Praktiki sınanmış SEO dərsi ( 2-ci hissə )

Praktiki sınanmış SEO dərsi ( 2-ci hissə )

SEO DƏRSİ (2-ci hissə)

 

Trafikin artırılması üçün təsirli SEO tövsiyələri

Son bir neçə ildə hər kəs “SEO mütəxəssisi” oldu. SEO haqqında daha çox məlumat əldə etmək istəyən insanların dediyi və ən çox rast gəlinən problemlərdən biri də hansı məlumatların etibarlı olduğunu bilməmələridir. Bu məqalədə orqanik axtarış trafikini artırmaq üçün kiçik biznes və startaplardan tutmuş böyük kampaniyalara qədər istənilən layihədə effektiv ola biləcək SEO tövsiyələrini bölüşəcəyəm.

seo dərsi

Məzmunun “Featured Snippet”də sıralanması

Bir neçə dəfə axtarış nəticələri içərisində “Featured Snippet” yazısı ilə rastlaşmış ola bilərsiniz. Sual əsaslı axtarışlarda isə bu hal daha çox rast gəlinəndir. Məsələn, Exceldə  qrafik  necə yaradılır?

“Google”un ilk səhifəsində görünən “Featured Snippet” bölməsinin olması məzmunun ilk sıralarda olması üçün vacib məqamlardandır. HubSpot.com-un 1-ci sırada yer aldığı və 5000-dən çox açar söz üzərində bir araşdırma etdikdə “Future Snippet” bölməsi olan məzmunların kliklənmə nisbətini 114% artırıb.

 

“Featured Snippet”in sıralamasına  kömək edən amillər:

1.“Google”un birinci səhifəsində sıraladığınız zaman “Future Snippet” üçün də ayrıca sıralanmanıza ehtiyac yoxdur.

2.Məzmununuzdakı “HTML” başlıqlarından (məsələn, H2, H3 və s.) hər hansı birində əsas açar sözün olmasını hədəfləməlisiniz.

3. Birbaşa hədəf açar söz başlığının altında sualın cavabını 54-58 sözlə ifadə etməlisiniz.

4. Google həmişə “Featured Snippet” mətnini bütövlükdə daxil etmir. Məzmununuzdakı hər “HTML” başlığına (məsələn, H2 etiketlərinizdə) "Addım 1", "Adddım 2 ", "Addım 3," və s. əlavə etsəniz, Google bəzən sadəcə başlıqlarınızı siyahıya salacaqdır. "Necə" ilə başlayan cümlələrdəki açar sözlərdə bu hal daha çox baş verir.

5. Google “Future Snippet” məzmunlu kontentləri daha ön plana çıxarır.

6. Google “Future Snippet” məzmunlarının daha çox “istəyərdiniz mi?” açar sözü ilə olmasına öncəlik verir.

seo dərsi

“Future snippet”lərdə yer alan müxtəlif açar sözləri tapmaq üçün “SEMrush”dan istifadə edə bilərsiniz. Bunu aşağıda göstərilən mərhələləri izləyərək edə bilərsiniz.

 

Link  Reclamation

Bu SEO strategiyasının nə qədər təsirli olması iş növündən asılı olaraq dəyişə bilər. Böyük markalar təkcə bu taktika ilə nisbətən az səylə minlərlə yeni bağlantı əldə edə bilir. Uğurlu nəticə əldə etmək üçün böyük bir marka olmaq lazım deyil. Bir sözlə, bu taktika kiminsə sizi, işinizi, məhsulunuzu, xidmətinizi və ya məzmununuzu əslində sizə link vermədən sizdən bəhs etməsidir. Bu işi görən birini tapdıqdan sonra onunla əlaqə qura və sadəcə veb saytınız üçün link verməyini xahiş edə bilərsiniz. Sadə səslənir, elə deyilmi? Hə, elədir!

seo dərsi

Bununla da həm vaxtınıza qənaət etmiş olacaqsınız, həm də yaxşı nəticələr əldə edəcəksiniz.

