Google-un 100 Sıralama Faktoru (2020 TAM SİYAHI)

Google-un 100 Sıralama Faktoru (2020 TAM SİYAHI)

 

Hər kəsə məlumdur ki, Google alqoritmlərində çox sayda sıralama amillərindən istifadə edir. Bəs o sıralama amilləri nələrdir? 

Hal-hazırda oxumağa başladığınız bu yazıda ranking factors, yəni sıralama amillərindən bəhs edəcəm. Bunların bəziləri konkret olaraq təsdiqlənsə də, bəziləri ilə bağlı mübahisəli fikirlər var. Sıralamaya təsir edildiyi deyilən bəzi amillər də var ki, əslində onların axtarış sıralamasına hər hansısa təsiri yoxdur. Bu bloq yazısında 100 belə faktorla tanış olacaqsınız.

Başlayaq!

1. Domen yaşı (Domain age)

Google-un köhnə saytları yeni saytlardan daha çox qiymətləndirdiyini bilirik. Başqa sözlə desək, Google sıralama reytinqində istifadə etdiyiniz domenin tarix və yaşı axtarış motorlarının optimallaşdırılmasında sıralamaya təsir edən amillərdən biridir. Əlbəttə ki, Google-da üst sıralarda çıxmaq üçün sadəcə köhnə bir domen adı almaq fikri tamamilə səhv olduğunu unutmamalıyıq. Köhnə domenlər sıralamaya birbaşa təsir göstərmir, lakin orijinal bir layihə - tam məzmun (unique content) və yüksək keyfiyyətli saytlardan əldə olunan geri bağlantılar (backlink) ilə yeni bir saytdan daha yüksək yer tutmağa imkan verir.

Google əməkdaşı Matt Cutts-ın domen yaşı barədə dediklərinə nəzər salaq:

"Altı aylıq domen ilə bir illik domain arasındakı fərq o qədər də böyük deyil."

Yəni domen yaşı sıralama faktoruna təsir edən amillərdəndi, amma əsas deyil. Önəmli olan domenə edilən referans və yazılan məzmunların dəyəridir.

2. Domen adında ilk sözün açar söz olması (Keyword Appears in TLD)

Domendə açar sözün işlənməsi saytın SEO optimizasiyası üçün hər hansısa təsir göstərmir. Google mütəxəssisi mövzu ilə bağlı açıqlamasında da bildirmişdir ki, hər hansısa açar sözü domendə işlətmək sıralama faktoru hesab edilmir. 

Bəs açar sözdən ibarət domen nədir?

Açar sözdən ibarət domenlər xidmət və ya məhsullar haqqında məlumatı öz adında əks etdirən domenlərdir. Belə domenlərə nümunə olaraq CheapiPhoneRepair.com domenini qeyd etmək olar. Göründüyü kimi domen adı ucuz, iPhone və təmir açar sözlərini özündə birləşdirir. Həmin şirkət isə xarici bir ölkədə iphone markalı telefonların təmiri ilə məşğuldur.

3. Domen qeydiyyat müddəti

SEO ilə əlaqəli qlobal forumlarda əsasən domenin qeydiyyat müddəti ilə bağlı suallar verilir. Bu isə avtomatik olaraq domenin qeydiyyat müddətinin SEO-ya nə dərəcədə təsir etməsi ilə bağlı suallar yaradır.

31.03.2005-ci ildə keçirilən “Webmaster World” forumunda Google tərəfindən belə bir açıqlama edilmişdi:

Qeyd edilən açıqlamada bildirilir ki:

"Dəyərli və ciddi domenlerin ödənişi adətən bir neçə il əvvəlcədən ödənilir. Digər tərəfdən isə işlərinə çox ciddi olmayan domenlərin ödənişi əksər vaxtlarda bir illik olur. Beləliklə bir domenin qeydiyyat müddətinə baxaraq o domenin nə dərəcədə ciddi işlər üçün istifadə edildiyini təyin etmək olar."

Buradan çıxan nəticə isə odur ki, domen qeydiyyat müddəti hər hansısa mənfi təsir göstərmir. Amma axtarış sıralamasına müsbət yöndə təsirindən də söz edilmir.

4. Subdomendəki açar söz

Moz ekspertləri bildirirlər ki, subdomendə görünən açar söz sıralama reytinqini artıra bilər.

5. Domen tarixi

Bəli, domen tarixi (Domain history) mühüm sıralama amilidir. Google tərəfindən cəza almış və ya vaxtı keçmiş bir spam domeni almış olsanız, veb saytınız axtarış sıralamasında yer almayacaq. SEO strategiyalarınızın boş yerə getməməsi üçün həmin domenin tarixini yoxlamaq çox vacibdir. Müvəqqəti mülkiyyətdə olan və ya bir neçə dəfə istifadə olunan bir sayt Google-a tarixini sıfırlamaq barədə bildirə, domenə işarə edən bağlantıları (backlink) rədd edə və ya bəzi hallarda əgər sayt Google tərəfindən cəza alıbsa, onun keçmişini sıfırlamadan yeni sahibinə ötürə bilər.

Daha ətraflı məlumat üçün linkə klik edərək videoya baxa bilərsiniz.

6. Dəqiq uyğun olan domen (Exact Match Domain)

Tam uyğun seçilən domen sizin üçün avantajlı ola bilər. Bu mövzu ilə bağlı bir layihəni analiz edək.

Parfum satan bir veb sayt sahibi olduğunuzu düşünün. Domen adınızı aşağıdakı qaydada seçsəniz, hədəf açar sözünüzlə edilən axtarışlar üçün trafik əldə etmək şansınız artacaq. Yəni qısa müddətdə müştəri əldə etmə şansınız artacaq.

Ən yaxşı domeni ən ideal hesab edin və bu domen alınırsa, aşağıdakı alternativə keçin:

www.Parfum.az

Gördüyünüz kimi bu, EMD (Exact Match Domain) sayılır. Əgər belə bir domen artıq alınıbsa, o zaman başqa variantda axtarın. Məsələn, Parfulal.az, Parfumsatisi.az və sair.

Həmçinin qeyd etmək də lazımdır ki, belə domen adlarını tapmaq çox çətindir.

7. Ümumi və şəxsi kimlik məlumatları (Public vs. Private WhoIs)

Məxfi kimlik məlumatı məlumatların gizli  olduğunu göstərə bilər. Yəni domen alan adamın məlumatlarını göstərməyə bilər.

Şəxsi kimlik məlumatları gizlədilməsi lazım olan nəyinsə olmasına işarədir. Google-dan Matt Cutts bu barədə danışarkən belə demişdi:

"Whois məlumatlarını yoxladığımda adətən “Whois məxfilik qoruma xidməti” ilə rastlaşıram. Bu, normal bir hal deyil. Whois gizliliyinin avtomatik olaraq açıq qalması mənfi bir hal deyil, amma bu faktorlardan bir neçəsini bir araya gətirdikdə, ümumiyyətlə tək bir sayta sahib olan şəxs əvəzinə fərqli bir Web Master haqqında danışmış olarıq."

