Ana Səhifə Bloq Yazıları Data Maxi.az Şirkətinin Sosial Media Analizi

Maxi.az Şirkətinin Sosial Media Analizi

12.03.2021

Maxi.az Şirkətinin Sosial Media Analizi

 

Hörmətli istifadəçilər, bu dəfə sizə Maxi.az şirkətinin sosial media analizini təqdim edirik. Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.

 

1-Facebook sosial şəbəkəsində şirkətin yanvar-fevral aylarındakı fəaliyyətini əhatə edən ilk təsvirimizdə postlara gələn reaksiya saylarını görə bilərsiniz. Belə ki, 23 fevral tarixində edilmiş paylaşım digərlərindən aşkar şəkildə çox reaksiya alaraq, ümumi ayın ortalamasını 22.18-ə çatdırmışdır.

maxi.az sosial media analizi

 

 

2. Adıçəkilən sosial şəbəkədə eyni dövrdə paylaşımlara gələn reaksiyaların bölünməsi isə növbəti təsvirdə verilib. Təsvirdə müxtəlif rənglərin ifadə etdiyi mənalara əsasən görmək olar ki, bəyənmələr bu reaksiyaların çoxluğunu təşkil edir. 

maxi az sosial media analizi

 

 

3. Reaksiyaların daha dəqiq bölgüsünü isə növbəti qrafikdən müşahidə etmək mümkündür. Qeyd etdiyimiz kimi, bəyənmələr rəyləri və paylaşımların birgə cəmindən 4 dəfə çoxdur. 

maxi az sosial media analizi

 

 

4. Facebook-da paylaşımların hansı nisbətdə reaksiya gördüyünə növbəti təsvirdən baxa bilərsiniz. Belə ki, bu cəhətdən videoların aldığı reaksiyalar şəkillərdən hiss olunacaq dərəcədə çoxdur. (təxminən 8-9 dəfə)

maxi.az sosial media

 

 

5. Facebook-da Maxi.az şikətinin səhifəsinin son 1 ayda istifadəçi aktivliyinin həftənin günlərinə və saatlarına görə bölünməsi növbəti təsvirdə verilib. Burada səhifə istifadəçilərinin çərşənbə və cümə günlərində daha çox postlara reaksiyalar verdiyi nəticəsinə gəlmək olar. 

maxi az sosial media analiz

 

 

6. Adıçəkilən platformada hər 1000 istifadəçiyə düşən reaksiya sayına aşağıdakı qrafik təsvirdən baxmaq mümkündür. Belə ki, 12 fevralda bu göstərici 0-a bərabər olmuşdur və bu şirkət adına qeyd edilən periodda ən aşağı göstəricidir.

maxi.az sosial media

 

 

7. Şirkətin Facebook səhifəsi nə dərəcədə aktivdir? Bu suala cavab tapmaq üçün aktivliklə bağlı qrafikə baxmaq kifayət edir. Şirkətin hər gün təxminən 3 paylaşım etdiyini gördükdə, səhifənin kifayət qədər aktiv olduğu nəticəsinə gəlmək olar. 

maxi.az sosial media analizi

 

 

8. Facebook sosial şəbəkəsində şirkətin etdiyi paylaşımların şəkil və videolardan ibarət olduğunu bir qədər öncə qeyd etmişdik. Belə ki, reaksiyaların çoxunun videoların payına düşməsinə baxmayaraq, say etibarilə şəkillər videolardan təxminən 8 dəfə çoxdur. 

maxi.az sosial media analizi

 

 

 

9. Facebook sosial şəbəkəsində şirkətin istifadəçi sayı ilə bağlı statistikada isə mənfi tendensiya mövcuddur. Belə ki, göstərilən periodda Maxi.az şirkəti davamlı şəkildə (280) istifadəçi itirmişdir.

maxi az sosial media analizi

 

 

10. Şirkətin Facebook paylaşımlarının və onlara gələn reaksiyaların orqaniklik faizləri maraqlı rəqəmləri ortaya çıxarır. Belə ki, paylaşımların sadəcə 5 %-i reklam edilən olsa da, reaksiayarın çoxunu məhz bu paylaşımlara gələn reaksiyalar təşkil edir.

sosial media analizi maxi.az

 

 

11. Aşağıdakı təsvirdə şirkətin ümumi Instagram statistikaları göstərilmişdir. 

maxi.az sosial media analizi

 

 

