“Formal Semantics” Yanaşmasının SEO-da İstifadəsi

“Formal Semantics” Yanaşmasının SEO-da İstifadəsi

SEO-da “Formal Semantics” yanaşması dedikdə, axtarış motorlarının məzmunun qiymətləndirilməsi və sıralanması prosesində sözün dərin strukturlarının və mənasının nəzərə alınmasını nəzərdə tuturuq. 

 

Bu yanaşma məzmunun təkcə səthi açar sözlərlə deyil, həm də cümlə və ifadələrin yaratdığı semantik strukturlarla təhlilini vurğulayır. Eyni zamanda “formal semantics” dilin məntiqi və riyazi modelləşdirilməsinə əsaslandığı üçün SEO-da bu prinsiplərin veb məzmununun optimallaşdırılmasına necə tətbiq oluna biləcəyini bizə aydın şəkildə göstərir. 

 

Bəs bu proses necə olur və ümumiyyətlə SEO-da bu yanaşmanın hansı üstünlükləri var? Gəlin bunları aydınlaşdıraq.

 

“Formal Semantics”in SEO-da istifadəsi

 

SEO-da formal semantikanı düzgün istifadə etmək, veb-saytların məzmununu axtarış motorları üçün daha mənalı etməklə orqanik axtarış nəticələrində daha yüksək trafikə nail olmaq olar. 

 

Formal semantika dilin müxtəlif səviyyələrdə (söz, cümlə, mətn) mənasını riyazi və məntiqi üsullarla təhlil edir və bu mənaları sistemlətin başa düşəcəyi şəkildə strukturlaşdırır. SEO baxımından bu yanaşma axtarış motorlarına veb-saytın kontentini daha dəqiq başa düşməyə və müvafiq sorğular üçün daha uyğun nəticələr təqdim etməyə imkan verir. 

 

SEO-da bu yanaşmanı aşağıdakı prosesləri etməklə həyata keçirə bilərik:

 

Açar söz seçimi və istifadəsi

 

Əlaqəli açar sözlər və terminləri müəyyən edərkən semantik oxşarlıqdan istifadə etməklə. Yəni mövcud açar sözə sinonim olan, onunla əlaqəli termin və mövzu ilə uyğun digər sözlərin istifadəsi bura daxildir. 

 

Tutaq ki, “smartfon”la bağlı olan kontenti olan sayt işlədiriksə, onun kontentində “mobil telefon” və ya oxşar söz kimi “mobil cihaz”dan istifadə edə bilərik.

 

Zəngin məzmunun yaradılması

 

Məzmun yaradarkən kontentə mövzunun müxtəlif məna qatlarını əlavə etmək lazımdır. Bu, mətni təkcə açar sözlərlə deyil, həm də onlarla semantik əlaqədə olan anlayışlarla zənginləşdirməkdir ki, onun da nəticəsində fərqli mövzu axtarışı edənlər də saytımıza ziyarət edəcək.

 

Məsələn, "smartfon" haqqında bloq yazarkən "telefonun əməliyyat sistemi", "smartfonların batareya ömrü", "kamera keyfiyyəti ən yaxşı olan telefonlar" kimi alt mövzuları nəzərdən keçirmək telefonlarla bağlı müxtəlif maraqları olan istifadəçiləri sayta cəlb etmək üçün önəmlidir.

 

“Schema Markup” istifadə

 

Yəni schema.org kimi strukturlaşdırılmış məlumat işləməsindən istifadə edərək məzmun semantik cəhətdən zənginləşdirilməlidir. Bu, axtarış motorlarına veb-saytın məzmununu daha yaxşı başa düşməyə və SERP-də (Axtarış Motoru Nəticələri Səhifəsi) daha zəngin fraqmentlər yaratmağa kömək edir. 

 

Məsələn, bunun üçün məhsul satışı xidməti verən veb-saytda məhsulun qiymət, mövcudluq, istifadəçi rəyləri kimi məlumatlarını qeyd edə bilərsiniz.

 

Link və “attribution”

 

Məzmuna mövzu ilə əlaqəli digər saytlardan “backlink”lər vermək, yaxud da saytın daxilində oxşar kontentlərə link vermək bura aiddir. Uyğun linkləri vermək axtarış motorlarının saytın ümumi mövzu strukturunu anlamasına kömək edir.

 

Belə ki, "TOP-10 ən yaxşı smartfon" bloquna "ən yaxşı kameralı telefonlar", "uzun batareya ömrü olan telefonlar" kimi müvafiq alt səhifələrə keçid vermək, yaxud da həmin TOP-10 sıralamasında yer alan hansısa telefonun öz saytına da “backlink”lər vermək olar.