"Kim" kimi tərcümə edilən Whois istifadəçilərə qeydiyyatdan keçmiş bir domen adının (veb saytın) adını və əlaqə məlumatlarını axtarmağa imkan verən bir sistemdir.

8. Cəzalanan Whois (domeni alan şəxsin kimliyi) sahibi

Google spam poçt göndərənin şəxsiyyətini müəyyənləşdirirsə, o şəxsə məxsus digər saytları da analiz edər və nəzarətdə saxlayar. Bu, o deməkdir ki, Google müəyyən bir şəxsi spammer (lazımsız mesajlar yazan və ya reklam edən şəxs) kimi tanıyarsa, həmin şəxsə məxsus digər saytları da araşdıracaq.

Aldığınız domenin öncəki sahibinin spammer olub-olmadığını, cəza alıb-almadığını bilmək sizin diqqət etməli olduğunuz SEO sıralaması amilidir. Öncəki sahibin başqa bir veb saytda belə olsa Google tərəfindən cəzalandırıldığını bilmək sizin üçün irəlidə yaranacaq problemlərin qarşısını almağa kömək edəcək. 

Daha ətraflı məlumat əldə etmək üçün Google şirkətinin bu barədə qaydalarını oxuyun.

9. Ölkələrə görə TLD uzantısı

Bir ölkə kodu domeninizə əlavə olunursa (.tr .cn .Pt. Az .Gr ), bu, ölkə üçün saytların sıralamasına kömək edə bilər. Ancaq saytın qlobal bazarda axtarış nəticələrinə mənfi təsir etmə ehtimalı da var.

Moz araşdırmasında göstərilir ki, domen uzantısı reytinqlərinizə qismən də olsa, təsir göstərir.

Çalışın domen seçərkən bunlara diqqət edin:

  • 20 hərfdən qısa bir ad seçin. Daha uzun adlar adətən spam kimi görünür.
  • Xatırlaması asan bir domen adı seçin.
  • Bir domen adını seçərkən tiredən (-) istifadə etməməyə çalışın. Bitişik olması daha avantajlı olacaq.

10. Başlıq etiketindəki açar söz (Keyword in Title Tag)

Bir zamanlar olduğu qədər əhəmiyyətli olmasa da, başlıq etiketiniz SEO sıralanmasına təsir edən faktorlarından biri olaraq qalır.

Yəqin ki, SEO ilə əlaqəli bir məqalədə açar sözlər haqqında nələrsə görməyi ümid edirsiniz. Ən yaxşı nəticələr üçün diqqət mərkəzindəki açar sözünüzü başlığınızın əvvəlinə qeyd etməyə çalışın. Buna görə axtarış motorları və insanlar açar sözü daha erkən görəcəklər. Bu zaman insanlar məqalənizi oxumaqda maraqlı olacaq.

11. Meta teqindəki açar söz

Google meta teqini birbaşa SEO sıralama faktorları arasında görmür və onu sıralama amili saymır. Əvvəllər meta etiketlər SEO üçün böyük əhəmiyyət daşıyırdı. Teqdə istifadə olunan açar söz və meta etiketləri axtarış motorundakı səhifənin mövqeyini yuxarıya çəkə bilirdi. Ancaq bu hadisə Google axtarış sisteminin Rank Brain alqoritm yeniliyi ilə başa çatdı. İndi meta etiketləri sıralama faktoru deyil. Əvvəllər Google yazılan açar söz və teqlərlə saytdakı məzmunu tutuşdurub istifadəçi sorğusuna cavab verirdisə, indi Rank Brain alqoritmi məzmunu anlayır. Bu səbəbdən artıq meta teqlər öz funksiyasını itirib. Amma meta teqin düzgün və açar sözlərlə birgə yazılması önəmli sıralama faktoru olan klik sayına təsir edə bilər.

Daha ətraflı məlumat üçün Rank Brain haqqında bu məqaləni oxuyun.

12. H1 başlığında açar sözlər işlətmək

H1 etiketləri səhifə haqqında məlumat verən əsas amillərdən biridir. Həmçinin H1 etiketləri ikinci başlıq etiketidir (title tag).

Google botları səhifənin məzmununu gəzərkən axtarış motoru hörümçəkləri HTML kodu oxuyur və başlıq yazılarına (H1, H2 və s.) hansı cümlələrin əlavə olunduğunu və nədən bəhs etdiyini müəyyənləşdirməyə çalışırlar. Bunları səhifə məzmununun göstəricisi hesab edirlər. Beləliklə, H1 etiketinizdə (məzmunun başlığı) açar sözlər istifadə edərək axtarış motorları botlarına səhifənizin nə olduğunu və nədən bəhs etdiyini anlamağa kömək edə bilərsiniz.

Başlıqların SEO üçün vacib olmasının başqa bir səbəbi istifadəçilərin səhifəni gəzmələrini asanlaşdırmasıdır.

İstifadəçi H1, H2, H3 etiketinə baxaraq səhifənin nə ilə əlaqəli olduğunu bir baxışda görə bilir. Qalan başlıqlar istifadəçilərə hər bölmədə nə görəcəkləri, məzmunun nədən bəhs etdiyi barədə böyük bir işarə verir. Bu da istifadəçilərin saytınızda axtardığını tapmasına kömək olur.

Google əməkdaşı John Mueller də başlıq etiketi ilə bağlı fikir bildirib:

"Başlıq etiketləri bizə saytın strukturunu anlamağa kömək edir."

Ümumilikdə:

  • Başlıq etiketi SERP-də (axtarış motorunun nəticələri səhifələrində) göstərilir;
  • Başlıq etiketi səhifədə vizual olaraq göstərilmir, lakin səhifənin başlığı hissəsidir və brauzer başlığında da göstərilir;
  • Səhifəni gəzərkən H1 etiketi istifadəçilərə göstərilir;
  • Başlıq etiketi axtarış motorlarının səhifə məzmununun nə olduğunu anlaması üçün effektiv təsir edir. 

13. TF-IDF

Hər hansısa məqalədə müəyyən bir sözə nə qədər tez-tez rast gəlinir?Əgər həmin söz bir səhifədə daha tez-tez görünürsə, səhifənin bu sözlə əlaqəli olma ehtimalı daha yüksəkdir.

Ancaq bundan sui-istifadə edilməməlidir. Tamamilə açar sözlərlə dolu bir səhifə Google axtarış sıralamasında üst sırada yer almaq əvəzinə cəza ala bilər. Başqa sözlə, TF-IDF səhifənizin mövqeyini təyin edən bir sıralama amili deyil. Sadəcə Google botlarına saytınızın məzmununu izləməyə kömək eədn faktorlardandır.

