Bakcell vs Nar  Sosial Media Analizi (2021)

Bakcell vs Nar Sosial Media Analizi (2021)

Bakcell vs Nar  Sosial Media Analizi (2021)

Hörmətli istifadəçilər, sizə ilk dəfə olaraq iki şirkətin müqayisəli sosial media analizini təqdim edirik. Yeni tərzdə ilk analizimiz Azərbaycanda öndə gedən 2 telekommunikasiya şirkəti- Bakcell və Nar Mobile-ın sosial media səhifələrini əhatə edir. 
Məqalədə istifadə olunan məlumatlar Bedigital.az komandasının analitik və tədqiqat qrupu tərəfindən toplanmış, təhlil edilmiş və proqnozlaşdırılmışdır.

 

 

1. Aşağıdakı təsvirdə Facebook sosial şəbəkəsində son 1 ayda hər iki şirkətin ən çox reaksiya alan postlarının növlərini görürsünüz. Bakcell-də link tipli paylaşımlar bu cəhətdən öndə olduğu halda, Nar Mobile şəkilli paylaşımları ilə daha çox önə çıxır. 

sosial media analizi

 

 

2. Adıçəkilən sosial şəbəkədə paylaşımlara gələn reaksiyaların həftələr üzrə ümumi sayı və reaksiyaların növünə görə nisbəti növbəti analizimizdə göstərilib. Təsvirdən aydın olur ki, Bakcell bu cəhətdən daha stabil olsa da, Nar Mobile-ın paylaşımlarına gələn maksimal reaksiya sayı diqqətçəkən dərəcədə üstündür (12400-4500).

sosial media analizi

 

 

3. Facebook-da şirkətlərin etdiyi paylaşımlara ortalama gələn reaksiya sayını növbəti qrafikdə görə bilərsiniz. Nar Mobile-ın paylaşımına rekord sayda reaksiyanın gəlməsinə baxmayaraq (25 dekabr), ayrı ayrı günlərdə Bakcell izləyicilərinin aktivliyi daha stabildir. 

sosial media analiz

 

 

4. Şirkətlərin Facebook-da etdiyi hər paylaşım üçün 1000 izləyicinin orta reaksiya saylarına isə verilən təsvirdə baxa bilərsiniz. Qeyd edilən göstəricidə Nar Mobile ortalama olaraq təqribən 2 dəfə üstündür. 

sosial media analizi

 

 

5. Qeyd edilən platformada son 1 ayda Bakcell və Nar Mobile-ın günlərə görə aktivliyini aşağıdakı təsvirdə izləyə bilərsiniz. Belə ki, hər iki şirkət paylaşım etdiyi zamanlarda günə ortalama olaraq 1-2 paylaşım etsə də, Bakcell bu cəhətdən daha aktivdir.

sosial media analiz

 

 

6. Adıçəkilən şirkətlər Facebook-da daha çox hansı tip paylaşımlara üstünlük verir? Bu sualın cavabını növbəti təsvirimizdə tapa bilərsiniz. Belə ki, Bakcell daha çox şəkilli paylaşımlar etsə də (55%), Nar Mobile üçün bu yeri video tipli paylaşımlar tutub (53.33%).

sosial media analiz

 

 

7. Facebook-da iki şirkətin istifadəçilərinin son 1 ayda həftənin günlərinə və saatlarına olan nisbətinə aşağıdakı təsvirdən baxa bilərsiniz. Bakcell istifadəçiləri daha çox bazar ertəsi, Nar Mobile istifadəçiləri isə cümə günü aktivlik göstərirlər.

sosial media analizi

 

 

8. Qeyd edilən sosial şəbəkədə paylaşımlara gələn reaksiyaların bölgüsü aşağıdakı təsvirdə qeyd olunmuşdur. Hər iki şirkətdə bəyənmələr reaksiyaların böyük çoxluğunu təşkil edir.

sosial media analizi

 

 

9. İndi isə Instagram sosial şəbəkəsi ilə analizimizə davam edirik. Aşağıdakı təsvirdə hər iki şirkətin Instagram hesablarının ümumi statistikaları verilmişdir. Ümumi göstəricilərdə Bakcell-in istifadəçi və paylaşım sayında üstünlük müşahidə olunur.

sosial media analizi

 

 

