Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

Açar Sözlərin Axtarış Nəticəsinə Təsirləri

Hal-hazırda istənilən sahəyə aid məlumat almaq üçün ən çox yayılmış vasitələrdən biri axtarış sistemləridir. “Google” kimi məşhur axtarış sistemləri istifadəçilərin sorğularını başa düşmək və ən uyğun nəticələri çatdırmaq üçün qabaqcıl alqoritmlərdən istifadə edir. Bununla belə, axtarış sorğularında müəyyən sözlər əhəmiyyətsiz hesab edilərsə, bu, axtarış nəticələrinə təsir göstərə bilər. 

 

Ona görə də axtarışlarda istifadəçilərin ən çox istifadə etdiyi açar sözlərin düzgün seçilməsi önəmlidir.

 

Açar söz tədqiqatını necə etmək lazımdır?

 

Açar söz tədqiqatına başlamaq üçün əsas addım axtarış motorlarına xüsusi bir açar söz daxil etməkdir. Yəni, “Google”da "günəşli hava" deyə axtarış edirsinizsə, qarşınıza çıxan nəticələri araşdırmalı və müəyyən səhifələrin niyə önə çıxdığını anlamağa çalışmalısınız. Bu zaman axtarış nəticələrində “günəşli hava” ifadəsilə əlaqəli olan sözləri seçmək və təhlil etmək lazımdır. 

 

Açar sözü tədqiq edərkən axtarış zamanı qarşısınıza çıxan ilk səhifəni nəzərdən keçirmək daha məsləhətlidir.

 

Açar sözü seçərkən isə ümumən bunları nəzərə almağınız mütləqdir:

 

Hədəf kütlə. Kontentinizin hədəf auditoriyasını bilmək onların ehtiyaclarını və axtarış vərdişlərini anlamağa imkan yaradır. Yəni, əgər sizin sayta daxil olan daha çox terminlər axtarırsa, daha çox elmi və terminlər açar sözlər təyin edilməlidir. Yox, əgər sadə, məişət üslubunda axtarışlar edirlərsə, açar sözlər də ona uyğun olmalıdır. 

 

Mövzu seçimi. Açar söz mövzuya və sayta uyğun olmalıdır. Məsələn, geyim satışı ilə bağlı veb-saytınız varsa, orada maşınlara aid açar söz seçilməməlidir.

 

Rəqib təhlili. Eyni sahədə fəaliyyət göstərən rəqiblərinizin hansı açar sözlərdən istifadə etdiyini araşdırın. Yəni, axtarışda önə çıxan sayt hansı açar sözləri istifadə edir onları təyin edib, öz saytınıza uyğun bir şəkildə tətbiq edə bilərsiniz.

 

Açar söz tədqiqat alətlərindən istifadə. “Google Keyword Planner”, “SEMrush”, “Ahrefs” kimi tədqiqat alətlərindən istifadə edərək açar söz təkliflərini nəzərdən keçirə bilərsiniz.

 

Bu alətlər axtarış həcmini, rəqabət səviyyəsini və xüsusi açar sözlər üçün tövsiyə olunan alternativləri öyrənməyiniz üçün faydalıdır.

 

Açar söz qrupları yaradın. Açar sözlərinizi qruplara bölməklə məzmununuzu daha yaxşı təşkil edin. Məsələn, geyim üçün “qırmızı rəngli köynək”, “qalın şalvar”, yaxud da ayaqqabı üçün “idman ayaqqabısı”, “klassik ayaqqabı” qrupları yaratmaq olar. Daha sonra həmin əşyalardan yazarkən bu qruplara aid eyni açar sözləri istifadə etmək trafikə müsbət təsir edəcək.

 

Daimi olaraq yeniləyin. Yeniliklərə, gündəmə və müştərilərin təlabatına uyğunlaşmaq mütləqdir. Gündəm isə zamanla dəyişir və ona ayaq uydurmaq lazımdır. Belə ki, əgər siz “qiymətlərin bahalaşması” açar sözü işlədirsinizsə, bir müddət sonra həmin söz çox axtarılan olmayacaq. Təlabata uyğun olaraq hansı hadisələr olacaqsa, açar sözü və kontenti ona uyğun etmək önəmlidir.

 

Hansı açar sözlər trafikə təsir etmir?

 

Ümumi açar sözlər. Açar sözlər istifadəçinin axtardığı məzmunu əhatə etməlidir. Belə ki, əgər “yaşıl rəngli maşın” axtaran istifadəçilərin qarşısını çıxmaq istəyiriksə, həmin ifadəni açar söz kimi bütöv işlətməliyik. Çünki “yaşıl rəng”, yaxud da “maşın” sözləri ümumidir və konkret nəyə aid olduğu bilinmir. “Yaşıl rəngli maşın” ifadəsi isə alqoritmlər tərəfindən konkret olaraq ondan bəhs etdiyimiz kimi qəbul edilir. Nəticədə isə “yaşıl rəngli maşın” sözü axtaranların qarşısına çıxırıq.

 

Uyğunluğun olmaması. Əgər açar sözlər kontentinizə uyğun gəlmirsə və ya əlaqəsizdirsə, bu trafikə təsir etməyəcək. Yəni maşınlarla əlaqəli olan veb-saytda sağlamlıqdan danışmaq və sağlımla əlaqəli açar sözlə işlətmək alqoritmanı çaşdırdığı üçün həmin mətni ön sıralara gətirmir.

 

Trend olmayan açar sözlər. Bilirik ki, istifadəçilər internetdə gündəmdə olan mövzuları axtarır. Hər hansısa xəstəliklərin yayıldığı dövrdə xəstəliklərə, tədbirlər zaman tədbirə, imtahanlar zamanı imtahana və s. aid açar sözlər seçmək trafikə əhəmiyyətli dərəcədə təsir edir. Trend olmayan mövzular istifadəçilər tərəfindən axtarılmadığı üçün sayta giriş az olur.

 

Yuxarıdakı amillər trafikin uğursuz olmasına səbəb olsa da, təkcə bu faktorların trafikin zəiflətdiyi qənaətinə gəlmək düzgün deyil. Bu, daimi təhlil və təkmilləşdirmə tələb edən prosesdir və axtarış alqoritmlərinin fəaliyyətinə əsasən daha dəqiq səbəb müəyyən olur. 

 

“Google”un axtarış motorlarının alqoritmik fəaliyyəti 

 

“Google” axtarış nəticələrini təyin edərkən müəyyən şərtlərə diqqət yetirir. Məsələn, istifadəçiyə ilk olaraq hansı veb-saytların göstərilməsinə qərar verərkən sorğunun növünə, onun məzmununa və istifadəçi davranışına baxır.

 

Belə ki, istifadəçi “Google”də restoran axtarırsa və onun yeri konkretdirsə, yəni cihazın xəritəsi aktiv olduğu üçün onun Bakı şəhərində olduğunu bilirsə, “Google” bu məkana uyğun nəticələri təqdim etmək üçün həmin məlumatdan istifadə edəcək. Buna görə də, veb saytınızın reytinqini artırmaq və trafikə təsir etmək istəyirsinizsə, istifadəçi davranışını və sorğu növlərini nəzərə almalı, saytın açar sözlərini ona uyğunlaşdırmalısınız.

Muzaffar Garakhanli

Digər yazılar

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

“Google”un Panda Yenilənməsi Və Onun Veb-sayta Təsirləri

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

Kapital Bank Sosial Media Analizi (2020 Noyabr)

“Semantic Relevance”nin Axtarış Nəticələrinə Təsiri

“Semantic Relevance”nin Axtarış Nəticələrinə Təsiri