“Main Contextual Bridge” Strategiyasının Tətbiqi

“Main Contextual Bridge” Strategiyasının Tətbiqi

“Main Contextual Bridge”, referans verən ve referans alan veb sənədləri arasında tematik əlaqə qurmağa kömək edən strategiyadır. Bu strategiya konkret mövzular və ya açar sözlər ətrafında məzmunun necə təşkil ediləcəyini və optimallaşdırılacağını müəyyənləşdirir. 

 

Eyni zamanda “main contextual bridge” axtarış motorlarına veb saytın mövzusunu daha yaxşı başa düşməyə imkan verməklə müvafiq axtarışlar üçün onun reytinqini yaxşılaşdırır. 

 

“Referrer” və “referred” veb-saytlar arasındakə əlaqə

 

"Referrer" və "referred" veb-saytlar arasında əsas əlaqə yaradan amildir.

 

  • “Referrer”. Yəni referans verən, istifadəçini hansısa məhsula yönləndirən “backlink”dir.
  • “Referred”. Referans alan isə istifadəçinin yönləndirici sayəsində çatdığı hədəf internet səhifəsidir. Yəni referans verilən saytın açılan səhifəsi referans alandır. 

 

Onlar arasındakı əlaqə üsulları:

 

  • Hiperlinklər
  • “Backlink”lər
  • İstiqamətləndirmələr
  • Sosial media linkləri
  • “Anchor texts” 

 

“Main Contextual Bridge”in SEO-da rolu

 

SEO-da "main contextual bridge" konsepsiyasının əsas rolu veb-saytlar arasında mənalı və tematik əlaqələrin qurulmasına əsaslanır. 

 

Veb-saytın sıralamasını və görünməsini artırmaq üçün olduqca vacib olan strategiyanın SEO-dakı rollarında bəziləri bunlardır: 

 

Mövzu səlahiyyətinin artırılması. Veb sənədləri arasında məna bağlantıları müəyyən bir mövzu və ya açar sözlər toplusu üzrə səlahiyyət yaratmağa kömək edir. 

 

Axtarış motorları bir mövzuda dərin və hərtərəfli məzmun təklif edən səlahiyyətli saytları sıralamada önə salır.  

 

Müvafiq trafik axınının təkmilləşdirilməsi. Əsas kontekstual körpü sayəsində istifadəçilər diqqətlərini cəlb edəcək və axtardıqları məlumatları təmin edəcək məzmuna yönəldirilir. Bu, saytın müvafiq trafiki əldə etməsinə və istifadəçilərin saytda daha çox vaxt keçirməsinə kömək edir.

 

İstifadəçi təcrübəsinin təkmilləşdirilməsi. Tematik olaraq əlaqəli məzmun arasında əlaqə yaratmaqla, istifadəçilərə axtardıqları məlumatı asanlıqla əldə etməyə imkan verir. Həmin əlaqələr istifadəçi təcrübəsini yaxşılaşdırır və sayt haqqında müsbət təəssürat yaradır ki, bu da dolayısı ilə reytinqlərə təsir edir və ziyarətçi davamlılığına səbəb olur. 

 

Məzmun kontekstuallığının gücləndirilməsi. Sözügedən strategiya məzmunun bir-biri ilə və ümumi sayt mövzusu ilə necə əlaqəli olduğunu müəyyən edir. Onun təhlillərinə əsasən təkmilləşdirmə apardıqda axtarış motorları sayt məzmununun kontekstini daha yaxşı başa düşür və onu daha dəqiq indeksləşdirir.

 

Link strukturunun optimizasiyası. Daxili və xarici “backlink”lər arasında mənalı keçidlər yaradaraq veb-saytın link strukturunu optimallaşdırır. Bunun nəticəsində axtarış motorlarına saytı daha yaxşı başa düşməyə kömək edir və həm saytın daxilində, həm də saytdan kənar səlahiyyətləri artırır.

