SEO STRATEGİYASI NECƏ YARADILIR (2020) ?

SEO STRATEGİYASI NECƏ YARADILIR (2020) ?

Effektiv SEO strategiyasını necə qurulmalıdır?

Bu yazıda addım-addım effektiv SEO strategiyası qurmaq və onu tətbiq etməkdən bəhs edəcəm.

Bu strategiya veb saytımda hər ay 460.000+ orqanik ziyarətçi artımına səbəb olub.

seo strategiya 2020

 

Əgər veb saytınızın, bloqunuzun Google axtarış sıralamasında üst sıralarda olmasını istəyirsinizsə, bu yazı tam da sizə görədir.

 

SEO strategiyası nədir?

SEO strategiyası (bu ifadə həm də "SEO yanaşması" və ya "axtarış motorunun optimallaşdırılma strategiyası" kimi ) axtarış motorları sıralamalarının yaxşılaşdırılması üçün hazırlanan addımların planlaşdırılması, təsvir edilməsi və həyata keçirilməsi prosesidir.

Qısacası SEO strategiyası orqanik trafik əldə etmək üçün çox mühimdir.

 

Bəs SEO strategiyası necə təyin edilir? Bu yazıda 2020-ci il üçün uğurlu olacaq SEO strategiyasının qurulmasından bəhs edəcəm.

 

  • 1-ci addım: Açar sözlər siyahısı yaradın
  • 2-ci addım: “Google”un ilk səhifəsini analiz edin
  • 3-cü addım: Fərqli və ya daha yaxşı məzmun yaradın
  • 4-cü addım: Daxili və xarici linklər əlavə edin
  • 5-ci addım: On-page SEO üçün optimizasiya edin
  • 6-cı addım: Axtarış məqsədli optimizasiya edin
  • 7-ci addım: Məzmunun mükəmməl görünməsini təmin edin
  • 8-ci addım: Səhifənizlə bağlantılar yaradın
  • 9-cu addım: Məzmunu inkişaf etdirin və yeniləyin

 

1-ci addım: Açar sözlər siyahısı yaradın

Axtarış motoru optimizasiyası açar sözlər ətrafında dövr edir. Ona görə də açar sözlərin araşdırılması SEO strategiyasının ən əsas hissəsini təşkil edir.

Auditoriyanızın əsas axtardığı açar sözləri ən sadə yolla - Google Suggest vasitəsilə təyin edə bilərsiniz. Axtarış yerinə bir söz yazın və çıxan nəticələrə baxın. Bu nəticələr, hədəf kütlənizin axtarışlarında çıxmağınız üçün istifadə edə biləcəyiniz açar söz siyahısından ibarətdir.

SEO STRATEGIYA

 

Bu sıralamada adətən effektli açar sözlər yer alır. Çünki bu nəticələr birbaşa Google sorğularına əsaslanır. Beləliklə, insanların insanların nə axtardığını artıq bilirsiniz.

Həmçinin bildirmək istərdim ki, longer keywords, yəni bir neçə sözdən ibarət olan açar sözlər üzərində olan rəqabət (bunlara long tail keywords də deyirlər) short tail, yəni qısa açar sözlərdəki rəqabətdən daha azdır.

 

Açar söz araşdırması sizə hədəf kütlənizi, məzmununuzu, xidmətlərinizi və ya məhsullarınızı necə axtardıqlarını daha yaxşı başa düşməyinizə kömək edir. Açar sözlər tədqiqatı sizə suallara cavab verməyə kömək edəcək xüsusi axtarış məlumatları təqdim edir:

İnsanlar nə axtarır?

Neçə nəfər onu axtarır?

Bu məlumatı hansı formatda istəyirlər?

Açar sözlər axtarışında etməli olduqlarınız və s.

 

2-3 sözdən ibarət açar sözlər (long tail) digər açar sözlərə nisbətən daha çox axtarılır.

