Top 77 SEO Tricks - Ways to Increase Your Ranking
İstifadə etməli olduğunuz 77 SEO məsləhəti:
Saytınızın axtarış sistemi sıralamasındakı yerini artırmaq üçün asanlıqla həyata keçirə biləcəyiniz SEO təkliflərinə ehtiyacınız varsa, hal-hazırda doğru yerdəsiniz. 77 SEO təklifinin və istifadə edəbiləcəyiniz ən yaxşı tətbiqlərin yer aldığı bu siyahıya əməl edərək saytınız üçün doğru addımlar ata bilərsiniz. Axtarış sistemi faktorlarından açar söz axtarışlarına, link yaratmağın yollarından məzmun təkliflərinə, hətta məzmun və rəqiblərin müşahidəsinə dair məlumatlarla bu yazı vasitəsilə tanış ola bilərsiniz.
Açar sözlərin axtarışı
Açar sözlərin axtarışı hər SEO kampaniyasının başlanğıcında mütləq yer almalıdır. Bu yolla siz insanların nələr axtardıqlarını öyrənə və buna uyğun olaraq məzmun yarada bilərsiniz. Açar söz araşdırmaları olmadan SEO kampaniyasını faydalı etmək mümkün deyil.
Doğru Açar Sözlər hədəfləməlisiniz
Doğru açar sözləri tapmaq lazım olduqda insanlar bir sıra səhvlərə yol verir. Axtarış zamanı bir çox insan açar sözləri optimallaşdırmağı bacarmır. Məzh bunun üçün çalışan insanlar da var. Hətta səhv açar sözlər üçün optimallaşdırma işləri edənləri də görə bilərsiniz.Belə səhvlər etmək istəmirsinizsə, hər səhifədə sadəcə bir açar söz istifadə etməyə diqqət etməlisiniz. Bir səhifənin açar sözünün hansı olduğunu tapmaq istəyirsinizsə, o səhifədəki məlumatların nə haqqında olduğuna baxmağınız kifayətdir.
Hər zaman Google-un təklif etdiyi açar sözlərdən istifadə etmək düzgün seçimdir. Çünki, müəyyən bir açar söz üçün nəticə əldə etmək istədiyinizdə Google-un istədiyi açar sözdən istifadə etməlisiniz. Başqa bir açar söz seçməyiniz səhifəniz üçün düzgün olsa da, axtarış nəticələri üçün dəqiq olmayacaqdır.
Axtarışı nə üçün etdiyinizi düşünməlisiniz
Bəzən açar söz axtarışı edərkən çox möhtəşəm bir açar söz tapa bilərsiniz, ancaq bir sözün çox axtarış edilən açar söz olması onun sizin hədəflədiyiniz açar söz olması demək deyil. Həmişə axtarışın arxasındakı niyyətə diqqət etməlisiniz.
Məsələn, Google Analytics sözünü istifadə edərək axtarış etsəniz, bunun əla açar söz olduğunu düşünə bilərsiniz. Ancaq bu açar sözdən istifadə edən əksər axtarışlar Google Analytics-ə daxil olmaq üçün istifadə olunur. İkinci sıradakı nəticə demək olar ki, tamamilə nəzərə alınmır.
Google Analytics əvəzinə "Google Analyticsi-i necə istifadə etməlisiniz" kimi axtarış etsəniz, o zaman axtarışların daha az olduğunu görə bilərsiniz. Beləliklə, təqib etməli olduğunuz açar sözü tapa bilərsiniz. Ancaq bir sözə baxarkən hər şeyin trafik üçün olmadığını nəzərə alaraq hərəkət etməli olduğunuzu unutmamalısınız.
Yüksək rəqabətə malik açar sözlərdən istifadə etməməlisiniz
Əgər saytınız çox tanınmır və ya yeni qurulubsa, yüksək rəqabətə malik açar sözlərdən istifadə etməyiniz doğru deyil. Əlbəttə ki, istəsəniz bu açar sözlərdən də istifadə edə bilərsiniz, amma sonda sizin üçün nəticə əldə etmək çox asan olmayacaq.Əvvəlcə daha az rəqabətli açar sözləri hədəf seçərək axtarış trafikini artırmağa çalışmalısınız. Bir açar sözün yüksək rəqabətli olub olmadığını öyrənmək üçün Ahrefs kimi programlardan istifadə edə bilərsiniz. Məsələn, "Axtarış sisteminin optimallaşdırılması" üçün axtarış apara bilərsiniz. Bu axtarışdan əldə etdiyiniz nəticələr, açar sözlərin rəqabət səviyyəsinin çox yüksək olduğunu göstərir. Ancaq axtarışınızı bir az daha məhdudlaşdırmağa çalışsanız, hədəflənəbilən, ancaq daha az rəqabətli açar sözlər əldə edə bilərsiniz.
Rəqiblərinizin açar sözlərindən istifadə etməlisiniz
Rəqabət etdiyiniz saytların açar sözlərini taparaq bu açar sözləri öz saytınızda istifadə etmək sizi bir addım önə çıxara bilər. Bunu etmək üçün Ahrefs-in Site Explorer bölümündən istifadə edə bilərsiniz.Ahrefs-də edəcəyiniz axtarışdan sonra "Organic Keywords"un sizə verdiyi hesabata nəzər salmaq kifayətdir. Bu hissəyə gəlmək üçün Site Explorer>Rəqibin Domain Adı> Organic Search>Organic Keywords bölmələrinə ardıcıl olaraq daxil olmalısınız. Burada rəqibin sıraladığı bütün açar sözləri asanlıqla tapa bilərsiniz.
- Rəqiblərinizi müşahidə etməlisiniz
Rəqibinizin açar sözlərini nəzərdən keçirmək həmişə rəqabət baxımından sizə üstünlük verəcəkdir. Bunun üçün Ahrefs və ya Google tərəfindən sizə verilən siqnallar xüsusiyyətindən istifadə etməyiniz kifayətdir.
Ahrefs-də Alerts>New Keywords>Add Alert>Rəqibin Domen Adı>Set Report Frequency>Add bölmələrinə ardıcıl olaraq daxil olaraq siqnal yarada bilərsiniz.
- Açar sözlərin həqiqi trafik potensialını araşdırmalısınız
Açar sözlərin hər birinin uzun quyruqlu bir versiyası da var. Məsələn, "açar söz axtarışı" üçün hədəflənmiş bir səhifə eyni zamanda "açar söz axtarışını necə etmək olar" uzun quyruqlu axtarış sorğusu tərəfindən də hədəflənir. Beləliklə, bir açar sözün həqiqi trafik potensialını hər zaman nəzərə almaq mütləqdir.
