FREE "13 Chrome Extension" for SEO ANALYSIS
Məqalənin qısa izahı üçün videoya baxmağınız kifayətdir.
1. Keyword Surfer
Ubersuggest, Ahrefs və ya SEMrush istifadə etməyinizindən asılı olmayaraq bütün bu vasitələrin bir ortaq tərəfi var. Bir istifadəçi olaraq sizə lazım olan açar söz bazasını əldə etmək üçün həmin saytlara geri qayıtmaq məcburiyyətindəsiniz. Bəs bunun əvəzinə birbaşa Google brauzerinizdə açar söz və bəzi geri əlaqə məlumatları əldə etmək asan olmazdı? Keyword Suffers vasitəsilə Google-un interfeysindən məlumat əldə edə bilərsiniz. Beləliklə, hər hansısa axtarış zamanı həm olduğunuz ərazidə, həm də qlobaldakı axtarış həcmini görə biləcəksiniz.
2. Moz
Domen nüfuzu “Moz” tərəfindən hazırlanan bir metrikadır. Ümumiyyətlə, domen nüfuzunuz nə qədər yüksəkdirsə, reytinqiniz də bir o qədər yüksək olacaq. “Moz”un yaratdığı “Mozbar Chrome” genişləndirilməsi sizin vebdəki hər hansısa səhifə üçün domen səlahiyyətini və səhifə səlahiyyətini izah edir. Bu uzantı vaistəsilə rəqiblərinizin saytlarını incələyərkən asanlıqla hansı səhifələri daha diqqətlə analiz etməli olduğunuzu biləcəksiniz.
3. Similar Web
Saytınızın internetdə məşhur olması ən önəmli faktorlardandır. Çünki hər kəs axtarış sistemlərində ön sırada çıxmaq istəyir. Daha çox insan tərəfindən görülmə heç də həmişə daha çox pul qazanmaq demək olmasa da, əksər hallarda bu belədir. “Similar Web” uzantıları sizə ən dəqiq trafik təxminlərini deyir. Bununla da rəqiblərinizin saytına geri dönmədən nə qədər trafik əldə etdiklərini görə bilərsiniz. “Chrome extension” ilə görə biləcəyiniz ilk məlumat saytın son altı aydakı trafik məlumatlarıdır. Hətta birdən-birə trafik artıqda bu, insanların saytda vaxt keçirmə müddətinin də azalmasına səbəb olur. Aşağı hissədə isə ziyarətçilərin hansı ölkədən giriş etdiyinə baxa bilərsiniz. Son olaraq isə sayta olan girişlərin sosial media, hər hansısa yönləndirmə və yaxud birbaşa daxil olmaları haqqında məlumat ala bilərsiniz.
4. Redirect Path
“Redirect Path” bir uzantı kimi çox populyar olmasa da, SEO üçün vacib amillərdəndir. Zaman keçdikcə URL-ləriniz dəyişəcək. İstər köhnə məzmunu silin, istərsə də, səhifələri birləşdirdiyiniz zaman “Redirect Path” səhv gedən bir hal olduqda sizə xəbər edəcək. Nəticədə hər hansı bir yönləndirmənin düzgün işləmədiyini anında görə və düzəldə biləcəksiniz.
5. Buzzsumo
“Facebook”u sevib sevmədiyimizdən asılı olmayaraq daha çox trafik əldə etmək üçün bizə verdiyi imkanlar danılmazdır. İnternetdə gəzərkən qarşımıza çoxlu sayda məqalələr çıxır və bəzilərini istəmədən də olsa oxuyuruq. Bu məqalələrdən bəziləri rəqiblərimizin saytında ola bilər və təbii ki, yaxşı olub-olmaması haqqında beynimizdə suallar yaranır. “Buzzsumo”dan istifadə edərək bir məqalənin nə qədər insan tərəfindən paylaşıldığını, həmçinin backlink sayını da görə bilərsiniz. Bütün bu statistikalara əsasən saytda ən çox paylaşılan məqalələri görə və öz saytınız üçün də yeni ideyalar qazana bilərsiniz.
6. Meta SEO İnspector
Saytınızdakı “error”lar həqiqətən trafikə ciddi təsir edir. Həttta meta etiketlər kimi xırda detallar belə axtarış sistemində ön sıralara çıxmağınıza mane ola bilər. “Meta SEO İnspector” dan istifadə edərək meta etiketlərinizin düzgün qurulduğunu asanlıqla görə bilərsiniz.