Daha ətraflı məlumat əldə ətmək istəyənlər linkə klik edərək mövzu ilə bağlı məqaləni oxuya bilərlər. 

14. Məzmun uzunluğu

Daha çox açar sözdən ibarət məzmun daha çox məlumat verən məzmun deməkdir. Bu da Google alqoritmi üçün əlverişlidir və birbaşa SEO faktorudur. Məzmun uzunluğu birbaşa sizin saytınızın sıralanmasına təsir göstərir. Qəbul edilmiş ən ideal məzmun uzunluğu 1500-2500 sözdən ibarət olan məzmundur.

15. Məzmunun mündəricatı (TOC – Table of contents)

Hər səhifədə backlink verilən mündəricatın olması Google-a səhifənizin mövzusunu daha yaxşı başa düşməyə imkan verəcəkdir. Bu, istifadəçilər üçün də faydalı hesab edilir.

 

 

16. Açar söz sıxlığı (Keyword Density)

Açar söz sıxlığı əvvəlki qədər effektli olmasa da, öz mövqeyini qismən qoruyub saxlamaqda davam edir. Açar söz sıxlığı bir açar sözün səhifədə görünmə sayının o səhifədə olan sözlərin cəminin sayına bölünməsi ilə hesablanır. Dolayısıyla 100 sözlük məqalədə bir açar sözü 10 dəfə istifadə etmisinizsə, açar söz sıxlığı 10% olacaq.

17. Gizli mənalı açar sözlər (Latent Semantic Indexing)

LCI açar sözlərin axtarış motorlarının məzmundan məna çıxarmasına kömək olur. LCI açar sözlər axtarış motorlarının veb səhifədəki məzmunu dərindən anlaması üçün istifadə etdikləri konseptual olaraq əlaqəli terminlərdir. Misal olaraq texnologiya nəhəngi hesab edilən Apple ilə meyvə Apple-ı qeyd edə bilərik.

LSI-nin olması və ya olmaması ehtimal ki, məzmunun keyfiyyət faktoru rolunu oynayır. Rank Brain (məzmunu anlayan alqoritm) alqoritminə qədər SEO üçün effektiv faktorlardan biri hesab edilirdi.

Bir neçə ay öncə Google əməkdaşı John Mueller LSI açar sözlərlə bağlı yazılan bir tvitə belə bir cavab verib:

"LSI açar sözləri mövcud deyil. Bunun əksini deyənlər isə təəssüf ki, yanlış deyirlər."

18. Başlıq və Meta etiketindəki LSI

Səhifədəki məzmunda olduğu kimi güman ki, başlıq və meta etiketində mövcud olan LCI açar sözlər Google-un birdən çox mənası olan sözlər arasındakı fərqi anlamasına xidmət edir.

19. Səhifənin yüklənmə sürəti

Həm Google, həm də Bing səhifə sürətinizi yaxşı SEO meyarı və sıralama amili kimi istifadə edir. Axtarış motoru robotları səhifənizin HTML koduna əsaslanaraq saytınızın sürətini dəqiq proqnozlaşdıra və sıralama amili kimi istifadə edə bilər. Səhifənin sürəti çox önəmli faktorlardandır.

Saytın yüklənmə sürətini  PageSpeed Insight  vasitəsilə ölçə bilərsiniz. 

 

20. AMP istifadəsi

AMP birbaşa Google sıralama faktoru hesab edilmir. Amma Google xəbərlər bölümündə və mobil versiyada üst sıralarda yer almaq üçün bir vasitə ola bilər. Digər bir tərəfdən araşdırmalar göstərir ki, istifadəçilər məlumatı nə qədər tez əldə edərsə, bir o qədər də həmin saytı faydalı hesab edirlər. Ona görə də böyük məlumata sahib saytlar, adətən, AMP istifadə edirlər.

21. Məzmun uyğunluğu (Entity Match)

Axtarılan sorğuya saytınız tam cavab verirsə, bu, indekslənməyiniz üçün müsbət təsir edəcək. Məsələn, istifadəçi ətir axtarırsa və sizin saytınız ətir saytıdırsa, bu zaman Google tərəfindən saytın tövsiyə olunma faizi artır.

22. Google Hummingbird

Bu alqoritm dəyişikliyi Google-a açar sözlərdən kənara çıxmağa kömək etdi. Hummingbird sayəsində Google indi bir veb səhifənin mövzusunu daha yaxşı başa düşə bilər.

2013-cü ilə elan edilən bu yeni alqoritm Google-un süni intellektlə bağlı daha sonralar etdiyi yeniliklərin ilk addımı olduğunu demək olar.

2015-ci ildə isə sözügedən alqoritm Rank Brain alqoritmi əvəzlənmişdi.

23. Kopyalanmış məzmun (Dublicate content)

Eyni və ya fərqli saytdan götürülmüş məzmun qismən dəyişdirilsə belə axtarış sıralamasına mənfi təsir edə bilər. Kopyalanan məzmunu Google dərhal anlayır və saytınız avtomatik olaraq sıralamada geriyə doğru hərəkət edəcək.

Unutmamaq lazımdır ki, məzmun Google sıralamasına təsir edən ən əsas faktorlardan biridir. 

24. Rel = Canonical

Düzgün istifadə edildikdə kanonikal etiket Google-un saytınızı daxilində olan bənzər məzmuna görə cəzalandırmasının qarşısını ala bilər. Kanonikal etiket istifadəsi saytınızda əsas linki göstərməyə kömək edir. Yəni bənzər linklərin hara bağlı olduğunu bildirir. Axtarış motorlarına hansı linkin əsaslı olduğunu, hansının törəmə link olduğunu bildirmək üçündür.

Məsələn:

https://www.kharayev.com

https://www.kharayev.com/index.html

Yuxarıda göstərilən linklərin hamısı eyni məzmuna sahibdir. Bu səhifələr Google tərəfindən ayrı-ayrı indekslənir. Google indekslədikdən sonra səhifələri dublikat (eyni) məzmun kimi görür. Bu, saytınız üçün zərərlidir. Ona görə də Google-a hansı linkin əsaslı olduğunu bildirmək üçün canonical rəy istifadə edilir.

Daha ətraflı  buradan  oxuya bilərsiniz. 

Əgər ingilis dil biliyiniz varsa,  videoya  da baxmağınızı məsləhət görürəm. 

25. Orijinal məzmun (Unique Content)

Qeyd etdiyim kimi SEO üçün ən əsas faktorlardan biri məzmundur. Məzmun saytınızı Google-da tanıdan əsas vasitədir. Məzmunun oxunaqlı və faydalı olması saytınızın reytinqinə müsbət təsir edəcək. SEO mütəxəssislər arasında bəziləri backlink əsas amildir desə də, məzmun öz aktuallığını qoruyub saxlayır. Forbes NY Times Jurnalına görə dünyanın ən yaxşı marketinq mütəxəssisi olan Neil Patelə backlink, yoxsa məzmunun (content) ən gərəkli olduğunu soruşanda sualıma belə cavab vermişdi:

“Məzmun həmişə kraldır!”