1-ci addım: Monitor Brand Mentions

Prosesin ilk addımı onlayn olaraq sizin veb saytınız haqqında bəhs edən insanları tapmaqdır. Ən effektiv üsul “Metion” tool-dan istifadə etməkdir (ödənişsiz versiyası var). Bunun üçün “BuzzSumo”dan da istifadə edə bilərsiniz. Markanız və ya məhsullarınızla əlaqəli açar sözlər əlavə edərək xəbərdarlıq butonları qura bilərsiniz. Yaratdığınız xəbərdarlıqlarda öz veb saytınızı qeyd etdiyinizə əmin olun. Bunu parametrlər hissəsindən edə bilərsiniz.

2-ci addım: E-mail xatırlatma qurun

“Mention” daxilində bir xəbərdarlıq qurduqdan sonra parametrlərə keçib “Bildirişləri idarə et” butonundan hər hansı bir qeydin gündəlik e-poçtunu əldə etmək üçün seçim edə bilərsiniz. Ayrıca masaüstü xəbərdarlıq almaq seçiminiz də var.

 

3-cü addım: Linkləri yoxlayın

Səhifələrin hər hansı birində sizin üçün bir bağlantının olub olmadığını yoxlamaq üçün URL-lər siyahısında toplu axtarış etməyin müxtəlif  yolları var, ancaq gündəlik olaraq yoxlayırsınızsa, tez bir zamanda manual olaraq yoxlama aparmaq çox asandır. Toplu şəkildə yoxlama aparmaq üçün isə “SEO Tools Plugin for Excel”dən istifadə edə bilərsiniz. Manual yoxlama prosesini sürətləndirmək üçün veb sayta daxil olun, sağ kliklədikdən sonra “View Page Source” seçin. Mənbə kodu görüntülədikdən sonra veb brauzerinizdə (CMD + F və ya CTRL + F) ilə sürətli bir axtarış apara və domen adınızı axtara bilərsiniz. Veb səhifə HTML-də görünmürsə, onda saytla bağlantı qurulmayıb deməkdir.

4-cü addım: Əlaqə məlumatlarını əldə edin

Belə bir fürsət əldə etdikdən sonra veb sayt sahibi və ya müəlliflə əlaqə qurmağın yolunu tapmaq istəyəcəksiniz və özünüz və ya markanız haqqında olan bağlantını yeniləmələrini xahiş edə bilərsiniz. Əlaqə və ya “bizim haqqımızda” səhifələri başlanğıc üçün idealdır. Ancaq bir e-poçt adresini göstərməsələr və ya əlaqə forması yoxdursa, e-poçt ünvanlarını tapmaq üçün bəzi göstərişlərə əməl etməlisiniz.

5-ci addım: Reaching Out

Veb saytdan bir e-poçt ünvanı əldə etməyi bacarsanız, veb səhifələrinə yeni bağlantı əlavə etmək üçün ən qısa zamanda onlarla əlaqə qurmaq istəyəcəksiniz. Bunu dərc olunan tarixə nə qədər yaxın etsəniz, geri dönüş faizini bir o qədər artırmış olarsınız. İstifadə edə biləcəyiniz bir nümunə e-poçt şablonu:

Salam {ad, soyad},

Əvvəlcə son məqalənizdə brendimin və ya məhsulumun adını qeyd etdiyiniz üçün sizə təşəkkür etmək istəyirəm.

Yazıda gördüm ki, bizim haqqımızda olan məqalədə link paylaşmamısınız. Yazını bir link əlavə edərək yeniləmək şansınız varmı? Axtarış zamanı vaxtınıza qənaət edəcək bağlantı:{Ana səhifə və ya məhsul səhifənizin linki}

Hər bir halda təşəkkür edirəm. {Brendiniz və ya Məhsulunuz adı} haqqında daha çox məlumat lazımdırsa, sizə (şəkillər, video məzmun və s.) məmnuniyyətlə kömək etməyə hazıram.

Yenidən Təşəkkürlər!

Bu prosesi asanlıqla  idarə etmək üçün “BuzzStream” toolundan istifadə etməyinizi tövsiyə edirəm, çünki orada e-poçt şablonlarını təyinatına və cavab verilib-verilməməsinə uyğun qeyd edə bilərsiniz. 

