Анализ социальных сетей Irshad Electronics (ноябрь 2020 г.)
Hörmətli oxucular, bu dəfə sizə İrşad Electronics-in (Telekom) sosial media analizini təqdim edirik. Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.
1. Aşağıda Facebook-da adıçəkilən şirkətin paylaşım başına aldığı reaksiya sayını görürsünüz. Belə ki, 8 noyabrda bu göstərici üzrə rekord nəticə qeydə alınıb (9,3 K).
2. Növbəti təsvirdə isə paylaşım başına düşən ortalama reaksiyaların noyabr ayının həftələrinə nisbətini görürsünüz. Noyabr ayının ilk günləri, göründüyü kimi, daha çox rəy, bəyənmə və paylaşımlarla zəngin olub.
3.Qrafikdə qeyd edilən aralıqda istifadəçilərin postlara reaksiyalarının bölgüsü əks olunub.Göründüyü kimi, reaksiyaların böyük əksəriyyətini ( 87,19%) bəyənmələr təşkil edir.
4.Təsvirdə Facebook-da noyabr ayında ən çox reaksiya görən paylaşım tiplərini görürsünüz. İrşad Electronics-in Facebook səhifəsində karusel və şəkillərlə müqayisədə video tipli kontentlər böyük üstünlüklə daha çox reaksiya alır.
5. Aşağıdakı təsvirdə 2020-ci il noyabr ayı üzrə Facebook sosial şəbəkəsində həftənin günləri və saatlarına görə istifadəçilərin aktivlik dərəcəsi təsvir edilmişdir. Daha böyük dairələr aktivliyin ən yuxarı həddə olduğu zamanları göstərir.
6. Qrafikdə göstərilən müddətdə Facebook sosial şəbəkəsində İrşad Electronics tərəfindən edilən paylaşım tiplərini görə bilərsiniz.Gözlənildiyi kimi, şəkilli paylaşımlar ümumi paylaşımların yarısından çoxunu təşkil edir (70.34%).
7. Bu qrafikdə isə eyni analizin Instagram sosial şəbəkəsi üçün olan göstəriciləri qeyd olunub. Burada da mənzərə fərqli deyil : şəkillər digər tipli paylaşımları geridə qoyur (75.68%).
8. Aşağıdakı qrafikdə Facebook-da son ay ərzində hər paylaşım üçün gələn reaksiya sayı göstərilib. Belə ki, reaksiyaların maksimal və minimal sayı, uyğun olaraq, 8 və 22 noyabrda qeydə alınıb.
9. Cədvəldə adı çəkilən şirkətin lnstagram hesabının ümumi statistikaları göstərilmişdir.
10. Facebook sosial şəbəkəsində göstərilən periodda hər günə düşən paylaşım və bu paylaşımların aldığı bəyənmə sayı isə aşağıdakı qrafikdə təsvir olunub. 8 və 9 noyabrda bu iki göstərici üzrə ən yüksək rəqəmləri müşahidə edə bilərik.
11.Instagram-da İrşad Electronics-in qeyd olunan dövrdə neçə paylaşım etdiyini və hər paylaşıma gələn ortalama rəy sayını isə aşağıdakı təsvirdə müşahidə edə bilərsiniz.
12. Instagram üzərindən apardığımız başqa analiz gün ərzində edilən paylaşım və alınan reaksiyalara fokuslanıb. Ən çox paylaşım 9 noyabrda edilsə də, bəyənmələrin ən yüksək göstəricisi 23 noyabrda müşahidə olunub.
13.Bu dəfəki təsvirdə Instagram-da noyabr ayının həftələri üzrə paylaşımlar və ortalama rəy sayı əks etdirilib. Ən çox paylaşım noyabrın ikinci həftəsində, ən çox rəy isə sonuncu həftəsində qeydə alınıb.
14. Göstərilən təsvirdə lnstagram sosial şəbəkəsində İrşad Electronics-in son 365 gün ərzində edilən paylaşım növləri və onlara gələn reaksiyaları görə bilərsiniz. Belə ki, ən çox reaksiyalar hiss ediləcək fərqlə, video olan paylaşımlara gəlir.Ən çox paylaşılan post növü isə, şəkil növ postlardır.
15. Qrafikdə həftə ərzində lnstagram-da istifadəçilərin həftənin günlərində postlara reaksiyalarının bölgüsü əks olunub. Ortalama reaksiya sayı bazar və bazar ertəsi günlərində hiss olunacaq dərəcədə yüksəkdir.
16. Qrafikdə son 1 ildə şirkətin lnstagram hesabında ən çox reaksiya görən Həştəqləri (hashtag) görə bilərsiniz. Bu həştəqlər (hashtag) ortalama 1000-1600 arası reaksiya alıb.
18. İrşad Electronics-in Instagram hesabında həştaq (hashtag) sayına uyğun olaraq gələn reaksiya sayını aşağıdakı qrafikdə görə bilərsiniz. Belə ki, şirkət 1-2 və 6-9 həştaq sayından istifadə etdikdə paylaşımlar izləyicilərdən daha çox reaksiya alıb.
19. Aşağıdakı təsvirdə 2020-nin noyabr ayı üzrə Instagram sosial şəbəkəsində həftənin günləri və saatlarına görə istifadəçilərin aktivlik dərəcəsi təsvir edilmişdir. Yüksək aktivlik daha tünd rənglərlə ifadə olunub.