26. Şəkilləri optimallaşdırmaq (Image Optimization)

Şəkilləri alt teq vasitəsi ilə Google botlar üçün daha oxunaqlı hala gətirərək optimallaşdıra bilərsiniz. Google botlar saytınızı indeksləmək üçün gəldikdə şəkillərin nə ilə əlaqəli olduğunu alt teq vasitəsi ilə görür. Bunu etmək botların işini asanlaşdırır və SEO üçün effektiv metod hesab edilir. Qısacası, alt teq şəkilin alternativ açıqlamasıdır. Alt teq köməyi ilə şəkil açılmayan brauzerlərdə istifadəçilər şəkilin nə ilə bağlı olduğunu yazı ilə bilə bilər.

 

John Mueller öz tvitində alt teqin önəmli faktor olduğundan bəhs etmişdi:

 

27. Yeni məzmun (Content Recency)

Google Caffeine (yeni məlumatları axtarışda önə çıxarmağa kömək edən, daha tez indeksləmə aparan sistem) vacib olan günlük axtarışlar üçün yeni yayımlanmış və ya yenilənmiş məzmunları ön planda göstərir. Google Caffeine yeniliyinin əsas məqsədi istifadəçilərin sorğularına ən son məlumatı təqdim etməkdir. Bu isə istiafdəçinin ən son yenilənən sayta daxil olması deməkdir. Dolayısıyla SEO üçün təsirli amillərdən biri də saytı mütəmadi olaraq yeniləməkdir. 

28. Məzmunu yeniləməyin önəmi (Magnitude of Content Updates)

Məzmundakı düzəliş və ya dəyişikliklər önəmli faktorlardandır. Məzmunun hər hansısa abzasını çıxarmaq və ya ora yenisini əlavə etmək bir neçə sözün yerini dəyişmək və ya hərf düzəlişləri etməkdən daha effektlidir.

29. Açar sözlərin əhəmiyyəti

Bir açar sözün təqdim olunan məzmunun ilk 100 sözündə və ya ilk 10%-ində istifadə olunması Google axtarış sıralamasına təsir edən ən əsas faktorlardan biri hesab edilir.

30. Sizdən verilən linkin keyfiyyəti (Outbound Link Quality)

Bir çox SEO mütəxəssisi düşünür ki, outbound link, yəni saytınızdan başqa saytlara link vermək SEO üçün əhəmiyyətlidir. 

Hilltop alqoritminə görə Google kənar saytlara verdiyiniz linkləri səhifənizin məzmunu ilə əlaqə siqnalı olaraq istifadə edə bilər. Yəni məzmunlara uyğun verdiyiniz link Google-a sizə etibar etməsi üçün siqnal verir. Məsələn, əgər siz marketinq agentliyisinizsə və hər hansısa marketinq agentliyini öz saytınızda istifadəçilərə tövsiyyə etsəniz, bu halda Google linklərə daha inamlı yanaşır və bu linklər də daha keyfiyyətli sayılır.

Qısacası, hansısa saytdan link almaq qədər başqa sayta link vermək də sıralama faktorlardındandır.

31. Qrammatika və orfoqrafiya

Məzmunun yazıldığı dilin qanunauyğunluqlarına tam əməl etmək, qrammatika və orfoqrafiyaya uyğun məzmun tərtib etmək effektli faktorlardan biri kimi çıxış edir.

32. Mobile-Friendly yeniliyi

Mobilgeddon adlandırılan bu yeniliklə mobil veriyada da optimizasiya olunan saytlar axtarış sıralamasında üst sıralarda yer alır. Edilən araşdırmalar sonrasında əldə olunan statistik məlumatlara əsasən insanların getdikdə internetdə gəzinmək üçün telefondan istifadə etdiyini görən Google mobil versiyaya optimizasiya edilən saytları üst sırada çıxardır.

33. Əlavə məzmun (Supplementary Content)

Ümumi şəkildə təqdim edilən “Google Rater Guidelines” sənədində də qeyd edildiyi kimi təqdim edilən məzmuna əlavə edilmiş “əlavə məzmun” səhifənin keyfiyyət göstəricisidir və sıralama faktoru hesab edilir.

34. Outbound linkləri sayı

31-ci bənddə qeyd edildiyi kimi outbound, yəni saytınızdan başqa saytlara verilən backlinklər olduqca əhəmiyyətlidir. Amma hər zaman bu belədir?Təbii ki, bu daima saytınızın sıralamasına müsbət təsir etmir.

Bəs hansı hallarda mənfi təsir edə bilər?

Əgər outbound linklər çox və əksəriyyəti Google tərəfindən etibarlı sayılmayan linklər olarsa, o zaman saytınız axtarış sıralamasında irəliləmək əvəzinə, əksinə geriləyəcək. Əgər outbound linklərdən istifadə ediləcəksə, çalışmaq lazımdır ki, Google, Facebook, Moz və sair kimi əsaslı yerlərdən olsun bu linklər.

35. Multimedia

Şəkil, video və digər multimedia vasitələri istifadəçinin saytda qalma müddətini artıra bilir. Ona görə də hesab edilir ki, multimedia ilə zəngin olan məzmunun yer aldığı səhifə axtarış sıralamasında digər səhifələrdən öndə görünür.

36. İnternal linklərin sayı

Bir səhifəyə verilən internal linklər çox olarsa, bu, həmin saytdakı sözügedən səhifənin olduqca faydalı olması deməkdir və Google axtarış sıralamasına təsir edən amillərdəndir. Bir səhifənin nə qədər çox internal linki olarsa, bir o qədər də çox üst sıralarda görünmə şansı var.

37. İnternal linklərin keyfiyyəti

İnternal linklərin sayı qədər onların keyfiyyəti də sıralamaya təsir edir. Baxış sayı çox olan, axtarış sıralamasında üst sıralarda yer alan səhifədən gələn internal link Page Rank dəyəri aşağı olan səhifələrdən daha üstündür. 

Ona görə də seçiminiz həmişə baxış sayı çox olan və axtarış sıralamasında müsbət nəticəsi olan linklərdən yana olsun. 

38. Yararsız linklər (Broken links)

Bir səhifədəki yararsız linklərin sayı o səhifənin hansı aralıqda yeniləndiyinə işarədir. Google yararsız linklərin çox olduğu səhifəni yüksək dəyərləndirmir. Belə linklərin olması saytın axtarış sıralamasına mənfi təsir göstərir.

