"Google Webmaster Tools" Patenti. Tarama Sürəti Və "XML Sitemaps"
“Google Webmaster Tools” patenti veb-sayt sahiblərinə öz saytlarının “Google” tərəfindən necə göründüyü və indeksləşdirildiyi haqqında ətraflı məlumat əldə etməyə imkan verəcək alətlər və hesabatlar təqdim edən sistemə aiddir. Eyni zamanda bu patent “Google” tarama hesabları ilə saytlar daha asan indeksləşdirməsinə imkan verir.
Ancaq indeksləşdirməylə məhdudlaşmayan patent SEO mütəxəssislərə “Webmaster” alətlərindən istifadə etmək üçün skanlanmanın idarə edilməsi, XML sayt xəritələrinin yaradılması, XML sayt xəritələrinin axtarış motoru tərəfindən necə skanlaması, üstünlük verilən versiyanın təyin edilməsi kimi bir çox imkanlar verir.
"Veb-sayt sahiblərinə veb-sayt indeksləşdirmə sistemində skan sürətini idarə etməyə imkan verən sistem və üsul” adlandırılan patentin əsas məqsədi veb-brauzerlərin veb-saytları müəyyən bir tarama sürəti ilə skan etməsi, axtarış sistemlərinin saytın sənədlərini indeksləşdirmək üçün girişi təmin etməsidir.
Veb-sayt sahibləri tərəfindən, müəyyən edilmiş meyarlar yerinə yetirildikdən sonra sistem tərəfindən veb sayt üçün tarama sürəti həddini dəyişə bilər. Bu, sayt sahiblərinə saytlarının Google tərəfindən necə taranması və indekslənməsini anlamağa və ona nəzarət etmək imkanı verir
Tarama sürətinin idarə edilməsi
Tarama sürətinin tənzimlənməsi “Google Webmaster Tools”un əsas xüsusiyyətidir və veb sayt sahiblərinə “Google” botlarının indeksləşdirmə üçün sayta daxil olma tezliyinə təsir göstərməyə imkan verir. Bu sistem “Google”un axtarış nəticələrində veb-sayt məzmununun görünməsi və əlçatanlığını optimallaşdırmaq üçün çox vacibdir.
Tarama sürətinin tənzimlənməsinin sayt üçün əhəmiyyəti
- Məzmunun indekslənməsi
- Server yükünün idarə edilməsi
- SEO optimizasiyası
XML sayt xəritələri
XML sayt xəritələri veb-sayt məzmununun strukturlaşdırılmış idarəsini təmin edərək axtarış motorları üçün strateji plan kimi xidmət edir. Bu xəritələr, nəinki “Google” kimi axtarış motorları tərəfindən veb səhifələrin qısa zammanda tapılmasını və indeksləşdirilməsini asanlaşdırır, həm də veb-sayt sahiblərinə saytlarının istifadəçilərə ən maraqlı gələn hissələrini vurğulamağa imkan verir.
XML sayt xəritəsi, veb-saytın bütün URL-lərini və hər bir səhifə haqqında əlavə metadataları, məsələn, sonuncu dəfə yenilənməsi, saytda hansı tezlikdə dəyişiklər olması və digər səhifələrə nisbətən əhəmiyyətini ölçən rəqəmsal fayldır. Bu fayl Genişləndirilə bilən İşarələmə Dili (XML) formatında yazılmışdır və maşınlar tərəfindən asanlıqla oxunmaq üçün nəzərdə tutulmuşdur.
Qeyd edim ki, fiziki olaraq insanların da onu rahatlıqla oxuması mümkündür.
XML sayt xəritələrinin veb-sayt üçün əhəmiyyəti
- Təkmilləşdirilmiş indeksləmə
- Məzmunun prioritetləşdirilməsi
- Daha sürətli məzmun yeniləmələri
Daha sadə formada desək, tutaq ki, siz veb-sayta texnologiyadan tutmuş həyat tərzinə qədər geniş mövzuları əhatə edən bloqlar əlavə edirsiniz. Vaxt keçdikcə bloqlarınız saytı xeyli artıb, təxminən min ədəd civarıdır. Həmin bloqlardan bəziləri trafikinizin əhəmiyyətli bir hissəsini idarə edən əsas məqalələrdir. Bu bloqları müvafiq prioritet səviyyələri ilə XML sayt səritəsinə daxil etməklə, axtarış motorlarının saytın əhəmiyyətini tanımasını təmin edirsiniz.
