“Topical Borders” Necə Tətbiq Edilir?

“Topical Borders” Necə Tətbiq Edilir?

"Topical Borders", veb-sayt məzmununun xüsusi mövzular ətrafında necə təşkil edildiyini və onların axtarış motorları tərəfindən necə qəbul edildiyini müəyyənləşdirən strategiyadır. 

 

Bu strategiya məzmunumuzu xüsusi mövzular ətrafında qruplaşdırır və saytımızın həmin mövzularda nüfuz sahibi kimi tanınmasına kömək edir.

 

Tutaq ki, logistika sahəsinə aid veb-saytımız var və bu saytda dəniz nəqliyyatı, hava, dəmir yolu kimi logistika növləri və logistika texnologiyaları kimi müxtəlif kateqoriyalarda məlumatlar var. "Topical Borders" strategiyasını tətbiq etməklə quru nəqliyyatı kateqoriyasında yük maşınlarının növləri, onun üstünlükləri və çətinlikləri, xərc hesablamaları və davamlı quru daşıma üsulları kimi mövzuları ətraflı əhatə edən bloqlar paylaşıb həm istifadəçilərə quru logistikası haqqında məlumatlar verə, həm də axtarış motorunun saytı bu mövzuda etibarlı sayt kimi qiymətləndirməsinə səbəb ola bilərik. 

 

“Topical Borders” necə tətbiq edilir?

 

1.Mövzuları və alt mövzuları təyin edirik. Əvvəlcə veb-saytımızla əlaqəli olan və istifadəçiləri maraqlandıran məzmunu seçib həmin mövzu ilə əlaqəli alt mövzuları təyin edərək mövzu piramidası yaradırıq. 

 

Daha sonra təyin etdiyimiz alt mövzulara lazımlı, dəyərli və keyfiyyətli məzmunlar hazırlayırıq. Qeyd edim ki, məzmunun keyfiyyətli olması onun görünürlülüyü üçün önəmlidir.

 

2.Alt mövzular arasında əlaqə yaradırıq. Alt mövzular haqqında yazdığımız bloqlar arasında əlaqə yaratmaq saytın naviqasiyası və SEO qiymətləndirilməsi üçün vacib amillərdəndir.

 

3.Yaratdığımız məzmunu yeniləməliyik. Davamlı köhnəlmiş məzmunu yeniləmək, həmin məzmunla əlaqəli trendləri bloqa əlavə etmək saytın ümumi optimallaşdırılmasına da təsirlidir. 

 

Gəlin nümunə üzərindən baxaq:

 

Tutaq ki, bizim sağlamlıqla bağlı veb-saytımız var. Bu saytın əsas mövzusu “sağlamlıq” olacaq, çünki bütün məzmunumuz sağlamlıqla əlaqəlidir. 

 

Lakin bütün məzmunumuz bir başa sağlam olmaqla bağlı olsa, saytımız sıxıcı olacaq və lazımi məlumatları ətraflı yayımlamış olmayacayıq ki, bu da trafiki əhəmiyyətli dərəcədə azaldır. Ona görə sağlamlıqla əlaqəli olan alt mövzular təyin edirik. Bu alt mövzulara daxil ola bilər: 

 

  • Sağlam qidalanma. Bura balanslaşdırılmış qidalanma, qida əlavələri, zərərli qidalar və s. daxildir.
  • Qan-damar problemləri. Ürək, qan-damar sistemilə bağlı xəstəliklər, ürəyə zərərli olan faktorlar və s. daxildir.
  • Psixi sağlamlıq. Stressi idarə etməyin yolları, meditasiya, yoqa və s. daxildir.
  • Cərrahiyə. Əməliyyat növləri, hansı əməliyyat növünün hansı problemlə əlaqəli olduğu və s. 
  • Ginekoloji. Ginekoloji və hamiləliklə bağlı mövzular, doğum və hamiləliklə əlaqəli mövzullar və s. daxildir.

 

Sağlamlıqla əlaqəli bunlarla bərabər istifadəçiləri maraqlandıran bir çox alt mövzunu təyin edə bilərik.

 

Təyin etdiyimiz alt mövzular haqqında keyfiyyətli, istifadəçidə maraq yaradacaq və faydalı məzmunlar hazırlayıb yayımlayırıq. Yazdığımız alt mövzuları isə bir birindən tam fərqli deyil, uyğun hazırlamağımız lazımdır ki, alqoritma saytımızın sağlamlıq haqqında olduğunu anlasın və həmin mövzularla bərabər, sağlamlıqla bağlı axtarışlarda da saytımızı təqdim etsin.

 

Məsələn, balanslaşdırılmış qidalanma ilə bağlı bloq yazırıqsa, həmin bloqda balanslaşdırılmış qidanın qan-damar sistemi xəstəliklərinə, psixoloji sağlamlığa faydalarından da danışa bilərik. 

 

Qeyd edim ki, bloqda qidalanmanın qan-damar sisteminə faydasını qeyd edəndə saytda mövcud olan qan-damar sistemilə bağlı kontentə keçid linki verməyimiz axtarış motorlarının saytı daha səlahiyyətli hesab etməsinə və daha yaxşı trafik əldə etməyimizə səbəb olacaq.

 

"Topical Borders"ın SEO-da əhəmiyyəti

 

  • Mövzu qruplarının yaradılması. “Topical borders”dən istifadə etməklə yaratdığımız məzmun qrupları bizə konkret mövzular üzrə ətraflı məlumat verməyə imkan verir. Ətraflı məlumatlar sayəsində isə axtarış motorları həmin mövzularda saytı yüksək səlahiyyət və etibarlılıq balı ilə qiymətləndirir. 
  • İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi. Haqqında danışdığımız strategiya sayt istifadəçilərini rahat sayt xəritəsilə təmin edir ki, bu da onların saytdan rahat istifadə etmələrinə səbəb olur. İstifadəçi saytımızdan rahat istifadə etdikdə isə saytda uzun müddət vaxt keçirir və tez-tez saytımıza daxil olurlar ki, bu da SEO üçün müsbət amildir. 
  • Daxili linklərin gücləndirilməsi. Linklər sayt daxilində məzmunların əlaqələndirilməsi üçün vacibdir. Əlaqədar məzmunlar arasındakı link keçidləri səhifənin naviqasiyasını və axtarış motorlarının məzmununuzu anlamasını asanlaşdırır. 
  • İstifadəçi ehtiyacını qarşılama. "Topical Borders" strategiyası istifadəçilərin axtarış niyyətini daha yaxşı başa düşməyə və məzmunumuzu bu niyyətlər əsasında formalaşdırmağa imkan verir. İstifadəçilərin axtardığı məlumatı düzgün təhlil edib, saytımıza tətbiq etməklə onların axtarış sorğularına uyğun nəticələr təqdim edirik və nəticədə axtarış motorları tərəfindən müsbət qiymətləndirilirik.
Muzaffar Garakhanli

Other articles

“Macro Context Attributes” Xüsusiyyətləri Və Tətbiqi

“Macro Context Attributes” Xüsusiyyətləri Və Tətbiqi

Maximize SEO: Top 10 Game-Changing Google Patents

Maximize SEO: Top 10 Game-Changing Google Patents

“Google”un Şəkil Axtarış Sıralaması

“Google”un Şəkil Axtarış Sıralaması