Addım-addım praktiki sınanmış SEO DƏRSİ
Axtarış sistemlərinin optimizasiya edilməsi mürəkkəb və dəyişkəndir, ancaq əsas məqamları öyrənərək bütün bu dəyişiklikləri asanlıqla anlaya bilərsiniz. Şübhəsiz SEO bilikləriniz sizi rəqiblərinizdən bir addım öndə edəcək. İnternetdə bununla bağlı müxtəlif bloq yazıları, hətta mövcud vəziyyətlə əlaqədar olaraq pulsuz dərslər də əldə edə bilərsiniz.
Əgər axtarışlarınız nəticəsində bu sayta gəlmisinizsə, narahat olmayın bloqda SEO haqqında bilməyiniz lazım olan ən vacib məlumatları öyrənəcəksiniz.
Axtarış sisteminin optimallaşdırmasının əsasları
“Maslow hierarchy of need” ehtiyaclar nəzəriyyəsini eşitmisinizmi? Bu, insanın ən fundamental (hava, su və fiziki təhlükəsizlik kimi) ehtiyaclarını daha subyektiv ehtiyaclardan (hörmət və sosial mənsubiyyət) üstün tutan psixologiya nəzəriyyəsidir. Nəzəriyyə budur ki, əvvəlcə daha fundamental ehtiyacları təmin etmədən ehtiyacları ən üst səviyyəyə çatdıra bilməyəcəksiniz. Yeməyin olmayanda eşq əhəmiyyətsizdir. Fikrimizcə, bu nəzəriyyəni elə SEO-ya da tətbiq etmək olar.
Gördüyünüz kimi yaxşı SEO-nun təməli axtarış sistemləri üçün əlçatan olmaqdan başlayır. Bu başlanğıc təlimatından istifadə edərək uğurlu SEO üçün bu yeddi addımı izləyə bilərsiniz:
Axtarış sisteminin veb saytınızı oxuya bilməsi üçün daxil olması;
1. Axtarış sorğusuna cavab verən cəlbedici məzmun;
2. Açar sözlə axtarış edənləri cəlb etmək üçün optimallaşdırılmış sayt;
3. Sürətli yüklənmə müddəti və təbii ki, UX (istifadəçi təcrübəsi);
4. Keyfiyyətli məzmun (buraya sitatlar, linklər və s. daxildir);
5. Düzgün başlıqlar, URL-dən istifadə;
6. Sxemlərdən istifadə, SERP-lərdə fərqlənmə.
Bölüm 1
SEO Nədir? Niyə bu qədər vacibdir?
SEO axtarış sisteminin optimallaşdırılması deməkdir. Veb sayt trafikinin həm keyfiyyətini, həm də baxış sayını artırmağınıza kömək edəcək. Qısaldılmasına baxmayaraq SEO axtarış sistemlərinin özləri haqqında olduğu kimi insanlar haqqında da çox şeyi ifadə edir. İnternetdə insanların nə axtardıqlarını, axtardıqlarının cavablarını, istifadə etdikləri sözləri və istehlak etmək istədikləri məzmunun növlərini anlamaqdan bəhs olunur. Bu sualların cavablarını bilmək sizə təklif etdiyiniz həllər üçün onlayn axtarış aparan insanlarla əlaqə qurmağa imkan verəcəkdir. Əgər auditoriyanızın niyyətini bilmək SEO strategiyasının bir hissəsidirsə, onu axtarış sistemlərinin tapıb başa düşə biləcəyi şəkildə çatdırmaq digər əsas məqamdır. Bu yazımızda isə hər ikisini necə etməyi öyrənəcəksiniz.
Axtarış sisteminin əsasları
Axtarış sistemləri cavab maşınlarıdır. Milyardlarla məzmunun içərisindən sizin sorğunuza ən uyğun variantı tapıb sizin qarşınıza çıxarır və bunun üçün internetdə olan hər cür məzmunu incələyir pdflər, şəkillər, vidoelar və s.
Hansı axtarış nəticələri orqanikdir?
Daha əvvəl dediyimiz kimi orqanik axtarış nəticələri effektiv SEO yolu ilə əldə edilən reklamsız nəticələrdir. Əvvəllər bunları asanlıqla təsbit etmək olurdu. Ancaq proses dəyişdikdən sonra bu orqanik nəticələrə necə baxa bilərik?
Bu gün axtarış sistemlərinin nəticələr səhifələri (çox vaxt SERP adlandırılır) indiyə qədər gördüyümüzdən daha çox reklam və orqanik nəticələrlə doludur. SERP-ə misal olaraq bəzən snippet və ya sual qutularını qeyd etmək olar. Yeni SERP xüsusiyyətləri əsasən insanların axtardıqları sorğulara görə dəyişdirilir. Məsələn, Bakı üçün hava haqqında “Google”da sorğu etsəniz, bununla bağlı bir sayt bağlantısı əvəzinə birbaşa Bakı üçün hava haqqında məlumatı görəcəksiniz.
Axtarış sistemlərinin reklamdan pul qazandığını xatırlamaq vacibdir. Məqsədləri axtarış aparanların suallarını (SERP-lər daxilində) daha yaxşı həll etmək, axtarış aparanların geri qayıtmasını və SERP-lərdə daha uzun müddət qalmalarını təmin etməkdir. Qeyd etmək lazımdır ki, reklam verilməməsinə baxmayaraq, adətən SEO tərəfindən təsirlənə bilməyən bəzi məlumatlar var. Bunlara Vikipediya, WebMD və IMDb kimi statistik məlumat mənbələrini misal göstərmək olar.
SEO niyə önəmlidir?
Ödənişli reklam, sosial media və digər onlayn platformalar veb saytlara trafik yarada bilsə də, onlayn trafikin əksəriyyəti axtarış sistemləri tərəfindən idarə olunur. Orqanik axtarış nəticələri daha çox rəqəmsal daşınmaz əmlakı əhatə edir. Ödənişli reklamlar barədə bir az anlayışı olan insanlar isə xüsusilə orqanik nəticələrə klikləyirlər. Məsələn, ABŞ-da internet üzərində axtarış edənlərin yalnız 2.8%-i pullu reklamlara klik edir. Bir sözlə, SEO həm mobil, həm də masaüstündəki PPC-dən 20 dəfə daha çox trafik gətirmə imkanına malikdir. SEO eyni zamanda düzgün qurulduqda zamanla sizə daha çox qazanc verəcək yeganə onlayn marketinq strategiyalarından biridir.
Doğru açar sözlərlə yazılmış, keyfiyyətli məzmunla dolu olan bir saytı qartopu kimi düşünə bilərsiniz. Bu qartopu irəlilədikcə böyüyərək Google və digər axtarış sıralarında daha nəzərəçarpan yer tutacaqdır.
White hat, Black hat SEO
“White hat SEO" SEO texnikalarına, təcrübələrə və insanlara daha çox dəyər verərək axtarış sistemləri qaydalarına tabe olan strategiyalara aiddir.
"Black hat SEO" isə axtarış sistemlərini spam və digər vasitələrlə ön sıralara çıxarma cəhdidir. Bu tip üsullar qısa müddət işləsə də, veb saytları çox böyük risklə qarşı-qarşıya qoyur və ya axtarış nəticələrindən silinir, həmçinin saytın imicinə mənfi təsir göstərir.
Google Vebmaster Təlimatları
1. Səhifələri axtarış sistemləri üçün deyil, ilk növbədə insanlar üçün yararlı edin.
2. İstifadəçilərinizi aldatmayın.
3. Axtarış sistemi reytinqini yaxşılaşdırmaq üçün illeqal fəndlərdən çəkinin və bu iki sualı özünüzə verin: Bu, mənim istifadəçilərimə kömək edirmi? Axtarış sistemləri olmasaydı bunu edərdimmi?
4. Veb saytınızı bənzərsiz, dəyərli və ya cəlbedici edən bir şey haqqında düşünün.
Bölüm 2
Axtarış sistemləri necə işləyir?
1-ci bölümdə qeyd etdiyimiz kimi axtarış sistemləri cavab maşınlarıdır. Axtarış aparanların suallarına ən uyğun nəticələr təqdim etmək üçün internetdə olan minlərlə məzmunu incələyirlər və bunun üçün də səhifəniz ilk öncə öz sahəniz üzrə axtarışda görünməlidir.