Saytınızı mütəmadi olaraq nəzarətdən keçirmək və broken linkləri aşkarlayıb silməyinizi tövsiyə edirəm.

39. Oxunaqlılıq səviyyəsi

Bir səhifənin oxunaqlılığı nə qədər yüksək olsa, o qədər yaxşıdır deyə düşünürsünüz?

Bir çoxlarımız Google-un səhifələrin oxunaqlılığını qiymətləndirdiyini bilirik. Google bununla bağlı statistik nəticələr də təqdim edir. Məsələn, aşağıdakı şəkilə baxa bilərsiniz:

Gələk, verilən suala. Bəzi SEO mütəxəssisləri düşünür ki, sözügedən rəqəmlər nə qədər yüksək olarsa, bir o qədər yaxşıdır. Digər tərəfdən isə bəziləri bunun önəmli faktor olmadığını bildirirlər.

Mən isə deyərdim ki, siz yenə də maksimum oxunaqlı məzmun təqdim edin. Google-un gələcəkdə nə edəcəyini bilmək olmaz.

40. Affiliate linklər

Texniki olaraq affiliate linklər sıralamanıza müsbət və ya mənfi təsir etməz. Bu linklərdən istifadə edərək əməkdaş saytlar qazana və bu vasitəsi ilə saytınıza yeni istifadəçilər toplaya bilərsiniz.

41. HTML xətaları

HMTL xətası baş verən saytlar Google tərəfindən zəif qiymətləndirilir və bu da saytın sıralamasına mənfi təsir göstərə bilər.

42. Domenin nüfuzu (Domain authority)

Eyni məqalənin iki fərqli sayta yayımlandığını düşünək. DA göstəricisi yüksək olan saytda yayımlanan məqalə DA göstəricisi aşağı olan digər saytda yayımlanan məqalədən fərqli olaraq üst sıralarda yer alacaq. Deməli, DA sıralamaya təsir edən faktorlardandır.

Həmçinin qeyd etmək istərdim ki, domen nüfuzunu backlinklər vasitəsilə artırmaq mümkündür.

43. URL uzunluğu

Çoxlu elementdən ibarət olan URL saytın axtarış sıralamasına mənfi təsir edə bilər. Bir çox mütəxəssislər URL nə qədər az simvoldan ibarət olarsa, bir o qədər effektli olacağını qeyd edirlər.

Lakin URL tərtib edərkən məzmuna uyğun olmasına da diqqət etmək lazımdır. Məzmuna uyğun olmayan, amma qısa olan URL-lər istifadəçilərin marağına səbəb olmaya və klik sayı az olan bir səhifə yenə də axtarış zamanı üstü sıralarda görünməyə bilər.

44. İnsan editorlar (Human Editors)

Google təsdiq etməsə də, insanların axtarış motorlarına təsir etməsinə icazə verən sistemə görə patent müraciəti edib.

45. Səhifə kateqoriyası

Saytınızın aid olduğu kateqoriya ilə paylaşdığınız məlumatların bir-birinə uyğunluğu Google üçün yaxşı işarədir. Backlinklər üçün də bu effektiv metod sayılır. Saytınıza bənzər kateqoriyada olan saytlardan aldığınız do-follow linklər səhifələrin Page Rank dəyərini artıracaq.

46. Trust Flow – Citation Flow

Trust flow saytınızın keyfiyyətini əsas götürərkən, Citation Flow saytınıza verilən linklərin keyfiyyət dəyərini yoxlayır və ya müəyyənləşdirir. Saytınızı həm Trust Flow, həm də Citation Flow dəyərlərinin eyni balansda olmasına diqqət etməlisiniz. Trust Flow dəyəri aşağı olub, Citation Flow dəyəri yüksək olan sayt bir müddət sonra cəzalandırılma ilə qarşı-qarşıya qalacaq.

47. SEO Visibility

Saytınızın axtarış sistemləri üzərində görünürlük, asan tapılabilmə dərəcəsi və məlumatlarını bizə təqdim edir. Yəni burada backlink alacağınız saytı incələyərək backlink alıb almayacağınıza qərar verirsiniz. Backlink alacağınız saytın SEO Visibility hesabatı hər zaman aşağı enən bir qrafikdədirsə, backlink almaq faydalı olmayacaq.

Daima yüksəlmə görməyə bilərsiniz və ya zaman-zaman enmələr ola bilər, amma bu, daima belədirsə, o saytdan backlink almaq yanlış strategiyadır.

48. New – Lost Backlinks

Yeni və itirdiyiniz backlink keyfiyyəti hər zaman önəmlidir. İtirilmiş backlink dedikdə məsələn, deyək ki, sizin saytınızdakı texnologiya ilə bağlı bir yazıya backlink verilib. Bir müddət sonra siz o yazını sildikdə sizə verilən backlink itirilmiş backlink sayılır. Çünki istifadəçilər o linkə daxil olaraq saytınızdakı yazını oxuya bilmir.
Aldığınız yeni backlinklərin keyfiyyəti itirdiyiniz backlinklərə görə aşağıdırsa, saytınızda dalğalanmalar yaşanacaq. Link aldığınız saytın yeni və itirilmiş backlinklərinə baxaraq irəliləyən günlərdə necə bir nəticə ilə qarşılaşa biləcəyini, saytınıza nə dərəcədə zərər verə biləcəyini analiz edə bilərsiniz. İtirilmiş backlinklərin yerinə gələn backlink mütləq köhnədən daha keyfiyyətli olmalıdır.

Backlink barədə daha ətraflı oxumaq üçün linkə klik edin.

49. Robots. txt    

Robots.txt müxtəlif axtarış sistemləri botlarına saytınızda indekslənməməli olan yerləri bildirmək üçün saytlarda yer alan mətn formalı fayldır. Saytınıza baş çəkəcək olan botlar saytın xəritəsinə (sitemap) daxil olduqda hansı hissəni oxuyacağını və hansı hissəni oxumayacağını robot.txt faylı əsasında başa düşür. Bilinən bütün axtarış sistemləri müəyyən botlarla saytların məzmununu yoxlayır və bunu etməklə saytınızı axtarış sistemlərinə indeksləyir.

Bu indeksləmənin başlıca məqsədi haqqınızda məlumat toplamaqdır. Yəni saytınızın hansı kontentə sahib olduğunu bilmək və bunun nəticəsində istifadəçi sorğusu zamanı saytı onun qarşısına çıxarmaqdır. Məsələn, mobil cihazlar ilə bağlı saytınız varsa, axtarış sistemi botları saytı indekslədiyi zaman kontentin mobil cihazlarla bağlı olduğunu görür və düzgün açar sözlər qeyd olunubsa, sorğu nəticəsində saytınız istifadəçi qarşısına çıxır. 

Robots.txt barədə daha ətraflı oxumaq üçün linkə klik edin.

