“Page Segmentation” Təhlilləri Və Ona Təsir Edən Alqoritmlər

“Page Segmentation” Təhlilləri Və Ona Təsir Edən Alqoritmlər

İnternetin daim inkişaf edən mənzərəsində veb-saytların strukturunu və məzmununu başa düşmək axtarış motorlarının istifadəçilərə ən uyğun və dəqiq məlumatı təqdim etməsi üçün çox vacibdir. Bu baxımdan “Google”un innovativ sayt seqmentləşdirmə üsulları  saytların struktunu aydınlaşdırmaqla saytımızını optimallaşdırmağa effektiv kömək edir.

 

Veb-saytların seqmentasiyası nədir?

 

“Page Segmentation”, yəni seb-saytın seqmentasiyası patenti saytın məzmununa və struktur quruluşuna görə fərqli bölmələrə və ya seqmentlərə bölünməsi prosesidir. Bu texnika axtarış motorlarına və digər avtomatlaşdırılmış proqramlara səhifədəki məlumatların iyerarxiyasını və uyğunluğunu daha yaxşı başa düşməyə kömək etmək üçün nəzərdə tutulub. 

 

Səhifəni başlıqlar, altbaşlıqlar, əsas məzmun, yan panellər, seçim menyuları və bloqlar kimi müxtəlif hissələrini müəyyən edərək və kateqoriyalara ayırmaqla onun seqmentasiyasını saytın məzmununa uyğun şəkildə daha detallı təhlil edə bilərik

 

Saytın seqmentasiyası axtarış motorunun optimallaşdırılması (SEO) və veb inkişafı kontekstində mühüm rol oynayır. O, axtarış motorlarına saytın hansı hissələrinin istifadəçilər üçün ən vacib olduğunu müəyyən etməyə imkan verir və bununla da axtarış nəticələrinin düzgünlüyünü və indeksləşdirmənin effektivliyini artırır.

 

Yəni, saytda yerləşdirilən bloq mətndə olan kontent istifadəçinin sorğusuna səhifənin altbilgisində və ya yan panelindəki məzmundan daha uyğun ola bilər. Bu zaman yaranmış fərq axtarış nəticələrində səhifənin necə sıralanmasına təsir göstərəcək.

 

Bu üsul veb səhifəni HTML elementlərinə əsaslanan iyerarxik məlumat strukturuna çevirir. Daha sonra hər bir bölməyə şərh verilir və əvvəlcədən müəyyən edilmiş qaydalara və atributlara uyğun birləşdirilir ki, bu da alqoritmə səhifənin müxtəlif semantik bölgələrini ayırmağa imkan verir.

 

Belə ki, məqalələr, naviqasiya çubuqları, reklamlar və altbilgilər kimi elementlərdən ibarət müxtəlif tərtibata malik veb saytı nəzərdənk keçirək. “Google”un patentləşdirilmiş texnologiyası bu elementləri diqqətlə təhlil edir və kateqoriyalara ayırır, nəticədə isə axtarış sisteminin hər bir bölmənin əhəmiyyətini dərk etməsini təmin edir.

 

Sayt seqmentasiyasının SEO və Veb naviqasiyasına təsiri

 

“Google”un səhifə seqmentləşdirilməsi keçid təhlilindən tutmuş fraqmentlərin qurulmasına qədər hər şeyə təsir edir. 

Seqmentasiyanın etdiyi bəzi önəmli təhlillər bunlardır:

 

  • Link təhlili

 

Saytdakı bütün keçidlər bərabər yaradılmır. Əsas məzmun sahəsinə yerləşdirilən keçid, altbilgidə yerləşdiriləndən daha uyğun və dəyərlidir. Səhifənin seqmentasiyası “Google”a axtarış nəticələrinin dəqiqliyini və PageRank-ın paylanmasını artıraraq, onların yerləşdiyi yerə görə linklərə müxtəlif çəkilər təyin etməyə imkan verir.

 

  • Mətn təhlili

 

Mətnin uyğunluğu saytın müxtəlif hissələrində əhəmiyyətli dərəcədə dəyişir. Əsas məzmun daxilində olan açar sözlər axtarış motorları üçün daha az əhəmiyyətli sahələrdə olanlardan daha vacib hesab olunur. 

 

Bu təhlil “Google”a istifadəçi sorğularına daha yaxşı uyğun gələn axtarış nəticələrini təqdim etməyə kömək edir.

