Daha Unikal Axtarış Nəticələri: “Augmented Search Queries"

Daha Unikal Axtarış Nəticələri: “Augmented Search Queries"

“Augmented Search Queries", yəni genişləndirilmiş axtarış sorğuları nəinki sorğunuza cavab verən, həm də sorğuya uyğun daha zəngin və daha uyğun nəticələri təklif edir. 

 

Belə ki, siz hər hansısa məlumat üçün axtarış motoruna bir neçə söz və ya sual yazırsınız və axtarış sistemi sizə bu sözlərlə əlaqəli nəticələri göstərir. Genişləndirilmiş axtarış sorğuları isə sizin axtarışınızla əlaqəli konkret cavab verməklə bərabər, həmçinin axtardığınız mövzuya aid daha dəqiq, müxtəlif mənbələrdən ibarət nəticələr göstərir.

 

Genişləndirilmiş axtarış sorğuları standart axtarışlardan nə ilə fərqlənir?

 

Sadə dildə desək, standart axtarışlar əgər siz “Azərbaycanın ən dadlı yeməyi”deyə axtarış etsəniz, axtarış motoruu axtarışdakı sözlərə əsaslanan nəticələri göstərəcək.

 

Genişləndirilmiş axtarışlarda isə, axtarış motoru sorğunuza daha dərindən baxır.

 

O, insanların etdiyi digər axtarışları, strukturlaşdırılmış məlumatları və ya hətta axtarışınızın kontekstini nəzərə alaraq yeməyin resepti, hansı restoranların menyularında olduğu, habelə sizə yaxın hansı restoranda həmin yeməyi dada biləcəyinizi ətraflı göstərir.

 

“Google”un bu innovativ patentinin xüsusiyyətləri 

 

  • Müəssisə istinadlarından istifadə
  • Fərqli obyektlərin müəyyən edilməsi
  • Artırılmış sorğuların yaradılması
  • Reytinq və yeniləmə nəticələri
  • Real nümunələrin təqdim edilməsi

 

Genişləndirilmiş axtarış sorğuları nəticələri adətən bunlara əsaslanaraq təyin olunur:

 

1."Entity Reference" 

Axtarış sorğuları kontekstindəki "entity reference", müəssisə referansı bir və ya daha çox fərqli "entity"ə potensial olaraq uyğun gələn axtarışda istifadə olunan termin və ya identifikatora istinad edir.

 

Bu, müxtəlif spesifik və unikal şeylərə və ya konsepsiyalara işarə edə bilən açar söz kimidir.

 

Yəni, axtarış motoruna "xərçəng" yazsanız, bu müəssisə istinadıdır. Həmin açar söz öz-özünə spesifik deyil və axtarış nəticəsi olaraq "xərçəng"xəstəliyi, "xərçəng" heyvanı və ya "xərçəng" tərkibli qidalar qarşısına çıxacaq.

 

2."Entity"

 

"Entity", yəni müəssisə tək, unikal, yaxşı müəyyən edilmiş və fərqləndirilə bilən bir şeyə və ya konsepsiyaya aiddir. 

 

Müəssisələr müəssisə referanslarının istinad edə biləcəyi subyektlərdir.

 

Yəni, siz “xərçəng” yazıb axtaranda, sistem sizin əvvəlki axtarışlarınıza nəzər salır. Əgər siz daha çox qidalar, yemək reseptlərilə maraqlanmısınızsa, bu zaman qarşınıza xərçəng tərkibli yemək resepti çıxır.

 

Axtarışlarda müəssisə referansı və müəssisə arasındakı qarşılıqlı əlaqə

 

Axtarış motorundan istifadə etdiyiniz zaman adətən müəssisə referansı (ümumi sözü) daxil edirsiniz. Bu zaman axtarış motorunun işi hansı konkret məlumatı axtardığınızı anlamaqdır.

 

Bu proses xüsusilə sözün mənaları çox olduqda mürəkkəbləşir. Məsələn, "Apple" (Müəssisə Referansı) axtarış termini texnoloji şirkətə (Müəssisə), meyvəyə (başqa Müəssisə) və ya tamamilə başqa bir şeyə istinad edə bilər. 

 

Axtarış sorğusu edən zaman nəticələrin təqdim olunma prosesi 

 

“Google”də bir neçə mənası olan söz axtarırsınızsa, bu müəssənin referansıdır və nəticə təqdim olunmadan əvvəl axtardığınızın nə olduğu müəyyənləşdirilir. 

 

Bu zaman axtarışınızı daha yaxşı başa düşmək üçün məlumat bazanızda olan axtarış nəticələriniz araşdırılır.

 

Eyni zamanda genişləndirilmiş axtarış sorğuları yalnız müəssisə referansı ilə əlaqəli mümkün müəssisələri müəyyən etməklə deyil, həm də həmin müəssisələrə aid əlavə məlumat verməklə bunu bir addım irəli aparır.

 

Belə ki, axtarış motoru hansı müəssisəni nəzərdə tutduğunuzu müəyyənləşdirməyə kömək etmək üçün seçimlər və ya əlavə suallar təklif edə bilər. Məsələn, "Apple" axtarışından sonra "Apple the company" və ya "apple the fruit" axtardığınızı soruşa bilər. Bu zaman verdiyiniz cavaba uyğun olaraq axtarış nəticəsi təyin olunur.

 

Genişləndirilmiş axtarışda nəticə almamaq mümkündürmü?

 

Bəli, nadir hallarda olsa da, əgər axtardığınız mövzu tanınmırsa, sizin və digər istifadəçilərin axtarış tarixində mövzu ilə bağlı axtarış olmayıbsa, “Google” axtarışı nəticə verməyə bilər.

 

Muzaffar Garakhanli

Other articles

Unraveling the Mysteries of Google's Spam Detection Algorithm

Unraveling the Mysteries of Google's Spam Detection Algorithm

"Google Knowledge Graph" Uzlaşdırması Və Əsas Vahidi

"Google Knowledge Graph" Uzlaşdırması Və Əsas Vahidi

“PageRank”: Axtarış Nəticələrinin Etibarlılıq Qiymətləndirilməsi

“PageRank”: Axtarış Nəticələrinin Etibarlılıq Qiymətləndirilməsi