50. URL-də açar söz işlətmək

Google URL-də açar söz işlətməyi kiçik faktor olaraq gördüyünü demişdi. Amma yenə də sıralama faktorları sırasında öz yerini qoruyub saxlayan metodlardan biri də məhz budur.

51. İstinad və mənbə

Saytınızda olan məqalələrdə istinad və mənbələri qeyd edərək Google üçün keyfiyyətli sayt imici yaratmış olarsınız. İstinad etdiyiniz mənbələri bildirməkdən çəkinməyin. Buna görə istifadə etdiyiniz və ya sitat gətirdiyiniz mənbəyə backlink vermək məsləhətdir.

52. Başlıqları nömrələmək

Araşdırmalara görə saytınızda 10-dan çox başlıq varsa, onları nömrələmək istifadəçiyə daha rahat oxumaq imkanını verir və məzmunu oxunaqlı hala gətirir. Google məzmunların həcmi böyük olduqda nömrələnməsini sayt üçün daha effektiv hesab edir.

53. Sayt xəritəsində səhifənin öncəliyi

Google tərəfindən ciddi işarə kimi qəbul edilməsə də, sayt xəritəsində URL-lərə verilən öncəlik (priority) Google botlar tərəfindən həmin səhifənin öncəlikli oxunulmasını təmin edir. Bu da dolayısıyla sıralamaya təsir edə bilər.

54. Bir neçə açar sözlərlə axtarışlarda sıralanma

Müxtəlif açar sözlər yazdıqda saytınız sıralanırsa, o zaman Google-a siqnal gedir və bu ümumən axtarış sıralamasına təsir edir. Ona görə də açar sözlər yazarkən düzgün açar sözləri qeyd etmək lazımdır. 

55. Səhifənin yaşı (Page age)

Google yeni məzmunlara üstünlük versə də, mütəmadi olaraq yenilənən köhnə səhifə yeni səhifədən daha yaxşı performans göstərə bilər.

56. İstifadəçi dostu sxemi (User Friendly Layout)

Saytınızı istifadəçilər üçün faydalı hala gətirmək istəyirsinizsə, o zaman məzmunu aydın və oxunaqlı edin.

"Ən yüksək keyfiyyətli səhifələrdə səhifə quruluşu əsas məzmunu dərhal görünən edir."

57. Məzmun dəyər və unikal anlayışlar təqdim edir

Google istifadəçiyə faydalı məlumat verməyən, fəaliyyəti zəif olan, əsasən də affilate marketinq ilə məşğul olan saytları cəzalandırdığını bildirib.

58. Bizimlə əlaqə səhifəsi (Contact us)

Google Quality Document (Google keyfiyyət sənədi) lazımi qədər əlaqə məlumatları qeyd edilən saytlara üstünlük verdiyini bildirir.

Əlaqə məlumatların whois məlumatları ilə eyni olmasına diqqət etmək lazımdır.

59. Domain Trust/TrustRank

Domain trust sıralamaya təsir edən əsaslı amillərdəndir. TrustRank Stanford universiteti və Yahoo tərəfindən spama qarşı mübarizə üçün istifadə edilən bir analiz alətidir. Bu, spam olan səhifələrin avtomatik olaraq tanımlanmasıdır. Bəzi SEO mütəxəssisləri illeqal yollardan istifadə edərək sıralamada önə çıxmasın deyə TrustRank Google tərəfindən də istifadə edilməyə başlanılıb. TrustRankı artırmaq üçün Google gözündə spam olmayan saytlardan link almaq, spam olmayan saytlara link vermək, spam maillər göndərməmək və black hat SEO yollarından istifadə etməmək lazımdır.

TrustRank haqqında ətraflı oxumaq üçün linkə klik edin.

60. Sayt arxitekturası

Saytınızın arxitekturası Google botlarına saytınızı daha rahat oxumasına və indeksləməsinə kömək edir.

Sayt arxitekturası istifadəçilərin lazımi məlumatları asanlıqla tapmasını təmin edən alətdir. Veb sayt arxitekturasında əsas diqqət etməli olduğunuz məsələ istifadəçilərin hərəkətləridir. İstifadəçilərin axtardıqlarını rahat tapması üçün arxitekturanı maksimum istifadəsi asan şəkildə dizayn etməlisiniz.

61. Sayt yenilənməsi

Bir çox SEO mütəxəssisi saytın sıxlıqla yenilənməsinin, əsasən də sayta yeni məzmun əlavə edilməsinin SEO-ya müsbət təsir etdiyini bildirir.

2018-ci ildə John Mueller bu məsələyə aydınlıq gətirmişdi. O, Google sıralamasına çox məzmun paylaşmağın heç bir təsir göstərmədiyini bildirmişdi. Önəmli olanın keyfiyyətli və oxunaqlı, insanlar tərəfindən paylaşılan məzmunlar yazmaqdır. Yəni hər gün məzmun paylaşmaq sizi axtarışlarda ön sıralara çıxarmaz.

62. Sayt xəritəsi (Sitemap)

Sayt xəritəsinin olması Google botlarının saytınızı daha yaxşı və daha sürətli indeksləməsinə kömək edir. Bu da o deməkdir ki, sitemap axtarış sıralamasına təsir edir.

63. Saytın fəaliyyət müddəti

Saytın təmir müddətinin uzunluğu və server problemlərinin varlığı Google sıralamasına ciddi təsir edir və hətta deindex problemi ilə də qarşılaşa bilərsiniz.

64. Serverinizin yerləşdiyi ölkə

Saytın serverinin öz ölkənizdə, yaxud yaxın ölkələrdə olması tövsiyə edilir. Bu, coğrafi axtarışlar üçün önəmli faktor hesab edilir. Məsələn, Azərbaycanda yaşayırsınızsa, serverinizin Azərbaycanda olması sıralamanıza müsbət təsir edər. Əgər qlobal bir saytınız varsa, CDN server istifadə etməniz məsləhət görülür.

Əgər CDN server haqqında ətraflı oxumaq istəyirsinizsə, linkə klik edin. Həmçinin saytın sürəti serverlə də əlaqəlidir. Ona görə də server seçdikdə diqqətli olmaq lazımdır.

65. SSL Sertifikat

Google SSL Sertifikatını sıralama faktoru kimi qəbul edir. Yəni SSL sertifikatınız varsa, digər rəqiblərdən bir addım öndəsiniz deyə bilərik. SSL sertifikatı saytınızın etibarlı olduğunu bildirir.

66. Xidmət şərtləri və Məxfilik (Terms of Service and Privacy Pages)

Bu səhifələr Google-a saytın etibarlı internet portalı olduğunu bildirir. Google etibarlı olaraq gördüyü saytı isə axtarış zamanı istifadəçiyə təqdim edir.