Axtarış sistemləri üç əsas funksiyaya malikdir:
1. Axtarış. Tapdıqları hər URL-lər üçün koda baxaraq məzmun yaradır.
2. İndeks. Crawl prosesi zamanı tapılan məzmunu saxlayır və bir səhifə indeksləndikdə müvafiq sorğular nəticəsində göstərilmək üçün uyğun hala gəlir.
3. Reytinq. Bir axtarış sorğusuna ən yaxşı cavab verəcək məzmunları seçir. Yəni nəticələr ən az əlaqəli olandan ən çox olana doğru irəliləyir.
Axtarış sistemi crawl nədir?
Crawl axtarış motorlarının yeni və yenilənmiş məzmunu tapmaq üçün robotlar tərəfindən edilən kəşf prosesidir. Məzmunun hansı formada olmasından asılı olmayaraq (veb səhifə, bir görüntü, video, pdf və s. ola bilər) məzmun bağlantılar tərəfindən aşkar edilir.
Axtarış sistemləri tərəfindən indeksləmə nədir?
Axtarış sistemləri bir indeksləmə zamanı tapdıqları məlumatları axtarış edənlərə lazım olan şəkildə və onların axtarışına uyğun qabaqlarına çıxardır.
Axtarış sistemlərində sıralama nədir?
İnsanlar axtarış edərkən indekslənən məlumatlar sorğuya uyğun şəkildə sıralanır və bu sıralama zamanı bir veb sayt nə qədər çox sıralanıbsa, axtarış sistemi onun sorğu ilə bir o qədər əlaqəli olduğunu düşünür.
Qeyd: "SEO"da bütün axtarış sistemləri eyni deyil!
Əksər insanlar “Google”un ən böyük bazar payına sahib olduğunu bilir. Bəs, Bing, Yahoo və digərləri üçün optimallaşdırma nə dərəcədə vacibdir? Həqiqət budur ki, 30-dan çox böyük veb axtarış sisteminin olmasına baxmayaraq, SEO strategiyası həqiqətən “Google”da daha çox işə yarayır.
Niyə?
Qısa cavabı budur ki, insanların böyük əksəriyyəti vebdə nəsə axtardığı yer “Google”dur. Əgər Google şəkillər, Google xəritələr və YouTube platformasına daxil olsaq, veb axtarışların 90%-dən çoxu "Google"da baş vermiş olacaq. Bu rəqəm Bing və Yahoo axtarış sistemlərinin axtarış nəticələrinin cəmindən 20 dəfə çoxdur.
Axtarış sistemləri səhifələrinizi tapa bilərmi?
Saytınızın indekslənməsinə əmin olmaq SERP-lərdə göstərilmək üçün vacib şərtdir. Artıq veb saytınız varsa, səhifələrinizin indeksdə necə olduğunu görməklə başlamaq yaxşı bir fikir ola bilər. Bu, “Google”un indeksləməsi və istədiyiniz bütün səhifələrin tapılıb-tapılmaması ilə bağlı diqqət etməniz lazım olan bir məqamdır. İndekslənmiş səhifələrinizi yoxlama yollardan biri "Google"da axtarış saytına "site: domenadı.domenuzantısı" (site: bedigital.az) yazaraq axtarış etməkdir. Axtarış etdikdə "Google”un indeksindəki nəticələri ilə tanış ola bilərsiniz. Daha dəqiq nəticələr əldə etmək üçün “Google Search Consule” hesabatına baxın və həmin hesabatdan istifadə edin. Hal-hazırda hesabınız yoxdursa, pulsuz “Google Search Consule”a üzv ola bilərsiniz. Bu vasitə ilə saytınızın sayt xəritələrini təqdim edə və Google indeksinə əlavə olunduğunu izləyə bilərsiniz.
Axtarış nəticələrində heç bir yerdə göstərilmirsinizsə, bunun bir neçə səbəbi ola bilər:
1. Saytınız yenidir və hələ crawl edilməyib;
2. Saytınızın naviqasiyası robotun effektiv şəkildə indeksləməsini çətinləşdirir;
3. Saytınızda axtarış sistemlərini bloklayan crawl direktivləri adlanan bir sıra əsas kod var;
4. Saytınız Google tərəfindən cəzalandırılıb və s.
Bir çox insan “Google”un önəmli səhifələri tapacağından əmindir, amma həm də unutmaq lazım deyil ki, saytınızda köhnə məzmuna sahib URL-lər, e-ticarət saytları üçün filtirlər və promosiya kodları kimi “Googlebot”lar tərəfindən görünməsi istənilməyən səhifə və ya kodlar var. Bu səbəbdən “robot.txt” fayllarından istifadə etməyiniz məqsədəuyğundur.
Robots.txt
Robots.txt faylları veb saytların əsas qovluğunda yerləşir və sayt axtarış sistemlərini xüsusi robots.txt direktivləri vasitəsilə saytınızın yüklənmə sürətini tənzimləyir.
Googlebot robots.txt fayllarla necə işləyir?
Googlebot bir sayt üçün robots.txt faylı tapa bilmirsə, saytı gəzməyə davam edir.Googlebot bir sayt üçün robots.txt faylı taparsa, ümumiyyətlə təkliflərə əməl edir və saytı gəzməyə davam edəcəkdir.Googlebot bir saytın “robots.txt” faylına daxil olmaq istəyərkən bir səhvlə qarşılaşırsa və axtardığı faylın olub-olmadığını müəyyən edə bilmirsə, saytı incələməkdən imtina edəcək.
Botlar bütün vacib məzmununuzu tapa bilərmi?
Axtarış sistemlərinin əhəmiyyətsiz məzmununuzdan uzaq olmasını təmin etmək üçün bəzi taktikaları bildiyinizə görə “Googlebot”a vacib səhifələrinizi tapmaqda kömək edə biləcək optimallaşdırmalar barədə məlumat verin.Bəzən bir axtarış sistemi saytınızın hissələrini crawl yolu ilə tapa bilər, ancaq digər səhifələr və ya bölmələr bu və ya digər səbəbdən gizli qala bilər. Axtarış sistemlərinin yalnız ana səhifənizi deyil, indeksləndiyiniz bütün məzmunu kəşf edə biləcəyinə əmin olmaq vacibdir.
CRAWL zamanı URL-lərinizə daxil olmağa cəhd edərkən səhv edirlər?
Saytınızdakı URL-ləri incələmə prosesində axtarış sistemləri bəzi problemlərlə qarşılaşa bilərlər. Belə halların olmaması üçün “Google Search Console”un "Crawl Xətaları" hissəsinə daxil olaraq səhvləri göstərə bilərsiniz.
5xx Kodlar: Axtarış sistemi botları server səhvinə görə məzmununuza daxil ola bilmir.
5xx səhvlər veb səhifənin yerləşdiyi server, axtarış edən insanların istəyini yerinə yetirmədiyi mənasını verən səhvlərdir. “Google Search Console”a daxil olduqda “Crawl Error” hesabatında bu səhvləri bildirən bir nişanı görəcəksiniz. Bunlar adətən URL sorğusuna vaxt çatmadığı üçün tərk etdikdə baş verir. Server bağlantısı problemlərini həll etmək barədə daha çox məlumat əldə etmək üçün Google sənədlərinə baxın.
301 status kodu səhifənin daimi olaraq yeni bir yerə köçürülməsi deməkdir, buna görə URL-ləri əlaqəsiz səhifələrə - köhnə URL-dəki məzmunun olmadığı URL-lərə yönləndirməyin. Bir səhifə bir sorğu üçün sıralanırsa və fərqli məzmunlu URL-ə göndərirsinizsə, sıralanma mövqeyində aşağı düşə bilər. Çünki müəyyən bir sorğuya uyğun olan məzmun artıq yoxdur. Bir səhifəni 302 yönləndirmə seçiminiz də var. Ancaq bu, müvəqqəti hərəkətlər üçün olunmalıdır.
İndeksləmə. Axtarış sistemləri səhifələrinizi necə indeksləyir?
