Beynəlxalq Bank (IBAR) Sosial Media Analizi (2021)
Beynəlxalq Bankın (IBAR) Sosial Media Analizi (Facebook, Instagram)
Hörmətli istifadəçilər, bu dəfə sizə Beynəlxalq Bankın sosial media analizini təqdim edirik. Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.
1. Aşağıdakı qrafikdə Beynəlxalq bankın son 1 ay ərzində 1 günə düşən paylaşımlarının sayı göstərilib. Göründüyü kimi 1 gün ərzində şirkət öz Facebook səhifəsində 0-3 arası paylaşım edir.
2. Təsvirdə Beynəlxalq bankın Facebook sosial şəbəkəsində son 1 ayda hər paylaşıma düşən reaksiya sayını görürsünüz. Ən yüksək reaksiya 4.4k nəticə ilə 23 dekabr tarixli paylaşıma təsdüf etmişdir.
3. Bu təsvirdə isə 1000 izləyiciyə düşən reaksiya sayı öz əksini tapmışdır. Qrafikdən də aydın olur ki, 1000 nəfərdən maksimum 27-si, minimum 1-i paylaşımlara reaksiya verib.
4. Təqdim olunan qrafikdən də göründüyü kimi gündəlik reaksiyaların mütləq əksəriyyəti bəyənmələr və paylaşımlardan ibarət olmuşdur.
5. “Facebook”a dair növbəti analizimiz Beynəlxalq bankın etdiyi paylaşımlara gələn reaksiyaların bölgüsünü təsvir edir. Göründüyü kimi reaksiyaların 76 %-ni bəyənmələr, 14 %-ni paylaşımlar, digər qisimini isə rəylər təşkil edir.
6. Aşağıdakı qrafikdə isə paylaşımlara gələn reaksiyaların növü öz əksini tapmışdır.
7. İzləyicilərin paylaşım sayını görmək üçün bu təsvirə nəzər yetirə bilərsiniz. Ən çox paylaşım sayı 2-dir və 28 dekabra təsadüf edib.
8. “Beynəlxalq bank öz Facebook səhifəsində daha çox hansı tip paylaşımlar edir?” sualının cavabını bu qrafikdə tapa bilərsiniz.
9. Aşağıdakı qrafikdə bu paylaşım tiplərinin günlərə görə bölgüsü verilmişdir.
10. Növbəti təsvirdə isə bu paylaşımlardan hansına daha çox reaksiya gəldiyi aydın olur. Baxmayaraq ki, Beynəlxalq bank şəkillər paylaşmağa üstünlük verir. Amma izləyici reaksiyalarının sayı baxımından video paylaşımlar daha uğurlu olub.
11. Facebook sosial şəbəkəsində həftənin günləri və saatlarına görə istifadəçilərin aktivlik dərəcəsini aşağıdakı təsvirdə görə bilərsiniz. Belə ki, ən yüksək aktivlik bazar ertəsinə təsadüf etmişdir.
12. Aşağıdakı təsvirdə isə Beynəlxalq bankın Instagram səhifəsinin ümumi statistikaları verilmişdir.
13. Bu qrafikdə isə Instagram sosial şəbəkəsində Beynəlxalq bankın həftələrə görə paylaşım sayına və həmin paylaşımlara gələn bəyənmə sayına nəzər yetirə bilərsiniz. Ən çox bəyənmə sayı 2020-ci ilin sentyabr və noyabr aylarında qeydə alınmışdır.
14. “Instagram”da aylara uyğun olaraq paylaşım sayı və onlara gələn rəy sayı isə aşağıdakı təsvirdə verilib. Rəy sayına görə də sentyabr və noyabr ayları irəlidədir.
15. Aşağıdakı təsvirdə Beynəlxalq bankın Instagram hesabında təkrarlanan paylaşım növləri və onlara gələn orta reaksiya sayını görə bilərsiniz. Şəkillər və video tipli paylaşımlar uyğun olaraq hər iki göstəricidə liderdirlər.
16. Bu qrafikdə isə aktivliyin yüksək olduğu, paylaşım etmək üçün əlverişli olan saatları görürsünüz. Tünd rənglər daha əlverişli zamanı ifadə edir.
17. Həftənin günlərinə görə gələn reaksiya sayı aşağıdakı təsvirdə öz əksini tapıb. Gözlənildiyi kimi bu cəhətdən həftəsonu daha yüksək göstəricilərə malikdir.
18. Həştaqlarla bağlı növbəti analizimizi aşağıdakı müqayisədə görə bilərsiniz. Belə ki, #şuşa, #qarabağ və #kartlaödəkartlaqazan həştaqları daha çox reaksiya alıb.