67. Breadcrumbs

Breadcrumb istifadəçilərin saytda yolu itirməməsini təmin edən bir sistemdir. İstifadəçilərin rahatlıqla gəzməsi və harada olduqlarını bilməsi üçün breadcrumb sistemi bir növ naviqator rolunu oynayır. İstifadəçinin saytda rahat gəzməsi, daha çox zaman keçirməsi isə SEO optimizasiyaya müsbət təsir göstərəcək.

Breadcrumb istifadəçilərlə yanaşı, həm də botların saytınızın strukturunu anlamasına kömək edən sistemdir.

Google axtarış motorlarında da səhifə məlumatlarını kateqoriyalara ayırmaq üçün bir veb səhifəsində olan breadcrumblardan istifadə edir.

 

Bu şəkillərdə işarələnən hissələr breadcrumba dair nümunədir. Breadcrumbs haqqında daha ətraflı oxumaq üçün linkə klik edin.

68. YouTube videolar

Youtube platforması Google şirkətinindir və Panda alqoritmi ilə işlədiyi üçün axtarışlarınıza müsbət təsir göstərəcək. Siz də bundan yararlanıb Youtube videolar çəkərək öz məqalələrinizin içində yayımlaya bilərsiniz. Search Engine Land saytı mövzu ilə əlaqəli ətraflı məlumat verib. Linkə klik edərək oxuya bilərsiniz.

69. Saytın istifadəliliyi

İstifadəsi çətin olan saytın axtarış motorlarında sıralaması istənilən səviyyədə olmaya bilər. Ona görə də saytınızı maksimum dərədəcə istifadə edilməsi rahat hala gətirin.

70. Google Analytics və Google Search Console istifadəsi

Bəzi mütəxəssislər saytda Google Analytics və Search Console istifadəsinin olmasını sıralama üçün müsbət təsiri olacağını düşünür.

Lakin Google bu iddianı qəbul etməyib. Yəni saytınızda GA və SC olması sıralanmaya heç bir təsir göstərmir.

Linkə klik edərək Google Webmasters kanalında yayımlanan videoya da baxa bilərsiniz.

71. İstifadəçi rəyləri (User reviews/Site reputation)

İstifadəçi rəyləri saytınız üçün önəmli faktordur. Məsələn, Tripadvisor, yelp.com kimi saytların Google sıralamasında etibarı çox yüksəkdir. Mövzu ilə əlaqəli daha ətraflı məlumat üçün Google-un yazdığı məqaləni oxumağınızı tövsiyə edirəm.

72. Backlink sayı

Google-un backlinkə önəm verməsini artıq yuxarıdakı bəndlərdə də qeyd etmişdim. Amma backlink qədər o backlinki verən domen sayı da Google üçün olduqca əhəmiyyətlidir. Google axtarışlarında öndə sıralanmaq istəyirsinizsə, 1 domendən 100 backlink almaq əvəzinə, 100 domendən 100 backlink almağı hədəfləməlisiniz.

73. Eyni domendən gələn backlink sayı

Toplam bağlantı sayı eyni domenden gəlsə də bu, sıralama üçün effektiv faktor ola bilər. O halda ki, keyfiyyətli bir saytın fərqli-fərqli səhifələrindən sizin fərqli-fərqli məzmunlarınıza backlinklər verilsin.

74. Backlink Anchor Text

Hər hansısa sözə link verdiyinizi düşünün. Link verilən söz Anchor text adlanır.

Məsələn, 100 SEO amili

Burada 100 SEO amili yazısı Anchor text adlanır. Anchor mətnlər əvvəlki qədər effektli deyil və çox istifadə edilərsə, Google bunu spam kimi qəbul edər.

75. .edu və ya .gov domenlərindən alınan linklər

Matt Cutts bir açıqlamasında bu cür domenlərdən aldığınız referansların sıralamanıza xüsusi təsirinin olmadığını bildirmişdi.

.edu domenləri sıralamada effektiv faktor hesab edilir, amma onlardan alınan linklər sizi xüsusi ilə sıralamada irəli aparacaq deyə bir anlayış mövcud deyil.

76. Rəqibdən gələn backlink

Eyni sektorda fəaliyyət göstərən X bir saytdan sizin sayta verilən backlink axtarış sıralamasına müsbət təsir edə bilər.

77. “Gözlənilən” saytlardan backlink

Bəzi SEO mütəxəssisləri düşünür ki, olduğunuz sektorda məhz elə saytlar var ki, siz onlardan backlink alsanız, Google bunu yüksək dəyərləndirəcək. Amma bu Google tərəfindən təsdiqlənməyən fikirdir. Maraqlısı da budur ki, sözügedən saytları həmin mütəxəssislər nəyə əsasən yüksək dəyərləndirirlər?

Google öz alqoritmləri sayəsində saytların etibarlı olub-olmadığını onsuz da anlaya bilir. Məhz o etibar etdiyi saytlardan backlink almağın üstünlüyündən isə yuxarıdakı bəndlərdə bəhs etmişəm.

78. Backlink müxtəlifliyi

Bir mənbədən alınan çoxlu backlinki Google spam kimi anlaya bilər. Bunun tam əksinə, müxtəlif mənbələrdən verilən backlinkləri isə Google daha dəyərli hesab edir.

73-cü bənddə də qeyd etdiyim kimi, 1 mənbədən 100 backlink almaqdansa, 100 mənbədən 100 backlink almaq daha məqsədəuyğundur.

79. “Sponsorlu” və ya “UGC” etiketləri

“Sponsorlar”, “sponsorlu linklər” kimi ifadələr backlinkin keyfiyyətinə mənfi təsir edə bilər. Bu isə nəticədə axtarış sıralamasına da təsir edir.

80. 301 yönləndirmə

Matt Cutts bildirir ki, 301 yönləndirmənin çox olması səhifənin Page Rankına çox ciddi şəkildə təsir edir. Bu isə axtarış sıralamasında istənilən nəticəni ala bilməmək deməkdir.

81. Backlink verən saytın ölkə TLD-si

Ölkəyə məxsus üst səviyyəli domen uzantılarından (.tr - .de - .cn - .co.uk) backlink əldə etmək bu ölkədə axtarış sıralamasına müsbət istiqamətdə təsir edə bilər.

82. Məzmunda linklərin yeri

Məzmuna link əlavə edəcəksinizsə, bunu məzmunun sonunda deyil, əvvəllərində edin. Çünki əvvəlində linklər qeyd edilən məzmun daha oxunaqlı və Google tərəfindən daha çox bəyəniləndir, nəinki linkləri sonda olan məzmun.

83. Domen ilə əlaqəli backlink

Bənzər sektordan gələn backlinklə təmamən ayrı sahədən olan bir saytdan gələn backlink arasında çox fərq var.

Birinci halda bu, saytın axtarış sıralamasına təsir edəcəksə, ikinci halda çox nadir hallarda hər hansısa təsirdən danışmaq olar.