Saytınızın crawl edilməsini təmin etdikdən sonra növbəti iş onun indekslənə biləcəyinə əmin olmaqdır. Düzdür, saytınızın bir axtarış sistemi tərəfindən kəşf oluna bilməsi mütləq onların indeksdə saxlanması demək deyil. Crawl ilə bağlı əvvəlki hissədə axtarış sistemlərinizi veb səhifələrinizi necə tapdıqlarını müzakirə etdik. İndeks kəşf olunmuş səhifələrin saxlandığı yerdədir. Crawl bir səhifəni tapdıqdan sonra axtarış sistemi brauzerinə istədiyi kimi təqdim edir. Bunu edərkən axtarış sistemi həmin səhifənin məzmununu təhlil edir. Bu məlumatların hamısı onun indeksində saxlanılır.
Səhifələr indeksdən silinə bilər?
Bəli, səhifələr indeksdən çıxarıla bilər! Bir URL-nin çıxarılmasının əsas səbəblərindən bəziləri bunlardır:
1. URL xətası (4XX) və ya server xətası (5XX). Axtarış edilən səhifə köçürülüb və 301 yönləndirə edilməyibsə, bu xətalar baş verə bilər.
2. URL-də bir “no index meta” etiketi əlavə edilmiş ola bilər. Bu etiket sayt sahibləri tərəfindən axtarış sisteminə səhifəni indeksdən çıxartmağı tapşırmaq üçün əlavə edilə bilər.
3. URL axtarış sisteminin Webmaster Təlimatını pozduğuna görə cəzalandırıla və nəticədə indeksdən çıxarıla bilər.
4. URL istifadəçilərin səhifəyə girməzdən əvvəl tələb olunan bir şifrə əlavə etməsi ilə "crawl"ın qarşısını almış ola bilər.
Reytinq: Axtarış sistemləri URL-ləri necə sıralayır?
Axtarış sistemləri kimlərsə axtarışda sorğu yazdıqda bunun müqabilində müvafiq nəticələr əldə etmələrini necə təmin edir?
Bu proses sıralanma və ya axtarış nəticələrinin müəyyən bir sorğu ilə ən az əlaqəli olması kimi tanınır. Axtarış sistemləri alqoritmlərdən - saxlanılan məlumatları düzgün şəkildə istifadəçiyə çatdırmaq üçün müxtəlif alqoritmlərdən istifadə edir. Təbii ki, həmin alqoritmlər illər ərzində bir çox baxımdan yenilənib və bu səbəbdən də sayt sahibləri bu yeniliklərdən xəbərdar olmalı və saytlarını bu qaydalara əsasən optimizasiya etməlidir.
Linklərin SEO-da əhəmiyyəti
Bağlantılar haqqında danışarkən iki məsələyə diqqət etmək lazımdır:
1. Backlink və ya Inbound links. Bu, digər saytlardan sizin sayta olan keçid linkləridir.
2. Internal link. Bu isə saytınızda olan və yenə öz saytınıza aid paylaşdığınız linklərdir.
Geri bağlantılar real həyatdakı hər hansı bir şəxsin öz dostuna verdiyi hər hansı bir məhsul məsləhəti kimidir. Bir çox fərqli insanlar sizə X bir kofe markasının şəhərdəki ən yaxşı kofe satdığı desə, təbii ki, bir müddət sonra siz də həmin kofeni sınamaq istəyəcəksiniz. “Backlink”lər də eyni funksiyanı yerinə yetirir, güvənilir bir saytın verdiyi backlink yaxın dostun verdiyi məsləhət qədər önəmlidir.
Məzmunun SEO-da rolu
Hər dəfə kimsə axtarış aparanda həmin axtarışa uyğun minlərlə yazı, görüntü və ya video məlumat çıxa bilər. Bəs, axtarış sistemləri hansının daha ön sıralarda olmasına necə qərar verir?
Təbii ki, sizin yazdığınız məzmunun keyfiyyəti və axtarışla nə qədər əlaqəli olmasına görə minlərlə nəticə ola bilər. Əsas diqqət istifadəçinin məmnuniyyətinə yönəldiyi üçün məzmunun necə olması, neçə açar söz işlənməsi və s. haqqında heç bir sərt qayda yoxdur.
Bu gün yüzlərlə, hətta minlərlə sıralama siqnalları nəticəsində əsas meyarları müəyyən edən ilk üç nüans var:
- Veb saytınızda olan bağlantılar
- Səhifədəki məzmun
- RankBrain.
Rank Brain nədir?
RankBrain "Google"un əsas alqoritminin öyrənmə komponentidir. Bu öyrənmə yeni müşahidələr və təlim məlumatları ilə zamanla proqnozlarını inkişaf etdirməyə davam edən bir kompyuter proqramıdır. Başqa sözlə, həmişə öyrənir və həmişə öyrəndiyi üçün axtarış nəticələri daim təkmilləşdirilir.
Səhifənizə baxa biləcək insanlar üçün ən faydalı məlumatları tapın və bununla da RankBrain üçün böyük bir addım atmış olacaqsınız. "Google"un axtarış keyfiyyətinin keçmiş rəhbəri Udi Manber bildirmişdi:
"Reytinqin özü klik məlumatlarından təsirlənir. Müəyyən bir sorğu üçün insanların 80%-i 2-ni və yalnız 10%-i 1-i kliklədiyini aşkar etsək, bir müddətdən sonra yəqin ki, insanların 2-ni istədiklərini başa düşəcək, buna görə də onu dəyişdirəcəyik."
Keçmiş Google mühəndisi Edmond Lau dedikləri ilə Udi Manberin fikrini təsdiqləyir:
"Hər hansısa axtarış motorunun axtarış nəticələrinin keyfiyyətini yaxşılaşdırmaq üçün klik sayından istifadə edəcəyi danılmaz faktdir. Kliklədiyiniz məlumatların necə istifadə edildiyi tam olaraq məlum deyil, amma nəticə olaraq klik məlumatlarından istifadə edildiyi açıq görünür."
Google axtarış sistemi
Axtarış sistemlərində bütün bu qarışıqlıqlar olmaması üçün Google "10 axtarış nəticəsi" sistemini qurub. Hər dəfə bir axtarış edildikdə Google istifadəçinin qarşısına hər biri eyni formatda olan 10 orqanik nəticədən ibarət bir siyahı çıxarır. Bu axtarış mənzərəsində 1-ci sıraya sahib olmaq SEO üçün ən önəmli məsələ idi. Ancaq sonra Google SERP xüsusiyyətləri adlandırılan axtarış nəticələri səhifələrinə yeni formatlarda nəticələr əlavə etməyə başladı. SERP xüsusiyyətlərindən bəziləri bunlardır:
Paid advertisements
Featured snippets
People Also Ask boxes
Local (map) pack
Knowledge panel
Sitelinks
Bəs, Google niyə belə edir? İstifadəçi davranışı bəzi sualların fərqli məzmun formatları tərəfindən daha yaxşı təmin olunduğunu göstərir. Fərqli SERP xüsusiyyətlərinin müxtəlif növ sorğulara necə uyğun gəldiyinə diqqət yetirin.
Yerli axtarış
Google kimi bir axtarış sistemində yerli axtarış siyahısı üçün özəl axtarış istiqamətləri var. Məsələn, əgər siz diş həkimi olaraq fəaliyyət göstərirsinizsə və ya müştərilərin ziyarət edə biləcəyi hər hansı iş yeriniz varsa, SEO etdiyiniz zaman ünvanınızın “Google My Business listing”də doğrulandığından əmin olun.
Yerli axtarış nəticələrinə gəldikdə Google sıralamanı müəyyənləşdirmək üçün üç əsas amildən istifadə edir:
- Uyğunluq
- Məsafə
- Təqdimat
Uyğunluq. Bu, insanların axtardığı yerli bir firmanın axtardığına nə qədər uyğun olmasıdır. Müəssisənin axtarış aparanlara aid olması üçün əlindən gələni etdiyini təmin etmək üçün məlumatlarının hər tərəfli və dəqiq qeyd edildiyindən əmin olun.
Məsafə. Google yerli nəticələrinizi daha yaxşı təmin etmək üçün coğrafi məkanınızdan istifadə edir.
