"Information Responsiveness" Hansı Amillərə Əsaslanır?

"Information Responsiveness" Hansı Amillərə Əsaslanır?

Rəqəmsal dövrdə məlumatları asan və sürətli əldə etsək də, onların keyfiyyətindən və məzmununun hər kəs tərəfindən başa düşülən olması sual doğurur. Məhz elə bu məqamda SEO-nun "information responsiveness" texnikası köməyimizə çatır.

 

Bu sistem informasiyaların təkcə sürətli təqdim olunmasını deyil, həm də məzmunun keyfiyyətini, aydınlığını və aktuallığını əhatə edir, onun istifadəçilərin xüsusi ehtiyaclarına və sorğularına effektiv şəkildə cavab verməsini təmin edir.

 

"Information responsiveness" istifadəçi təcrübəsini təkmilləşdirməklə yanaşı, axtarış motorlarının məzmunu sıralamaq üçün istifadə etdiyi meyarlarla da uyğunlaşır. 

 

​Bu sistem iki amilə əsaslanır: "Information Quality in SEO" və "Information Clarity in SEO"

 

1."Information Quality in SEO"

Ənənəvi texnikadan fərqli olaraq, günümüzdə SEO-da məzmunun keyfiyyəti axtarış sıralamasında əhəmiyyətlidir. Yəni kontent hazırlayarkən sadəcə “saytı açar sözlərlə doldurmaq” fikrində olmaq yox, istifadəçi üçün dəqiq, düzgün, saytın kontentinə uyğun və dəyərli məzmun yaratmaq lazımdır. 

 

Yüksək keyfiyyətli kontent istənilən uğurlu SEO strategiyasının təməl daşıdır, çünki o, birbaşa vebsaytın etibarlılığına, istifadəçi cəlb edilməsinə və nəticədə onun axtarış motorunun nəticələri səhifələrindəki (SERPs) sıralamasına təsir göstərir.

 

Bəs keyfiyyətli məzmunda nə olmalıdır?

 

Dəqiqlik. İnformasiya keyfiyyətinin əsası onun dəqiqliyindədir. Mövzu səhvləri və ya aktual olmayan məlumatları ehtiva edən məzmun oxucuların ehtiyacını qarşılamadığı üçün veb-saytın qiymətləndirilməsinə mənfi təsir göstərəcək.

 

Etibarlılıq. Məzmunda yer alan məlumatlar etibarlı mənbələrdən alınmalı və düzgün olmalıdır. Yaxşı mənbədən alınan məlumatlardan hazırlanan kontent istifadəçin davamlılığını qoruyan əsas amillərdəndir. 

 

Uyğunluq. Məlumat birbaşa istifadəçinin axtarış sorğusu ilə əlaqəli olmalıdır. Müvafiq məzmun istifadəçinin ehtiyaclarına cavab verir və onun axtardığı məlumat ehtiyacını qarşılayarsa, bu veb-saytın axtarış motorlarının irəli sıralarında yer tutmasına səbəb olur.

 

Yəni, “Google” kimi axtarış motorları veb-saytdakı məzmunun keyfiyyətini qiymətləndirmək üçün mürəkkəb alqoritmlərdən istifadə edir. Bu alqoritmlər etibarlı mənbələrdən istifadə, məzmunun dəqiqliyi və istifadəçinin axtarış niyyətinə nə dərəcədə uyğun olması kimi informasiya keyfiyyətinin siqnallarını axtarır. Davamlı olaraq yüksək keyfiyyətli məlumat təqdim edən veb-saytlar daha yüksək reytinqlərlə mükafatlandırılır ki, bu da saytın trafikini artırır.

 

Gəlin bunu daha da aydınlaşdıraq. 

 

Tutaq ki, logistika sahəsinə aid veb-sayt var. Bu saytın bloqlarında logistikaya aid detalları araşdırmaq, daşınan yüklərin, onların daşınma prosesində edilən fəaliyyətlər, logistikanın əhəmiyyəti kimi mövzulara toxunmaqla keyfiyyətli kontent yaratmaq və trafik əldə etmək olar. 

 

Ancaq, bunun əksinə olaraq, aşağı keyfiyyətli məqalələlər, logistikaya aid hər kəsin bildiyi ümumi, çeynənilmiş bloqları yazmaq onun faydalılığını azaltmaqla SERP-lərdə yaxşı yer tutmasına əngəl olacaq.

