Ana Səhifə Bloq Yazıları Seo Google 20+ Maraqli Statistika (2019-Cu Il Üçün)

GOOGLE 20+ MARAQLI STATİSTİKA (2019-cu il üçün)

05.02.2020

Google ilə əlaqəli çoxlu maraqlı faktlar var. Bu yazıda 20-dən çox maraqlı faktı təqdim edirəm. 

QEYD: Göstərilənlər 2019-cu ilin seo statistikalarını əhatə edir.

1. 2019-cu ildə müxtəlif axtarış motorlarında edilən axtarışların 75%-dən çoxu Google-a məxsusdur. Digər sıralarda isə Bing (9.97%), Baidu (9.34%), Yahoo (2.77%) axtarış motorları yer alıb.

2. Google-da ötən il təxminən 2.3 trilyon axtarış olub.

3. Adi günlərdə baş verən milyardlarla axtarışların 15%-i Google üçün yenidir.

4. Yalnız ilk beşlikdə olan nəticələr bütün klikləmələrin 67.60%-ni təşkil edir.

5. Google axtarış sistemi veb saytları sıralamaq üçün 200-dən çox amildən istifadə edir.  (DAHA DETALLI BU YAZIDA)

6. Yüksək keyfiyyətli məzmun və link yaratmaq (link building) veb saytınızı axtarışda ön sıralara çıxarmaq üçün Google tərəfindən istifadə olunan ən vacib iki faktordur.

7. Marketinq rəhbərlərinin 57%-i səhifədəki məzmunun yenilənməsi və dolğun olmasını ən effektiv SEO taktikası olduğunu söyləyib.

8. Google-da üst sıralarda olan saytlardakı məzmunun söz sayı ortalama 2416-dır.

9. Bütün səhifələrin 91%-i Google-dan trafik ala bilmir. Səbəb isə əsasən backlink və digər faktorların bir çoxunun olmamasıdır.

10. Saytların 55.24%-də backlink sayı 5-dən aşağıdır.

11. Bir saytda nə qədər çox backlink varsa, o, Google-da daha çox axtarış trafiki əldə edib.

12. 2019-cu ildə bütün dünyada onlayn trafikin 52%-ni mobil, 45%-ni isə masaüstü axtarışlar təşkil edib.

13. Marketoloqların 70%-i SEO-nu PPC-dən daha effektli hesab edir.

14. 1,3 milyondan çox müəssisə, veb sayt və qeyri-kommersiya şirkətləri Google reklamlarından istifadə ediblər.

15. "Haradan almaq olar" və "Mənə yaxın" mobil sorğuları son iki ildə 200%-dən çox artıb.

16. Yaxın mağaza axtaran istehlakçıların 72%-i beş mil məsafədə yerləşən bir mağazaya baş çəkib.

17. Smartfon istifadəçilərinin 87%-i gündə ən az bir dəfə axtarış motorlarından istifadə edir.

18. Google-da hər saniyədə 75 mindən çox axtarış olur.

19. Axtarış sorğularının 23%-i iki sözdən ibarətdir:

1 söz: 21.71%

2 söz: 23.98%

3 söz: 19.60%

4 söz: 13.89%

5 söz: 8.70%

6+ söz: 12.12%


20. Bütün axtarışların 50%-dən çoxuna heç bir klik olmayıb.

21. Şəkil axtarışı onlayn axtarışların 20%-ni təşkil edir.

22. İnternet istifadəçilərinin 75%-i axtarış motorlarının ilk səhifəsindən ikinci səhifəsinə keçməyib.

Oxşar Xəbərlər

Kontent Marketinq Dərsi (3-cü hissə)

Super Praktiki Kontent Marketinq Dərsi (2-ci hissə)

Yeni Başlayanlar Üçün PRAKTİKİ KONTENT MARKETİNQ Dərsi(2021)

SEO STRATEGİYASI NECƏ YARADILIR (2020) ?

Azərbaycan dilində SEO dərsi 3-cü hissə (2020)

Digər yazılar

Maxi.az Şirkətinin Sosial Media Analizi

05.02.2020 23 500

Bakcell vs Nar Sosial Media Analizi (2021)

05.02.2020 23 500

Ayhan Karaman ilə Müzəffər Qaraxanlı SEO VEBİNAR (2021)

05.02.2020 23 500

Beynəlxalq Bank (IBAR) Sosial Media Analizi (2021)

05.02.2020 23 500

Azercell Sosial Media Analizi (2020)

05.02.2020 23 500

Code Academy Sosial Media Analizi (2020)

05.02.2020 23 500

Unibank Sosial Media Analizi (2020 Dekabr)

05.02.2020 23 500

İrşad Electronics Sosial Media Analizi (2020 Noyabr)

05.02.2020 23 500

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

05.02.2020 23 500

Google-da "Onlayn satış" ilə bağlı ən çox axtarılan açar sözlərin siyahısı (2020)

05.02.2020 23 500

Kasıb ölkələrdə üstün olan 10 ölüm səbəbi ( 100.000 əhaliyə düşən ölüm sayı )

05.02.2020 23 500

Sosial Media mütəxəssisi kimdir, kimə deyilir? Nələri bilməlidir?

05.02.2020 23 500

Türkiyəli SMM meneceri sualları cavablandırdı

05.02.2020 23 500