SEO və SEM arasındaki 7 Fərq

SEO və SEM arasındaki 7 Fərq

SEO və SEM arasında fərqlər nələrdir ?

SEO və SEM başlıqlarını internet, marketinq, internet marketinqi və ya internetdən pul qazanmaq olaraq birləşdirmək mümkündür. Qısaldılaraq istifadə olunan hər iki kəlimə ingilis mənşəlidir. SEO (Search Engine Optimization) axtarış sistemlərinin optimallaşdırılması, SEM (Search Engine Marketing) axtarış sistemlərinin marketinqidir.

SEO və SEM arasındakı fərqləri açıqlamazdan əvvəl hər ikisinin ayrıayrılıqda nə olduğunu incələyək. 

SEO, yəni Search Engine Optimization azərbaycan dilində Axtarış Sistemlərinin Optimallaşdırılması adlanırSEO əsasən Google kimi axtarış sistemlərində saytların və ya səhifələrin öndə olması üçün görülən bütün işlərdir.

SEM, yəni Search Engine Marketing isə Axtarış Sistemlərinin Marketinqi kimi tərcümə edilir. Ən məşhur SEM vasitəsi Google Ads-dir. SEM axtarış sistemlərində pullu reklam yerləşdirmək prosesidir.

 

Bu iki rəqəmsal marketinq metodu arasındakı fərqlərlə tanış olaq:

Daimilik

Google Ads ilə büdcəniz daxilində axtarış nəticələri zamanı davamlı görünməyiniz sizin büdcənizlə əlaqəlidir. Reklamlarda rəqabət və pullu olması çox vaxt reklamlarınızın görünməməyinə, ya da aşağı sıralarda çıxmağına səbəb olur. Buna görə də səhifənizin axtarış nəticələrində görünməsi bunun daima belə olacağı demək deyil.

SEO-da isə davamlı və doğru edilən axtarışlar nəticəsində səhifəniz istifadəçilərin axtarışları zamanı davamlı olaraq görünəcək. Məsələn, düşünsək ki, 1-ci səhifədəsiniz sizin biriciliyiniz  yeni bir alqoritmdən gələn dalğa və ya səhv bir axtarış olmadığı müddətdə dəyişməz olaraq qalacaq.

  1. Sürət

SEM, yəni Google Ads-in Yandex Direct və bənzəri reklam işləri SEO-dan daha sürətli nəticə verir. Bir gün ərzində reklamlarınızdan nəticə ala və onların statistikasını görə bilərsiniz. İstədiyiniz vaxt reklamlara müdaxilə edə, dayandıra və yenidən reklam yarada bilərsiniz. 

SEO isə uzun müddətli bir araşdırma tələb etdiyi üçün nəticələri 1-2 gün ərzində əldə etmək mümkün deyil. SEO-nun təsirini və faydalı olub-olmadığını öyrənmək üçün bir neçə ay gözləmək lazımdır.

Büdcə

SEO-da SEM-ə görə daha az xərc tələb olunur. SEM-də seçilmiş açar sözlərin hər kliklənməsinə görə qiymət dəyişdiyi üçün sabit qalmır və davamlı olaraq artma ehtimalı olur. 

SEO-da əvvəlcədən müəyyən edilmiş bir qiymətə görə hərəkət edilir və hər hansısa artım gözlənilmir. SEO Ads-dən daha az xərc tələb edir.

  1. CTR (Klicklənmə faizi)

Axtarış edən istifadəçilər reklamlara klikləməyə meyilli deyillər. Bunun səbəbi reklamın kommersiya məqsədləri üçün istifadə olunduğunu fikirləşən istifadəçilərin buradan bir xeyir gəlməyəcəyini düşünməyidir. 

İstifadəçilər orqanik axtarışlar zamanı çıxan səhifələrə klikləməyə daha çox meyillidirlər. Çünki doğru və lazımlı məlumatın bu səhifələrdə olduğunu fikirləşirlər. Axtarış nəticələrinə görə istifadəçilərin 80%-i SEO, 20%-i isə SEM-ə üstünlük verir. 

SEO nəticələrinin CTR dərəcələri çox daha yüksəkdir.

  1. Məzmunun keyfiyyəti

SEM əsasən kommersiya məqsədli olduğu üçün məzmunların istifadəçiləri təmin etmədiyi zamanlar olur.

SEO-nun əsas məqsədi isə istifadəçiyə fayda verməkdir. Ona görə də daha çox istifadəçiyə daha çox lazım olan məzmunlar paylaşılır.

  1. Birinci səhifədə olmaq

Google-un öz reklam siyasətində də deyildiyi kimi SEM sizə heç vaxt ilk səhifədə olmaq  və ya səhifədə yüksəkdə qalmaq zəmanəti vermir. 

Ancaq SEO işləri zamanı düzgün bir strategiya izləsəniz, ilk səhifəyə keçər və olduğunuz yeri uzun müddət saxlaya bilərsiniz.

  1. Tanınma

Öz büdcəniz daxilində SEM reklamları ilə platformada olduğunuz üçün sizin yaddaqalma müddətiniz istifadəçilər üçün uzun olmayacaq. Ancaq doğru SEO işləri ilə reytinqlərinizi artıra və sıralamada üstə çıxaraq markanızı istifadəçilərə təqdim edəbilərsiniz. 

SEO-nun brendinizin tanıdılması üçün verdiyi töhfə çox böyük və effektlidir. Google Ads reklamları ilə müvəqqəti 1-ci yerdə olan saytı ilə orqanik axtarışlarda 1-ci yerdə olan bir markanı nəzərdən keçirin. Hansı sizdə daha yaxşı təəssürat yaradar?

Daha az pul xərcləyərək markanızı daha çox tanıtmaq istəyirsinizsə, SEO ilə məşğul olmalısınız. Burada ən vacib olan məqam isə düzgün və davamlı olan SEO axtarışlarıdır.

Muzaffar Garakhanli

Digər yazılar

“Latent Semantic Indexing”in üstünlükləri nələrdir?

“Latent Semantic Indexing”in üstünlükləri nələrdir?

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

“Source Context”in Veb-Sayta Təsiri

“Source Context”in Veb-Sayta Təsiri