Təqdimat. Google faktiki olaraq fəaliyyət göstərən şirkətləri, müəssisələri mükafatlandırmağa çalışır. Bir işin oflayn üstünlüyünə əlavə olaraq Google yerli reytinqi müəyyənləşdirmək üçün bəzi onlayn amillərə baxır. Məsələn, yerli bazarda nə qədər populyar olması, orqanik tarfiki, aldığı müsbət geri dönüşlər kimi faktorlara önəm verir.
Bölüm 3
KEYWORD RESEARCH
Axtarış nəticələrində saytınızın necə görünəcəyini öyrəndiniz. İndi isə veb saytınızın məzmununda hansı açar sözləri hədəf alacağınızı və həm istifadəçiləri, həm də axtarış sistemlərini məmnun etmək üçün həmin məzmunu necə hazırlayacağınızı müəyyənləşdirək.
Açar söz araşdırması sizə hədəf kütlənizi, məzmununuzu, xidmətlərinizi və ya məhsullarınızı necə axtardıqlarını daha yaxşı başa düşməyinizə kömək edir. Açar sözlər tədqiqatı sizə suallara cavab verməyə kömək edəcək xüsusi axtarış məlumatları təqdim edir:
İnsanlar nə axtarır?
Neçə nəfər onu axtarır?
Bu məlumatı hansı formatda istəyirlər?
Açar sözlər axtarışında etməli olduqlarınız və s.
Axtarış sisteminin optimallaşdırılması ilə bir işin böyüməsinə kömək etməzdən əvvəl müştərilərin kim olduğunu və məqsədlərini başa düşməlisiniz. Açar söz araşdırması vaxt tələb edir və nə üçün sıralamaq istədiyinizi bildiyiniz zaman hər şey daha aydın olur.
Məsələn, Frankie & Jo's (glutensiz dondurma mağazası) rəhbəri SEO haqqında eşidib və orqanik axtarış nəticələrində daha ön sıralara çıxmağı planlayıb. Onlara kömək etmək üçün əvvəlcə müştəriləri tanımaq lazımdır. Bunu etmək üçün aşağıdakı kimi suallar verə bilərsiniz:
İnsanlar hansı növ dondurma, çərəzlər, qəlyanaltılar və s. axtarır?
Nə vaxt dondurma, qəlyanaltılar, çərəzlər axtarır?
Hansı sözlərdən istifadə edirlər?
Hansı suallar verirlər?
Mobil cihazlarda daha çox axtarış aparılırmı və s.
Bu sualları soruşmaq açar söz tədqiqatınıza rəhbərlik edəcək və daha yaxşı məzmun hazırlamağa kömək edəcək mühüm planlaşdırma addımdır.
Qeyd: Bütün veb saytların açar sözlər üçün sıralanmadığını qeyd etmək vacibdir. Bir çox veb saytın digər səhifələri ana səhifədən daha çox trafik alır, buna görə də hər bir səhifəniz üçün xüsusi açar sözlərdən istifadə etməyiniz vacibdir.
“Long tail” əhəmiyyəti
Ayaqqabı satışı ilə məşğul olan saytın "ayaqqabı" açar sözünə görə 1-ci yeri tutması çox yaxşı olardı, elə deyilmi? Ayda 50.000, hətta 5000 axtarış olan açar sözlərlə işləmək çox gözəldir, amma əslində bu populyar “long tail”lər internetdə edilən bütün axtarışların yalnız bir hissəsini təşkil edir. Əslində çox yüksək axtarış həcmi olan açar sözlər, hətta hədəf kütləniz olmayan insanları saytınıza gətirə bilər ki, bu da sizin üçün yaxşı olmaz.
Məsələn, istifadəçi pizzanın kalori dəyərini bilmək istəyir, yoxsa onlar sadəcə ailəsini aparacaq bir pizza restoranı axtarır? Öz məhsullarınızı bu şəkildə ümumi adlarla axtarışa çıxatmanız çox geniş və sizə geri dönüş etməyəcək minlərlə insanı hədəfləmək deməkdir. “Long tail” açar sözlərini gözardı etmək doğru deyil, çünki insanlar nəyisə almaq fikrində olanda daha spesifik yanaşırlar.
Fəsilə uyğun açar sözlər
Mövsümi tendensiyalar haqqında bilmək məzmun strategiyası təyin etmək baxımından faydalı ola bilər. Məsələn, yeni il hədiyyə qutularının noyabr-dekabr aylarında böyük gəlir gətirəcəyini bilsəniz, əvvəlcədən bu yöndə məzmunlar hazırlaya və onları düzgün açar sözlərlə insanlara tanıda bilərsiniz.
Əraziyə uyğun açar söz
Açar sözlər seçərkən təbii ki, yaşadığınız ölkə və ya şəhərin ehtiyaclarını nəzərə almalısınız. Bununla məhsullarınıza daha çox alıcı tapmaq şansınız var. Məsələn, Bakıda yük maşını üçün daşıma xidməti deyə axtarıldığı halda nəticələrdə Şamaxıda traktorla bağlı məlumatlar çıxması Şamaxıdakı traktor elanı və ya məlumatının olduğu sayt üçün mənfi haldır.
Hansı format axtarış üçün daha uyğundur?
"Google"un axtarış nəticələrini necə göstərməyi tamamilə insanların etdikləri sorğulardan asılıdır. Təbii ki, hər bir sorğu unikal olduğu üçün bu qaydalar da dəyişir. Minlərlə mümkün axtarış növləri mövcud olsa da, bunları beş əsas kateqoriyaya bölə bilərik:
1. Məlumat sorğuları. Məsələn, insanlar Bakı ərazisindəki ən hündür binanın adını öyrənmək istəyə bilərlər.
2. Naviqasiya sorğuları. İnsanlar internetdəki müəyyən bir yerə, məsələn, hər hansıda markanın “Facebook” səhifəsinə baxmaq istəyə bilərlər.
3. Əməliyyat sorğuları. Məsələn, təyyarə bileti almaq və ya mahnı dinləmək.
4. Kommersiya sorğuları. İnsanlar məhsulları müqayisə etmək və xüsusi ehtiyacları üçün ən yaxşısını tapmaq istəyə bilərlər.
5. Ərazi sorğuları. İnsanlar yaxınlıqdakı qəhvə mağazası, həkim və ya kitab mağazası yeri kimi bir çox ünvanla maraqlanmaq istəyə bilərlər.
Açar sözlər üçün isitfadə edə biləcəyiniz “tool”lar
Moz Keyword Explorer. Hər hansısa açar sözü Explorer-ə daxil edərək aylıq axtarış həcmi və SERP xüsusiyyətləri haqqında məlumatlar əldə edə bilərsiniz. Alət canlı klik axını məlumatlarını istifadə edərək dəqiq axtarış həcmi məlumatlarını çıxarır.
Həmçinin "Moz Keyword Explorer"in "Difficulty" dərəcələndirməsi açar söz seçimlərinizi azaltmağa kömək edə bilər. Bir açar sözün reytinqi nə qədər yüksəkdirsə, həmin açar sözlə sıralanmaq bir o qədər çətin olacaq.
Google Keyword Planner. Google AdWords Açar söz Planlayıcısı əvvəllər SEO açar söz araşdırması üçün ən çox yayılan tool idi.
Google Trends. "Google"un açar söz trend aləti mövsümi söz dəyişkənliyini tapmaq üçün effektivdir. Məsələn, "gülməli Halloween kostyum fikirləri" Halloween-dən bir neçə həftə əvvəl zirvəyə qalxan açar sözlər sırasındadı.
Answer The Public. Bu pulsuz vasitə adətən müəyyən bir söz ətrafında suallar axtarır.
SpyFu Keyword Research Tool. Sizi çox rəqabətcil açar sözlərlə təmin edəcəkdir.
Bölüm 4
On page SEO
Əvvəlki hissədə hədəf auditoriyanızın məzmununuzu necə axtardığını tapmaq üsullarını öyrəndik. İndi bu araşdırmanı tətbiq etmək vaxt gəldi. İndi isə açar söz tədqiqatlarınızı tətbiq etmək və izləmək üçün sadə bir plan quraq.