 

“Main Contextual Bridge” strategiyasının tətbiqi

 

Əsas kontekstual körpü strategiyaları, SEO-da məzmun və veb səhifələr arasında güclü və uyğun bağlantılar yaratmaqla saytın mövzu nüfuzunu artırmaq və axtarış motorları tərəfindən daha yaxşı sıralamağı təmin etmək məqsədi daşıyır. Bu strategiyaların düzgün tətbiqi həm istifadəçi təcrübəsini yaxşılaşdırır, həm də saytın axtarış motoru nəticələri səhifələrində (SERP) daha çox görünməsinə kömək edir. 

 

Onun tətbiq prosesi adətən aşağıdakı addımları əhatə edir:

 

Hərtərəfli açar söz tədqiqatı

 

Hədəf auditoriyanın axtarış davranışını anlayaraq müvafiq açar sözləri müəyyənləşdirmək lazımdır. Uzun quyruqlu açar sözlər və semantik cəhətdən əlaqəli terminlər məzmunun mövzu əhatəsini genişləndirməyə kömək edir.

 

Eyni zamanda istifadəçinin axtardığı açar sözlərin (məlumat əldə etmək, alış-veriş və s.) arxasında duran niyyəti anlamaq və məzmunu buna uyğun formalaşdırmaq da önəmlidir.

 

Məzmun xəritəçəkmə və planlaşdırma

 

Oxşar və ya əlaqəli mövzuları qruplaşdırmaqla məzmun qrupları yaradın. Hər bir klaster əsas mövzu ətrafında cəmlənən və bu mövzuya müxtəlif rakurslardan müraciət edən məzmundan ibarət olmalıdır.

 

Mövzuları qruplaşdırarkən daxili linklərin də planlaşdırılması lazımdır. Məzmununuz arasında məntiqi və müvafiq daxili bağlantılar yaratmaqla istifadəçilərin saytınızda asan naviqasiya etmələrinə imkan yarada bilərsiniz. 

 

Keyfiyyətli kontentin yaradılması

 

Hədəf açar sözləri düzgün işlətməklə və istifadəçi niyyətinə uyğun keyfiyyətli, məlumatlandırıcı və maraqlı kontent SEO-nun ən əsas amillərindəndir. İstifadəçin saytda uzun müddət qalması, davamlı olması üçün detallı kontent mütləqdir.

 

Daxili əlaqələndirmə strategiyasının həyata keçirilməsi

 

  • “Anchor texts”. Daxili bağlantılarda hədəf səhifənin məzmununu dəqiq əks etdirən və istifadəçiyə lazımi məlumatları təklif edən “anchor text”lərdən.
  • Məzmun arasında körpülər qurmaq. Əlaqədar məzmun arasında bağlantılar qurmaqla, istifadəçiləri saytınızda daha çox vaxt keçirməyə təşviq edin və axtarış motorlarına saytınızın strukturunu daha yaxşı başa düşməyə kömək edin.

 

Etibarlı saytlara “backlinks”in verilməsi

 

Məzmunun nüfuzunu və etibarlılığını artırmaq üçün saytla eyni seqmentdən olan tanınmış saytlara “backlink”lər vermək lazımdır.

 

Performansın monitorinqi və optimallaşdırılması

 

“Google Analytics” və “Google” axtarış konsolu kimi alətlərdən istifadə edərək məzmunun performansına nəzarət etmək və lazımi optimallaşdırmaları axsatmadan aradan qaldırmaq lazımdır. Eyni zamanda əgər “backlink”lərdən istifadə olunubsa, onlar zamanla yenilənməli və işləkliyi yoxlanılmalıdır.

 

“Main contextual bridge” strategiyaları SEO-da davamlı səy tələb edir. Ona görə də mütəmadi olaraq bazar tendensiyalarını, axtarış motoru alqoritmlərindəki dəyişiklikləri və istifadəçi davranışına daim analiz etməli və strategiyanı buna uyğun tənzimləməlisiniz.