 

2."Information Clarity in SEO"

 

Məlumatın aydınlığı onun keyfiyyəti qədər vacibdir. Keyfiyyət məzmunun dəqiqliyinə və etibarlılığına diqqət yetirir, aydınlıq isə auditoriyanın məzmunu nə qədər asanlıqla başa düşməsi və ondan istədiyi məlumatlı alması ilə bağlıdır.

 

Aydın, lazımsız sözlər işlətmədən və yaxşı strukturlaşdırılmış məlumat yalnız istifadəçi təcrübəsini yaxşılaşdırmır, həm də istifadəçinin saytda uzun müddət vaxt keçirməsinə və davamlı sayta daxil olmasına imkan yaradır. 

 

İnformasiya aydınlığının göstəriciləri bunlardır:

 

Sadəlik. Sadə dildən istifadə və lazımsız jarqonlardan qaçınmaq məzmunu daha geniş auditoriya üçün əlçatan edir. Hətta mürəkkəb mövzuları belə bacardığınız qədər sadə, başa düşülən seqmentlərə bölüb məzmun yaratmaq lazımdır.

 

Struktur. Başlıqlar, alt başlıqlar, işarələr və paraqrafları yerli yerində işlənən məzmun strukturu, oxucunun onu rahat oxuyub anlamasına səbəb olacaq.

 

Vizuallar. Şəkillərin, videoların, infoqrafikanın və digər əyani vəsaitlərin daxil edilməsi mürəkkəb məlumatları aydınlaşdırmağa və məzmunu daha cəlbedici etməyə kömək edir.

 

Qısalıq. Məzmunda yersiz cümlələr, mövzu ilə əlaqəsi olmayan sözlər işlədib süni uzunluğa yol vermək olmaz. Qısa, mövzunu əhatə edən kontentlər daha rahat başa düşülür və istifadəçilər tərəfindən oxunur. Eyni zamanda mövzunu əhatə etməyən, qısa kontentlər əskik hesab olunduğu üçün etibarlı hesab olunmur.

 

Ona görə də əlavə məlumatlara, habelə məlumat azlığına yer vermədən, mövzunu ətraflı izah edən kontent hazırlamaq lazımdır. 

 

Aydın və cəlbedici məzmun təklif edən veb-saytlar daha aşağı sıçrayış nisbətlərinə və daha yüksək qalma müddətlərinə malikdirlər ki, bu da axtarış motorları üçün müsbət haldır. Məlumatların aydınlığı, həm də istifadəçilərin davamlılığına səbəb olmaqla trafiki artırır.

 

Daha aydın desək, əgər investisiya haqqında bloq məqalələr paylaşdığımız saytda mürəkkəb maliyyə jarqonundan qaçaraq, "səhmlər", "istiqrazlar" və "qarşılıqlı fondlar" kimi terminlərin sadə izahları, bazar tendensiyalarını və ya investisiya variantlarını müqayisə etmək üçün qrafiklər və şəkillər kimi əyani vəsitələr göstərməklə məzmunun oxucu tərəfindən anlaşılmasına səbəb olacağıq.

 

Ancaq, aydın izahatlar olmadan investisiya strategiyaları dərindən araşdıran, çətin terminləri işlədən bloq yüksək sıçrayış nisbətlərinə gətirib çıxarır və veb-saytın SEO performansına mənfi təsir göstərir.

 

SEO-a "information responsiveness"ı bu yanaşmalarla tətbiq edə bilərik:

 

  • Hərtərəfli tədqiqat aparmaqla
  • İstifadəçi niyyətini nəzərə almaqla
  • Kontenti optimallaşdırmaqla
  • Məzmunu mütəmadi olaraq yeniləməklə
Muzaffar Garakhanli

Digər yazılar

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması

“Main Entities and Attributes” Tətbiqi Və Doğruluğunun Yoxlanılması

"Core Section of Topical Map" Nədir? Ən Çox Edilən Səhvlər

"Core Section of Topical Map" Nədir? Ən Çox Edilən Səhvlər

Ən yaxşı 77 SEO fəndi - Reytinqinizi yüksətmə yolları

Ən yaxşı 77 SEO fəndi - Reytinqinizi yüksətmə yolları