 

Community Hijacking

Orqanik trafikin yaradılması və əlaqə qurulması bəzi sahələrdə digərlərindən daha yaxşı işləyir, ancaq istənilən halda bu yanaşmadan faydalana bilərsiniz. Əlaqə qura biləcəyiniz insanları tapmaq hədəf kütlənizdə olan və ya ola biləcək şəxs və şirkətlərlə əlaqəyə keçməkdən ibəarətdir. Onlarla əlaqə qurub markanızı, məhsullarınızı tanıda bilərsiniz.

Mövcud veb sayt əldə etmək

Var olan bir veb saytın alınması ən aşağı səviyyədə dəyərləndirilən SEO strategiyalarından biridir. İnsanlar veb sayt əldə etmək barədə düşünəndə çoxlu miqdarda pul xərcləməli olacaqlarını güman edirlər, ancaq bu, belə deyil. Düzgün işlər görüldükdə veb saytın alınmasına qoyulan investisiyadan daha çoxunu əldə edə bilərsiniz. Sayt üzərində iş aparmağın əsas üstünlükləri:

1. Mövcud saytın bütün trafikini əldə edəcəsiniz.

2. Saytın əldə etdiyi bütün xarici linklərdən istifadə edə biləcəksiniz.

3. Açar söz trafikindən istifadə edə biləcəksiniz.

Bəzi hallarda sosial media hesabları və e-poçta abunə olanların siyahısını əldə edə bilərsiniz.

 

Bir veb saytın dəyəri nə qədərdir?

Bir veb saytın dəyəri ümumiyyətlə aylıq və ya illik əldə etdiyi gəlirə əsasən qiymətləndirilir. Dəqiq satış qiymətinə nail olmaq üçün bir çox müxtəlif yol var. Ümumi qiymətləndirmə modeli isə 2x illik gəlirdir. Deyək ki, veb sayt aylıq 250 manat gəlir əldə edir, bu zaman sayt üçün ortalama qiymətləndirmə 6000 manat edəcək. Burada meydana çıxan bir çox amil var, amma bunu yaxşı başlanğıc hesab etmək olar. E-mail marketinq və sosial media hesablarından gələn abunəçi sayı ilə bu rəqəm arta bilər.

 

Düzgün hədəfləri necə tapmaq lazımdır?

Bu, özlüyündə bütöv bir bloq yazısı ola bilər, amma burada əsas diqqət etməli olduğunuz məqamları qeyd edəcəm.Bloqlar həmişə mənim üçün əsas hədəfdir, çünki çox vaxt az gəliri olan, lakin böyük həcmli məzmunlara sahib olurlar. Bu o deməkdir ki, saytı sahibindən münasib qiymətə əldə edə bilərsiniz.

seo dərsi

İlk öncə sıralanmağını istədiyiniz açar sözləri axtarmaqla başlamalısınız. İlk sıralarda olan saytlara baxdıqdan sonra saytların “Ahref's Position Explorer Tool”da pozisiyasını yoxlaya bilərsiniz. Aylıq orqanik trafik haqqında məlumat əldə etmək üçün bu vaistələrlə yanaşı saytların sıraladığı açar sözlərə baxa bilərsiniz. Bu yollar sizə  veb saytın potensialını başa düşməyə kömək edəcək. Bunu “SEMrush” və “SimilarWeb”dən əldə etdiyiniz məlumatlarla birləşdirsəniz, veb saytın ümumi fəaliyyətinə dair geniş fikir əldə edə bilərsiniz.

 

Bir veb sayt əldə etdikdən sonra nə etməlisiniz?

Bir veb sayt əldə etdikdən sonra növbəti addım bütün məzmunu və oradakı məlumatları saytınıza yönləndirməkdir. Bütün backlinklər saytınıza əlavə olunacaq, daha sonra Google bir neçə həftə ərzində yeni səhifələri indeksləyəcək.