“Long tail” əhəmiyyəti

Ayaqqabı satışı ilə məşğul olan saytın "ayaqqabı" açar sözünə görə 1-ci yeri tutması çox yaxşı olardı, elə deyilmi? Ayda 50.000, hətta 5000 axtarış olan açar sözlərlə işləmək çox gözəldir, amma əslində bu populyar “short tail”lər internetdə edilən bütün axtarışların yalnız bir hissəsini təşkil edir. Əslində çox yüksək axtarış həcmi olan açar sözlər, hətta hədəf kütləniz olmayan insanları saytınıza gətirə bilər ki, bu da sizin üçün yaxşı olmaz.

Məsələn, istifadəçi pizzanın kalori dəyərini bilmək istəyir, yoxsa onlar sadəcə ailəsini aparacaq bir pizza restoranı axtarır? Öz məhsullarınızı bu şəkildə ümumi adlarla axtarışa çıxatmanız çox geniş və sizə geri dönüş etməyəcək minlərlə insanı hədəfləmək deməkdir. “Long tail” açar sözlərini gözardı etmək doğru deyil, çünki insanlar nəyisə almaq fikrində olanda daha spesifik yanaşırlar.

seo strategiya

Bu səbəbdən bir neçə sözdən ibarət olan açar sözlər daha çox axtarış nəticəsinə malikdirlər. Lakin belə açar sözlər yazaraq daha axtarış nəticələrində daha tez sıralana bilərsiniz.

Təxminən 10 açar sözdən ibarət siyahı hazırlamaq üçün “Google”a bir neçə fərqli söz yazaraq axtarış etməyinizi tövsiyə edirəm.

Tapdığınız açar sözlərin axtarışlarda çıxma və rəqabət faizinə isə SEMrush, Ubersuggest kimi vasitələrdən istifadə edə bilərsiniz.

seo strategiya analiz

Content və SEO bağlılığı varmı?

Bəzi marketoloqlar arasında mükəmməl məzmunun SEO-ya ehtiyac duymadığı kimi fikirlər var. Əslində isə bu tamamilə yanlış fikirdir. Təbii ki, kontent SEO üçün ən önəmli faktorlardandı, ancaq bu, o demək deyil ki, SEO-ya ehtiyacınız yoxdur. Bir backlink belə olmayan, optimizasiya edilməmiş saytda yüksək keyfiyyətli məzmun təsəvvür edə bilərsinizmi? Həmçinin mükəmməl şəkildə optimallaşdırılmış, lakin  heç kimin oxumadığı məzmunlar olan veb sayt düşünə bilirsiniz?  Məzmunun yaradılması strategiyanız SEO strategiyanızın bir hissəsi olmalıdır. Bəzi insanlar hələ də inanırlar ki, SEO axtarış sistemləri üçün, məzmunlar isə insanlar üçündür.

Bu, yanlışdır! Məzmun və SEO üst-üstə düşür. Sadəcə unikal məzmun yaratmaq və eyni zamanda axtarış sistemləri və insanlar üçün optimallaşdırmaq lazımdır.

 

2-ci addım: “Google”un ilk səhifəsini analiz edin

Açar söz siyahısını hazırladıq. İndi sıra bu açar sözləri axtararkən hansı məzmunların sıralanmasını analiz etməkdədir. Bunun üçün həmin açar sözlərdən (məsələn) biri üzrə axtarış edək:

 

 

Daha sonra 10 ən yaxşı nəticəni araşdırın:

seo strategiya

 

Diqqətinizi çəkən başlıqları qeyd edin.

seo strategiya

 

Uzun məzmunlu yazılar yazırsınızsa aşağıdaki şəkildə qeyd edilənləri mütləq nəzərdə saxlayın.

 

seo strategiya

 

Sorğular və açar sözlər haqqında məlumat əldə etdikdən sonra etməniz lazım olan növbəti addım məzmun hazırlamaqdır. Məzmun yaradarkən əsas diqqət edilməli vacib məqam isə yazınızın kreativ və faydalı olmasıdır, ancaq başlıqda açar sözlərdən istifadə etdiyinizə əmin olun. Çünki bu, “Google”da ön sıralara çıxmaq üçün yazının özü qədər vacib nüanslardandır.