Açar sözlərinizi araşdırın və oxşar mövzuda olanları qruplaşdırın. Bu qruplar hər söz dəyişikliyi üçün fərdi səhifələr yaratmaq əvəzinə sizin səhifələriniz olacaq.
Əgər siz hələ bunu etməmisinizsə, məzmununuzun hansı növ və formatda olacağını müəyyən etmək üçün hər açar söz və ya açar söz qrupuna əsasən “SERP”də axtarış xüsusiyyyətini dəyərləndirin. Səhifələri sıralamaq üçün bəzi əsas qeydlər:
1. Daha çox şəkil, yoxsa video tiplidir?
2. Məzmun uzun, yoxsa qısa tiplidir?
3. Məzmun forması sxem, yoxsa paraqraf şəklindədir?
“On page SEO” səhifənizi insanların daha çox sevəcəyi bir sayta çevirə bilər. Ancaq köməkdən daha çox zərər verə biləcək aşağı dəyərli taktikaların tələsinə düşməyəcəyinizə əmin olun.
Uzaq durmanız lazım olan aşağı dəyərli taktikalar
- Eyni məzmunlu müxtəlif səhifələr.
Bir veb saytın fərqli mövzularda bənzərsiz səhifələrə sahib olması adi hal olsa da, biz çox vaxt köhnə məzmun strategiyası ilə qarşılaşa bilirik. Bu, xüsusi sorğular üçün 1-ci sırada yer almaq niyyəti ilə edilən mümkün olan hər açar söz üçün səhifə yaratmaqdır. Məsələn, avtomobil satışı edən saytınız varsa, 2020 avtomobilləri, yeni avtomobillər və bu kimi bir-birinə oxşar başlıqda səhifələr yarada bilərsiniz. Amma bu səhifələrdə məzmunlar hər zaman demək olar ki, eyni olur. Azərbaycan bazarı üçün fəailyyət göstərən bəzi saytlar çox zaman bu üsuldan istifadə etsə də, qeyd etməliyəm ki, bu, demək olar ki, yanlış üsuldur.
Sual yarana bilər ki, axı həmin səhifələr axtarış sıralamasında ön sıralarda yer alır. Necə ola bilər ki, bu yanlış üsul olsun?
Googgle sözlər arasındakı əlaqələri anlamaq baxımından hər zaman indiki kimi dəqiq olmayıb. Gələcək zamanda da indikindən daha da dəqiq olacaq. Amma mövcud duruma nəzərən deyə bilərəm ki, son illərə qədər Google üstdə qeyd edildiyi kimi 2020 avtomobilləri, yeni avtomobillər və buna bənzər səhifələrdə eyni məzmunun olmasını anlamırdısa, Panda alqoritması sayəsində bunu anlamağa başladı və zamanla daha da təkmilləşdirildi. Google Panda alqoritması sayəsində aşağı keyfiyyətli məzmuna sahib səhifələri daha tez aşkarladı və axtarış sıralamasından çıxartdı.
- Duplikat məzmun
Dublikat məzmun domenlər arasında və ya bir domenin birdən çox səhifəsi arasında paylaşılan məzmun növüdür. "Scraped content" isə daha aşağı dəyərli taktikadır. Bu, müxtəlif saytlardan icazəsiz şəkildə məzmunu götürüb sadəcə bir neçə dəyişiklikdən sonra saytda yerləşdirilməsi prosesindən ibarətdir.
- Avtomatik yaradılan məzmun
Aşağı keyfiyyətli məzmunun ən pis nümunələrindən biri avtomatik olaraq yaradılan və ya istifadəçiyə hər hansısa faydası olmayan məhz axtarış sıralamasını dəyişməsi üçün yaradılan kontentdir.
Avtomatik yaradılan məzmunu onun mənasının bəsitliyi ilə anlaya bilərsiniz. Onlar bir-biri ilə əlaqəsi olmayan texniki sözlərdən ibarət məzmunlardır.
Belə məzmunun əvəzinə nə edə bilərsiniz?
1. Səhifənizdə axtarış zamanı sıralanmasını istədiyiniz sözləri müəyyənləşdirin.
2. Bu açar sözlərin hansı səhifələrdə yüksək sıralandığını tapın.
3. Bu səhifələrin hansı keyfiyyətlərə sahib olduğunu aydınlaşdırın.
Məzmunda nə qədər sözün olmasına gəldikdə isə unutmaq lazım deyil ki, bu rəqəm məhz yazının nədən bəhs etdiyindən asılıdır. Bəzən bu rəqəm 1000 sözdən çox olanda, bəzi hallarda 300 sözdən az olur.
Qeyd edilənlərdən əlavə bilməli və tətbiq etməli olduğunuz bir neçə taktikalar var.
- Yerli və beynəlxalq SEO
Unutmayaq ki, heç də bütün müəssisələr yerli səviyyədə fəaliyyət göstərmir və bu səbəbdən sadəcə “Yerli SEO” ilə kifayətlənə bilməzlər. Bəzi şirkətlər fəaliyyət göstərdikləri ölkə xaricindəki müştəriləri hədəfləyirlər. Məsələn, Amazon, Aliexpress, Hepsi Burada kimi fəaliyyət göstərən satış platformalarını misal göstərmək olar. Bu saytlar beynəlxalq bazarda da fəaliyyət göstərdikləri üçün SEO strateqiyaları da bu yöndə qurulub. Amma yalnız Azərbaycanda fəaliyyət göstərən onlayn satışla məşğul olan saytın SEO strateqiyasında beynəlxalq müştərilər hədəflənməməlidir. Buna ehtiyacın olub olmadığını bilmək üçün isə daha öncə saytı dorğu analiz etmək, məhsul və xidmətinizin hansı səviyyədə olduğunu ölçmək, gələcək planları nəzərə almaq lazımdır. Bütün bunları nəzərə alaraq saytınızı yerli və ya beynəlxalq səviyyədə təkmilləşdirin.
- Şəkil optimizasiyası
Şəkillər veb səhifənin gec yüklənməsinin ən əsas səbəblərindəndir. Bunu həll etməyin ən yaxşı yolu isə şəkillərin həcmini azaltmaqdır. Hər hansısa şəkli saytınız üçün uyğun formata sala biləcəyiniz Optimizilla və ImageOptim platformalarını qeyd edə bilərəm. Bu iki sayt vasitəsilə istifadə edəcəyiniz şəkli saytınız üçün uyğun hala gətirə bilərsiniz.
- Başlıq etiketləri
Bir səhifənin başlıq etiketi müəyyən bir veb səhifənin başlığını təyin edən “HTML” elementidir və bu şəkildə görünür:
Veb saytınızdakı hər səhifədə unikal başlıq etiketi olmalıdır. Başlıq etiket hissəsində daxil etdiyiniz məlumatlar axtarış nəticələrində göstəriləcək, lakin bəzi hallarda Google başlıq etiketinizin axtarış nəticələrində necə görünəcəyini özü tənzimləyə bilər. Başlıq etiketiniz insanların veb saytınızdakı ilk təəssüratında böyük rol oynayır və SERP-dəki digər nəticələr üzərində axtarış aparanları səhifənizə çəkməsi üçün olduqca təsirli bir vasitədir. Başlıq etiketiniz nə qədər cəlbedici olsa, saytınıza bir o qədər çox ziyarətçi cəlb edə bilərsiniz.
- Açar sözlərin istifadəsi
Başlıqlarda açar sözünüzün olması həm istifadəçilərə, həm də axtarış sistemlərinə səhifənizin nə haqqında olduğunu başa düşməyə kömək edir. Həmçinin açar sözləriniz başlıq etiketinin ön tərəfinə nə qədər yaxın olsa, bir istifadəçinin onları oxuması ehtimalı bir o qədər çoxalır.
Uzunluq. Orta hesabla axtarış sistemləri axtarış nəticələrində başlıq etiketinin ilk 50-60 simvolunu (~ 512 piksel) göstərir. Başlıq etiketiniz SERP-də icazə verilən simvolları aşarsa, başlığın kəsildiyi yerdə bir ellips "..." görünür.
Brendləşdirmə: Məsələn, Moz öz saytında başlıq etiketlərini marka adı ilə qeyd etməyi sevir, çünki marka şüurunu təbliğ edir və Moz ilə tanış olan insanlar arasında daha yüksək klik dərəcəsi əldə edir. Bəzən markanızı başlıq etiketinin başında, məsələn, ana səhifənizdə yerləşdirməyin faydası ola bilər.