10. Adıçəkilən sosial şəbəkədə ən çox edilən paylaşım növlərini və onlara gələn ortalama reaksiya sayıarının müqayisəsini növbəti təsvirdən izləyə bilərsiniz. Hər iki şirkət daha çox şəkilli paylaşımlara üstünlük verir, 1 paylaşım tipinə gələn ortalama reaksiya sayında isə Nar Mobile üstündür.

bakcell sosial media analiz

 

 

11. Son ayda ən çox reaksiya görən həştaqları (hashtag) aşağıdakı qafik təsvirdən izləmək mümkündür. Belə ki, Nar Mobile-ın #yeniil2021 həştaqı iki şirkətin son aydakı statistikalarında rekord sayda reaksiya alıb (təxminən 9000).

sosial media analiz

 

 

12. Növbəti müqayisəli təsvirdə Instagram üzərindən paylaşım üçün ən əlverişli zamanı və ən effektli paylaşım uzunluğunu görürsünüz. Bakcell üçün bazar günü 23:00 və 0-140 simvol ən əlverişli göstəricilərdir. Uyğun olaraq, Nar Mobile-da bu, cümə günü 15:00 və 561-1120 arası simvol sayıdır.

sosial media analiz

 

 

13. Aşağıda qeyd edilən telekommunikasiya şirkətlərinin həftənin günlərinə görə gələn orta reaksiya sayını görürsünüz. Həm Bakcell, həm Nar Mobile üçün çərşənbə günlərinin göstəriciləri aşağıdır.

sosial media analiz

 

 

14. Həştaqların sayına uyğun olaraq paylaşımlara gələn reaksiya sayı növbəti müqayisəli qrafikdə göstərilib. Bakcell üçün 3-5 həştaq, Nar Mobile üçün isə 0 həştaq son 1 ayda ən optimal həştaq sayıdır.

 

 

15. Aşağıda Instagram-da hər iki şirkətin son 1 ayda hansı saatlarda paylaşım etdiyi halda daha çox reaksiya almasının qrafik təsvirini görə bilərsiniz.

sosial media analiz nar

 

 

16. Analizimizə Youtube platforması ilə davam edirik. Bu sosial şəbəkədə son 1 ayda paylaşılan videolara gələn reaksiya sayını aşağıdakı təsvirdən görə bilərsiniz. Orta statistik göstəricilərə görə, Bakcell-in Youtube-dakı paylaşımlarına daha çox reaksiya gəlir.

sosial media analiz baksell

 

 

17. Qeyd edilən platformada şirkətlərin artma tendensiyasına diqqət yetirsək, Bakcell-in son 1 ayda daha çox izləyici qazandığını görə bilərik (90-50).

sosial media analiz

 

 

18. Son 1 ayda hər iki şirkətin sadəcə 1 paylaşım etməsi onların bu sosial şəbəkədə o qədər də aktiv olmadıqlarını göstərir.

sosial media analiz

 

 

19. Youtube sosial şəbəkəsində son 1 ayda ümumi reaksiya sayını və reaksiyaların bölgüsünü aşağıdakı təsvirdən görə bilərsiniz. Ümumi reaksiya sayına görə Bakcell üstündür (349-106), hər iki şirkətin videolarına gələn dislike faizi təxminən eynidir. (6-7%).

sosial media analiz

 

 

20. Son 1 ayda Youtube-da videolara gələn ümumi baxış sayını və günlərə görə ortalama baxış sayını görə bilərsiniz. Son günlərdə hər iki şirkətin statistikalarında yüksəliş hiss olunur. Lakin ümumi baxış sayında Nar Mobile təxminən 2 dəfə üstündür (59000-28000).

sosial media analiz

 

 

21. Adıçəkilən platformada hər 1000 istifadəçiyə düşən maksimal, minimal və ortalama reaksiya sayları verilib. Bu cəhətdən Bakcell izləyiciləri 2-3 dəfə daha aktivdir.

sosial media analiz

 

Muzaffar Garakhanli

Digər yazılar

“Topical Borders” Necə Tətbiq Edilir?

“Topical Borders” Necə Tətbiq Edilir?

"Identifying UGC Subjective Attributes of Entities"in Tətbiq Sahələri

"Identifying UGC Subjective Attributes of Entities"in Tətbiq Sahələri

Unraveling the Mysteries of Google's Spam Detection Algorithm

Unraveling the Mysteries of Google's Spam Detection Algorithm