Boost Underperforming Content

Heç kimə sirr deyil ki, əksər saytların organik trafikinin böyük bir hissəsi saytdakı ümumi məzmunun az bir hissəsindən gəlir. Hədəflədiyiniz açar sözlər üçün “Google”da 2-ci və ya 3-cü sıralarda yer alırsınız. Bu veb saytınız üçün əla fürsətdir.

1-ci addım: Finding the 'Low-Hanging Fruit'

“Google Search Console”u açıb "Search Analytics" hesabatına daxil olun. "Click", "İmpression" və "Position"u seçsəniz ən çox orqanik trafik gətirən açar sözlər və “SERP”lərdə üst sıralarda olan məzmunlar və ümumi ortalama haqqında məlumat əldə edə biləcəksiniz. Əsas hədəfiniz axtarışlarda sizi üst sıralara çıxara biləcək 15-20 açar sözü tapmaqdır. Bir açar sözü tapdıqdan sonra "Pages" radio butonuna klikləyərək hansı səhifələrdə sıralandığını görə bilərsiniz.

 

2-ci addım: Daxili bağlantıları əlavə emtək üçün səhifələri axtarın

Növbəti mərhələ internal link ala biləcəyiniz səhifələri tapmaqdır. Hansı ki, həmin linklər vaistəsilə az kliklənmə olan səhifələrinizi daha üst sıralara çıxara bilərsiniz. Bunu üçün domen adınız və açar sözü daxil edərək axtarış edə bilərsiniz.

site:DOMAIN intext:"KEYWORD"

Daha sonra isə çox yaxşı baxış sayına və external linklərə sahib olan səhifələrinizdə əlaqəli saytlardan link əlavə edilməlidir. Bu məlumatları tapmaq üçün “Ahrefs” və ya “Majestics” kimi resurslardan istifadə edə bilərsiniz.

 

Rəqibləri analiz edin

Rəqiblərinizi analiz etmək üçün istifadə edə biləcəyiniz bir çox resurs var. Sizə ən uyğun olanını seçib başlaya bilərsiniz, amma uğurlu bir veb sayt üçün bu addımları mütləq etməlisiniz:

1. Rəqiblərinizi tanıyın;

2. Veb saytların link verdiyi və aldığı saytları müəyyənləşdirin;

3. Bənzər bağlantılar ala biləcəyiniz yolları axtarın.

Bu sadə və çox vaxtınızı almayacaq proseslər sizə bir saytdan link əldə etmə imkanı verəcəkdir.

seo dərsi

 

İstifadəçinin verə biləcəyi sualları tapın

Kontentlə bağlı yeni ideyalar tapmaq heç də istədiyiniz açar sözləri tapmaq və onları bloqa çevirmək demək deyil. Saytınızda olan bütün məzmunlar istifadəçilərin istəkləri ilə birbaşa əlaqəli olmalıdır. Ümumiyyətlə atacağınız ilk addım müştərilərin hansı suallara cavab axtardığını tapmaq və o əsasda bloq yaratmaq olmalıdır. O zaman məzmununuz uğurlu və faydalı olacaqdır.

1-ci addım: Veriləcək sualları tapın

Müştərilərinizin cavab axtardığı sualları tapmaq üçün bir çox vasitə var. Sosial mediada olan müxtəlif qruplarda və ya “Google”da sorğu və formlar hazırlaya bilərsiniz.

2-ci addım: Sualları açar sözlərə uyğunlaşdırmaq

İkinci addımda isə tapdığınız hər sorğu üçün sizə daha çox orqanik trafik gətirə biləcək açar sözlər tapmalısınız. Bunu etmək üçün ən yaxşı üsullardan biri “Google Keyword Planner”di. Bunu etmək üçün hər zaman vaxtınız olmaya bilər, amma fürsət yarandıqca etsəniz, uğurlu nəticələr əldə edə bilərsiniz. Məsələn, “Java” haqqında mlumat əldə etmək istəyirsinizsə, “Java nədir?” sualı əvəzinə “Dünyada ən məşhur proqramlaşdırma dilləri” və ya “Proqlaşdırma” yazaraq axtarış etsəniz, həmin açar sözün axtarış həcmi haqqında daha ətraflı məlumat əldə edəcəksiniz.