Bir analiz aləti istifadə edərək açar söz araşdırması edirsinizsə, bu açar sözlərin ümumi axtarış həcminə diqqət yetirməlisiniz. Məsələn, bu həcmin 100.000 olduğunu düşünüb bu açar söz üçün ilk sırada olan nəticənin trafikinə baxa bilərsiniz. Burada rəqəm 100.000-dən çox olacaq. Çünki həmin URL fərqli açar sözləri əhatə edəbiləcək şəkildə qurulub.
- Saytınızdakı məzmun çatışmazlıqlarını düzəltməlisiniz
Saytınızdakı məzmun çatışmazlıqlarını sıralamaq sizə hansı açar sözləri əldə edə biləcəyinizi göstərəcəkdir. Bunun üçün Ahrefs-in sizə təqdim etdiyi “Content Gaps” (Məzmun boşluqları) xüsusiyyətindən istifadə edə bilərsiniz.
Məzmununuzdakı çatışmazlıqları dərhal Site Explorer>Domen Adı>Search>Organic Search>Content Gaps>Rəqiblərin Domain Adı>Show Keywords başlıqlarını izləyərək tapa bilərsiniz.
- Cavablamalı olduğunuz suallar tapmalısınız
Sual-cavab şəklində olan saytlar yeni məzmun fikirləri əldə etmək üçün çox ideal ünvanlardır. Buradakı sualları məzmuna çevirərək trafik yarada bilərsiniz. Məsələn, açar söz axtardıqdan sonra səhifədəki ilk 3 sırada qarşınıza sual-cavab şəklində sayt çıxdığını görsəniz, dərhal həmin söz üçün güclü bir rəqib olmadığını başa düşə bilərsiniz.
Bu açar sözləri tapmaq üçün çox dərin axtarış etməlisiniz. Axtarışa başlamazdan əvvəl özünüz üçün yaxşı bir şablon yaratmalı və tapdığınız bütün açar sözləri qeyd etməlisiniz.
Məzmun
Açar sözün axtarış mərhələsini başa vurduqdan sonra məzmunun yaradılması mərhələsinə keçə bilərsiniz. Tapdığınız açar sözlərdən məzmun yaratmaq işin ən vacib hissələrindəndir. Əgər hər hansı bir məzmununuz yoxdursa, trafik yaratmaq şansınız azdır.
Məzmun yaratmaq əslində bir sənətdir. Bu sənətdən ən yaxşı şəkildə istifadə etməyin yolu məzmun yaratmaq üçün istifadə olunan müxtəlif ipuclarından yararlanmaqdır.
- Yeni məzmun fikirləri tapmalısınız
Sizin etməli olduğunuz əsas iş açar söz üçün yeni məzmun fikirlərini öyrənmək və daha sonra bənzərləri üçün hərəkətə keçməkdir.
Bir açar söz üçün yaradılan məzmunu öyrənmək istəyirsinizsə, Ahrefs-dən istifadə edə bilərsiniz. Content Explorer bölməsinə bir açar söz daxil etməklə axtarış edə və bu açar sözlə bağlı yazılmış məzmunları tapa bilərsiniz.
Eynilə, Ahrefs-in Site Explorer bölməsindən də istifadə edə bilərsiniz. Site Explorer>Rəqibin Domain Adı>Explore>Pages>Best by Shares sıralamasını istifadə edərək rəqibinizin ən çox paylaşdığı məzmunu asanlıqla tapa bilərsiniz.
- Məzmunda axtarışlara yer verməlisiniz
Məzmunun populyar olmasını istəyirsinizsə, onu müxtəlif axtarışlarla dəstəkləməlisiniz. Bunun üçün real həyatda edilmiş araşdırmalardan istifadə edə bilərsiniz. İçərisində məlumatlar yer alan hər hansı bir məzmun həmişə daha çox diqqəti cəlb edir.
İstifadəçilərə təsir edəbiləcək giriş hissəsi yazmalısınız
İstifadəçi, saytınıza daxil olduqdan sonra onu saytda saxlamağı bacarmalısınız. Bunun üçün yaxşı yazılmış bir giriş hissəsinə ehtiyacınız var. Etməli olduğunuz əsas şey giriş hissəni qısa yazmaq, oxuyucuya yazı haqqında qısa məlumat vermək və onun marağını çəkməkdir.
Bunlardan ilk ikisi olduqca asan olsa da, üçüncüsü bir az çətindir. Burada oxucunu yazının davamını oxumağa təhrik edən mesajlar verməlisiniz. Bu cür mesajlardan istifadə edərək oxucunu saytda saxlamağı bacarar və onu sizin məlumatdan daha çox istifadə etməsinə səbəb ola bilərsiniz.
Saytın məzmununun bir açar söz ətrafında toplanan digər açar sözlərə də xitab etməsinə diqqət etməlisiniz. Bir məzmunda istifadəçinin beynindəki bütün suallara cavab tapa bilməlisiniz. Bunu etmək üçün səhifədə trafik yaradacaq bütün açar sözləri tapmalısınız.
Məzmunun rahat istifadə edilməsini təmin etməlisiniz
Bir məzmuna daxil olduqdan sonra böyük həcimli yazılarla qarşılaşmaq istifadəçilər üçün çox darıxıdırıcıdır. Buna görə də məzmunun doğru yazılış qaydasına əməl edib onun daha çox istifadə edilməsinə imkan yaratmalısınız. Məzmunu doğru bölmələrə ayırmağınız sizin üçün daha faydalıdır.
Əvvəlcə məzmunda oxucuya bir hekayə danışmağa çalışmalısınız. Bir abzas 3-4 cümlədən çox olmamalıdır. Əgər lazım olsa siyahılama işarələrindən də istifadə edə bilərsiniz. Məzmun daxilində şəkillərdən istifadə edərək istifadəçilərə fasilə etmək üçün yer də ayırmalısınız.
Sadəcə yazmaq üçün yazmamalısınız
Doğrudur, uzun məzmunlar SEO üçün faydalıdır. Ancaq bu, həmişə belə olmur. Əgər məzmun lazımsız yerə uzanırsa və istifadəçilərə heç bir xeyir vermirsə, deməli, mətnin uzun olmağının heç bir mənası yoxdur.
Tez-tez yazdığınız məzmunların uzunluğunu yoxlamalı, lazımsız hissələri çıxartmalı və asan istifadə edilməyinə şərait yaratmalısınız.