 

3-cü addım: Fərqli və ya daha yaxşı məzmun yaradın

İndi isə sıra keyfiyyətli məzmunda yaratmaqdadır. Söhbət SEO uyumlu məzmundan gedirsə, o zaman 2 seçim var:

1. Fərqli məzmun yaratmaq lazımdır.

2. Daha yaxşı məzmun yaratmaq lazımdır.

 

 

Fərqli məzmun yaratmağ üçün çalışın!

Bəzən mövcud olandan daha yaxşısını etmək istəyirik. Məsələn, “Google 100 sıralama faktoru” kimi. Amma bəzən təmamilə fərqli məzmunlar daha effektli olur. Məsələn, bir neçə ay əvvəl Google sıralamaları ilə bağlı mətn yazmaq qərarına gəldim. Daha sonra Google axtarışlarında “Google-da sıralanmanın 10 yolu” kimi yazılarla qarşılaşdım.

İndi “Google sıralama faktoru ” başlıqlı mətn yaza bilərdim. Amma bunun hansısa effekti olmayacaqdı. Əvəzində daha fərqli məzmun yazdım.

 

Bu məzmun SEO mütəxəssislər üçün ən effektli rəhbər oldu.

Məzmun fərqli, faydalı və nəzərə çarpan olduğu üçün xeyli paylaşıldı.

Həmçinin çoxlu rəylər də yazıldı.

 

Daha yaxşı məzmun yaratma yolları

Burada edilməsi lazım olan tək iş dəfələrlə yaxşı məzmun təqdim etməkdir. Məsələn, bir müddət öncə “SEO dərsləri” haqqında yazıların əksəriyyətində yalnız 10-20 vasitədən bəhs etdiyimin fərqinə vardım. Ona görə də 20 vasitədən ibarət başqa bir yazı paylaşmağın effektli olmayacağını anladım. Nəticədə “SEO dərsləri 1,2,3,4” adlı yazı yayımladım və ümumilikdə 120+vasitədən danışdım.

seo strategiyasi

 

Bu yazı hal-hazırda “SEO dərsləri” açar sözündə axtarış motorunda (google) ilk səhifəsində birinci yerdə qərarlaşıb.

seo dərsi

 

4-cü addım: Backlinklər əldə etməyə çalışın

2020-ci ildə axtarış motorlarında sıralamanızı yaxşılaşdırmaq istəyirsinizsə, o zaman backlinklərdən istifadə etməlisiniz. Backlinklərin sıralamaya təsir etməsi bir faktdır.

“Stone Temple Consulting” tərəfindən edilən araşdırmaya görə backlinklər Google sıralama faktorlarından biridir. Bu araşdırmaya əsasən “Moz”da bloq da yayımlanmışdı.

seo strategiyasi qurulmasi

 

Sual yaranır: bu, necə edilir?

İnsanların niyə sizin paylaşdığınız müəyyən məzmunlara diqqət etdiklərini anlamaq, bunu analiz emtək lazımdır.

 

5-ci addım: On-page SEO üçün optimizasiya edin

Bu, məzmunun SEO üçün optimallaşdırması ilə əlaqəlidir və on-page SEO bir yazıda izah edilməyəcək qədər datallıdır.

Saytda SEO etmək veb saytınızı orqanik axtarış nəticələrinə uyğun optimallaşdırmaq deməkdir. Saytda edə biləcəyiniz hər şey - məzmun optimallaşdırılmasından tutmuş texniki işlərə qədər: meta etiketləri başlıqları, URL quruluşu, şəkil optimizasiyası, saytın sürəti On-page SEO-ya daxildir.

