Ən Çox İstifadə Olunan "Monetization Methods”

Ən Çox İstifadə Olunan "Monetization Methods”

SEO-da “Monetization Methods” axtarış motorunun optimizasiyası ilə əlaqəli gəlir əldə edilmə üsuludur. Bura veb-sayt və rəqəmsal məzmundan istifadə edib düzgün SEO strategiyası ilə axtarış motorlarında yaxşı yer tutmaq və bundan gəlir əldə etmək daxildir.

 

Başqa sözlə desək, SEO optimallaşdırılması ilə veb saytlar məzmunlarını daha geniş auditoriyaya çatdırmaq və bu artan trafikdən gəlir əldə etmək üçün müxtəlif üsullardan istifadə edə bilər. Bu üsullara reklam gəliri, ortaq reklamlar, ödənişli məzmun və abunələr, məhsul satışı, sponsorluq və s. bu kimi müxtəlif gəlir mənbələri daxil ola bilər. 

 

Bu üsullardan adətən veb-saytın gəlirini artırmaq və biznes modeli yaratmaq üçün istifadə edirik. 

 

Tutaq ki, veb-saytımızı SEO-ya uyğun optimallaşdırmışıq və bu səbəbdən də axtarış zamanı bizim saytımız ön sıralarda çıxır. Bu zaman biz veb-saytı “Google AdS” kimi reklam platformalarından qeydiyyatdan keçirə və saytın müəyyən bloklarına reklam yerləşdirməklə hər klik başına gəlir əldə edə bilərik. 

 

Bu nümunə saytdan gəlir əldə etmə üsullarından birinə aiddir, bu yazımda sizə hansı üsullarla gəlir əldə etmək olar onlar haqqında ətraflı məlumat verəcəyəm.

 

Əsas “Monetization Method”larından bəziləri

 

Reklamdan gəlir

 

Reklam gəliri veb-saytın trafikindən gəlir əldə etməyin ən ümumi yollarından biridir. Bu üsulla veb-saytımızın müəyyən hissəsində reklam blokları yerləşdiririk və daha sonra bu bloklarda başqa saytlar öz reklamlarını yerləşdirir. Bizim saytımıza daxil olan istifadəçilər həmin reklamı görür və bu reklamlardan klik başına ödəmə (PPC) və ya baxış başına ödəmə (CPM) kimi tarifin hər hansısa birinə əsasən gəlir əldə edirik.  

 

Bu reklam bölmələrini adətən veb-saytın yan panellərində və ya bloqlar olan hissəyə yerləşdirmək daha çox gəlir əldə etməyə kömək edir.

 

“Affiliate marketing”

 

"Affiliate marketing" bir veb-saytın məhsul və ya xidmətlərini tanıtmaq üçün digər veb-sayta pul ödəməsi deməkdir. Bu gəlir üsulu aşağıdakı etaplardan sonra gəlir gətirir:

 

  • Başlanğıc. Əvvəlcə veb-saytın məhsul və ya xidmətlərini tanıtmaq üçün “affiliate” proqrama başladırıq. Bu proqram potensial müştərilərə çıxışı təmin etməklə satışları artırmaq və brend şüuru yaratmaq məqsədi daşıyır.
  • İştirak. “Affiliate” marketinqdə “opt-in” reklam yayımlayacaq saytların proqrama qoşulmaq üçün müraciət etdiyi prosesdir. Onların iştirakları təsdiqləndikdən sonra hər biri unikal loyallıq linki və ya izləmə kodu alır.
  • Təqdimat. Reklam yerləşdiriləcək veb-saytlarda, bloqlarda, sosial media hesablarında və ya digər rəqəmsal platformalarda əldə etdikləri xüsusi keçidlərdən və ya izləmə kodlarından istifadə edərək məhsul və ya xidmətləri tanıdırıq. Təqdimat keyfiyyətli məzmun, rəylər, sosial media paylaşımı və ya e-poçt marketinqi də daxil olmaqla müxtəlif üsullarla baş verə bilər.

 

Daha sadə desək, tutaq ki, bizim kitablarla bağlı məlumatlar yayımladığımız, əsərlərin təhlillərini bloq mətn kimi paylaşdığımız veb-saytımız var və bizim bloqda olan kitabların Amazonda satışı mövcud olur. 

 

Bu zaman biz həmin bloqdan gəlir əldə etmək istəyiriksə, Amazonun “affiliate” proqramına qoşulmaq ümün müraciət edirik və müraciətimiz qəbul edildikdən sonra bizə “affiliate” linki verilir ki, onu bloqlarımızda istifadə edək.