- Linklərdən istifadə etməlisiniz
Populyar səhifələrdə link vermək həmişə saytınızın üçün yaxşı seçimdir. Google-un axtarış nəticələrində daha yüksəkdə görünmək istəyirsinizsə, səhifəyə link qəbul etməklə yanaşı digər səhifələrə də link verməlisiniz. Məzmununuzla əlaqəli olan bütün səhifələrə keçid verməyi düşünə bilərsiniz.
Sayt daxili SEO
Sadəcə yaxşı məzmun yaratmaq kifayət deyil. Eyni zamanda məzmunu Google və insanlar üçün optimallaşdırmalısınız. Saytdakı optimallaşdırma işiniz düzgün deyilsə, ən yaxşı məzmunuzun belə axtarış zamanı tapılmasında problemlər yaranacaq. Bunun üçün WordPress istifadə edirsinizsə, Yoast SEO əlavəsindən də istifadə etməlisiniz.
- Başlıqlarda Açar sözlərdən istifadə etməlisiniz
Başlıqlarda açar sözlərin istifadə olunmaması sıralama zamanı səhifədə adınızın görünmə şansınızın çox az olması ilə nəticələnir. Açar sözlərin başlıqlarda istifadəsi ilə sıralamalar arasında ciddi əlaqələr mövcuddur. Buna görə də hər yazdığınız sayt məzmununda açar sözlərin başlıqda istifadəsinə diqqət yetirməlisiniz.
Meta açıqlamalarda açar sözləri H1 tag ilə, lazım olduqda H2 tag ilə də istifadə etməlisiniz. Daha artığını etmək məzmunu daha da optimallaşdırmaq deməkdir. Məsələn, bir blog yazısı hazırlayırsınızsa, H1 etiketi başlığın özü olacaq. Burada daha fərqli və daha çox açar sözlərdən istifadə etməyə çalışmamalısınız.
- İstifadəçilərə təsir edəcək başlıqlar seçməlisiniz
Üçüncü yerdə olmaq və klik almaq istəyirsinizsə, axtarış edənlərə təsir edən başlıqlar yaratmalısınız. Başlıqlarda məhdud sayda simvol ola bilər, ancaq başlığın təsiredici olması üçün bir az yaradıcı olmağa çalışmalısınız.
Sayt məzmununda istifadə etdiyiniz başlıqlar müəyyən bir formata uyğundursa, bəzən istifadəçilərin diqqətini çəkən və təəccübləndirən başlıqlardan istifadə etməlisiniz. Beləliklə əlavə kliklərlə istifadəçilərin sayta daxil olmasına nail ola bilərsiniz.
- İstifadəçilərin alıcı potensiyalını artıran açar sözlərdən istifadə etməlisiniz
Bir elektron alış-veriş saytınız varsa, sayta daxil olub axtarış edənləri nəsə almağa yönəltmək sizin əsas məqsədinizdir. Bir məhsul üçün axtarış edən insanların əksəriyyəti məhsul haqqında yazılan rəyləri, məhsulun şəkillərini və məhsul haqqında məlumatları nəzərdən keçirəcəkdir.
Bir məhsul ilə "almaq" açar sözünü eyni yerə gətirən istifadəçi artıq o məhsulu almaq niyyətində olduğunu bildirir. Bu səbəblə başlıqlarda "almaq" sözünü istifadə edərək məhsulu almağa hazır olan istifadəçilərin diqqətini cəlb edə bilərsiniz.
- Meta tag-ları düzgün istifadə etməlisiniz
Açar sözlərin yer aldığı Meta tag-lar, axtarış sistemi səhifələrinin nəticələrində müəyyən bir yerə malikdir. Axtarış sistemi nəticələrində yarımçıq görsənən meta açıqlamaların olması sayta daxil olma faizinin aşağı olmasına gətirib çıxarır. Buna görə meta təsvirlərinin kifayət qədər uzun olub olmadığına diqqət yetirməlisiniz.
- Meta açıqlamada məzmunu satmağı bacarmalısınız
Meta təsvirlər axtarış sistemi səhifələrinin nəticələrində ən vacib yerlərdən biridir. Çünki burada saytın məzmununu satmaq imkanı əldə edirsiniz. Düzgün və təsiredici meta açıqlama yazdığınız müddətcə axtarış sistemi səhifələrinin nəticələrində digər bütün rəqib saytlardan fərqlənə bilərsiniz.
- Məzmuna üstünlük verməlisiniz
İnsanların saytınıza daxil olmağının ən böyük səbəbi məzmundur. Buna görə də, məzmunu ön plana çıxarmaq üçün fərqli yollar tapmalısınız. Sayt məzmununun başlığı insanları çox yormamalı və rahatlıqla oxunmalıdır. İstifadəçilərin narazılığına səbəb olan vəziyyətlərdən uzaq durmalısınız:
- Reklamlara çox yer verməməlisiniz. Çünki reklamların çox olması bezdiricidir. Reklamları yerində istifadə edərək istifadəçilərin saytda rahat hərəkət etməsinə imkan yaratmalısınız.
- İstifadəçiləri əsəbiləşdirən reklam pəncərələrindən uzaq durmalısınız. Bunlar satışa yaxşı təsir etsələr də, istifadəçilərin narazılığına səbəb olur. Mümkün olduğu qədər az reklam pəncərələrindən istifadə etməlisiniz.
- Page level reklamlarından mümkün qədər az istifadə etməlisiniz. Google bu cür reklamları bəyənmir. Əgər saytınızda belə reklam varsa, onlardan istifadə edərkən çox diqqətli olmalısınız.
- Saytınız bütün cihazlarda problemsiz açılmalıdır
Saytınız bütün cihazlarda mütləq problemsiz açılmalıdır. Bunun üçün saytınızda mobil optimallaşdırma işlərini ən yaxşı şəkildə həyata keçirməlisiniz. Saytınızı Google-un mobil uyğunluq alətlərində mütləq test etməlisiniz.
- Googledakı şəkillərindən trafik əldə etməlisiniz
Google-dakı vizuallardan ciddi miqdarda çox trafik əldə edə bilərsiniz. Bu xüsusilə alış-veriş saytları üçün olduqca vacibdir. Çünki insanlar bir şey axtaranda onu vizual olaraq da görmək istəyirlər.
Google hələ məhsul şəkillərini birbaşa anlamaq gücündə deyil. Buna görə də onu istiqamətləndirməyin yollarını tapmalısınız. Bunun üçün şəkillərin mətnindən və başlıq hissələrindən istifadə etməyə çalışmalısınız.
Saytınızdakı bütün şəkillərin optimallaşdırıldığından əmin olmalısınız. Yüklənib açılması uzun çəkən şəkillərdən uzaq olmalısınız. Bunlar saytınıza heç bir xeyir vermir. Əksinə, saytınızın istifadəsinə mənfi təsir göstərir.