3-cü addım: Sualları məzmuna uyğunlaşdırmaq

Sorğular və açar sözlər haqqında məlumat əldə etdikdən sonra etməniz lazım olan növbəti addım məzmun hazırlamaqdır. Məzmun yaradarkən əsas diqqət edilməli vacib məqam isə yazınızın kreativ və faydalı olmasıdır, ancaq başlıqda açar sözlərdən istifadə etdiyinizə əmin olun. Çünki bu, “Google”da ön sıralara çıxmaq üçün yazının özü qədər vacib nüanslardandır.

Video məzmun yaradın

Video kontent yaratmaq veb saytınız üçün əla trafik mənbəyidir. Hal-hazırda Facebook istifadəçiləri gün ərzində 100 milyon saatdan çox video izləyirlər. Videolarınız axtarışda çıxmırsa, bunun bir neçə səbəbi olar bilər. Ən böyük səbələrindən biri botların video kontentinizi başa düşməməsi ola bilər. Bu halda video məzmununuzda açar sözlərin sayını artırsanız problemi aradan qaldıra bilərsiniz. Məsələn, “Moz”un etdiyi  “Whiteboard Friday video konsepti həqiqətən faydalı və yenilikçidir. Videonun altında uzun mətnlər əvəzinə faydalı linklər və məzmunla əlaqəli şəkillərdən istifadə edirlər. Bu da sadəcə SEO etməklə kifayətlənmək əvəzinə istifadəçi təcrübəsini yaxşılaşdırmağa xidmət edir. 

Oxşar saytlarda qonaq yazılar yazın

Veb saytılarda qonaq postlar yazmaq üçün ayrıca yerin olması saytın orqanik trafikini artırmağa xidmət edən amillərdəndir. Təbii ki, bu, ilk başlarda o qədər uğurlu olmayacaq, amma irəliləyən zamanlarda saytınızın tanınması və axtarışlarda irəliləməsi üçün böyük fayda verəcəkdir. Bu yolla çoxlu sayda backlink qazana bilərsiniz. Ancaq bu yazıları yazarkən diqqətli olmağınız vacibdir, çünki burada yazılan məzmunlar nə qədər faydalı və yeni olsa, sizə bir o qədər yeni ziyarətçi qazandıra bilər.

 

1-ci addım:  Yazmaq üçün saytlar axtarın

İlk mərhələdə əsas hədəflərinizdən biri qonaq post yazmaq üçün sayt tapmaq olacaqdır. Bunun üçün istifadə edə biləcəyiniz ən yaxşı saytlardan biri  AllTop.comdur. Burada saytınızla əlaqəli açar sözləri yazaraq sizə uyğun veb saytları tapa bilərsiniz.

site:DOMAIN intitle:write for us

 

2-ci addım: Fürsətləri axtarın

Tapdığınız hər sayt üçün orada qonaq post yazısına yer olub olmadığını öyrənmək istəyəcəksiniz. Bunun üçün ən asan üsul tapdığınız hər saytda domain adını saytın adı ilə dəyişin.

 

3-cü addım: Əlaqə yaratmaq

Yazmaq istədiyiniz və sizə uyğun bir veb sayt tapdıqda ilk öncə onlarla əlaqə yaratmaqlısınız və bunun üçün isə ilk öncə:

1. Linkedln hesabınızı yeniləyin;

2. Twitter , Facebook hesabınızda işiniz və bloqunuzla bağlı bəzi məlumatlar paylaşın.

Bunları etdikdən sonra hər əlaqə qurmaq istədiyiniz şəxsə fərdi yanaşaraq e-mail yazın.

 

Köhnə məzmunu yeniləyin və yenidən dərc edin

seo dərsi mezmun

Əgər saytınızdakı kontentləe yayımladığınız tarixə görə sıralanıbsa, bu, zamanla saytınıza gələn trafiki aşağı sala bilər. Ümumilikdə saytınızın dizaynı nə qədər yaxşıdırsa, orqanik trafik də bir o qədər yaxşı olacaq.