12. Aşağıdakı təsvirdə Maxi.az şirkətinin Instagram platformasında yanvar-fevral aylarında etdiyi paylaşım sayı və bu paylaşımlara gələn ortalama rəylərin miqdarı göstərilib. Ümumilikdə paylaşım sayında yüksələn, bu paylaşımlara gələn ortalama rəy sayında isə azalan tendensiya müşayiət olunur.maxi.az sosial media analizi

 

 

13.  Instagram analizində növbəti qrafik 2 hissədən ibarətdir. Paylaşımların çox hissəsini (63 %) şəkillər təşkil etsə də, Facebook-da olduğu kimi, burada da reaksiyaların çoxu ortalama olaraq videoların payına düşür (236).

sosial media analizi maxi

 

14. Instagram sosial şəbəkəsində istifadəçilərin saatlara görə aktivliyini aşağıdakı təsvirdən görə bilərsiniz. Daha tünd rənglər aktivliyin daha yüksək olduğu saatları ifadə edir. 

maxi.az sosial media

 

 

15. Adıçəkilən sosial şəbəkədə paylaşım üçün əlverişli zamanlar və paylaşım uzunluğunu aşağıdakı 2 hissəli təsvirdən müşahidə etmək mümkündür. Çərşənbə günü və 280-560 simvol uyğun olaraq 2 kateqoriyada ən yüksək göstəricilərə sahibdir.

maxi.az instagram sosial media

 

 

16. Instagram analizimizə ən çox reaksiya alan həştaqlarla davam edirik. Ən çox reaksiya alan həştaqlar ortalama olaraq 110-160 arası reaksiya almışdır. 

maxi.az sosial media analizi

 

 

17. Həştaq analizimizə əlverişli həştaq sayı ilə davam edirik. Təsvirdən aydın olur ki, Maxi.az daha çox həştaqdan istifadə etdikcə, paylaşımlara gələn orta reaksiya sayı da azalır. 

maxi.az sosial media analizi 2021

 

 

18. Səhifənin həftənin günlərinə görə aldığı orta reaksiyalara baxdıqda, çərşənbə axşamı gününün açıq üstünlüyünü görə bilərik (293). Şənbə günü isə bu cəhətdən minimal göstəricilərə sahibdir (67). 

maxi.az sosial media

Oxşar Xəbərlər

Bakcell vs Nar Sosial Media Analizi (2021)

Beynəlxalq Bank (IBAR) Sosial Media Analizi (2021)

Azercell Sosial Media Analizi (2020)

Code Academy Sosial Media Analizi (2020)

Unibank Sosial Media Analizi (2020 Dekabr)

Digər yazılar

Kontent Marketinq Dərsi (3-cü hissə)

12.03.2021 23 500

Super Praktiki Kontent Marketinq Dərsi (2-ci hissə)

12.03.2021 23 500

Ayhan Karaman ilə Müzəffər Qaraxanlı SEO VEBİNAR (2021)

12.03.2021 23 500

Yeni Başlayanlar Üçün PRAKTİKİ KONTENT MARKETİNQ Dərsi(2021)

12.03.2021 23 500

SEO STRATEGİYASI NECƏ YARADILIR (2020) ?

12.03.2021 23 500

Azərbaycan dilində SEO dərsi 3-cü hissə (2020)

12.03.2021 23 500

Praktiki sınanmış SEO dərsi ( 2-ci hissə )

12.03.2021 23 500

Addım-addım praktiki sınanmış SEO DƏRSİ

12.03.2021 23 500

SEO və SEM arasındaki 7 Fərq

12.03.2021 23 500

Ən yaxşı 77 SEO fəndi - Reytinqinizi yüksətmə yolları

12.03.2021 23 500

Biznesinizi Koronavirusdan qorumanın 13 DİJİTAL YOLU

12.03.2021 23 500

SEO ANALİZ üçün PULSUZ "13 Chrome Extension"u

12.03.2021 23 500

E-ticarət saytları üçün SEO etmənin asan yolları -(İZAHLI)

12.03.2021 23 500

Saytınızdakı İstifadəçi HƏRƏKƏTLƏRİNİ izləmək üçün 10 PROQRAM

12.03.2021 23 500

Sosial Media mütəxəssisi kimdir, kimə deyilir? Nələri bilməlidir?

12.03.2021 23 500

Türkiyəli SMM meneceri sualları cavablandırdı

12.03.2021 23 500

GOOGLE 20+ MARAQLI STATİSTİKA (2019-cu il üçün)

12.03.2021 23 500

Google-un 100 Sıralama Faktoru (2020 TAM SİYAHI)

12.03.2021 23 500