- Qısa URL-lərdən istifadə etməlisiniz
İstifadə etdiyiniz saytın idarəetmə sistemi imkan verirsə, məzmun üçün qısa və anlaşılan URL-lərdən istifadə etməlisiniz. Çünki qısa URL-lər həm yaxşı görünür, həm də açar sözlərlə birlikdə daha da dəyərli olur.
- Təkrarlanan məzmunlardan az istifadə etməlisiniz
Təkrar məzmunlar hər səhifədə olur və demək olar ki, saytın hər yerində istifadə olunur. Bunlar xüsusilə elektron ticarət saytlarında geniş istifadə olunur. Məhsulun anbarda olub olmadığının məlumatı və ya məhsulun yenidən gətirilib gətirilməyəcəyi ilə bağlı məlumatlar buna ideal nümunələrdir.
Google-un bu məsələyə münasibəti birmənalıdır. Bir səhifədə ən azı 10% orijinal məzmun olmalıdır. Əgər qeyd edilən faizdə orijinal məzmununuz yoxdursa, saytınız Panda alqoritması tərəfindən rahatlıqla bloklanacaq.
- Saytın fəaliyyət göstərdiyi ölkədən trafik əldə etmək üçün ünvan əlavə etməlisiniz
Saytınızda ünvanla bağlı məlumatları istifadəçilər çox rahat tapmalıdır. Bu, bütün saytlar üçün eynidir. Əgər yaşadığınız ölkədən daha çox trafik əldə etmək istəyirsinizsə, ünvanı mütləq qeyd etməlisiniz. Bu səbəblə hər səhifənin altında ünvanınızı və telefon nömrələrini qeyd etməyiniz lazımdır. Bu yolla Google-un sizi daha asan aşkar etməsini təmin edə bilərsiniz.
- Marka ola bilən domenlər seçməlisiniz
Domendə açar sözlərdən istifadə etmək çox uğurlu addımdır. Amma bunu həddindən çox istifadə etmək doğru deyil. Saytda optimallaşdırmanın təsirini görmək istəyirsinizsə, artıq marka olan domen adından istifadə etməlisiniz.
Məsələ bu məqalənin başlığını bir domen adı etmək istəsəniz, istifadəedəbiləcəyinizseoməsləhətləri.com kimi bir domen ortaya çıxa bilər. Bu, lazımsızdır. Çünki heç kim bu domeni olan bir sayta daxil olmaq istəməyəcək. Bunun əvəzinə faydalıseoməsləhətləri.com kimi bir ünvan seçmək daha doğru olar.
- Saytınızın sürətini artırmalısınız
Səhifənin açılma sürəti çox vacib bir sıralama amildir. Eyni formada və eyni şərtlərə sahib olan iki səhifədən ən tez açılanı digərini qabaqlayacaq və axtarış sistemlərində ilk sırada yer alacaqdır.
Saytınızın sürətini optimallaşdırmaq istəyirsinizsə, Google-un təkliflərindən faydalana bilərsiniz. Google PageSpeed Insights toolundan istifadə edərək saytınızın sürətini yoxlaya bilərsiniz. Daha sonra Google-un sizə təqdim etdiyi müxtəlif təkliflərdən faydalanaraq sayt sürətini artıra bilərsiniz.
- Keş əlavəsindən istifadə etməlisiniz
Sayt sürətini yaxşılaşdırmaq istəyirsinizsə, mütləq keşdən istifadə etməlisiniz. Səhifənizin sürətinin keş əlavəsiz yavaş olduğunu ilk baxışdan da görə bilərsiniz. WP Rocket kimi bir keş əlavəsi saytınızı sürətləndirəcək, rəqabətə hazır vəziyyətə gətirəcək.
- AMP Quraşdırma etməlisiniz
Sürətlənmiş mobil səhifələr standart səhifələrin crop edilmiş halıdır. Google bunları ön plana çıxarır. Çünki AMP etiketi olan səhifələr digər səhifələrə nisbətən daha yaxşı istifadəçi təcrübəsi verir. WordPress istifadə edirsinizsə, saytınızı AMP ilə uyğunlaşdırmaq üçün pulsuz əlavələrdən istifadə edə bilərsiniz.
Əgər AMP barəsində təcrübəniz yoxdursa, bunu istifadə etməyinizi məsləhət görmürəm.
- Konfiqurasiya edilmiş məlumatlardan istifadə etməlisiniz
Düzdür organic axtarışlar artıq əvvəlkindən daha çox rəqabətin var olduğu bir şəraitdədirlər. Burada düzgün addımlar atmalı və axtarış sorğularından sonra görünən potensial klikləri gözardı etməməlisiniz. Konfiqurasiya edilmiş məlumatlar bu işdə sizə kömək edə bilərlər. Saytınızdakı konfiqurasiya edilmiş məlumatlardan istifadə edərək axtarış sistemində önə çıxa bilərsiniz.
- Daha az istifadə olunan açar sözlər tapmalısınız
Axtarış analizinin nəticələri Google Search Console-da tez-tez istifadə olunan hesabatlardandır. Burada müxtəlif sürətli qazanclar tapmaq mümkündür. Sıralamalarına baxmayaraq az istifadə olunan açar sözləri tapıb başlıqda və meta təsvirlərdə müxtəlif düzəlişlər etməklə klik sayını artıra bilərsiniz.
- Məzmunu davamlı olaraq yeniləməlisiniz
Köhnə məzmunu təzələmək saytın məzmununu hər zaman yeni saxlayır və bu məzmunlar axtarış nəticələrində tez-tez görünmək şansı qazanır. Köhnə məzmunun içini yeni məlumatlarla yeniləmək də trafikinizin həcmini əhəmiyyətli dərəcədə artıra bilər.
Link yaratmaq
SEO ilə məşğul olacaqsınızsa link yaratmaq ən çox vaxt sərf edəcəyiniz sahə ola bilər. SEO sıralama amillərini axtardığınız zaman linklərin çox vacib olduğunu görə bilərsiniz. Sıralamada yaxşı bir yerdə olmaq istəyirsinizsə, mütləq link yaratmalısınız.
- İşləməyən linkləri düzəltməlisiniz
Əgər Ahrefs-dən istifadə edirisinizsə, bunu asanlıqla edə bilərsiniz. Ahrefs-in Site Explorer bölməsini açmalı və linkə baxmaq menyusundan istifadə etməlisiniz. Site Explorer>Domen adı>Pages>Best by Links>"404 not found şəklində başlıqları açdığınız zaman saytınızdakı işləməyən linkləri asanlıqla aşkar edib düzəldə bilərsiniz.
