“Google Trends” İlə SEO Strategiyalarının Qurulması

“Google Trends” İlə SEO Strategiyalarının Qurulması

Haqqında danışacağım “Google”un patentli sistemi istifadəçilərə dinamik interfeys vasitəsilə müxtəlif media növləri üzrə trend məlumatları araşdırmaq imkanı verməklə yüksək interaktivlik səviyyəsini vəd edir.

 

“Google Trends” patenti istifadəçilərlə axtarış nəticələrinin qarşılıqlı əlaqəsini təhlil edir və onların maraqlarına uyğun olaraq fərdiləşdirilmiş kontent təklif edir. Bu, hər bir istifadəçinin maraqlı hesab etdiyi tendensiyaları izləməsini asanlaşdırmaqla axtarış təcrübəsini fərdiləşdirir. 

 

Bundan əlavə, kontent keyfiyyəti və istifadəçi qarşılıqlı əlaqəsi əsasında qrafik elementlərin nümayişini dinamik şəkildə tənzimləyə bilən “Google Trends” istifadəçilərə maraqlarına uyğun olaraq daim yenilənən məzmun axınını təqdim edir.

 

“Google Trends” ilə SEO strategiyalarını formalaşdırmağın yolları

 

“Google Trends”ə SEO strategiyalarının təməl daşlarından olan sistem desək, yanılmarıq. Bu alət zamanla müxtəlif açar sözlər və mövzular üzrə axtarış meyllərini təhlil edərək istifadəçilərin maraqlarını aydın şəkildə ortaya qoyur. Bu məlumatlar isə SEO mütəxəssislər və kontent yaradıcıları üçün olduqca önəmlidir, çünki bu onlara hədəf auditoriyasının nə vaxt  nə ilə maraqlandığını anlamaq şansı verir. Nəticədə isə kontent mütəxəssislər daha uyğun və effektiv məzmun strategiyaları hazırlaya bilirlər.

 

Bəs bu formalaşma hansı üsullarla olur?

 

1.Açar söz populyarlığının təhlili

 

“Google Trends” tərəfindən təmin edilən açar söz populyarlığının təhlili müəyyən bir termin üçün axtarış həcminin zamanla necə dəyişdiyini göstərir. Yəni, pandemiya dövründə “evdə idmanla” ifadəsinin axtarış həcminin artması insanların evdə idmana marağının artdığını göstəricisidi. Bu məlumatlardan istifadə edərək, SEO və kontent mütəxəssisləri bu ifadəylə əlaqəli olan istifadəçilərin ehtiyac və maraqlarına uyğun kontent hazırlaya bilərlər. Bu kontent istənilən şəkildə ola bilər:

 

  • blog yazıları;
  • videolar;
  • sosial media kampaniyaları və s.

 

2.Zamanlama və sektor trendləri

 

Vaxt keçdikdə trendlər dəyişir. “Google Trends” müəyyən bir vaxtda gündəmdə olan və ən çox axtarış edilən məlumatları seçib göstərməklə ona uyğun kontent yaratmağa imkan yaradır. 

 

Sektor tendensiyaları, xüsusən də "niche market"ə müraciət edən kontent yaradıcıları və SEO mütəxəssisləri üçün eyni dərəcədə dəyərlidir. Çünki müxtəlif sektorlardakı tendensiya dəyişikliklərini müşahidə etməklə, onlar müvafiq sektorda olan istifadəçilərin hansı məlumatlara və nə vaxt ehtiyac duyduğunu anlaya bilərlər.

 

3.Məzmun optimallaşdırılması və paylanması

 

“Google Trends” ilə əldə edilən məlumatlar məzmunun optimallaşdırılması üçün də istifadə edilə bilər. Müəyyən açar sözlərin populyarlıq dövrlərini bilmək bu sözlərin məzmunda və başlıqlarda səmərəli istifadə olunmasına imkan verir. Bundan əlavə, bu məlumatlar sayəsində hansı məzmunun nə vaxt paylaşılacağına dair strateji planlar da hazırlanılması mümkündür. 

 

Bu, məzmunun daha geniş auditoriyaya çatmasına və axtarış sistemlərində daha yaxşı reytinqlərə nail olmağa imkan verir.

 

4.İstifadəçi ehtiyaclarını anlamaq

 

Patent istifadəçi ehtiyaclarını və davranışını anlamaq üçün dərin perspektiv təklif edir. Məsələn, Qızılca xəstəliyinin yayıldığı zamanda "evdə qızılcadan qorunmaq" kimi sözlərin axtarış sayının artması, istifadəçilərin real ehtiyac və maraqlarının həmin axtarışa yönəldiyini bildirir və bu haqda kontent hazırlanarsa, yaxşı nəticə verəcəyi deməkdir.