 

Gəlin nümunə olaraq “turistik məkanlar”la bağlı kontenti olan veb-sayt üçün “main contextual bridge” strategiyasını quraq

 

Tutaq ki, Azərbaycanın turistik, gəzməli və maraqlı təbiəti olan yerlərini tanıdan veb-sayt idarə edirik. Əgər istifadəçilərin bu mövzuda axtarışlarına cavab vermək üçün əhatəli məzmun strategiyası yaratmaq istəyiriksə, etməli olduğumuz proseslər bunlardır:

 

Açar söz tədqiqatı və məzmun planlaması

 

  • Açar söz. "Azərbaycanda görməli yerlər", "Azərbaycanın ən gözəl meşələri", "Azərbaycanın tarixi yerləri" kimi açar sözlər üçün araşdırma aparmağımız lazımdır. Azərbaycanda turistlərin ən çox maraqlandığı bu mövzulara axtarışlarda nə qədər maraq olduğu, kontentlərin oxunulub-oxunulmadığını analiz etmək lazımdır. 
  • Məzmun plan. Daha sonra həmin açar sözlərlə bağlı məzmun plan hazırlamalıyıq. Bu açar sözlərin məzmun planları belə ola bilər; "Azərbaycanda kəşf edilməyən 5 gözəl mənzərəli yer”, "Tarixsevərlər üçün Azərbaycanın ən əhəmiyyətli 5 arxeoloji məkanı" və s.

 

Məzmun yaradılması və daxili linklər

 

  • Məzmun yaradılması. Keyfiyyətli məzmun yaratmaq, istifadəçiləri məlumatlandıracaq, onların diqqətini cəlb edəcək və suallarına cavab verəcək hər bir açar söz və mövzu üçün keyfiyyətli məzmun hazırlamaq önəmlidir.
  • Daxili link. Eyni zamanda məzmuna uyğun olan, saytın özündəki başqa məzmuna təbii və uyğun daxili keçidlər daxil etməliyik. Məsələn, "Azərbaycanda kəşf edilməyən 5 gözəl mənzərəli yer" məzmununu yazdıqda, həmin 5 yerdən biri hansısa göldürsə və saytımızda göllərlə bağlı yazı varsa, daxili linkə həmin yazıya keçid təqdim edə bilərik.

 

Bu həm saytda naviqasiyanı asanlaşdırır, həm də istifadəçinin saytımızda uzun müddət qalmasına səbəb olur. 

 

“Backlink”lər və sosial paylaşımlar

 

  • “Backlink”lər. Məzmumuzun etibarlılığı axtarış sıralamasında görünməyimiz üçün vacibdir. Ona görə də bizimlə eyni kateqoriyada olan, tanınmış və etibarlı turizm saytlarından və ya kifayət qədər trafikə malik səyahət bloqlarından sayımıza keçid olacaq “backlink”lər qoymalıyıq.
  • Sosial mediada paylaşımı. Daha geniş auditoriyaya çatmaq və istifadəçilərlə qarşılıqlı əlaqələr qurmaq üçün kontentimizi sosial mediada paylaşa bilərik. Bu, saytımıza orqanik istifadəçi gətirəcək və axtarış motorlarında görünürlülüyümüzü artıracaq.

 

Monitorinq və Optimallaşdırma

 

  • Trafik və istifadəçi izləmə. “Google Analytics” kimi SEO alətlərindən istifadə edərək, hansı məzmunun daha çox ziyarətçi cəlb etdiyini, hansı daxili bağlantıların ən çox klikləndiyi və istifadəçilərin saytımızda nə qədər vaxt keçirdiyinə nəzarət edə və nəticələri düzgün analiz edərək saytımızı o yöndə inkişaf etdirə bilərik.
  • Optimallaşdırma. Analiz nəticələrinə əsasən, saytın aşağı performans göstərən səhifəni yaxşılaşdırmaq üçün məzmunumuzu və daxili bağlantılarımızı yeniləyib, həmin səhifələrdə də görünürlülüyü artıra bilərik.
Muzaffar Garakhanli

Other articles

Çox Mənalı Sözlərin Fərqləndirilməsi. “Context Vectors”

Çox Mənalı Sözlərin Fərqləndirilməsi. “Context Vectors”

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

"Inverted Index of the Web" Necə Çeşidləmə Edir?

Irshad Electronics Social Media Analysis (November 2020)

Irshad Electronics Social Media Analysis (November 2020)