84. Vikipediadan backlink

Bir çox mütəxəssis vikipediadan backlink almağın önəmli faktor olduğunu bildirir. Bunun Azərbaycan üçün də keçərli olması isə sual doğurur.

85. Backlink yaşı

Search Engine Journal yazısına görə köhnə backlinklər, yəni yaşı çox olan backlinklər yeni verilən backlinklərdən daha effektlidir.

86. Təkrar gələn trafik

Bir istifadəçinin müəyyən sayta təkrar daxil olması axatarış sıralamasına müsbət təsir edə bilər. Ona görə də saytı tərtib edərkən, məzmun yazarkən istifadəçiyə uyğun yanaşmaq lazımdır.

Unutmayın, istifadəçinin sayta təkrar gəlməsi Google-a saytınızın istifadəyə yararlı olması ilə bağlı bildiriş verir.

87. Pogosticking

Pogosticking istifadəçinin axtardığı cavabı tapabilmədiyi üçün başqa nəticələrə klik etməsidir. Bu, hansı hallarda ola bilər?

Əgər siz məzmunla əlaqəli olmayan açar sözlərdən istifadə etmisinizsə və istifadəçi də məhz sizin məzmunla əlaqəsi olmayan o açar sözlə bağlı axtarış edərkən saytınıza daxil olubsa, məlumatı tapmadığı üçün başqa sayta daxil olur. Bu da axtarış sıralamasına mənfi təsir edən faktorlardandır.

88. Bloklanan saytlar

Google birmənalı olaraq bu xüsusiyyəti deaktiv etsə də, Panda alqoritmi hələ də bundan istifadə edir. Bununla bağlı Search Engine Land saytının yazdığı bu yazını oxuya bilərsiniz.

89. Chrome-da bookmarks olan saytlar

Chrome brauzeri dataları özündə toplayır və bir sayt Chrome-da bookmarks olubsa, onun axtarış sıralamasında nəticəsi müsbət olacaq.

90. Rəy sayı

Rəy sayının çoxluğu saytın daha çox istifadə olunduğuna dair bir işarədir. Amma diqqət etmək lazımdır ki, bu rəylər müsbət yöndə olsun. Say qədər rəyin necəliyi də önəmlidir.

91. Saytda qalma vaxtı

Google istifadəçinin saytda qalma vaxtını çox dəyərləndirir. Yəni, istifadəçi saytda uzun müddət qalıbsa, (təbii ki, burada saytda hər-hansısa aktivlik göstərərək qalmaqdan söhbət gedir) o zaman həmin saytı Google keyfiyyətli məzmun təqdim edən, istifadəçiyə yararlı sayt kimi hesab edir. Bu da avtomatik olaraq axtarış sıralamasına müsbət təsir edir.

92. İstifadəçinin axtarış tarixi

İstifadəçinin axtarış tarixi saytın sıralamasına təsir edir.

Necə?

Əgər bir istifadəçi yaxın zamanda sizin saytda olubsa və daha sonra hər hansısa məlumat üçün axtarış edəndə o məlumat sizin saytda varsa, o zaman saytınız istifadəçiyə təqdim ediləcək.

Yəqin ki, istifadəçi olaraq bunu özünüz də müşahidə etmisiniz. Məsələn, bir həftə öncə X bir saytda daxil olursunuz. Daha sonra hər hansısa axtarış edəndə o sayta da sizin qarşınıza çıxır. Bunun əsas səbəbi sizin qısa müddət öncə o saytda olmağınızdır.

93. Google +

Google+ istifadəsini sonlandırsa da özündə topladığı məlumatlar hələ də axtarış zamanı istifadə olunur. İstifadəçi olaraq Google+ hesabınıza əlavə etdiyiniz saytlar axtarış zamanı ön sıralarda çıxır.

94. Coğrafi hədəfləmə

Əgər istifadəçinin IP ünvanı Azərbaycandırsa, Google axtarış zamanı ilk sıralarda ölkəyə məxsus saytları təqdim edəcək. Təbii ki, burada axtarışın dili də rol oynayır. Əgər hər hansısa xarici dildə axtarış etsəniz və həmin dildə məzmuna sahib Azərbaycan saytları da varsa, ehtimal ki, ilk sıralarda məhz o saytlar sıralanacaq.

95. Təhlükəsiz axtarış

Bu bənd böyük ehtimalla sizə lazım olmayacaq, amma bilməyin heç bir zərəri yoxdur. 

Safe Search funksiyası açıq olan istifadəçilərin qarşısına etik olmayan, təhqirlərin yer aldığı sayt çıxmaz. İstifadəçi olaraq da bu funksiyanı aktiv etmək internetdən təhlükəsiz istifadə etməyinizə səbəb olacaq.

96. Doorway pages, yəni giriş səhifələri

Sayta daxil olan istifadəçi başqa səhifəyə yönləndirilirsə, bu, Doorway pages adlanır. Google isə bu addımı bəyənmir və bu, saytların axtarış sıralamasına mənfi təsir edir. Bizdə bu hal ilə daha çox mp3 yükləmək üçün təqdim olunan saytlarda rast gəlinir.

97. Spam olaraq qeyd edilən IP

Əgər serverin IP ünvanı spam olaraq qeyd olunubsa, bu, o serverdə olan bütün saytlara mənfi təsir göstərəcək. Ona görə də server seçimində diqqətli olmaq lazımdır.

98. Meta etiketdəki spam

Açar sözləri meta etiketdə də qeyd etmək olar. Amma Google bunu alqoritmanı aldatmaq üçün etdiyinizi düşünərsə, bu addımı spam olaraq dəyərləndirəcək.

99. Google Dance

Google dance dedikdə saytın Google alqoritmlərini yanıldacaq nələrinsə edilib-edilməməsini yoxlaması nəzərdə tutulur. Bu isə zaman-zaman axtarış nəticələrinə təsir edir. Google bəzən bu yoldan istifadə edərək saytları analiz edir.

100. Qaydalara əməl etmək

Saytın axtarış sıralamasını yaxşılaşdırmaq üçün sıralamaya təsir edən faktorlardan düzgün istifadə etməyi tövsiyə edirəm. Müsbət təsir edən faktorların hamısının istifadəsi şübhəsiz ki, axtarış sıralamasında saytınızı qənaətbəxş sırada göstərəcək. 

Muzaffar Garakhanli

Digər yazılar

The SEO Handbook: 120 Questions Answered by Experts

The SEO Handbook: 120 Questions Answered by Experts

Addım-addım praktiki sınanmış SEO DƏRSİ

Addım-addım praktiki sınanmış SEO DƏRSİ

SEO Nədir? Texniki SEO İlə Ənənəvi SEO-un Fərqləri

SEO Nədir? Texniki SEO İlə Ənənəvi SEO-un Fərqləri