E-ticarət saytları üçün SEO etmənin asan yolları -(İZAHLI)

E-ticarət saytları üçün SEO etmənin asan yolları -(İZAHLI)

Uğurlu elektron ticarət saytlarını SEO etmək üçün 4 əsas maddə

Axtarış sistemlərinin optimallaşdırması artıq həmişə olduğundan daha da mürəkkəb vəziyyətdədir. Bu, adi bir veb səhifədən daha çox, elektron ticarət saytlarında özünü biruzə verir.

Böyük SEO mütəxəssisləri saytı yaxşı optimallaşdırmağın yollarını 16 maddə ilə sıralayırlar. Bu maddələrin hamısını məqalənin sonunda əldə edə biləcəksiniz. Ancaq bu yazımızda ən vacib və yararlı olan 4 maddəni incələyəcəyik;

 

Mobil dostu veb sayt

Google aprel ayında yeni bir yeniləmə həyata keçirdi və mobil uyğunluğu olmayan bütün saytlara xəbərdarlıq göndərdi. Artıq mobil uyğunluğu olan və olmayan saytlar arasında fərq olacaq. Bu, elektron ticarət saytları üçün çox vacib bir yeniləmədir. Elektron Ticarətlə deyil, M-Ticarətlə məşğul olanların sayının arttığı bir dövrdə, mobil trafikin artışı satışlara da özünü yansıdır. Bunları nəzərə alan elektron ticarət saytları digərlərindən daha çox avantaja sahib olacaqlar.

Mobil dost olmağın üç əsas qaydası var:

  • Responsiv olan dizayn;
  • Dinamik xidmət edən səhifələr;
  • Mobil üçün təyin edilmiş URL-lər.

 

Mobil dostu saytlar haqqında danışarkən bir mövzunu da qeyd etmək istəyirəm. Bir platforma yaratmaq istəyirsiniz və bu işin texniki tərəfini bilmədiyiniz üçün hansısa şirkətlə razılaşırsınız. Razılığa gəldiyiniz şirkətə güvənirsiniz və bu işə sərmayə qoyursunuz, ancaq sonda sizə təqdim edilən işin içərisində saytın mobil uyğunluğunun olmadığını görürsünüz. Çox vaxt deyirlər ki, sayt mobilə uyğundur, amma araşdırarkən məlum olur ki, sayt Google axtarış sistemlərinin istədiyi meyarlara uyğun olaraq konfiqurasiya edilməyib.

Əziz sahibkarlar, sektor gedərək mobilə doğru yönəlir. Kimlərləsə əməkdaşlıq edərkən bunu mütləq nəzərə alın. Biznesinizin uğur qazanması üçün veb saytınızın istifadəçi dostu, mobil dost və axtarış qaydalarına uyğun qurulmasına diqqət edin.

 

Veb saytınızın mobil uyğunluğunu   https://search.google.com/search-console/about  ünvanından qeydiyyatdan keçərək yoxlaya bilərsiniz.

 

Kanonik URLlər

Xüsusilə böyük elektron ticarət saytlarında bir və ya daha çox məhsul kateqoriyası eyni məzmuna sahib ola bilər.  Kanonik URL-lər bu zaman əsas rol oynayır.  Eyni məzmuna sahib olan səhifələrimiz haqqında Google axtarış sistemini əvvəlcədən xəbərdar etməliyik. Kanonik URL-lər bu zaman köməyimizə çatır.

 

Meta açıqlamaları

Meta təsvirlər hər bir veb səhifə üçün böyük əhəmiyyət daşıyır, lakin e-ticarət saytları üçün daha da vacibdir.  Bu günə qədər bir çox elektron ticarət saytını nəzərdən keçirmək imkanım olub. Həm xarici, həm də Azərbaycan saytlarında edilən ən böyük səhvin avtomatik olaraq quraşdırılan meta açıqlamalar olduğunu müşahidə etmişəm. Meta təsvirlər elektron ticarət saytlarında satış üçün atılan ilk addımdır.

 

Təzə və sağlam məzmunlar

Hər bir veb sayt sahibləri məzmunun “kral” olduğu barədə eyni fikirdədirlər. Sözlərlə zəngin məzmunlar həmişə faydalı olub. Hummingbird yeniləməsi ilə artıq sözlərin çoxluğu təklikdə heç bir məna kəsb etmir. Məzmunun keyfiyyətli olmağı və istifadəçiyə nəsə öyrətməyi də çox vacibdir. Məzmun sadəcə mətnlə yaradılan bir şey deyil. İnfoqrafiya, video və fotoşəkillər vasitəsilə yaratdığınız məzmunlar da böyük əhəmiyyətə malikdir.

 

Digər 12 vacib amil:

  • Local Optimallaşdırma;
  • Responsive Dizayn;
  • Saytın düzgün quruluşu;
  • Strukturlaşdırılmış məlumatların tətbiqi;
  • Sürətli yükləmə ilə təmin olunmaq;
  • Açar sözlərdən və məhsul haqqında ətraflı təsvirlərdən istifadə;
  • Şəkillər üçün alt taglardan istifadə;
  • Məhsul səhifələrində sosial media vasitələrindən istifadə etmək;
  • HTTP Təhlükəsizlik Protokolunu təmin etmək;
  • Səhvsiz Səhifələr;
  • Müxtəlif anchor textlərin istifadəsi;
  • Keyfiyyətli Backlink qaynaqları,
Muzaffar Garakhanli

Digər yazılar

"Related Search Activity": SEO Strategiyalarında Rolu

"Related Search Activity": SEO Strategiyalarında Rolu

Məlumat Panelindəki Məlumatlar Nəyə Əsasən Təyin Olunur?

Məlumat Panelindəki Məlumatlar Nəyə Əsasən Təyin Olunur?

Veb-sayt Bloklarının Hansı Xüsusiyyətləri Var?

Veb-sayt Bloklarının Hansı Xüsusiyyətləri Var?