"Reasonable Surfer Model"in Qiymətləndirmə Faktorları

"Reasonable Surfer Model"in Qiymətləndirmə Faktorları

"Reasonable Surfer Model" veb-saytdakı keçidlərin səhifənin axtarış motoru sıralamasına təsir edən, "Google" tərəfindən hazırlanmış mürəkkəb alqoritm yeniləməsidir. Bu model, bütün keçidlərə eyni dərəcədə önəm verən “Random Surfer Model” modelindən fərqli olaraq, bütün linkləri istifadəçiyə eyni formada təqdim etmir. 

 

Belə ki, "Reasonable Surfer Model" vizual olaraq nəzərə çarpan, kontekst baxımından uyğun və istifadəçilər üçün maraqlı olan, onların daha çox klikləyəcəyi linkləri axtarış motorlarında daha ön sıralara gətirir.  

 

Modelin qiymətləndirmə faktorları

 

"Reasonable Surfer Model" linkin dəyərini müəyyən etmək üçün müxtəlif amillərdən istifadə edir, o cümlədən:

 

Vizual xüsusiyyətlər

 

  • Şrift ölçüsü. Böyük şriftlər daha çox diqqəti cəlb etdiyi üçün, bloqun başlığı və alt başlıqların böyüklə yazılması istifadəçilərin kliklənmə ehtimalını artırır.
  • Şrift rəngi ​​və üslubu. Göz oxşayan rənglər və ya üslub xüsusiyyətləri (məsələn, kursiv və ya qalın) keçidi fərqləndirə bilər.
  • Link növü. Mətn keçidləri və şəkil keçidləri müxtəlif meyarlar əsasında qiymətləndirilə bilər. Eyni zamanda şəkil bağlantılarını müşayiət edən mətnlər də qiymətləndirməyə təsir edir. 

 

Məkan. Linkin yerləşdiyi yer onun qiymətlərdirilməsinə təsir edir, belə ki;

 

  • Səhifə daxilində yerləşdirmə. İstifadəçinin səhifəyə baxışından asılı olaraq linkin saytın yuxarı hissəsində və ya məzmunun əsas hissəsində olması kliklənmə şansını artırır.
  • Siyahıdakı sıra. Saytın aşağı hissəsində, yaxud da yanlarında olan linklər daha az diqqət çəkdiyi üçün az kliklənir.

 

Kontekstual uyğunluq

 

  • Məzmuna uyğunluq. Linkin məzmunun mövzusuna nə dərəcədə uyğun olması.  Yəni, şirniyyatlara aid kontenti olan veb-saytda hansısa şirniyyatın resepti olan linkə daha çox keçid olacaq, nəinki geyimə aid link.
  • Mətn konteksti. Linkin yerləşdiyi mətnin məzmunu keçidin dəyərinə təsir edə bilər. Ona görə də link, mətndəki ona uyğun cümlədən əvvəl, yaxud da sonra qoyulmalıdır. 

 

İstifadəçi davranışı

 

  • Klik dəyərləri. Bir keçidin nə qədər tez-tez kliklənməsi onun istifadəçilər arasında populyarlığını və aktuallığını əks etdirir.
  • Naviqasiya fəaliyyətləri. İstifadəçilərin sayt daxilində əlavə naviqasiya və ya sıçrayış dərəcələri kimi müəyyən bir keçidə kliklədikdən sonra gördüyü hərəkətlər.

 

Texniki spesifikasiyalar

 

  • URL strukturu. Linkin gətirdiyi URL-in mürəkkəbliyi və ya sadəliyi, eyni domen daxilində olub-olmaması kimi amillər.
  • “Backlink” mətni. Bağlantının “backlink”ində istifadə olunan sözlər əlaqənin mövzusu və aktuallığı haqqında ipucu verir.

 

"Google" bu kriteriyalardan istifadə edərək hər bir linkə dinamik çəki təyin edir, bu da linkin PageRank baxımından hədəf sayta nə qədər dəyər verdiyinə təsir edir və bu da öz növbəsində axtarış nəticələrində səhifənin mövqeyinə təsir göstərir.

 

"Reasonable Surfer Model"inin üstünlükləri

 

Bu alqoritmin əsas üstünlüyü onun istifadəçilər üçün daha uyğun axtarış nəticələrinə gətirib çıxaran insanların baxış davranışını daha dəqiq əks etdirmək qabiliyyətidir. 