Yuxarıdakı ekran görüntüsündən göründüyü kimi səhvlər barədə tam məlumat əldə edə bilirsiniz. Bu nümunə ilə tez bir zamanda səhifələrimin birində meta etiketinin olmadığını öyrəndim. Bu, o deməkdir ki, insanlar həmin səhifəni sosial şəbəkələrdə paylaşdıqda düzgün səhifə göstərilmir və beləliklə, sosial mediadan gələn trafik itirilir.
7. Check my links
Texniki SEO və rəqiblərinizi təhlil etmək üçün nə qədər çox vaxt sərf etsəniz bir o qədər bağlantı məlumatı əldə edəcəksiniz. “İnternal link”lər saytınızın reytinqini artırmağın yeganə yolu deyil. Bununla yanaşı daxili bağlantılardakı məlumatları da bilməniz vacibdir. “Check my links” saytınızdakı hər hansı bir səhifəni və ya rəqibinizi gözdən keçirərkən sizə lazım olan bütün “internal link”lərin nömrələrini verəcəkdir.
8. Pagespeed
Saytın yükləmə vaxtı yalnız geri dönüşlərə yox, həmçinin saytınızın reytinqinə də təsir edir. Axtarışların təxminən 60%-i mobil cihazlardan olduğundan yükləmə vaxtınız hər zamankından daha vacibdir. “Pagespeed Insight” vasitəsilə saytınızdakı hər hansısa səhifədə yükləmə müddətini artırmaq üçün nə etməli olduğunuzu tez bir zamanda görə bilərsiniz. Bəyənmədiyiniz bir statistika gördükdə sadəcə “daha çox” butonuna klikləyərək ətraflı hesabatı görə bilərsiniz.
9. Seo minion
SEO gündə yalnız on dəqiqə ayıraraq inkişaf etdirə biləcəyiniz strategiya deyil. Gündəlik olaraq saytda etməli olduğunuz işləri yerinə yetirməyin asan yolu isə “SEO Minion”dur. Veb saytınızda nəyisə düzəltmək istədiyinizdə və yaxud digər saytlarda olan qırıq bağlantıları tapmaq və düzəliş etmək üçün ən ideal vasitələrdəndir. SEO trafik artırmağın bir başqa yolu isə saytdakı kontentləri müxtəlif dillərdə istifadəyə verməkdir. “SEO Minion” digər əraziləri və dilləri hədəfləyərkən ehtiyacınız olan “hreflang data”ları silir.
10. SEOquake
“SEOquake” saytınız haqqında ətraflı məlumat əldə etməyin ən asan yoludur. “SEOquake” vasitəsilə “Google” və “Bing” üçün olan indeksləmə məlumatlarınız, həmçinin “SEMrush” sıralamanız kimi hesabatlara asanlıqla baxa bilərsiniz. “SEOquake”in ən çox istifadə edilən özəlliyi isə “Google”da axtarış etdiyiniz hər bir sayt üçün sıralaması haqqında məlumat verməsidir.
11. Ninja Outreach
Səhifədə nə qədər SEO etməyinizdən asılı olmayaraq heç bir backlink yoxdursa, axtarışda ön sıralarda olmayacaqsınız. SEO-nun bu hissəsinin nə qədər qəliz və çətin olduğunu bilirik. Narahat olmayın, “Ninja Outreach” işinizi asanlaşdıracaq. Bu uzantı müəyyən bir domen ilə əlaqəli olan bütün e-poçt ünvanlarını sizə göstərəcək. Backlink almaq üçün uyğun bir sayt tapdıqda sadəcə uzantıdakı butona klikləyərək məlumatları ala və mail vasitəsilə istəyinizi bildirə bilərsiniz.
12. Keywords everywhere
Bu, bəlkə də SEO üçün ən populyar uzantıdır. Nəticədə açar sözlər hər sahədə bilinmək istənilən ilk məlumatlardandır. “Google”da maraqlandığınız hər hansısa sözü yazın və həmin sözlər vasitəsilə keçid edə biləcəyiniz yüzlərlə məlumat görəcəksiniz. Həmin sözlərin siyahısını tərtib edərək açar sözləri tapa bilərsiniz. “Keyword everywhere” isə sizə “Google”a getmədən həmin işləri birbaşa görmə fürsəti verir.
13. Fatrank
Pis bir vərdiş olsa da, SEO mütəxəssisləri olaraq saytımızın reytinqi haqqında durmadan düşünürük. Axtarış sistemlərindəki sıralamanızı asan və pulsuz şəkildə öyrənmək istəyirsinizsə, “Fatrank” uzantısından istifadə edə bilərsiniz. Etməniz lazım olan isə sadəcə uzantıya klikləmək və hər hansısa açar sözü yazmaqdan ibarətdir.