Ona görə də məzmunun SEO üçün optimallaşdırması haqqında daha çox məlumat əldə etmək üçün bu yazıya baxa bilərsiniz.

seo strategiyasi dersi

Həmçinin on-page SEO üçün 3 texnika haqqında yazmaq istərdim. Amma daha sonra "Ən yaxşı 77 SEO fəndi"  adında daha dolğun məqalə yazdım. Yəni qısa məzmunlardan qaçdım.

İnternal linklər effektlidirmi?

Bəli, internal (daxili) linklər hələ də effektlidir. Amma bu, düzgün şəkildə edilməlidir. Əsasən də yüksək nüfuzlu səhifələrə link veriləcəksə diqqətli olmaq lazımdır.

Həmçinin internal, yəni daxili linklərdə açar sözlərdən ibarət “anchor text”lərdən istifadə edilməlidir.

Outbond linklərdən istifadə “Google”a məznunuzun axtarışa uyğunluğu barədə siqnal göndərir. Ona görə də linklərin düzgün qaynaqlarla əlaqələndiyinə əmin olun. Daxili linklər məqalələrinizi və ya veb saytınızı tanıtmaq üçün mükəmməl bir yoldur. Onları ziyarət etməyi asanlaşdırır və daha yüksək “engagement”ə səbəb olur.

Məsələn, bu ilin əvvəlində “Ən yaxşı 77 SEO Fəndi” adlı yazı paylaşdım.

seo strategiyasi

 

Nəticədə çoxlu sayda authority, yəni nüfuzu yüksək olan səhifələr tapdım.

seo strategiyasi

 

Və o səhifədən yeni yazıya keçid üçün link əlavə etdim.

Bu qədər sadə!

Qısa, açar sözlərlə zəngin “URL”lər istifadə edin

1 milyon Google axtarışları analiz ediləndə nəticə hər kəsi təəccübləndirdi:

Söhbət axtarış motorunun optimallaşdırılmasından gedirsə, o zaman qısa “URL”lərin uzun “URL”lərdən daha çox klik əldə etdiyini görə bilərik.

Ona görə də URL yazarkən ya sadəcə açar sözlərdən, ya da açar söz və əlavə bir , iki sözdən ibarət URL yazıram.

Bedigital.az/reqemsal-marketinq/seo

Bedigital.az/reqemsal-marketinq/seo-dersi

Hər ikisi də effektlidir.

 

Semantic SEO

Son olaraq isə məzmunu Semantic SEO üçün optimizasiya edirəm.

Başqa sözlə desək, hədəflədiyim açar sözlərlə əlaqəli sözlər tapıram və bu sözləri məzmunda istifadə edirəm.

İlk olaraq açar sözü Google şəkillər bölməsində yazıb axtarın:

seo strategiyasi

 

Daha sonra qeyd etdiyiniz açar sözlə əlaqəli olan bütün sözləri Google tapıb sizə göstərəcək:

seo strategiya

Digər bir üsul isə həmin açar sözü yenə axtarış yerinə yazın və “aşağıdakılarla əlaqəli” bölməsinə klik edin.

seo strategiyasi

 

Burada görünən açar sözləri öz məzmununuzda istifadə edin.

Suallara cavab verən məzmun yazmağı unutmayın.İstifadəçilərin verdiyi sualları analiz edin və o suallara cavab verən məzmun  yazın.Başlıqlarda sualları qeyd edin

seo strategiyasi

 

6-cı addım: Axtarış məqsədli optimizasiya edin

 

Saytı axtarış məqsədli optimizasiya etməyə başqa sözlə Skyscraper texnikası da deyirlər. Bu texnikanın necə işlədiyinə baxaq:

Bir neçə il əvvəl sayta daha çox trafik əldə etməklə bağlı yazı yazmışdım.

Hədəflədiyim açar söz “SEO dərsi” idi və bu açar sözlə yazım axtarış sıralamasında ilk 5-likdə çıxmadı. “Google”un ilk səhifəsini analiz edəndə bunun səbəbini anladım. Həmin yazı hədəflədiyim açar sözlə axtarış edənlərə ətraflı məlumat vermirdi.