- Rəqiblərinizin işləməyən linklərini tapmalısınız
Rəqiblərinizin linklərini tapmaq biraz qəribə görünə bilər, amma bu çox faydalı bir üsuldur. Rəqibinizin işləməyən linklərini tapmalı və onlara öz mənbələrinizdən alternativ təkliflər etməlisiniz.
Ahrefs-in köməyi ilə bunu Sayt Explorer>Rəqibinizin Domen Adı>Explore>Backlinks>Broken başlıqlarını izləyərək asanlıqla edə bilərsiniz.
- Trafik gətirən bağlantılara diqqət etməlisiniz
Saytınıza daxil edəcəyiniz ən yaxşı bağlantılar trafik gətirənlərdir. Saytınıza trafik gətirən bütün bağlantılar sizin üçün dəyərlidir. Bu cür bağlantılar sizi Google yeniləmələrindən qoruyacaq. Bunun üçün geniş araşdırma aparmalı və Ahrefs-dən istifadə etməlisiniz.
Ahrefs-də Site Explorer>nəzərdən keçirmək istədiyiniz URL>Overview hissəsinə gələrək URL-ni geniş araşdıra bilərsiniz. Burada Domain Rating, URL Rating və Ahrefs Rank kimi dəyərləri görəcəksiniz. Bu dəyərlər yüksəkdirsə, bu, bağlantı əldə etmək üçün ideal mənbəyi tapmısınız deməkdir.
- Bağlantı keyfiyyətini qiymətləndirməlisiniz
Dofollow xüsusiyyətinə sahib linklər saytınız üçün çox daha yaxşı olsa da, unutmayın ki, nofollow linklər də saytınız üçün xeyirlidir. Link profilinizdə hər iki növdə bağlantılar olmalıdır. Bunun üçün sadəcə aldığınız linklərin keyfiyyətinə diqqət yetirməyiniz kifayətdir.
- Anchor text olan linklər əldə etməlisiniz
Axtarış sıralamalarına ən çox təsir edən linklər anchor text olanlardır. Açar sözlərə verilən linklərin təsiri olduqca böyükdür. Səhifənizdə olan linklərin təxminən 1/3 hissəsi anchor text olan linklər olmalıdır. Bu faizi keçdiyiniz zaman Google-un Penguin alqoritmi ilə qarşı-qarşıya qala bilərsiniz.
- Zərərli linklərdən qurtulmalısınız
SEO işlərindən kifayət qədər fayda əldə etmək istəyirsinizsə, mütləq zərərli linkləri yox etməlisiniz. Bu bağlantılar faydasızdır. Link profilinizi keyfiyyətsiz linkləri yox etmək üçün nəzərdən keçirməlisiniz.
Link profilinizi Ahrefs-də araşdırsanız, hansı bağlantıların keyfiyyətsiz olduğunu asanlıqla taparsınız. Bütün bağlantılarınızı Explorer>Domain Name>Backlink Profile>Backlinks sıralamasını izləyərək görəbilərsiniz. Burada aşağı keyfiyyətli görünən bütün linkləri yox etməlisiniz.
- Rəqiblərinizin Linklərini yoxlamalısınız
Sizinlə rəqabət edən bir saytdan link almağınız çox doğru addımdır. Ahrefs-in Sayt Explorer pəncərəsi bu barədə sizə kömək edə bilər. Rəqibinizin linklərini Site Explorer>Rəqibinizin Domain Adı>Backlink Profile>Backlinks bölməsinə daxil olaraq görəbilərsiniz.
Əgər rəqibiniz yeni link əlavə etdikdə siz də bundan xəbər tutmaq istəyirsinizsə, xəbərdaredici siqnal qura bilərsiniz. Alerts>Backlinks>Add Alerts>Set Frequency>Daily/Weekly/Monthly başlıqlarından ardıcıl olaraq istifadə edərək siqnal qura bilərsiniz. Beləliklə rəqib səhifə yeni link əlavə etdikdə sizin də o linkdən xəbəriniz ola bilər.
- Rəqiblərinizə link verən saytları tapmalısınız
Tanıdığınız bir neçə sayt bütün rəqiblərinizə link verirsə, o saytları incələyərək yaranan link fürsətlərini siz də nəzərdən keçirməlisiniz. Ahrefs programının Link Intersect bölməsi bu problemi həll etməkdə sizə kömək edəcək. Tools>Link İntersect>Rəqiblərinizin Domain adı>Show Link Opportunities bölmələrini ardıcıl olaraq izləyərək yeni link əldə etmə imkanlarından yararlana bilərsiniz.
41.Rəqiblərinizə mütəmadi link verən yerləri tapmalısınız
Bir rəqibinizin davamlı eyni yerdən link almağını fürsətə çevirə bilərsiniz. Bu rəqibinizin reklam kampaniyaları haqqında məlumat əldə etməyinizə imkan verir. Belə linkləri izləyib bənzər strategiyalardan yararlanaraq siz də davamlı linklər ala bilərsiniz.
- Rəqiblərinizin ən çox link alan məzmununu tapmalısınız
Rəqibinizin saytında ən çox link alan mətnləri tapmaq sizin üçün də müxtəlif link fürsətləri yarada bilər. Etməli olduğunuz şey Ahrefs'in Sayt Explorer bölməsində saytı nəzərdən keçirmək və ən çox link alan səhifələri tapmaqdır. Bunu Site Explorer> Domen Adı> Explore> Pages> Best by Links keçidlərini ardıcıl izləyərək edə bilərsiniz.Rəqibinizin ən çox link alan məzmunundan daha yaxşı bir oxşarını yaradaraq yeni fürsətləri dəyərləndirə bilərsiniz. Hətta onlara aid olan müxtəlif linklərin istifadəsiz qalmağına səbəb ola bilərsiniz.
- Sizə yeni Linklər gətirən məzmunlar yaratmalısınız
Səhifənizə yeni link gətirən məzmunların əsas məqsədi trafik və linklərə uyğun olaraq sizə əlavə dəyər əlavə etməkdir. Belə məzmunlar yalnız bu məqsədlə yaradılır. Məsələn, infoqrafika, məlumatlarla yaradılan xəritələr, məlumat vizualizasiyası, sektor yönümlü mənbə səhifələri və interaktiv alətlər ən ideal nümunələrdir.