- HTTP, yoxsa HTTPS
Bir protokol domen adınızdan əvvəl "http" və ya "https" yazılması saytınıza ciddi təsir göstərə bilər. Google bütün veb saytların etibarlı bir protokol almasını tövsiyə edir ("https"-dəki "s" "etibarlı" deməkdir). URL-lərinizin http: // əvəzinə https: // protokolundan istifadə etdiyinə əmin olmaq üçün SSL (Secure Sockets Layer) sertifikatı almalısınız. SSL sertifikatları məlumatları şifrələmək üçün istifadə olunur. Veb server və axtarış brauzeri arasında ötürülən hər hansı bir məlumatın gizli qalmasını təmin edir. 2018-ci ilin iyul ayından etibarən Google bütün HTTP saytları üçün insanlara saytınızın güvənilir olmadığını göstərir və bu da insanların saytı tərk etməsinə səbəb ola bilər.
Bölüm 5
Texniki SEO
Veb saytlar necə işləyir?
Veb saytlar haqqında bilmək SEO mütəxəssilərinə bir neçə səbəbə görə vacibdir:
1. Bu proses səhifənin yükləmə müddətinə təsir göstərə bilər və sürət yalnız saytınızdakı istifadəçilərin saxlanması baxımından vacib deyil, eyni zamanda “Google”un sıralanma amillərindən biridir.
2. Google JavaScript kimi müəyyən mənbələri "ikinci mərhələ" olaraq saxlayır. Əvvəlcə JavaScript olmadan səhifə incələnir (bu proses bir neçə həftə davam edir), daha sonra isə JavaScript yaradılır. Bu isə o deməkdir ki, JavaScript elementləri ilk mərhələdə indekslənməyə bilər.
Bir veb sayta daxil olmaq üçün birinci onu qurmaq lazımdır. Daha sonrakı isə qurulan sayt serverdən brauzerə ötürülür. Bütün proses aşağıdakı kimidir:
1. Domen adı almaq. Bunun üçün bir çox saytlar fəaliyyət göstərir. Həmin saytlara daxil olaraq saytınıza uyğun adı seçib əldə edə bilərsiniz.
2. Domen adınızın İP adres ilə əlaqləndirilməsi. İnternet “DNS” olmadan sizin sayt adınızı məsələn, bedigital.az kimi adları sayt adı olduğunu anlamır. Bunun üçün İnternet Protokolu (IP) ünvanı adlanan bir sıra nömrələrdən istifadə edilir (məsələn: 127.0.0.1). Lakin bedigital.az kimi adlardan istifadə etmək daha məntiqlidir, çünki bu insanların yadda saxlamalarını asanlaşdırır. İnsan tərəfindən oxunulması asan olan adları robotlar tərəfindən oxunan nömrələrlə əlaqələndirmək üçün “DNS” istifadə etməlisiniz.
1. Brauzer sorğu göndərir. Bir veb səhifə brauzerə domen adını IP adresinə çevirmək üçün “DNS” axtarış istəyi göndərir. Brauzer veb səhifənizin qurulduğu HTML, CSS və ya JavaScript kimi hər hansı bir serverə sorğu göndərir.
2. Server resursları göndərir. Server veb sayt üçün gələn sorğuları topladıqdan sonra onları toplu şəkildə axtarış brauzerlərinə göndərir.
- Brauzer veb səhifələri yığır. Brauzer indi resursları serverdən aldı, amma yenə də hamısını bir yerə yığmalı və veb səhifəni göstərməlidir ki, istifadəçi brauzerində görə bilsin. Brauzer bütün veb səhifələri “Document Object Model” (DOM) şəklində yığır. “DOM” axtarış zamanı bir veb səhifədə sağ düyməni kliklədiyinizdə və ya "ispect element” edərkən görə biləcəyiniz məlumatlardır. Bütün bunlardan sonra veb saytınız indi kod olaraq yox, brauzerdə görünə bilən bir səhifəyə çevriləcək.
Bir veb səhifələrin qurulmasında ən çox istifadə olunan proqramlaşdırma dilləri bunlardır:
HTML – saytın başıqları (məzmun).
HTML hipertekst işarələmə dilinə aiddir və proqramlaşdırma dili hesab olunmasa da, veb saytın onurğası rolunu oynayır. Başlıqlar, paraqraflar, siyahılar və məzmun kimi elementlər hamısı “HTML”də öz əksini tapır.
CSS – saytın necə görünməsini tənzimləyir (rəng və fontlar və s.).
CSS cascading style sheets deməkdir və veb səhifələrin müəyyən şriftlər, rənglər və sxemləri üzrə qurulmasına xidmət edir. HTML sadəcə məzmun yaradırdı, onun formasına isə heç bir təsiri yox idi. Buna görə də CSS oyuna daxil olanda bu bir növ yenilik idi. Artıq manual olaraq səhifələrin görüntüsündə hər hansı bir düzəlişə ehtiyac qalmırdı. Bu özəllik xüsusən böyük veb saytları üçün əsl tapıntı rolunu oynayırdı.
JavaScript – sürəti tənzimləyir (dinamik və ya interaktiv)
İnternetin ilk günlərində veb səhifələr HTML ilə quruldu. CSS ilə isə bir az daha təkminləşdi. Ancaq proqramlaşdırma dili olan JavaScript yarandıqdan sonra saytlar indi həm də dinamik olmalı idilər. JavaScript standart olmayan veb səhifə yaratmaq üçün bir çox imkanlar açdı. Çünki JavaScript bir saytda demək olar ki, hər şeyi edə bilər. Məsələn, “pop-up” yarada bilər və ya səhifənizdə görüntüləmək üçün reklam istəkləri edə bilər.
Təbii ki, daha sonra müxtəlif proqramlaşdırma dilləri vasitəsilə sayt daha professional vəziyyətə gətirilir. Amma ilkin mərhələ HTML, CSS və Javascript kodlarından keçir.
“SEO”da Müştəri tərəfi və Server tərəfi yaratma
JavaScript SEO üçün bir sıra problemlər də yarada bilər. Çünki axtarış sistemləri “JavaScript”i ziyarətçilərin gördüyü şəkildə görmürlər. Bunun səbəbi müştəri tərəfi və server tərəfinin ayrı olmasıdır. Link və mətnlər kimi əksər səhifə elementləri HTML əvəzinə “JavaScript”də yerinə yetirilir. Bu da o deməkdir ki, ən azından başlanğıcda bu yol ilə yüklənən faylar axtarış sistemləri tərəfindən görünə bilməz.
Google deyir ki, “Googlebot”un JavaScript sənədlərinizi crawl etməsinə mane olmadıqda səhifəniz cəzalanmayacaq. Əsas məsələ ondan ibarətdir ki, Googlebot istifadəçinin gördüyü kimi saytınızı görsün.
Axtarış sistemləri veb saytları necə başa düşür?
Tort hazırlamaq haqqında 10.000 kəlmədən ibarət məqaləni incləyən bir axtarış sistemi olduğunuzu düşünün. Bir tort bişirmək üçün lazım olan resepti, inqriyedentləri və ya addımlarını necə izah edərdiniz? Daha çox xüsusi təsnifatı olan axtarış sistemləri üçün səhifənizdə hansı məlumatların olmasına imkan verərdiniz? “Googlebot”ların müəyyən bir məzmunun nə olduğunu başa düşməsinə kömək etmək üçün “schema”lardan istifadə məsləhət görülür. Bununla da siz SERP-lərdə saytınıza yaxşı təsir edəcək “rich snippet”lər yarada bilərsiniz.
Bunlara ən çox oxunan xəbərlər, xüsusi yazılar və bu kimi başlıqlı yazılar daxildir.
Məzmun filtri və məzmun cəzaları arasındakı fərq
Yenilənən məzmun cəzası deyə anlayış yoxdur. Bununla birlikdə, yenilənən məzmununuza rel = "canonical" etiketindən istifadə edərək dublikat məzmunun indeksləşdirmə problemlərinin yaranmasına mane olmağa çalışmalısınız. Bir səhifənin nüsxələri mövcud olduqda Google bir standart seçir və başqalarını axtarış nəticələrindən kənarlaşdırır. Bu, cəzalandırıldığınızı bildirmir. Bu, “Google”un məzmunun yalnız bir versiyasını göstərmək istəməsi deməkdir.