 

Onun əsas üstünlüklərindən bəziləri bunlardır:

 

İstifadəçi təcrübəsinin prioritetləşdirilməsi. İstifadəçilərin daha çox faydalı hesab etdiyi keçidləri qiymətləndirərək, "Google" internetdə ümumi istifadəçi təcrübəsini artırır.

 

Spamın qarşısının alınması. Model olaraq istifadəçi yönümlü olmayan bağlantıları dəyərsizləşdirir.

 

Məsələn, altbilgilərdə fərq qoymadan yerləşdirilmiş və ya açar sözlərlə həddən artıq yüklənmiş, SEO-ya mənfi təsir edəcək amilləri geri plana salır.

 

Gəlin modeli real nümunə üzərində izah edək. Tutaq ki, “avtomovil idarə etmək üçün bilməli olduğumuz 10 amil” adlı bloq mətnimiz var və bloqda bir neçə linkdən istifadə etmişik.

 

Bloqun yuxarı hissəsində "avtomobil üçün məsləhətləri yağlar" mövzusunda nəzərə çarpan link olsa, mövzuyla əlaqəli olduğu üçün dəyərli link hesab olunacaq və daha çox kliklənəcək.

 

Lakin bu link saytın aşağı hissəsinə, kiçik, çətin görünən, gözə çətinliklə görünəcək hissəsində olsa, nə qədər keyfiyyətli olsa və istifadəçidə maraq yaradacaq link olsa da, daha az kliklənəcək və bu səbəbdən də alqoritm tərəfindən az çəkili bağlantı kimi qiymətləndiriləcək. 

 

Yaxud da, bloq mətnin içərisində bəhs edilən mövzu maşın yağları haqqındadırsa, həmin hissədən sonra “ən çox istifadə olunan maşın yağları” mövzulu bloq linki yerləşdirilsə, daha çox diqqət çəkəcək, ehtiyaca uyğun olduğu üçün kliklənmə ehtimalı çoxdur və model tərəfindən dəyərli link hesab olunacaq.

 

"Random Surfer Model" və "Reasonable Surfer Model"in fərqləri nələrdir?

 

"Random Surfer Model"

 

  • Bərabər bağlantı dəyəri. Bu modeldə veb-saytdakı bütün keçidlər bərabər çəkiyə malik hesab edilir. 
  • “PageRank Focused”. Onun əsas məqsədi veb-saytların əhəmiyyətini və nüfuzunu müəyyən etmək üçün səhifə sıralaması (PageRank) alqoritmindən istifadə etməkdir. Bu yanaşma ədədi dəyər kimi ifadə edilən bağlantıların ümumi populyarlığına əsaslanır.
  • İstifadəçinin niyyəti nəzərə alınmır. İstifadəçilərin xüsusi niyyətləri və ya maraqları nəzərə alınmır. Hər bir klik təsadüfi hesab olunur.

 

"Reasonable Surfer Model"

 

  • Link dəyərindəki fərq. Model veb-saytdakı keçidlərin dəyərinin dəyişə biləcəyini qəbul edir. Yəni istifadə olunan linkdən aslı olaraq, istifadəçilər bəzi linkləri digərlərinə nisbətən daha çox klikləyə bilərlər.
  • İstifadəçi Davranışına əsaslanan. Bu model istifadəçilərin veb səhifələrlə necə qarşılıqlı əlaqədə olduğunu nəzərə alır. Bağlantının yeri, vizual xüsusiyyətləri və kontekstlə uyğunluğu kimi amillər linkin dəyərinin müəyyən edilməsində vacibdir.
  • İstifadəçinin niyyəti əhəmiyyətlidir. İstifadəçilərin müəyyən mövzulara və ya məzmun növlərinə maraq və niyyətlərini nəzərə alır ki, bu da daha uyğun və istifadəçi yönümlü axtarış nəticələrinə gətirib çıxarır.

 

Qısacası, "Rondom Surfer Model" sadə və ümumiləşdirilmiş bir yanaşma təklif edir, "Reasonable Surfer Model" isə istifadəçi davranışını və veb səhifədəki keçidlərin müxtəlif dəyərlərini daha ətraflı təhlil edir. 

Muzaffar Garakhanli

Other articles

"Identifying UGC Subjective Attributes of Entities"in Tətbiq Sahələri

"Identifying UGC Subjective Attributes of Entities"in Tətbiq Sahələri

Ən Çox İstifadə Olunan "Monetization Methods”

Ən Çox İstifadə Olunan "Monetization Methods”

“Structural Semantics”in İndeksləşməyə Təsiri

“Structural Semantics”in İndeksləşməyə Təsiri