Unibank Sosial Media Analizi (2020 Dekabr)
Hörmətli oxucular, bu dəfəki araşdırmamız Unibank-ın sosial media analizi ilə bağlıdır. Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.
1. Aşağıdakı təsvirdə bankın Facebook paylaşımlarına gələn reaksiyaların nisbətini və sayını görürsünüz. Unibank-ın Facebook paylaşımlarına gələn reaksiyaların əksəriyyətini “like”-lar təşkil edir.
2. Bu təsvirdə bankın son 1 ay ərzində həftələr üzrə Facebook-da hər paylaşımına gələn orta reaksiya sayını görürsünüz. Belə ki, keçən ay ərzində Unibank-ın etdiyi 1 paylaşım ortalama olaraq həftəlik 143.9 reaksiya alıb.
3. Qeyd olunan sosial şəbəkədə Unibank-ın paylaşımlarına gələn reaksiyaların nisbətində bəyənmələr açıq fərqlə irəlidədir. Rəylər və paylaşımlar ümumi reaksiyaların təxminən ¼-ni təşkil edirlər.
4. Növbəti qrafikdə isə bankın paylaşımlarının və bu paylaşımlara gələn reakisyaların reklam faizini görə bilərsiniz. Edilən paylaşımların 14, bu paylaşımlara gələn reaksiyaların isə 25%-ni reklam edilən paylaşımlar təşkil edir.
5. Aşağıdakı təsvirdə bankın Facebook-da istifadəçi sayı və son aydakı istifadəçi artımı ilə bağlı statistikaları görə bilərsiniz.
6. Facebook sosial şəbəkəsindən olan növbəti təsvirdə bankın səhifəsindəki paylaşım növlərinin nisbətini görə bilərsiniz. Belə ki, şəkil və video tipli paylaşımlar Unibank-ın səhifəsindəki paylaşımların təxminən 85%-ni təşkil edir.
7. Unibank-ın paylaşımlarının Facebook-da daha çox həftənin hansı günündə və saatında reaksiya aldığını aşağıdakı qrafikdə görə bilərsiniz.
8. Adıçəkilən platformada bankın paylaşımların 1 günə aldığı reaksiyaların maksimum və minimum göstəricisi növbəti təsvirdə göstərilmişdir. 26 noyabr tarixi bu cəhətdən ən aşağı göstəriciyə sahib olmuşdur (50 reaksiya).
9. Son 1 ayda Unibank-ın Facebook səhifəsində həftələr üzrə reaksiyaların nisbətini verilən qrafikdə görə bilərsiniz. Reaksiyaların maksimum göstəricisi noyabrın 2-3-cü həftələrində qeydə alınıb.
10. Aşağıda isə ay ərzində səhifənin günlərə görə aktivliyi, yəni 1 gündə paylaşılan post sayı göstərilib. Göründüyü kimi, maksimum paylaşım göstəricisi 1 gün üçün 2-yə bərabərdir.
11. Instagram sosial şəbəkəsində bankın son 7 ayda etdiyi paylaşım və aldığı ümumi rəy sayını görürsünüz. Belə ki, avqust ayında edilən paylaşımlar açıq fərqlə daha çox rəy alıb.
12. Bu dəfəki təsvir isə bankın Instagram səhifəsində son 7 ay ərzində aktivlik və “like” sayını ifadə edir. Yenə də avqust ayı “like”-ların sayına görə zirvədədir. (30.854)
13. Unibank-ın ümumi Instagram statistikalarını aşağıdakı təsvirdə görürsünüz.
14. Instagram-da ən çox təkrarlanan paylaşımları və onların aldığı ortalama reaksiya sayını görə bilərsiniz. Hər iki kateqoriyada şəkil tipli paylaşımlar üstünlük təşkil edir.
15. Unibank-ın Instagram-da paylaşım üçün ən əlverişli vaxtları aşağıdakı qrafikdə göstərilib. Daha tünd rənglər daha əlverişli zamanı ifadə edir.
16. Instagram-da hansı həştaqların daha çox reaksiya aldığı növbəti təsvirimizdə ifadə olunub. Avqust ayındakı #müsabiqə həştaqı gözlənildiyi kimi, ən çox reaksiya alan həştaqdır.
17. Həştaq sayına görə paylaşımların aldığı reaksiya sayını növbəti təsvirdə görə bilərsiniz. 1-2 həştaq Unibank-ın Instagram səhifəsi üçün optimal həştaq sayıdır.
18. Aşağıdakı qrafikdə isə həm Instagram sosial şəbəkəsində ən əlverişli paylaşım zamanını, həm də optimal paylaşım uzunluğunu görürsünüz. Bazar ertəsi saat 11:00 və 560-1120 arası simvol sayı bank üçün optimal hesab olunur.
19. Instagram-da həftənin günlərinə görə gələn reaksiya sayı isə aşağıda göstərilib. Bazar ertəsi və şənbə günləri bu göstəriciyə görə zirvədədir.