 

  • Şəkil altyazı

 

Alqoritm saytdakı şəklin altında yerləşən mətnin, şəkildən uzaqda yerləşən mətndən daha çox şəkilə uyğun olduğunu anlayır. Ona görə də səhifənin seqmentasiyası vasitəsilə “Google” şəkillərə dəqiq başlıq vermək üçün müvafiq mətni müəyyən edə və şəkil axtarış nəticələrində istifadəçi təcrübəsini təkmilləşdirə bilər.

 

  • “Snippet Construction”

 

Axtarış nəticələrini yeniləyərkən, “Google” istifadəçilərə məzmunun önizləməsini təmin etmək üçün fraqmentlər yaradır. Səhifənin seqmentasiyası bu fraqmentlərin səhifənin ən uyğun bölməsindən çıxarılmasını təmin edir və istifadəçilərə onların axtarış sorğusuna ən yaxşı uyğun gələn məzmuna nəzər salmağı təklif edir.

 

Səhifə seqmentasiyasının artırılmasında hansı alqoritmlərin rolu var?

 

Səhifə seqmentasiyasını artırmaqda bir neçə əsas amil böyük rol oynayır. Bu amillər veb-saytların daha yaxşı başa düşülməsinə və onların məzmununun daha dəqiq indeksləşdirilməsinə imkan verir ki, axtarış motorları istifadəçilərin sorğularına daha uyğun nəticələr verə bilsin:

 

HTML5 və semantik teqlər. HTML5 tərəfindən təqdim edilən <article>, <side>, <nav>, <header>, <footer> kimi semantik teqlər veb sayt bölmələrini aydın şəkildə müəyyənləşdirir. Bu teqlər kontentin növünü və yerini göstərməklə axtarış motorlarına səhifə strukturlarını daha yaxşı anlamağa kömək edir.

 

“CSS Layouts və Frameworks”. CSS şəbəkəsi, “flexbox” kimi müasir tərtibat üsulları və “Bootstrap”, “Foundation” kimi çərçivələr veb saytların nizamlı və ardıcıl şəkildə strukturlaşdırılmasını təmin edir. Bu konfiqurasiya seqmentlər arasındakı əlaqələri aydınlaşdırmaqla səhifə seqmentasiyasını asanlaşdırır.

 

JavaScript və “Dynamic Content Management”. JavaScript və AJAX-ın istifadəsi sayəsində dinamik məzmunu yükləmək və səhifədaxili qarşılıqlı əlaqəni idarə etmək mümkündür. Bu texnologiyalar istifadəçi davranışına uyğun olaraq məzmuna xidmət etməklə səhifə seqmentasiyasını dinamik şəkildə tənzimləməyə imkan verir.

 

Axtarış motoru alqoritmləri. “Google” və “Bing” kimi axtarış sistemlərinin təkmil alqoritmləri səhifə seqmentasiyasını və indeks məzmununu düzgün başa düşmək qabiliyyətini daim artırır. Bu alqoritmlər səhifə məzmununun və istifadəçi niyyətinin kontekstini daha yaxşı başa düşməklə seqmentləşdirməni daha da təkmilləşdirir.

 

İstifadəçiyönümlü (UX) dizayn. İstifadəçi təcrübəsinə diqqət yetirən dizayn yanaşmaları səhifə məzmununun necə strukturlaşdırılacağı və təqdim ediləcəyi ilə bağlı mühüm yanaşmalar verir. Yaxşı dizayn edilmiş UX istifadəçilərə axtardıqlarını asanlıqla tapmağa imkan verməklə axtarış motorlarına səhifələri daha effektiv seqmentləşdirməyə kömək edir.

 

Strukturlaşdırılmış data və “schema markup”. Veb-saytlara əlavə edilən strukturlaşdırılmış data və “schema markup” axtarış motorlarına səhifə məzmununu daha ətraflı anlamağa kömək edir. Bu işarələmələr səhifənin hansı hissələrinin hansı növ məlumatları ehtiva etdiyini aydın şəkildə göstərir və səhifə seqmentasiyasını daha dəqiq edir.

Muzaffar Garakhanli

Other articles

PRACTICAL CONTENT MARKETING LESSON FOR BEGINNERS (2021)

PRACTICAL CONTENT MARKETING LESSON FOR BEGINNERS (2021)

SEO İnkişafında Java API-lərin Təsirləri

SEO İnkişafında Java API-lərin Təsirləri

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?