Saytınızda olan köhnə və yüksək trafikə sahib olan məzmunlar əvvəldə qaldıqca  saytınıza ciddi təsir edir. Bunun üçün həmin məzmunları yeniləyib yenidən dərc etmək ən asan və yaxşı üsullardandır. Köhnə məzmunu yeniləyərkən isə bunlara əməl etmək lazımdır:

2. Tapdığınız yeni açar sözləri əlavə edin;

3. Yeni linklər əlavə edin.

4.Co-marketing kampaniyaları aparın

Co-marketing iki şirkətin ortaq bir brend üçün olan iş birliyidir. Veb saytınızın üst sıralara çıxması üçün bu marketinq strategiyasından istifadə edə bilərsiniz. Belə olduqda iki müxtəlif veb saytın istifadəçiləri digər veb sayt haqqında məlumat əldə edir və beləliklə saytınız daha böyük kütlələrə çatır. “Buzzsumo” və “Moz” 2015-ci ildə Co-marketing kampaniyası həyata keçirdi. 1 milyondan çox məqalə incələdi və hansı məzmunun daha çox trafik gətirdiyini və daha çox paylaşıldığını təyin etdi. Bunun əsasında hər iki sayt kontent yayımladı və həmin kontenləri sosial media hesablarında paylaşdılar, insanlara e-poçt göndərildi və təbii ki, nəticə də gözlənildiyindən yaxşı oldu.

Məzmunları redirect ilə birləşdirmək

Çox vaxt iki məqaləni birləşdirmək yazarlar üçün çətin və qarışıq görsənir. Əslində isə heç də elə deyil. “Cannibalize” iki yaxın məzmuna malik kontenti birləşdirərək tək məzmun yaratmağınıza kömək edən resursdur. Məsələn:

1.2020-ci ilin dizayn yenilikləri.

2. Adobe photoshop da işinizi asanlaşdıracaq 5 tool.

3. Dünyaca məşhur dizaynerlər və işləri.

Sadalanan bu üç başlıqda əsas açar söz dizayndır. Təsəvvür edin ki, 1-ci məqalə “Google”un ilk səhifəsində 3-cü sırada, digər iki məqalə isə ikinci səhifənin 3 və 4-cü sıralarındadır.  Sizə hansını seçəcəyinizi soruşsam, böyük ehtimal ikinci versiyasını seçərsiniz. Amma 1-ci versiya daha doğrudur.

Həm 3, həm də 4-cü sırada yer almağı seçsəniz, saytınıza aylıq 1176 ziyarətçi gəlmə ehtimalı var. Ancaq 1-ci versiya seçilsə,  aylıq 2220 ziyarətçi gələcək.  Bu isə 25% artım deməkdir. Orqanik trafik əldə etmək baxımından 1 məqalədə üst sırada yer almaq 2 məqalə ilə alt sıralarda olmaqdan daha yaxşıdır. Həmçinin müxtəlif kontentləri “Google”da sıralamaq istədiyiniz zaman daha çox vaxt və efor sərf etməli olacaqsınız.

Məzmunu nə vaxt birləşdirmək lazımdır?

Bir az əvvəl qeyd etdiyim kimi bir səhifədə üst sırada yer almaq iki alt sırada yer almaqdan daha yaxşıdır. Bunun üçün isə 301 yönləndirmə bağlantısından istifadə edə bilərsiniz.  Daha az trafik gətirən məzmununuza 301 bağlantısı əlavə edərək problemi aradan qaldıra bilərsiniz. Bu, qısa zamanda yaxşı geri dönüşlər əldə edə biləcəyiniz ən yaxşı SEO startegiyalarından biridir. Bununla birlikdə bunu etmədən öncə aşağıdakı hallara fikir vermək lazımdır:

1. Məzmunun paylaşıldığı müddət. Əgər çox zaman keçməyibsə, o zaman trafik əldə etməyiniz üçün bir müddət gözləməyiniz daha yaxşı olar.

2. Sosial mediadan istifadəçi gəlirmi? Bu, çox vacibdir. Əgər məzmunun sosial şəbəkələrdə paylaşımı çoxdursa, o zaman 301 yönləndirmə əlavə etməyiniz bütün bu geri dönüşləri azalda bilər.

