“Source Context”in Veb-Sayta Təsiri

“Source Context”in Veb-Sayta Təsiri

İnternetdəki məzmunun yerini və əhəmiyyətini müəyyən etmək üçün istifadə olunan “Source Context”  SEO-da mühüm rol oynayan amillərdən biridir.

 

SEO-da “source context” məzmunun yerləşdiyi veb-sayt ilə əlaqəlidir. Bu əlaqə məzmunun mövzusu, məzmunda qeyd olunan açar sözlər, keçidlər və digər vacib amillər vasitəsilə müəyyən edilir.

 

Məsələn, veb səhifənin kontekstində həmin səhifənin yerləşdiyi veb-saytın əsas mövzusu və ya səhifənin məzmununun əlaqəli olduğu açar sözlər ola bilər. Bu kontekst əsasında məzmun veb-saytın ümumi mövzusu və istifadəçilərin axtarış sorğuları ilə uyğunlaşdırılır.

 

Qeyd edim ki, axtarış motorları veb səhifənin məzmununu qiymətləndirərkən və onların sıralama alqoritmlərini təyin edərkən “source context” nəzərə alır. Bu kontekstdə axtarış motorları veb səhifənin nə ilə bağlı olduğunu və onun nə dərəcədə vacib olduğunu müəyyən etmək üçün bu faktordan istifadə edir.

 

Belə ki, saytda olan kontentin kontekstinə əsasən sistem onu axtarış uyğunlaşdırır. Nəticədə daha çox orqanik trafik və görünürlülük əldə edirik.

 

“Source Context”in funksiyaları

 

Mənbə dəqiqliyinin qiymətləndirilməsi. Dəqiqlik kontentdəki məlumatın etibarlılığı və istifadəçiyə təqdim olunan məzmunun keyfiyyəti üçün əsas elementdir. 

 

Kontekst saytdakı məlumatın düzgünlüyünü təsdiqləmək üçün öz datasını istifadə edərək bir başa mənbə ilə müqayisə edir.

 

Mənbənin etibarlılığının qiymətləndirilməsi. Məlumatın alındığı mənbə hər zaman düzgün olmaya bilər.  Ona görə də sistem xüsusilə akademik tədqiqatları olan və bütün qiymətləndirmələri üstün olan mənbəni etibarlı sayır.

 

Kontekst təhlili. Kontekst məlumatın nə üçün vacib olduğunu və bu məlumatın necə şərh edilməli olduğunu müəyyən etmək üçün məlumatın təqdim olunduğu konteksti və həmin kontekstin məzmunun mənası və şərhinə olan yanaşmanı araşdırır. 

 

Yəni, hansısa tarixi hadisə ilə bağlı kontent yazılırsa, orada səthi məlumat yox, hadisəni rahat anlamaq üçün detallı izah edilməlidir. 

 

Məqsədi və hədəf auditoriyasını anlamaq. Məzmunun məqsədi və hədəf auditoriyası onun necə hazırlanmalı və təqdim edilməli olduğunu müəyyən edir.

 

Yəni, təhsillə bağlı veb-saytda uşaqlar üçün öyrədici olan məzmun böyüklər üçün olanla fərqli olmalıdır.

 

“Source Context” veb saytımıza hansı üstünlükləri verir?

 

  • Artan səlahiyyət və etibarlılıq. Keyfiyyətli və təsdiqlənmiş mənbələrdən alınan məzmun vebsaytın öz sahəsində nüfuzunu artırır və istifadəçilərdə inam yaradır ki, bu da trafikə təsir edir.
  • SEO performansının təkmilləşdirilməsi. “Source context”ə əsaslanan məzmunun yaradılması axtarış motorlarının veb-saytı daha yaxşı tanımasına imkan verir və uyğun nəticələrdə təqdim edir. Bunun da nəticəsində sayt daha yaxşı reytinqə və görünürlüyə sahib olur
  • İstifadəçilərin qarşılıqlı əlaqəsinin və məmnunluğunun artırılması. Müvafiq və dəqiq məlumat verməklə istifadəçilərin saytla qarşılıqlı əlaqəsini və məzmundan məmnunluğunu artırır. Bu, onların saytda daha uzun müddət vaxt keçirmələrinə səbəb olur və davamlılığını artırır.
  • Daha yüksək konvertasiya dərəcələri. Etibarlı və nüfuzlu məzmun istifadəçilərin brendinizlə maraqlanmasına və nəticədə dönüşüm nisbətlərini artırmağa imkan verir.

 

Tutaq ki, fitnes və sağlamlıq haqqında veb saytımız var. Bu saytın bloqunda qidalanma və məşq qaydaları haqqında detallı araşdırmalar edib, düzgün nəticələrə əsaslanan bloqlar yayımlayırıq. 

 

Bu zaman bloqlarımızın axtarış sistemi tərəfindən qiymətləndirilməsi və etibarlı hesab olunması üçün mətnlərdə hər mənbədən yox, nüfuzlu və sahənin keyfiyyətli saytlarından istifadə etməliyik. 

 

Axtarış motorları keyfiyyətli bloqları tanıyır və etibarlılığımızı təsdiqləyir. Nəticədə isə SEO performansımız əhəmiyyətli dərəcə artır. 

 

Eyni zamanda oxucularımız da məqalələrlə tanış olduqdan sonra düzgün və lazımi məlumatları alıb saytımıza davamlı ziyarət edəcəklər. Hətta bloqun linkini ətraflarında bu sahəyə maraqlı olan insanlarla paylaşıb saytın trafik artımına müsbət təsir edəcəklər.

Muzaffar Garakhanli

Other articles

“Latent Semantic Indexing”in üstünlükləri nələrdir?

“Latent Semantic Indexing”in üstünlükləri nələrdir?

Google's 100 Ranking Factor (2020 FULL LIST)

Google's 100 Ranking Factor (2020 FULL LIST)

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?