 

Patentli sistemin əsas xüsusiyyətləri

 

  • Qrafik elementlərlə qarşılıqlı əlaqə. İstifadəçilər trend olan kontenti təmsil edən qrafik elementlərlə qarşılıqlı əlaqə qura bilərlər. Bu şəkildə interfeysdəki kontent fərdiləşdirilə bilər.
  • Dinamik məzmun ekranı. Sistem istifadəçi qarşılıqlı əlaqəsi və kontent keyfiyyəti əsasında qrafik elementlərin ekranını tənzimləyir, beləliklə, daha uyğun və cəlbedici izləmə təcrübəsi təmin edir.
  • Zamanla uyğunluq. İstifadəçilər trend məlumatlarını zaman qrafiki üzrə izləyə bilərlər, bu onlara tendensiyaların necə inkişaf etdiyini görməyə imkan verir.

 

Məsələn, deyək ki, SEO mütəxəssisi davamlı hər hansısa məhsulun satışı üçün üçün rəqəmsal marketinq kampaniyası üzərində işləyir. “Google Trends” sistemi sayəsində mütəxəssis məhsul kateqoriyası ilə bağlı ən populyar axtarış sorğularını aşkar edə bilir. Əgər “üz baxımı məhsulları” trenddirsə, bu məhsulların davamlılıq xüsusiyyətlərini vurğulamaq üçün vebsayt məzmununu, blog yazılarını və sosial media strategiyalarını üz baxım məhsullarına aid fərdiləşdirmək olar. 

 

Bu yanaşma kontentin aktuallığını artırmaqla yanaşı, eyni zamanda hədəf auditoriyanın diqqətini cəlb etmək və sayta daha çox ziyarətçi cəlb etmək məqsədi daşıyır, nəticədə isə sayt daha çox trafik əldə edir.

 

“Google Trends” sisteminin komponentləri

 

  • Cihazları 

 

Bu cihazlar sistem nəticələrinin istifadəçilərə çatdırıldığı son nöqtələrdir və bunlara smartfonlar, noutbuklar, planşetlər və bu kimi internetə qoşula bilən və məlumatları göstərə bilən istənilən cihaz daxildir. İstifadəçilər bu cihazlarda veb-brauzerlər və ya xüsusi proqramlar vasitəsilə cari trend məlumatlara daxil olurlar.

 

  • Trend sistemi

 

Bu ekosistemin mərkəzində bir və ya bir neçə server qurğusundan ibarət trend sistemi dayanır. Bu sistem aktuak axtarışlar, videolar, şəkillər və bloq yazılar kimi müxtəlif trend məlumatları müəyyənləşdirir və toplayır. Sistem, istifadəçi cihazlarında trend olan interfeysi dinamik şəkildə yeniləyir və istifadəçilərə öz seçimləri əsasında kontent kəşfini fərdiləşdirmək imkanı təklif edir.

 

  • Serverlər

 

Serverlər trend sistemini qidalandırmaq üçün lazım olan məlumatları saxlayan və idarə edən vacib elementlərdir. Onlar axtarış xidmətlərinə təqdim olunan sorğuların tezliyini və xarakterini, video və şəkillərin əhatə ölçülərini və bloqların populyarlığını qeyd edirlər. Bu məlumatların toplanması kontentin istifadəçilərin cari maraqlarını nə dərəcədə əks etdirdiyinin göstəricisidir.

 

  • Şəbəkə bağlantısı

 

Sistem LAN, WAN, telefon şəbəkələri (PSTN və mobil şəbəkələr kimi), internet kimi şəbəkə infrastrukturuna əsaslanır. Bu əlaqə, məlumatların fiziki yerindən asılı olmayaraq axtarış cihazları, trend sistemi və serverlər arasında problemsiz şəkildə axmasına imkan verir.

 

  • Əməliyyat və qarşılıqlı əlaqə

İstifadəçilər məlumatları göstərən interfeys vasitəsilə sistemlə qarşılıqlı əlaqə qururlar. Bu interfeys “Google Now” tərəfindən təklif olunan proqnozlaşdırılan nəticələrə bənzəsə də, trend kontentinə xüsusi diqqət yetirməklə hazırlanmış olur.

İstifadəçilər interfeys parametrlərini tənzimləməklə göstərilən məzmunun növünü fərdiləşdirə bilərlər.

 

Komponentləri birləşdirib ümumi gedişatı bu cür izah edə bilərik:

Tutaq ki, siz müntəzəm texnologiya xəbərlərini izləyən smartfon istifadəçisisiniz.

Cihazınızda olan interfeys vasitəsilə siz istənilən vaxt texnologiya haqqında ən populyar məqalələrə, videolara və bloq yazılarına daxil ola bilərsiniz. Siz hər bu məlumatları axtardıqda patentləşdirilmiş sistem axtarışınızı izləyir.

Sistem bu məlumatları öz serverlərindən götürür, axtarış həcminizi analiz edir. Cihazınızın internet üzərindən etdiyiniz bu axtarışların hansıları trenddə olursa, sistem həmin məlumatları rəqəmsal yollarla sizin qarşınıza çıxarır. 

 

 

Muzaffar Garakhanli

Digər yazılar

“Structural Semantics”in İndeksləşməyə Təsiri

“Structural Semantics”in İndeksləşməyə Təsiri

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

"Reasonable Surfer Model"in Qiymətləndirmə Faktorları

"Reasonable Surfer Model"in Qiymətləndirmə Faktorları