“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

“Google”un "Ranking Search Results" patenti ilə dəstəklənən Panda yeniləməsi veb-saytların keyfiyyətinin ölçülməsi üsulunu təsvir edir. Bu alqoritm saytların axtarış sorğularına nə dərəcədə cavab verdiyini və xarici mənbələrdən aldıqları url keçidlərin sayını qiymətləndirir.

 

Yəni, tutaq ki, sizin səhiyyəyə aid veb-saytınız var. Əgər bu sayt istifadəçilərin axtardığı xəstəliklər haqqında hərtərəfli və dəyərli məlumat təqdim edirsə və müxtəlif etibarlı mənbələrdən çoxlu sayda url keçidlərə malikdirsə, Panda alqoritmi saytı yüksək keyfiyyətli hesab edir. Bu, saytın “Google” axtarış nəticələrində daha yüksək yer tutmasına kömək edir ki, istifadəçilər axtardıqları məlumatı daha asan tapa bilsinlər. 

 

Əsas məqsədi istifadəçi təcrübəsini təkmilləşdirməklə axtarış nəticələrinin keyfiyyətini artırmaq olan bu yenilənmənin “Google”a gətirdiyi yeniliklər:

 

Yenilənmədən əvvəl “Google”un axtarış nəticələrində xeyli saytda aşağı keyfiyyətli, spam məzmunlu kontentlər müşahidə olunurdu. 

 

Yalnız açar sözlərin sayına nəzər yetirildiyi üçün dayaz məzmunlu saytlar və istifadəçilərin ehtiyaclarını qarşılamayan, açar sözlərlə bol mətnləri olan bloqlar hazırlanırdı. Bu səbəbdən də trafiklər sürətlə düşür və sayta daxil olan ziyarətçinin davamlılığı qorunmurdu.

 

Panda yeniləməsi “Google”un artmaqda olan probleminin bir başa həll etmə üsulu oldu.

 

Veb-saytların keyfiyyətini qiymətləndirmək üçün mürəkkəb meyarlar toplusunu, o cümlədən məzmunun orijinallığı, dərinliyi və dəyərinin yoxlanılması, həmçinin saytın ümumi istifadəçi cəlbetmə göstəriciləri təqdim etməklə, “Google” axtarış nəticələrinin keyfiyyətini əhəmiyyətli dərəcədə artırdı. 

 

Nəticədə isə Panda yenilənməsi bir başa axtarış ekosisteminə təsir etdi. Belə ki, Panda, SEO-nun ondan üstünlük təşkil edən kəmiyyətdən çox keyfiyyət yanaşmasından uzaqlaşaraq internetdə məzmun yaradılması üçün yeni standart təyin etdi.

 

Bu standarta əsasən veb-saytlar öz auditoriyasının ehtiyaclarına və maraqlarına cavab verən mənalı, yaxşı araşdırılmış kontent istehsal etməyə təşviq edildi. 

 

"Ranking Search Results" patenti ilə dəstəklənən Panda yeniləməsinin qiymətləndirmə üsulu

 

“Google”un bu alqoritmi, veb-saytları iki əsas amildən istifadə edərək qiymətləndirir:

 

1.Url linklərin sayı

 

Bu linklər veb-saytla əlaqəli olmayan başqa saytlardan olan keçidlərdir. Bu cür bağlantıların çoxluğu məzmunun dəyərli olduğunu və rəqəmsal ekosistemdə başqaları tərəfindən etibarlı olduğunu göstərir. 

 

Məsələn, müxtəlif təhsil müəssisələrindən, xəbər agentliklərindən və sahənin ən tanınmış saytlarından bağlantılar alan bloq yazısı yüksək keyfiyyətli məzmun hesab olunur.

 

2.İstiqamət sorğularının optimallaşdırılması

 

Bu, saytın məzmununun istifadəçiləri ona aparan axtarış sorğularına nə dərəcədə uyğun olduğunu təhlil etməyi əhatə edir. 

 

Vurğulayım ki, burada əsas amil təkcə açar sözlərin geniş spektrini hədəfləmək deyil, həm də istifadəçilərin suallarına və ehtiyaclarına səmimi, ətraflı və düzgün cavab verən məzmun təqdim etməkdən ibarətdir.

 

Panda yenilənməsi necə işləyir?

 

Alqoritmin işləmə prosesi veb-saytın məzmununun və onun link profilinin keyfiyyətinin qiymətləndirilməsi ilə başlayır.

 

Məsələn, iki sayt nəzərdə tutaq: Sayt A və Sayt B.

 

A saytı, müxtəlif mövzularda yaxşı araşdırılmış, əhatəli məqalələr hazırlayır. Akademik institutlar, olduğu sahəyə aid aparıcı bloqları və xəbər saytları kimi çoxsaylı nüfuzlu mənbələrdən url bağlantılar alaraq öz seqmenti tərəfindən tanınır.

 

Bu url bağlantılar saytın keyfiyyətinin təsdiqi funksiyasını yerinə yetirir və onun məzmununun dəyərli və etibarlı olduğunu göstərir.

 

B saytı, yalnız geniş açar söz spektrini əhatə edərkən, dərinliyi olmayan və əhəmiyyətli mövzuları əhamət etməyən böyük miqdarda məzmun yaradaraq fərqli bir strategiya seçir. Onun məqalələri daha səthidir, real fikir və ya məlumat təqdim etmədən mümkün qədər çox axtarış trafikini ələ keçirmək üçün nəzərdə tutulmuşdur.

 

Panda yenilənməsinə əsasən, Sayt A-nın axtarış sorğularının məqsədinə daha effektiv cavab verən üstün keçid profili və məzmunu olduğu hesab edilir. Nəticə etibarilə, o, qiymətləndirmədə B Saytından daha yüksək yer tutacaq.

 

Bir növ, alqoritm kəmiyyətdən çox keyfiyyətə diqqət yetirdiyi üçün, internetə dəyərli məlumat verən saytları qiymətləndirmə ilə mükafatlandırır.

 

Bu yenilənmənin diqqətəlayiq cəhəti, həm də onun bütün saytı monolit varlıq kimi qiymətləndirmək və ya yalnız ayrı-ayrı səhifələrə diqqət yetirməkdənsə, veb-saytlardakı resursların “qruplarını” təhlil etməyə yanaşmasıdır. Bu üsul veb-saytdakı müxtəlif bölmələr və ya məzmun növlərinin öz uyğunluğu və faydalılığına görə fərqli ola biləcəyini qəbul edərək keyfiyyətin daha incə qiymətləndirilməsinə imkan verir.

 

Panda yenilənməsinin üstünlükləri

 

  • Təkmilləşdirilmiş istifadəçi təcrübəsi
  • Keyfiyyətli kontentin artırdığı axtarış reytinqi 
  • Spam və ya aşağı keyfiyyətli məzmunun azlığı
  • Müxtəlif məzmunun təşviqi
  • “Encouragement of Ethical SEO”
  • İstifadəçi seçimlərinə uyğunlaşma
  • Uzunmüddətli brend faydaları
Muzaffar Garakhanli

Other articles

PRACTICAL CONTENT MARKETING LESSON FOR BEGINNERS (2021)

PRACTICAL CONTENT MARKETING LESSON FOR BEGINNERS (2021)

Turkish EMC manager answered questions

Turkish EMC manager answered questions

"Information Responsiveness" Hansı Amillərə Əsaslanır?

"Information Responsiveness" Hansı Amillərə Əsaslanır?