SEO DƏRSİ” açar sözünü işlədən və axtarışlarda üstdə çıxan yazıların çoxunda ipucular vardı

Amma mənim yazım həmin yazılar üçün bir rəhbər oldu.Yəni yazıları dolğun hala gətirərək informativ hala saldım.

seo strategiya

 

 

Daha öncə, axtarış edən istifadəçilərin tələblərinə cavab vermirdi. Ona görə məzmunu yenilədim və axtarışa uyğun optimizasiya etdim. Əsas dəyişiklik isə bu yazını siyahı olaraq təqdim etmək oldu.İpucuları və praktiki məlumat verdiyimə görə isə insanlar tərəfindən maraqla qarşılandı.

Məzmunum axtarışa uyğun optimizasiya edildiyinə görə indi həmin məzmun hədəflədiyim açar sözə görə axtarışda ilk 2-likdə çıxır:

seo dersi

 

Eyni taktikanı tətbiq etdiyim bir başqa bloq saytımda isə , yenilədiyim yazı əvvəlki versiyaya nəzərən  30,43%  daha çox trafik əldə edib.

seo strategiya

 

Qısacası:

Axtarışa uyğun məzmunlar yayımlamalısınız.Məzmununuzda işə yarayan mövzular qeyd etməlisiniz.İnsanlara sizin məzmun faydalı olarsa o zaman sizin oxucularınız , potensial müştəriləriniz artacaq.

 

7-ci addım: Məzmunun mükəmməl görünməsini təmin edin

Dizayn kontent marketinqin ən əsas hissələrindən biridir. İndiyə qədər yazılmış ən yaxşı məzmuna sahib ola bilərsiniz. Amma görüntü belədirsə:

seo strategiyasi

bu, heç bir işə yaramayacaq.

 

Ona görə də mən dizayna xüsusi diqqət və maliyyə ayırıram. Məsələn, hər hansısa mövzu üzrə rəhbər olacaq yazılarımı yəqin ki, görmüsünüz:

 

4 vizual kontent var ki, bunlar yazıları daha izahlı edir:

Qrafiklərdən istifadə məzmunun oxunurluğunu artırır

Qrafiklərin yazıda olması çox effektlidir və hər yazıda ən az bir qrafik mütləq olmalıdır.

seo strategiya

seo strategiyasi

Həmçinin ola bilər ki, oxucular öz bloqlarında sizin bu qrafiklərinizi istifadə etsinlər və sizin yazınıza da backlink vermiş olsunlar:

 

Ekran görüntüləri və rəsmlərdən istifə edin

Hər yazıda çoxlu ekran görüntüsündən istifadə etdiyimi yəqin ki görmüsünüz. Təkcə bu yazıda 12 ekran görüntüsü var idi

seo strategiya

 

Bunları yalnız ekran görüntüsü olsun deyə istifadə etmirəm. Məqsədim oxucunun rahatlıqla dediyimi tətbiq edə bilməsinə imkan yaratmaqdır. Məsələn, bu ekran görüntüləri yazıdakı 2 addımı izləməyi çox asanlaşdırır:

strategiya marketinq seo

 

Yəni ekran görüntüləri yalnız texniki izah verəndə effektli olur. Bəs, idman mərkəzisinizsə, o zaman nə edəcəksiniz? O zaman şəkillərdən istifadə etmək məqsədəuyğundur.

Məsələn, aşağıdakı nümunədə bəhs edilən hərəkəti doğru şəkildə icra etmək üçün şəkil də yerləşdirilib.

seo strategiya

 

Bloq yazılarının afişaları effektlidirmi ?

Qrafik və ekran görüntülərinin əksinə bloq yazılarının afişaları praktiki məqsəd daşımır. Sadəcə daha yaxşı görüntü üçün bunu edə bilərsiniz. Məsələn, mən bloqlarımda belə afişadan istifadə edirəm:

seo strategiya

 

Vizuallaşdırma bloqun oxunurluğunu artırır!