İnsanlar onları maraqlandıran mövzu ilə bağlı yazıları görməkdən məmnundurlar və bu məlumatları yenidən bölüşməyə çalışırlar. Həqiqətən yaxşı bir şey yazsanız, onun hamı tərəfindən paylaşılacağına əmin ola bilərsiniz.
- E-poçt kampaniyasına diqqət yetirməlisiniz
Yeni linklər əldə etmək istəyirsinizsə, sizin üçün ən yaxşı fürsət e-poçt kampaniyalarıdır. Əgər bir məzmun yeni yaranıbsa, blog sahiblərinin o məzmuna link vermə ehtimalı yüksəkdir. Açar sözləriniz üçün yeni məzmun fürsətləri axtarırsınızsa, Ahrefs-in Siqnal xüsusiyyətindən faydalana bilərsiniz.
Ahrefs>Mentions>Add Alert hissəsində açar sözünüz üçün siqnal yarada bilər və beləliklə həmin açar sözlə əlaqəli məzmun yaratdığınız zaman o açar sözlə bağlı dərhal yeni məzmunlar da öyrənəbilərsiniz.
Daha çox insanın sizdən xəbərdar olmağını istəyirsinizsə, e-poçt marketinq kampaniyalarını fərdiləşdirilməlisiniz. Bu halda insanların sizin göndərdiyiniz mailləri açıb oxuma ehtimalını artıra bilərsiniz.
- BuzzStream istifadə edə bilərsiniz
Kiçik həcmli e-poçt marketinq kampaniyalarınızı həyata keçirmək üçün normal elektron poçt xidmətindən istifadə edə bilərsiniz. Ancaq daha böyük e-poçt marketinq kampaniyalarınız üçün prosesi bir az daha sürətləndirməlisiniz.
Sizə bu yolda köməklik göstərən ən yaxşı vasitələrdən biri BuzzStream saytıdır. Bu vasitə ilə maildən sizi izləyən insanları rahatlıqla görə bilərsiniz. Həmçinin BuzzStream vasitəsilə göndərdiyiniz maillərin istifadəçilərə daha tez çatmasını təmin edə bilərsiniz.
- Ən yaxşı məzmununuzu təkrar istifadə etməlisiniz
Ən yaxşı məzmununuzu infoqrafikaya, təqdimata və ya videoya çevirmək sizə daha çox kömək edəcək. Hətta ən yaxşı məzmununuzu müxtəlif platformalarda yenidən paylaşmaq da bənzər effekt yaradacaq. Öz səhifənizə link verdiyiniz üçün məzmununuzun plagiat çıxma ehtimalı üçün narahat olmağınıza səbəb qalmır.
- Vikipediyadan link almalısınız
Demək olar ki, hər kəsin Vikipediyaya bir link əlavə etmək şansı var. Buradan saytınıza bir keçid alaraq rəqiblərinizdən bir addım öndə ola bilərsiniz. Bir mövzuya əlavələr edərək öz saytınızı istinad göstərib link əldə edə bilərsiniz. Beləliklə insanların linki görməyinə və etibarlı qaynaq olaraq dəyərləndirməyinə imkan yaratmış olacaqsınız.
- Çatlara daxil olub sualları cavablayın
Müxtəlif sual-cavab səhifələrinə daxil olaraq, insanların suallarına cavab verib səhifənizə link əlavə edə bilərsiniz. Siz bu üsulla həm link əldə edə bilər, həm də səhifənizdə trafiki artıra bilərsiniz. Bunun üçün səhifənizlə bağlı olan şeylərdə aktiv olmaq və insanların suallarına müxtəlif cavablar tapmalısınız.
- Haqqınızda danışılanları linkə çevirin
Hardasa sizin barənizdə yazılan yazıda linkdən istifadə olunmayıbsa, bunu link yaratmaq üçün fürsət olaraq görəbilərsiniz. Bunun üçün sizdən bəhs edən səhifə ilə əlaqə saxlayıb link əlavə etməyi xahiş edə bilərsiniz. Bunun üçün Ahrefs-in siqnal xüsusiyyətindən də istifadə edə bilərsiniz.
Alerts>Mention>Add Alert>Marka sıralamasını izləyərək sadə bir siqnal yarada bilərsiniz. Sizdən harada bəhs edilsə, sizə siqnal göndəriləcək və siz xəbərdar olacaqsınız.
- Saytlarda qonaq kimi yazılar yazmalısınız
Qonaq kimi yazılar yazmaq istədiyiniz zaman yalnız sözünü demiş və populyar saytlarda yazmaq istəməyiniz ən ağıllı addımdır. Amma bu metod sizə həmişə fayda verməyəcək. Bunun əvəzinə yeni saytlarda yazılar yazmağı düşünə bilərsiniz.Yeni yaranmış saytlarda yazmaq daha asandır. Burada diqqət etməli olduğunuz ən vacib məqam uyğunluqdur. Başqa saytda qonaq kimi yazılar yazdığınız zaman əsas prioritet keyfiyyət olmalıdır. Saytınıza link vermək istəyirsinizsə, anchor mətnlərdən həddindən artıq istifadə etməməyə diqqət yetirməlisiniz.
- Müəllif hüquqları fürsətlərini linkə çevirməlisiniz
Məzmununuz sizdən icazəsiz və ya sizə ait link verilmədən istifadə edildiyi zaman bunu fürsətə çevirə bilərsiniz. Belə məzmunlardan link əldə etməyə çalışmaq yaxşı fikirdir. Əgər qarşı tərəf sizinlə razılaşmasa, yazını silməsini tələb edə bilərsiniz. Bu halda məzmundan istifadə edən şəxs sizə link verməyə razı olacaq.
- Daxili linklərdən istifadə etməlisiniz
Ən yaxşı məzmununuzun önə çıxmağını istəyirsinizsə, saytınızdakı müxtəlif səhifələrdə onunla bağlı linklər verməyə çalışmalısınız. Bunun tam əksini etsəniz, fərqli səhifələri ön plana çıxara bilərsiniz. Bunu etmək üçün Google Search Console-dan istifadə edə bilərsiniz.
Səhifələri Axtarış Trafikləri>Axtarış Təhlili hissəsindən səhifələri axtarış vəziyyətinə və mövqeyinə görə nəzərdən keçirə bilərsiniz. 10-cu cərgəyə yaxın olan səhifələrə müxtəlif daxili linklər əlavə edərək onların ilk cərgələrə gəlməyinə kömək edə bilərsiniz.
Texniki SEO
Məzmun, sayt daxili optimallaşdırma və linklər hazır vəziyyətdə olduqdan sonra texniki detallara diqqət yetirə bilərsiniz. Texniki detallar saytınızı uğurlu bir sayt olmağı üçün hazırlayır. Saytınızın fəaliyyətinə pis təsir edən səhvləri mütləq aradan qaldırmalısınız.