 

Daha saha sonra, saytımızda hansısa bloqu yayımlayarkən, məsələn, "Ən yaxşı elmi fantastika romanları" adlı bloq yayımladıqda həmin romanların hər birini Amazonun linkinə əlavə edib bloqumuza daxil edirik. Bu zaman istifadəçi bloqu oxuduqda linki görür, ona keçid edib Amazondan həmin kitablardan birini, ya bir neçəsini alır. Amazonun bizim linkdən satdığı kitablardan isə biz komissiya alırıq.

 

Ödənişli məzmun və abunəliklər

 

Ödənişli məzmun və abunə modellərində istifadəçilərdən müəyyən məzmun və ya xidmətlərə daxil olmaq üçün ödəniş tələb edilir. Bu üsulla biz maraqlı və fərqli məzmun təklif edərək bu abunəliklərdən gəlir əldə edirik.

 

Belə ki, idmanla bağlı veb-saytımız varsa, biz istifadəçilərə premium üzvlük təklif edə bilərik ki, saytımızda olan lazımlı və vacib idmanla əlaqəli kontentləri müəyyən ödəniş qarşılığında əldə etsinlər. 

 

Məhsul satışı

 

Bu gəlir üsulu adından da göründüyü kimi veb-saytda hansısa məhsul və ya xidmətin satışından əldə edilən gəlirdir. 

 

Məsələn, dizaynların hazırlanması xidməti verən veb-saytda hazır şablon dizaynların satılmasını, yaxud da məhsulların satışı olan veb-saytda satılan məhsullardan gələn gəliri bura aid etmək olar.

 

Sponsorluq və tərəfdaşlıqlar

 

Sponsorluq və tərəfdaşlıq biznes və ya brendin müəyyən bir məzmunun təbliği müqabilində ödəniş və ya qarşılıqlı razılaşma həyata keçirilməsidir. Bu tərəfdaşlıqlar adətən ya bir dəfəlik ödəniş, yaxud da satış sayın ödəniş hesabına gəlir qazandırır. 

 

Sponsorluqlar veb-sayt üçün konkret məzmunu dəstəkləmək və saytın görünürlülüyünü artırmaq üçün edilsə də də, tərəfdaşlıqlar adətən konkret məhsul və ya xidmətin daha çox satışını nəzərdə tutur.

 

Yəni, səyahətlə bağlı bloqlar yayımladığımız veb-saytda hər hansısa bir otellə sponsorluq müqaviləmiz ola bilər ki, biz həmin müqavilə çərçivəsində öz bloqumuzda otel haqqında məlumatlar paylaşa və ya istifadəçilərə həmin oteldə istifadə etmələri üçün endirim kodları verə bilərik. Bu, əməkdaşlıq etdiyimiz otelin brend şüurunu artırmaq və yeni müştəriləri cəlb etmək üçün marketinq strategiyalarından biri olur.

 

Eyni zamanda yemək resepləri paylaşdığımız saytda hər hansı şirkətlə tərəfdaşlıq müqaviləsi bağlayaraq, reseplərimizdə həmin şirkətin məhsullarına yer verə bilərik. Nəticədə həmin məhsulların satışından biz də müəyyən komissiya alaraq gəlir əldə edirik, həmin şirkətsə məhsullarının daha çox tanınmasını əldə edir və potensial müştəriləri artır. 

 

Konsultasiya və təlim

 

Veb-sayt aid olduğu sektorla bağlı konsultasiya və təlim xidmətləri göstərməklə gəlir əldə edə bilər. Bura istər onlayn görüşlər, vebinarlar, istərsə də şəxsi kouçinq kimi xidmətlərin ödəniş qarşılığı təqdim edilməsi daxildir. 

 

Məsələn, dijital marketinq mütəxəssisi öz veb-saytında marketinqlə bağlı maraqlı məlumatlar paylaşmaqla bərabər, dijital marketinq, SMM kimi sahələrdə təlimlər və dərslər təşkil edib gəlir əldə edə bilər. 

 

Qeyd edim ki, yuxarıda yazdıqlarım “Monetization Methods”dan bir neçəsidir və hər səhifənin məzmunundan aslı olaraq bir birindən fərqli və geniş seçimləri olan monetizasiya metodları var. 

Muzaffar Garakhanli

Digər yazılar

SEO İnkişafında Java API-lərin Təsirləri

SEO İnkişafında Java API-lərin Təsirləri

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

Daha Unikal Axtarış Nəticələri: “Augmented Search Queries"

Daha Unikal Axtarış Nəticələri: “Augmented Search Queries"