3. Məzmununuz başqa açar sözlər üçün də “Google”da sıralanırmı? Bu zaman çox diqqətli olmalısınız. Çünki bu halda 301 yönləndirmə digər açar sözlərlə axtarışda göstəriləməyə mane olacaqdır.

 

Linklərin saytınıza təsiri

seo dərsi

Çoxlarının düşüncəsinin əksinə olaraq, xarici veb saytlara link vermək saytınıza müsbət mənada təsir edir. Lakin bununla birlikdə yaxşı və faydalı olduğunu düşündüyünüz kontentlərin də linklərini saytınızda paylaşmaqdan çəkinməyin. Bu, həm sektorda olan insanlarla münasibətinizi yaxşılaşdıracaq, həm də sizin daha çox insan tərəfindən tanınmanıza kömək edəcəkdir. Sayta orqanik trafik çəkməyin ən yaxşı yollarından biri də backlink əldə etməkdir, amma təbii ki, bu, o qədər də asan deyil. Hər hansı bir saytdan link əldə etmək istədikdə bir neçə məqama diqqət yetirməlisiniz.

1.  Sizə link verə biləcək saytların siyahısını hazırlayın;

2.   Uğurlu məqalələri tapın. Bunun üçün “BuzzSumo”dan istifadə edərək öz sahənizə uyğun populyar məqalələri tapa bilərsiniz.

3.    Məqalənizin formatına qərar verin. Aşağıda bir neçə format nümunəsi var.

Məqalə

İnfoqrafiya

Videolar

Mobil/veb tətbiqləri

İnteraktiv təlimatlar

Test/anketlər

Elektron kitablar

Rəylər

Diaqramlar

Müsahibələr

Suallar

Dərsliklər

Podcast

Şəkillər

Vebinarlar

 

Link alacağınız saytda problemləri araşdırın və çıxış yolu göstərin. Məsələn, saytlardan biri “Netflix” haqqında öz məqaləsindən bəhs edərkən saytda olan bəzi problemləri də qeyd edib və “GOD MODE” uzantısından istifadə etməyi məsləhət görüb. Beləliklə, istifadəçilər saytda istədikləri serial və ya filmi saytı aşağı sürüşdürmədən görə bilirlər. Nəticədə saytda olan məqalə “Facebook”, “Twitter” və bu kimi sosial şəbəkələrdə paylaşıldı və bir çox insan tərəfindən tanındı.

Məzmunu qruplaşdırın

Hazırladığınız kontentlərə alt başlıqlarda qısa məzmunlar hazırlayın. Məsələn, veb saytlar haqqında ümumi bir başlığınız varsa, bunu:

1. Veb saytda ux dizayn;

2. Saytın SEO strategiyası necə qurulmalıdır? kimi başlıqlı məzmunlar yaradaraq ard-arda paylaşmağınız və hər məqalənin sonunda keçid üçün link qoymağınız saytınıza əlavə trafik qazanmağa yardımçı olacaq. Beləliklə, saytınız daha böyük açar sözlərlə sıralana biləcək.

İnfluencer platformalarından istifadə edin

Əgər saytınızda məhsul satışı ilə məşğul olursunuzsa, bu zaman “influencer”lərlə əlaqə yaradıb onların auditoriyasına öz məhsullarınızı tanış edə və sata bilərsiniz. Bu, həm sizin daha böyük kütləyə çatmağınıza, həm də satış etmənizə kömək edəcək. Təbii ki, seçim edərkən saytınıza və imicinizə uyğun influencer seçməyiniz çox vacibdir. Əks halda nəinki satış edə bilər, hətta mövcud müştəriləri də itirə bilərsiniz.

Muzaffar Garakhanli

Digər yazılar

"Reasonable Surfer Model"in Qiymətləndirmə Faktorları

"Reasonable Surfer Model"in Qiymətləndirmə Faktorları

Unraveling the Mysteries of Google's Spam Detection Algorithm

Unraveling the Mysteries of Google's Spam Detection Algorithm

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri