны знать?

Кто такой специалист по социальным сетям и как он называется? Что вы должны знать?

Международный банк (IBAR) Анализ социальных сетей (2021)

Международный банк (IBAR) Анализ социальных сетей (2021)