Mobil ziyarətlər üçün saytın optimizasiya olunması
Bu gün bütün veb trafikin yarısından çoxu mobil cihazlardan gəldiyindən veb saytınızın mobil ziyarətçilər üçün əlçatan və asanlıqla daxil oluna bilən olması çox önəmlidir. 2015-ci ilin aprel ayında Google mobilə uyğun olmayan səhifələri təyin edəcək bir alqoritm yaratdı.
Responsiv Dizayn/UX
Responsiv dizayn dedikdə saytda ziyarətçilərin bütün istəklərinə cavab verə bilən rahat funksiya nəzərdə tutulur. Veb səhifənizi mobil cihazlara uyğun şəkildə etmək üçün CSS-dən istifadə edə bilərsiniz. Bu, idealdır, çünki ziyarətçilər səhifələrinizdəki məzmuna baxmaq və ya nəyisə tapmaq üçün iki dəfə klikləmək məcburiyyətində qalmayacaqlar. Veb səhifələrinizin responsiv dizayna uyğun olub olmadığına əmin deyilsinizsə, yoxlamaq üçün “Google”un mobil dostu testindən istifadə edə bilərsiniz.
AMP
AMP(Accelerated Mobile Pages) məzmununuzu daha sürətli şəkildə mobil istifadəçilərə çatdırmağa xidmət edir. AMP məzmunu öz serverlərindən götürür, orijinal saytdan deyil. Ona görə də proses daha sürətli olur.
Geniş auditoriya üçün saytınızı təkminləşdirin
Bir çox ölkədən olan auditoriyanı hədəf alan veb saytlar ən uyğun təcrübələrə xidmət etmək üçün beynəlxalq SEO təcrübələri ilə tanış olmalıdırlar. Bu optimallaşdırmadan başqa ölkələrdən olan insanlar saytınızın onlara uyğun olan versiyasını tapmaqda çətinlik çəkə bilər. Bir veb saytın beyxəlxalq sayt olması üçün iki əsas yol var:
- Dil
Müxtəlif dillərdə danışan insanları hədəf alan saytlar çoxdilli veb saytlar hesab olunur. Bu saytlarda səhifənizin başqa bir dil nüsxəsinin olduğunu göstərmək üçün “hreflang” etiketi əlavə edilməlidir.
- Ölkə
Müxtəlif ölkədəki auditoriyaları hədəf alan saytlara isə regional veb saytlar deyilir və həmin ölkələr üçün asan təyin oluna biləcək URL qurluşu seçməlidirlər. Məsələn, bu, Kanada üçün “ca” ola bilər.
Bölüm6
Link yaratmaq
Bağlantı nədir?
Backlink və ya xarici bağlantılar olaraq da bilinən giriş bağlantıları, bir veb saytdan digərinə işarə edən “HTML hiperlink”lərdir. Təsəvvür edin ki, tətilə getdiyiniz bir ölkədə bir-birini tanımayan üç nəfərdən şəhərdəki ən yaxşı restoranı soruşursunuz və üçü də eyni cavabı verir. İnternet üzərində bu işi linklər həyata keçirir. 1990-cı ildən bəri backlink-lər saytın ön sıralarda olması üçün ən vacib faktorlardandır. Əgər siz saytınızda orqanik şəkildə backlink alsanız, təbii ki, bu, Google tərəfindən müsbət qarşılanacaq. Bu isə alqoritmlər vasitəsilə dəyərləndirilir.
“E-A-T”
Google Axtarış keyfiyyəti Riyazı Təlimatları E-A-T anlayışına böyük əhəmiyyət verir. Saytınızı hansı yollarla böyütməyə çalışmağınız Google üçün böyük əhəmiyyət kəsb edir. E-A-T axtarış sistemləri inkişaf etdikcə daha çox əhəmiyyət kəsb edir. Nüfuzlu və etibarlı sayılan bir sayt yaratmaq SEO tətbiq edərkən rəhbər işığınız olmalıdır. Axtarış aparanlara böyük dəyər vermək “Google”un da əməl etdiyi ilk prinsipdir.
Dofollow və Nofollow linklər
Nofollow linklər adından da məlum olduğu kimi axtarış sistemlərinə linki izləməməsini deyir. Ancaq yenə də bəzən axtarış sistemləri yeni saytlar kəşf etmək üçün həmin linkləri izləyə bilər, lakin bu linklər saytınıza heç bir ziyan vura bilməz. Nofollow linklər o halda yaxşıdır ki, məsələn, backlink almaq haqqında bir yazı yazırsınız və bu zaman daha aydın olsun deyə verəcəyiniz nümunədəki saytın linkini “Google”a etibar etmədiyinizi deyərək qeyd edirsiniz.
Standart link (I love bedigitsl)
Nofollow link(I love bedigital)
Hər hansı bir sayta Dofollow link verdikdə və ya aldıqda isə həmin saytın keyfiyyətli və faydalı məhsul və ya informasiya paylaşdığına zamin olursunuz. Buna görə də hər nə qədər dofollow linklər daha faydalı hesab olunsa da, bu linklərdən istifadə zamanı diqqətli olmaq və düzgün seçim etmək lazımdır.
Keyfiyyətli link xüsusiyyətləri nələrdir?
İnsanlar əlaqələrin gücü barədə öyrənməyə başladıqda onların xeyrinə manipulyasiya etməyə başladılar. Bu təhlükəli taktikalar bəzən işləsə də, “Google”un xidmət şərtlərinə qarşıdırlar və veb saytları ləğv edilə bilərlər. Həmişə backlink profilini qorumağa çalışmalısınız. Düzgün strategiya ilə əldə edilən backlinklər axtarış sistemlərinə bağlantılarınızı və nüfuzunuzu ədalətlə qazandığınızı göstərir.
Linklər oxşar, yoxsa fərqli saytlardan olmalıdır?
Təbii ki, öz saytınıza uyğun hər hansı saytdan link almağınız saytınıza olan etibarlılıq dərəcəsini çoxaltmağa kömək edir. Təsəvvür edin ki, saytınız ev heyvanları ilə bağlıdır və bu halda heyvanlarla bağlı hər hansısa dərnəkdən link almağınız yazılarınızın və saytda paylaşdığınız informasiyaların daha inandırıcı olmasına kömək edəcək.
“Anchor text”lər spam olmadan açıqlayıcı ola bilər?
Anchor text “Google”a səhifənizin mövzusunun nə olduğunu izah etməyə kömək edir. Əgər onlarla bağlantı müxtəlif söz və ifadələrlə bir sayta işarə edirsə, təbii ki, bu saytın üst sıralarda sıralanma ehtimalı daha yüksəkdir.
Ancaq ehtiyatlı olmalısınız! Eyni anchor text ilə çox sayda keçid axtarış sistemlərini aldatmağa çalışmağınız kimi başa düşülə bilər.
Purchased links
Google və Bing orqanik axtarış nəticələrindəki pulla alınan əlaqələrin təsirini endirməyə çalışırlar. Bir axtarış sistemi hansı bağlantıların pulla alındığını dəqiq bilməsə də, istifadə etdiyi bəzi gizli yollar var. Alınan və ya satılan linkdən istifədə edən veb saytların sıralanmaları ciddi şəkildə aşağı düşürür. Yeri gəlmişkən, onu da qeyd edim ki, məhsul və ya xidmətin mübadilə edilməsi də ödəniş formasıdır və bağlantı satın almağa uyğun gəlir.
Link exchanges / reciprocal linking
Heç bir tanışlığınız olmayan birindən link dəyişimi ilə bağlı mail almısınızsa, bu haqda düşünməyiniz yaxşı olar. “Google's quality guidelines”a görə bu link dəyişimi prosesi həddindən artıq olduqda spam olaraq qəbul edilir, amma öz saytınıza uyğun bir saytla belə əlaqələr qurmağınız Google tərəfindən heç də pis qəbul olunmur.