- Məzmun iyerarxiyası yaratmalısınız
Saytınızın PageRank dəyərinin bütün sayt boyunca yayılmasını təmin etməlisiniz. Saytınızda ideal olan hər səhifənin klik sayı ana səhifənin klik sayından çox olmalıdır. Ona görə də bütün səhifələrinizi müəyyən bir nöqtədən əlçatan etməlisiniz.
- www olan və olmayan domen arasında seçim etməlisiniz
Bir çox sayt bu mövzuda sadə səhvlərə yol verir. Google saytınızı anlamaq üçün demək olar ki, səhv etmir. Ancaq yenə də saytınızın tək versiyasının olmağına diqqət etməlisiniz. Məsələn, www.example.com və example.com arasında seçim etməlisiniz. Hər ikisindən istifadə etsəniz plagiat problemi ilə qarşılaşacaqsınız.
Əgər saytınızda bunların hər ikisi də aktivdirsə, birini digərinə yönləndirməlisiniz. www olan və olmayan domen arasında düzgün bir qərar verdikdən sonra saytınız üçün standart olanı seçərək texniki araşdırmalara başlaya bilərsiniz.
55.Plagiat məzmununlardan qurtulmalısınız
Müxtəlif səhifələrdən Canonical taglardan istifadə edərək plagiat məzmunlardan asanlıqla qurtula bilərsiniz. Məsələn, müxtəlif kateqoriyalara sahib bir elektron ticarət saytınız varsa, canonical tag sizin üçün çox faydalı olacaqdır. Eyni məzmunlu birdən çox səhifəniz varsa, standartı qərarlaşdırmalı və digərlərində isə canonic tag istifadə etməlisiniz.
- Şəxsi məzmunu gizləməlisiniz
Googlebot və digər brauzerlər saytınızdakı bütün məzmun və məlumatlarda axtarış edəcək. Robots.txt faylından istifadə etməklə gizli qalmalı olan məlumatları axtarış motorlarından gizlədə bilərsiniz. Bunu etmək üçün əvvəlcə robots.txt faylını necə istifadə etməli olduğunuzu öyrənməlisiniz.
- Silinmiş məzmunlar üçün 301 yönləndirməsindən istifadə etməlisiniz
Silinmiş və ya yeni ünvana köçürülmüş köhnə məzmunu 301 yönləndirməsi ilə köçürməlisiniz. 301 yönləndirməsi bütün linklərin köhnədən yeniyə tərəf keçməsini təmin edəcəkdir. WordPress istifadə edirsinizsə, Redirection adlanan əlavədən istifadə edərək işinizi asanlaşdıra bilərsiniz.
- Məzmunun təqdimatı üçün CDN-dən istifadə etməlisiniz
Bir çox sayt yerləşdiyi ölkədəki yerli serverlərdə gizli qalır. Məsələn, Azərbaycanda bir sayt açıb ABŞ-dakı istifadəçiləri hədəf almısınızsa, ABŞ-dan sizin sayta daxil olan istifadəçilər üçün saytınız çox yavaş açıla bilər. Bu problemi aradan qaldırmaq üçün mütləq bir CDN istifadə etməlisiniz.
- Saytınıza SSL sertifikatı əlavə etməlisiniz
Saytınızı tamamilə SSL-ə keçirməlisiniz. Google HTTPS olan saytlara HTTPS olmayanlara nisbətən daha optimist yanaşır. Bunu həm də sıralama amili olaraq görə bilərsiniz. Saytınıza SSL əlavə etmək istəyirsinizsə, müxtəlif pulsuz alternativlərdən faydalana bilərsiniz. Let`s Encypt kimi xidmətlər bu işdə sizə kömək edə bilər.
- Potensial indeks problemini aradan qaldırmalısınız
Google-un saytınızı indeksələyib indeksləmədiyini nəzərdən keçirməlisiniz. Bunu etmək üçün Google-da site:example.com axtarışı edə bilərsiniz. Buradakı nəticə gözlədiyinizdən daha çox və ya daha az olsa, saytınızda bir indeks problemi olduğunu dərhal başa düşə bilərsiniz.
- Google-dan məsləhətlər almalısınız
Google saytınızda olan problemlərlə bağlı sizə məlumat verə bilər. Bunun üçün Google Search Console-a qoşulmalı və saytınızı əlavə etməlisiniz. Burada saytınızı analiz edərkən Coverage funksiyasından istifadə edərək saytınızda olan xətaları (error) görə bilərsiniz. Bundan başqa Search Console-dan saytınızın optimizasyası üçün olan digər funksiyalarından da istifadə edə bilərsiniz.
- Saytınızın xəritəsini göndərməlisiniz
Saytınızın doğru bir formada scan edilməsini və indekslənməsini istəyirsinizsə, Google-a saytınızın xəritəsini (Sitemap) yollamalısınız. Bunu Google Search Console ilə edə bilərsiniz.
- Zəif olan məzmunları yeniləməli və ya silməlisiniz
Google-un Panda alqoritması zəif məzmuna sahib olan saytları bloklamaq potensialına sahibdir. Bu səbəbdən həmin məzmunları ya yeniləməli, ya da saytdan silməlisiniz. Heç bir dəyəri olmayan səhifələri silmək yerinə onlara noindex də verə bilərsiniz. Hansı sizin üçün asandırsa, onu edin.
- Saytınızda yerləşdirilən linkləri yoxlamalısınız
Saytınız başqaları tərəfdən hücuma məruz qalsa, məzmunlarda müxtəlif linklər yarada bilərlər. Bu linklər axtarış sistemlərində lazımi nəticəni əldə etmənizə mane yaradacaqdır.
Sucuri saytının verdiyi xidmətlərdən istifadə edərək saytınızı bu kimi hallara qarşı nəzarətdə saxlaya bilərsiniz.
- Axtarış Trafikini yoxlamalı, nəzarətdə saxlamalısınız
Axtarış trafikində normal görünməyən trafik azalmalarına qarşı diqqətli olmalısınız. Bu cür azalmalar varsa, saytınız hansısa alqoritma yenilənməsinin təsiri altında ola bilər. Saytınızda bir alqoritma təsirinin olub olmadığını yoxlamaq istəyirsinizsə, ilk olaraq saytınızın aktiv qalma sürətinə nəzarət edin. Daha sonra Baracuda Digital-ın pulsuz Panguin alətindən istifadə edərək alqoritma yeniləmələrinin təsirini yoxlaya bilərsiniz. Əgər saytınız hər hansısa alqoritma yeniləməsinin təsiri altında qalıbsa, bu alət sizə bunu göstərəcəkdir.