Əlavə olaraq, siz yeni məqalələr dərc etdikdə və ya köhnə yazıları yenilədikdə, saytın xəritəsi avtomatik olaraq bu dəyişiklikləri əks etdirmək üçün yenilənir, yenilənmə olduqca da axtarış motorlarını sizin sayta yenidən baxmağa sövq edir. Bu yanaşma nəinki yeni və yenilənmiş məzmununuzun görünməsini yaxşılaşdırır, həm də axtarış nəticələrində saytınızın aktuallığını qorumağa kömək edir.
“Google”un patenti sadəcə texniki deyil, həm də axtarış sistemini nizamlamaq üçün istifadə edilən rahat üsullardandır. “Crawl Speed Management” tətbiqi veb-sayt sahiblərinə saytın performansını optimallaşdırmaq üçün lazım olan çevikliyi təklif edərək, onların məzmununun necə təyin edilməsinə və indekslənməsinə təsir göstərməyə imkan verir.
XML Sayt Xəritələri və Sayt Xəritəsi İndeksi vasitəsilə nəzərdə tutulan təkmilləşdirmələr, lazımlı məzmunun düzgün vaxtda düzgün auditoriyaya çatmasını təmin edərək, veb saytların axtarış motorları tərəfindən daha yaxşı qiymətləndirilməsinə səbəb olur.
Ən çox istifadə olunan "Webmaster" alətləri
"Webmastrer" alətləri veb sayt sahibləri üçün saytlarını idarə etmək və optimallaşdırmaq, eyni zamanda axtarış motorlarında görünmələrini artırmaq üçün hazırlanmış onlayn alətlər və platformalardır.
Həmin alətlərin təklif etdiyi bəzi əsas xüsusiyyətlər və funksiyalar bunlardır:
"Google Search Console"
- Sayt xəritələri. XML sayt xəritələri təqdim etməklə "Google"un saytı daha effektiv şəkildə taramasına və indeksləşdirməsinə kömək edə bilirik.
- Mobil istifadə imkanı. Saytın mobil cihazlarda necə fəaliyyət göstərdiyini yoxlayır və potensial problemləri müəyyən edir.
- Təhlükəsizlik problemləri. Zərərli proqram və ya məxfiliyə mane olacaq təhlükəsizlik problemlərinə qarşı saytı davamlı yoxlayır.
"Bing Webmaster Tools"
- Sayt səritələrinin göndərilməsi. Alət "Bing"ə saytınızı daha sürətli və effektiv şəkildə taramaq imkanı verir.
- SEO analizi. Saytın SEO performansını qiymətləndirir və təkmilləşdirmək üçün boşluqlar varsa, onu aradan qaldırmaq üçün təkliflər verir.
- Trafik hesabatları. "Bing" axtarış nəticələrindən saytımıza gedən trafiki təhlil edir.
"Yandex Webmaster"
- "Site Status". "Yandex" indeksində saytımızın hansı statusda olduğunu göstərir.
- Axtarış sorğuları. İstifadəçilərin saytımıza necə daxil olduğunu göstərən ətraflı sorğu hesabatları təqdim edir.
- "Sitemaps". "Yandex" sayt xəritələrini göndərməklə tarama sürətini tənzimləməyimizə imkan verir.
Bu alətlər veb-sayt haqqında hərtərəfli məlumat verməklə, saytın axtarış sistemlərində necə işlədiyini başa düşməyə, texniki problemləri aşkar etməyə və məzmunlarını optimallaşdırmağa imkan yaradır. Alətlərin təqdim etdiyi təhlil nəticələrini nəzərə almaqla təkmilləşdirmə etdikdən sonra saytda trafikin artmasına və daha çox istifadəçiyə çatmasına səbəb ola bilərik.