 

İstifadəçi təcrübəsi və semantik məna

 

İstifadəçilərə saytda asanlıqla naviqasiya etmək imkanı vermək üçün semantik cəhətdən mənalı kateqoriyalar altında menyular və keçidlər təşkil edilməlidir.

 

Yəni, texnologiya ilə bağlı saytın bloq hissəsini "Telefonlar", "Kompüterlər" və "Aksesuarlar" kimi aydın kateqoriyalara bölməklə istifadəçinin sayta uzun müddət qalmasına səbəb olmaq olar.

 

SEO-da “Formal Semantics” yanaşmasının üstünlükləri 

 

SEO-ya formal semantik yanaşmadan istifadə, veb-saytların axtarış motorları tərəfindən daha yaxşı başa düşülməsini və nəticədə daha effektiv sıralanmasını təmin edir. Bu yanaşma məzmunun mənasını dərindən təhlil edərək, axtarış motorlarına sorğuları və veb səhifələri istifadəçilərin həqiqi niyyətləri və ehtiyacları ilə daha yaxşı uyğunlaşdırmağa imkan verir. 

 

SEO-da formal semantik yanaşmanın təklif etdiyi bəzi mühüm üstünlüklər bunlardır:

 

Sistemin məzmunu daha yaxşı başa düşməsi və axtarışa uyğunlaşma

  • Semantik sıralama. Formal semantika axtarış motorlarına məzmunu təkcə açar söz sıxlığına deyil, həm də mənasına görə qiymətləndirməyə kömək edir. Onun da nəticəsində istifadəçilərə axtardıqları mövzulara daha uyğun olan nəticələr təqdim olunur.
  • Axtarış uyğunluğu. İstifadəçi niyyətini daha yaxşı başa düşmək və məzmunu müvafiq olaraq çatdırmaq dönüşüm nisbətlərini artırır. Sözügedən yanaşma istifadəçi sorğularının arxasındakı niyyəti daha yaxşı təhlil edir, məzmunun bu niyyətlərə daha yaxşı xidmət göstərməsinə imkan verir.

 

Uzun quyruq sorğularında performans artımı. Təbii dil sorğuları və uzun quyruqlu açar sözlər ümumiyyətlə spesifik və niyyətə uyğun olsa da, axtarış sistemi çoxlu fərqli sözü yan-yana başa düşməyə bilər. Formal semantika bu cür sorğuların mənasını daha yaxşı başa düşməklə sistemin bu sorğulara daha dəqiq nəticələr verməsini təmin edir.

 

Strukturlaşdırılmış məlumat və şəkil axtarış nəticələri. Formal semantika məzmunun strukturlaşdırılmış məlumatlarla işarələnməsini əhatə edir. Bu, axtarış motorlarına məzmunu daha yaxşı başa düşməyə və zəngin fraqmentlər və ya vizual axtarış nəticələri kimi xüsusiyyətlərdən istifadə edərək onu daha cəlbedici etməyə imkan verir.

 

Məzmun səlahiyyəti və etibarlılıq. Yanaşmanı tətbiq edərkən etdiyimiz alt kateqoriyalar, müxtəlif oxşar açar sözlərdən istifadə, “backlinks” istifadəsi sistemin saytımızı həmin mövzuda səlahiyyətli görməsinə səbəb olacaq. 

 

Axtarış motorlarının məzmunun mövzuya nə dərəcədə uyğun olduğunu və istifadəçilərin ehtiyaclarına nə dərəcədə cavab verdiyini qiymətləndirməsi isə saytı daha etibarlı etməklə sıralamada önə gətirir.

 

Qısacası, SEO-da formal semantik yanaşmadan istifadə məzmunun daha dərindən başa düşülməsinə və daha yaxşı sıralanmasına imkan verir ki, bunun nəticəsində veb-saytlar üçün daha yüksək görünürlük, daha yaxşı istifadəçi təcrübəsi və artan dönüşüm nisbətləri kimi üstünlükləri əldə edirik. 

Muzaffar Garakhanli

Digər yazılar

"Representative Queries" Yanaşmasının Əhəmiyyəti

"Representative Queries" Yanaşmasının Əhəmiyyəti

“Contextual Hierarchy”in Strukturu və Önəmi

“Contextual Hierarchy”in Strukturu və Önəmi

SEO İnkişafında Java API-lərin Təsirləri

SEO İnkişafında Java API-lərin Təsirləri