Low-quality directory links
Bəzi saytlar müxtəlif dərəcələrdə müvəffəqiyyət əldə etmək üçün çox sayda ödəmə üsulları ilə aşağı keyfiyyətli linklər satın alırlar. Bu tip saytlar çox oxşar görünməyə meyllidirlər. Unutmayın ki, axtarış sistemləri bu cür üsullarla mübarizə üçün hər keçən gün inkişaf edib və yeni yollar yaradırlar. Buna görə də, hər nə qədər asan görünsə də, bu üsullardan uzaq durmağınız məsləhət görülür.
Yüksək keyfiyyətli link bağlantısı necə qurmaq olar?
- Müştəri və tərəfdaş əlaqələrini tapın.
Mütəmadi işlədiyiniz tərəfdaşlarınız və ya markanızı sevən sadiq müştəriləriniz varsa, onlardan asanlıqla bağlantılar əldə edə bilərsiniz.
- Bloq yazın.
Bu məzmun və bağlantı qurma strategiyası o qədər populyar və dəyərlidir ki, Google axtarış sistemləri tərəfindən şəxsən tövsiyə olunan üsullardan biridir. Bloqlar ardıcıl olaraq təzə məlumatlar vermək, yeni insanlarla tanış olmaq və link qazanmaq üçün unikal qabiliyyətə malikdir.
- Unikal qaynaqlar yaradın
Unikal, yüksək keyfiyyətli qaynaqlar yaratmaq asan məsələ deyil, ancaq səy göstərməyə dəyər. Düzgün şəkildə təbliğ olunan yüksək keyfiyyətli məzmun geniş şəkildə paylaşıla bilər. Aşağıdakı əlamətlərə sahib olan fikirlərin yaradılmasına kömək edə bilər:
- Güclü duyğular yaratmağa çalışın (sevinc, kədər və s.);
- Yeni bir şey və ya heç olmasa, yeni bir şəkildə düşünməyə sövq etdirin;
- Ehtiyac və ya maraq hissi yaradın;
- Saytınızı vizual olaraq fərqli edin.
Bölüm 7
SEO performansı izləmə
Deyirlər ki, bir şeyi ölçə bilirsənsə, onu düzəldə bilərsən. SEO da fərqli deyil. Peşəkar mütəxəssislər SEO dəyərini ölçmək üçün sırlamadan və geri dönüşümdən itirilmiş əlaqələrə qədər hər detalı incələyirlər.
Hədəfləməli olduğunuz meyarlar:
- Measuring(ölçmə)
Əsas hədəfinizi təyin etdikdən sonra saytınızda sonrakı məqsədlərinizə çatmaq üçün hansı əlavələrin kömək edə biləcəyini qiymətləndirin. Əlavə meyarları ölçmək mövcud saytın inkişafına təkan olacaqdır.
- Engagement metrics
İnsanlar saytınıza daxil olduqdan sonra necə davranırlar? “Engagement metrics”in cavab axtardığı sual budur. İnsanların məzmununuzla necə əlaqəli olduğunu ölçmək üçün fikir verməli olduğunuz məqamlar:
- Conversion rate
Saytınıza geri dönüşümlər haqqında məlumatlı olmaq üçün səhifədə olan hər bir detala fikir verməlisiniz. E-poçtla qeydiyyatdan keçmə, yeni hesab yaratma saytınız trafikinə təsir edəcək amillərdəndir.
- Time on page
İnsanlar səhifənizdə nə qədər vaxt keçirirlər? Ziyarətçilərin ortalama 10 saniyə xərclədikləri 2000 sözlü blog yazınız varsa, bu məzmunun oxunulma ehtimalı azdır (əgər onlar sürətli oxucu deyillərsə J ). Ancaq hansı səhifə olmasına da fikir verməlisiniz. Məsələn, "Bizimlə əlaqə" səhifələrində səhifədə vaxt keçirmə üçün orta vaxtın az olması normaldır.
- Bounce rate
"Bounce rate" bir ziyarətçinin səhifəni ziyarət etdiyini və saytınıza baxmadan ayrıldığını göstərir. Bir çox insanlar bu faktorun veb sayt keyfiyyətini aşağı saldığını düşündüyü üçün nəticəni endirməyə çalışırlar, lakin bu, bizə bir istifadəçinin təcrübəsi haqqında çox az məlumat verir. Yenidən tərtib edilmiş restoran veb saytlarında həmişəkindən daha yaxşı olan “bounce rate”in artması hallarını görürük. Halbuki insanların sadəcə iş saatları, menyu və ya ünvana baxmaq üçün saytı ziyarət edə bilərlər. Buna görə də saytın keyfiyyətini ölçmək üçün daha yaxşı bir üsul düşünməlisiniz.
- Search traffic
Reytinq dəyərli SEO metrikidir, ancaq saytınızın orqanik trafikinizi ölçmək heç vaxt standart ola bilməz. “Google”da indeksləndiyiniz halda heç bir trafik almırsınızsa, saytınızın bir problemi var deməkdir. Ancaq saytınızın axtarışdan nə qədər trafik əldə etdiyini necə müəyyənləşdirə bilərsiniz? Bunun ən dəqiq yollarından biri “Google Analytics”dir.
- Veb saytın vəziyyətini analiz edin
Veb saytınızın müəyyən tərəflərini - axtarışdakı hazırkı mövqeyi, axtarış sistemlərinin onunla necə əlaqəli olduğunu, necə işlədiyini, məzmunun keyfiyyətini, ümumi quruluşunu və s. məlumatları haqqında tam anlayışa sahib olsanız, daha yaxşı bir nəticə əldə edə bilərsiniz. Axtarış sistemlərinin öz vasitələrindən istifadə imkanları problemləri üzə çıxarmağa kömək edə bilər:
Google Search Consule. GSC hesabınıza daxil olun və veb saytlarınızı təsdiqləyin. GSC veb sayt səhvlərini, imkanlarını və istifadəçi geri dönüşlərini aşkarlamaq üçün istifadə edə biləcəyiniz yararlı hesabatlarla doludur.
Bing Webmaster Tools. Bing Webmaster toll GSC ilə oxşar funksiyaya malikdir. Saytınızın “Bing”də necə işlədiyini və inkişaf imkanlarını göstərir.
Lighthouse Audit. Veb saytın fəaliyyətini, əlçatanlığını, veb tətbiqetmələri və daha çoxunu ölçmək üçün “Google”un avtomatlaşdırılmış vasitəsidir. Bu məlumatlar bir veb saytın necə işlədiyi anlayışını inkişaf etdirir. Burada bir veb sayt üçün müəyyən bir sürət və əlçatanlıq haqqında məlumat əldə edə bilərsiniz.
PageSpeed Insights. Lighthouse və Google Chrome istifadəçi təcrübəsi hesabatı məlumatlarını istifadə edərək sizi veb saytınız performans ilə təmin edir.
Structured Data Testing Tool. Bir veb saytın düzgün bir şəkildə schema markup istifadə edib-etməməsini müəyyənləşdirir.
Mobile-Friendly Test. Bir istifadəçinin veb saytınıza mobil cihazda asanlıqla daxil ola biləcəyi haqqında məlumat verir.
Tools for Web Developers and SEO. Google tez-tez veb developer və SEO-lar üçün yeni alətlər təqdim edir. Buradan hər hansı yeniliklə bağlı xəbərdar ola bilərsiniz.
- SEO düzəlişlərinə önəm verin
SEO-da diqqət etməli olduğunuz yüzlərlə məqam olsa da, onları aktuallıq və saytınıza təsirinə görə sıralamağınızı məsləhət görürük.
SEO planlaması və icrası
Müvəffəqiyyətinizin çox hissəsi SEO tapşırıqlarınızı səmərəli tərtib etməkdən və planlaşdırmağınızdan asılıdır. “Google Sheets” kimi pulsuz alətlər SEO strategiyanızı planlaşdırmağınıza kömək edə bilər.
İnkişafınızı yuxarıda göstərilən ölçülər vasitəsilə ölçmək effektivliyinizi izləməyə kömək edəcək və hər hansı bir problemlə üzləşdikdə SEO səylərinizi doğru yönə yönəltməyə imkan verəcəkdir.