- Google-dan gələn bildirişlərə diqqət etməlisiniz
Axtarış trafikində ciddi azalmalar varsa, Google-dan gələn bildirişləri yoxlamalısınız.
Google hər hansı bir şəkildə saytınıza sanksiya tətbiq etsə, bunu sizə Google Search Console vasitəsi ilə bildirəcəkdir. Google aşağıdakı halllarda saytlara cəza verə bilər:
- Həddindən artıq link yaratdıqda;
- Lazımsız, əlaqəsiz, keyfiyyətsiz məzmun olduqda;
- Şübhəli linklər olduqda;
- İstifadəçilər tərəfindən məzmunlar yaradıldıqda;
- Schema kodlarının səhv istifadəsində.
Google tərəfindən dəyərləndirmə nəticəsində verilən cəzalar sizə bildirilir. Cəzaya səbəb olan problemi aradan qaldırdıqdan sonra saytınızın Google tərəfindın yenidən dəyərləndirilməsini tələb edə bilərsiniz.
- GSC və GA əlaqələri yaratmalısınız
Google Analytics trafik dəyərlərinin təhlili üçün sektorda standartlara cavab verən bir vasitədir. Bu vasitəni ən yaxşı şəkildə istifadə etməyi öyrəndikdən sonra sayt trafikini artırmaq üçün bütün variantları aşkar edə bilərsiniz.
Google Analytics adətən açar sözləri "not provided" kimi göstərir. Bu, sizə saytınızdakı axtarışların nələr olduğunu öyrənməyə mane olur. Bunu yox etmək üçün Google Search Console və Google Analitycs arasında əlaqə yaratmalsınız. Bu yolla Google Search Console axtarış nəticələrini əldə edə bilərsiniz.
- Qəribə yönləndirmələrdən qurtulmalısınız
Qəribə yönləndirmələr qəribə adları olan və ümumiyyətlə mənası olmayan saytlardan daxil olan yönləndirmələrdir. Bu cür saytlar Google Analytics nəticələrinin səhv olmağına səbəb ola bilər. Sadəcə bu məlumatları yoxlamalı və Google Analytics hesabatından çıxartmağın yollarını tapmalısınız.
- Fəaliyyətləri İzləmədə aktiv olmalısınız
İstifadəçilərin saytınızla əlaqələrini nəzərdən keçirmək həmişə yaxşı fikirdir.
Bunu etmək üçün Google Analytics-də fəaliyyət izləmə xüsusiyyətindən yararlana bilərsiniz. Beləliklə, istifadəçilərin saytınızla olan əlaqələrini asanlıqla görə bilərsiniz.
- Məzmunun asan paylaşılmasını təmin etməlisiniz
Sosial media reytinqə birbaşa təsir edən bir platforma deyil. Buna rəğmən saytın məzmununun sosial media platformaları vasitəsilə sürətlə yayılmasını təmin edə bilərsiniz. Sürətlə yayılan məzmun sayt trafikinə təsir göstərə bilir. Bu səbəbdən yaratdığınız məzmunun paylaşılmağa uyğun olmağına diqqət etməlisiniz.
Sosial mediada yaratdığınız məzmunu paylaşmalı və məzmundakı qarşılıqlı əlaqələri yoxlamalısınız.
Saytda olan sosial paylaşma hissələrinə və bənzər hissələrdən yaxşı şəkildə istifadə etməlisiniz.
Open Graph metadan istifadə etməyə çalışmalısınız. (Bu xüsusiyyət All İn One SEO Pack əlavəsinə Sosial Meta kimi daxil edilmişdir.)
Bütün məqalələriniz üçün xüsusi hazırlanmış şəkillər yaratmalısınız.
- Daha çox öyrənməyə çalışmalısınız
SEO deyildikdə ən vacib anlayış məlumatdır. SEO haqqında yeni məlumat əldə edə biləcəyiniz bir çox fərqli yer var. Bu blog yazısı sadəcə onlardan biridir. Həmişə yeni SEO taktikalarını nəzərdən keçirməli və saytınıza uyğun olanları həyata keçirməlisiniz.
- Alqoritm yeniləmələrini nəzərdən keçirməlisiniz
SEO sahəsində daima alqoritm yenilikləri ola bilər. Bu alqoritm yeniləmələrini yaxından izləməli və saytınıza təsir edəbiləcəklər üzərində işləməlisiniz.
- Səbirli olmalısınız
SEO işini yerinə yetirmək asan deyil. Ancaq ən çətin olan isə SEO tədqiqatları zamanı nəticə əldə etməkdir. SEO stategiyanız düzgün qurularsa, bu, uzun müddət sizin işlərinizi asanlaşdıracaq. Nəticə əldə etmək istəyirsinizsə, bilməlisiniz ki, müəyyən müddət səbirli olmaq lazımdır.
- Zərərli Taktikalardan çəkinməlisiniz
Həmişə saytınıza zərər verə biləcək yolların istifadəsindən çəkinməlisiniz. Bir taktikanın sürətli nəticələr verməsi onun faydalı və yaxşı olduğunu göstərmir. Google əvvəlki illərdən daha da ağıllıdır. Zərəli yollardan istifadə etsəniz, saytınızın Google tərəfindən cəzalandırılmasına səbəb ola bilərsiniz.
- Xoşagəlməyən metodlardan istifadə etməməlisiniz
Sadəcə link almaq üçün saytlara şərh yazmamalısınız. Xoşagəlməz metodlar və taktikalar saytınız üçün həmişə zərərlidir. Bu zərərli metodlardan uzaq olmalı və saytınızın SEO keyfiyyətini yaxşı səviyyədə saxlamağa diqqət etməlisiniz.
- Parametrləri düzəltməlisiniz
Xüsusilə WordPress istifadə edənlər qəribə indekslərlə qarşılaşa bilərlər. Parametrlər buna səbəb olan aparıcı məsələlərdir.Search Console istifadə edərək parametrləri Google-un öz təşəbbüsünə buraxmamalısınız.
- Qırıq link fürsətlərini dəyərləndirin
Təsəvvür edin ki, keçmişdə çox dəyərli bir domen adı hal hazırda boşdur və bu domen adının çox böyük mənbələrdən referans bağlantıları var. Bu mənbəyə rəqibləriniz tərəfindən də link verilə bilər. Bu fürsəti əldən vermək olmaz. Bunu qanuni şəkildə necə edəcəyinizi bilmək sizə olduqca fayda gətirəcəkdir.