Yazıları vizuallaşdırma qrafiklərə oxşayır, amma burada dataları göstərmək əvəzinə, hər hansısa anlayışları vizuallaşdırmaq tələb olunur. Bunların rəngbərəng, gözalıcı olması şərt deyil. Məsələn, aşağdakı şəkilə baxaq:

seo strategiyasi

 

8-ci addım: Səhifənizlə bağlantılar yaradın

İndi isə məzmuna aktiv olan linklər əlavə etmək lazımdır. Link, bağlantı yaratmağın 3 yolundan bəhs etmək istərdim.

Broken link building taktikası

Broken link building dedikdə xətalı, hal-hazırda aktiv olmayan linklər nəzərdə tutulur. Hər hansısa saytda aktiv olmayan link tapa bilərsiniz. Daha sonra həmin sayta öz məzmununuzu təklif edin. Ona fayda verməyə çalışın.

Yazacağınız şəxsin sizin üçün, saytınız üçün nə qədər önəmli olduğunu qeyd etməyi unutmayın.

Nəticədə qarşı tərəf onlara kömək etdiyiniz üçün sizə minnətdar olacaq.

Daha da açıqlamalı olsam hər hansısa sizin məzmununuza uyğun broken link (işləməyən link) tapın və onlarla əlaqəyə keçib , o çalışmayan linki sizin linklə (aidiyyatı mövzuda məzmununuz ilə) əvəzləməsini xahiş edin.

Rəqibləri analiz edin

Rəqiblərinizi analiz etmək üçün istifadə edə biləcəyiniz bir çox resurs var. Sizə ən uyğun olanını seçib başlaya bilərsiniz, amma uğurlu bir veb sayt üçün bu addımları mütləq etməlisiniz:

  1. Rəqiblərinizi tanıyın;
  2. Veb saytların link verdiyi və aldığı saytları müəyyənləşdirin;
  3. Bənzər bağlantılar ala biləcəyiniz yolları axtarın.

Bu sadə və çox vaxtınızı almayacaq proseslər sizə bir saytdan link əldə etmə imkanı verəcəkdir.

9-cu addım: Məzmunu inkişaf etdirin və yeniləyin

Bura qədər yazılanları etmisinizsə, əmin olun ki, məzmununuz yaxşı trafik gətirəcək. Orqanik trafiki 80.2% artırmaq üçün məznun yenilənməsindən istifadə etdiyimi və bu barədə yazdığım yazını yəqin ki oxumusunuz.

İndi isə sizə bu üsulun həqiqətən işə yaradığını deməkdən məmnunluq duyuram!

Məsələn,3 ay əvvəl “SEO və SEM fərqi” adlı yazımı yenilədim.

seo strategiyasi

 

Lakin mən həmin yazını yenidən yerləşdirmədim və onu “yenidən” adlandırdım.

Təkrar yerləşdirməyin əvəzinə oradakı şəkilləri yenisi ilə əvəzlədim və lazımsız olanları sildim.

Yeni strategiyalar əlavə elədim.

Həmçinin indi effektli olmayan strategiya və texnikaları sildim.

Bəs nəticə necə oldu?

Nəticədə səhifəyə 62.60%% orqanik trafik gəldi:

seo strategiya

 

İndi isə sıra bu yazını oxuyanlardadır. 2020-ci il üçün əsas SEO strategiyamı qeyd etdim və bunu sizlər də tətbiq edərək saytınızda orqanik trafiki artıra, Google axtarışlarında ön sıralarda çıxa bilərsiniz.

Muzaffar Garakhanli

Digər yazılar

"Search Entities" Əlaqələrin Analizi. Üstünlükləri Nələrdir?

"Search Entities" Əlaqələrin Analizi. Üstünlükləri Nələrdir?

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

Addım-addım praktiki sınanmış SEO DƏRSİ

Addım-addım praktiki sınanmış SEO DƏRSİ